Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Sürvə
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Şükufə Ağayeva
Şükufə Novruz qızı Ağayeva (1937) — IX çağırış Azərbaycan SSR Ali Sovetin deputati. == Həyatı == 1937-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta ixtisas təhsili var. 1960-cı ildən "Şimal" DRES-in elektrik ustasıdır. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şüvəlan seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Şükufə Mirzəyeva
Mirzəyeva Şükufə Şamil qızı (20 dekabr 1925, Gülablı, Ağdam, Azərbaycan SSR, SSRİ - 9 oktyabr 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — görkəmli azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1963), professor (1964). == Həyatı == Azərbaycan Dövlət Universitetini bitirmişdir (1944). Əmək fəaliyyətinə 1944-cü ildən Azərbaycan EA Fəlsəfə İnstittutunda başlamışdır. Azərbaycan xalqının estetik fikir tarixi və estetikanın problemləri ilə məşğul olmuşdur. Bədii, ədəbi-tənqidi və incəsənətə dair bir sıra əsərləri var.
Şükufə Musayeva
Şükufə İmran qızı Musayeva — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2018). == Həyatı == Şükufə Musayeva 1988-ci ildə Şuşa Mədəni-Maarif məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 1991–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə qəlpə yarası almışdır. Aldığı yaralardan sonra dünyaya uşaq gətirmək qabiliyyətini itirib.Ş. Musayeva 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental tamaşalar festivalında Ana ("Addım səsləri", S. Bekket), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Şəhrəbanu xanım ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", M. F. Axundov), 2002-ci ildə keçirilən A. Şərifzadə adına "Üfüq-XX1" mono tamaşalar Festivalında Uşaq ("Çiçəklər açılanda", A. Həsənoğlu), 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Qadın ("Musiqili məktublar", F. Mustafa) kimi müxtəlif xarakterli rollar oynayaraq Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən diplom və mükafatlara layiq görülmüşdür. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2003-cü ildə, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 may 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. == Əsas rolları == Arşın mal alan (Üzeyir Hacıbəyov) — Telli Özümüz bilə-rik (S. Ələsgərov və Ş. Qurbanov) — Nailə Durna (S. Rüstəmov və S. Rüstəm) — Nisə Ayının min bir oyunu (S. Qənizadə) — Gülcamal Marqaritka (A. Salakru) — Marqarita Gözəlləri necə qaçırırlar (B. Appayev) — Məkkə Xəlifə Leylək (V. Qauf) — hind şahzadəsi; saray əyanı Aydın (C. Cabbarlı) — Susanna Ağıllı adam (F. Mustafa) — qadın; dəli Şuşa dağlarını duman bürüyüb (Elçin) — Güləndam nənə Sehirli kreslo (F. Karinti) — Berta Pənah evi (Ə. Quluzadə) — Gülzar Bayramın birinci günü (N. Hikmət) — Fəxründə xanım Tamahkar (S. S. Axundov) — Şərəf xanım Dağılan tifaq (Ə. Haqverdiyev) — Sona xanım Güllələnmiş heykəllərin fəryadı (H. Mirələmov) — Xurşid Banu Natəvan == Filmoqrafiya == Kəndim+nizə qayıdın!?
Şükufə Yusifova
Şükufə Mühəddin qızı Yusupova — Azərbaycan teatr və kino aktrisası. == Həyatı == Şükufə Mühəddin qızı Yusupova 1954-cü il may ayının 30-da Bakıda doğulub. Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib. Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb. Şükufə Yusupova Akademik Milli Dram Teatrında aşağıda təqdim olunan rolları ifa edib: Anyuta ("Daşqın", A. Safronov), Müttəhimin arvadı ("İstintaq", Rüstəm İbrahimbəyov), Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Zara xanım ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sədaqət ("Büllur sarayda", İlyas Əfəndiyev), Həmidə xanım ("Sizi deyib gəlmişəm", Anar), Xavər ("İblis", Hüseyn Cavid), Gülnar ("Vaqif", Səməd Vurğun), Anna ("Həyatın dibində", Maksim Qorki), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Lüsi ("Dəfn edilməmiş ölülər", J. P. Sartr), Zəhra xanım ("Köhnə ev", Əli Əmirli), Sona Ərəblinskaya ("Mesenat", Əli Əmirli), Qadın ("Qatil", Elçin), Həsənzadənin arvadı ("Boy çiçəyi", İlyas Əfəndiyev). Aktrisa Azərbaycan Dövlət Televiziyasında N. Hacızadənin "Yaşa, ey haqq" (Ümbül banu), J. Koktonun "İnsan səsi" (Qadın), M. Normanın "Gecən xeyrə qalsın ana!" (qız) əsərlərinin teletamaşalarında oynayıb. Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq "Dörd bazar günü" (Ustanın qızı), "Ad günü" (Rəna), "1002 gecə" (Şəhrizad), "Musiqi ilə xaş" (Qadın), "Asif, Vasif, Ağasif" (ana), "Nar ağacı haqqında xatirələr" (Mədinə), "Gümüşgöl əfsanəsi" (Səidə), "Ümid" (ana) və s.
Şükufə Yusupova

Sukre (departament)
Sukre (isp. Sucre) — Kolumbiyanın şimal hissəsində yerləşən departamentlərdən biri. Departamentin şərq hissəsini Bolivar, qərb hissəsini Kordova departamentləri və şimal hissəsini isə Karib dənizi əhatə edir. İnzibati mərkəzi Sinselexo şəhəridir.
Sukre (şəhər)
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Vəzili sürvə
Salvia glutinosa (lat. Salvia glutinosa) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Vəzili sürvə - (lat. Salvia glutinosa) == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 1-1,5 m, gövdəsi düz, sadə, uzun tüklənmişdir. Yarpaqları saplaqlı, yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 15 sm, eni 9 sm-ə kimi, kənarları diş-dişli, az tüklü və ya çılpaq, damarlar boyu yapışqanlı tüklərlə örtülmüşdür. Çiçəkyanı yarpaqları çox xırda, yumurtavari-elliptik, qıraqları bütövdür. Çiçəkqrupu sadə, 3-6 çiçəkli çoxsaylı topalardan təşkil olunmuşdur, yapışqanlıdır. Kasacıq (çiçəkləyən vaxt) 10–13 mm, vəzili-uzuntüklü, yapışqanlıdır. Tacı 3-4 sm, tüklənmiş, qırmızımtıl naxışlı və ləkəli sarı rəngdədir. Fındıqçaları 3 mm uzunluqda, elliptik formalı, qonurdur.
Şuşve çayı
Şuşve (lit. Šušvė) — Litvanın mərkəzi hissəsində çay. Nevejis çayının sağ qolu. Kelmes rayonunu ərazisindən, Tituvenay şəhərindən 6 km cənub-şərqdən öz başlanğıcını götürür. İlk öncə Tituvenay dərəsi ilə cənub-şərq istiqamətində axır, daha sonra şərq istiqamətdə istiqamətlənib Tituven və Sulin bataqlıqlarından keçir. Kedayn rayonu ərazisində Nevejis çayına birləşir. Çayın birləşdiyi yerdı Qraujay kəndi yerləşir. == Ümumi məlumat == Şuşve çayı dərəsi yuxarı axarlarda 2-3 km, aşağı axarlarda isə 350—450 metr arasında dəyişir. Çayın eni yuxarı axarlarda 8–10 metr, orta və aşağı axarlarda isə 10–16 metrdir. Su basarın eni 40-80 metr arasında dəyişir.
Ənbər sürvə
Müşk sürvəsi, Ənbər sürvə (lat. Salvia sclarea) və ya Dağ küncüdü — adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis sclarea (L.) Fourr. Salvia altilabrosa Pan Salvia calostachya Gand. Salvia coarctata Vahl Salvia foetida Lam. Salvia haematodes Scop. [Illegitimate] Salvia lucana Cavara & Grande Salvia pamirica Gand. Salvia sclarea var. calostachya (Gand.) Nyman Salvia sclarea var. turkestanica (Noter) Mottet Salvia simsiana Schult.
Nikola Şüke
Nikola Şüke (ing. Nicolas Chuquet; ən tezi 1445 və ən geci 1455 və ya 1445[…], Paris – 1488[…], Lion) — Fransız riyaziyyatçısıdır; ilk dəfə məhculun dərəcəsini göstərmək üçün qüvvət üstündən istifadə etmişdir; "Ədədlər haqqında üç hissədən ibarət elm" kitabının müəllifidir.
Antonio Xose Fransisko de Sukre
Antonio Xose Fransisko de Sukre Alkala (isp. Antonio José Francisco de Sucre y Alcala) — Sukre 3 fevral 1795-ci ildə Kumana Yeni Qranada (indiki Venesuela) doğulub. 1830-cu ilin 4 iyununda Posta yaxınlığında Kolumbiya ərazisində öldürülür. Latın Amerikasında İspan ağalığına qarşı aparılan istiqlal müharibəsinin əsas simalarından biri olmuşdur (1810–1826). Boliviyanın ikinci prezidenti olaraq 1826–1828-ci illərdə ölkəni idarə etmişdir. == Fəaliyyəti == 1805-ci ildən Venesuela və Kolumbiyanın azadlıq mücadiləsinə qoşulur. 1820-ci ildən azadlıq mücadiləsi komutəsinə rəis təyin edilir. O, Simon Bolivarın əsas silahdaşlarından biri olur. Elə həmin ildə Bolivarın dəstəyi ilə general rütbəsi alır və Böyük Kolumbiyanın azadlıq mücadiləsinə başlayır. Kiçik ordu ilə Kolumbiyadan ayrılır.