Xələf bəy Süfrəçi
Xələf bəy Süfrəçi (?-1638)—I Şah Abbas Səfəvinin süfrəçibaşısı, Qızılbaş sərkərdəsi, qurucu.
Xələf bəy I Şah Abbas Səfəvinin süfrəçibaşısı, həm də Qızılbaş sərkərdəsi idi. Bir çox döyüşlərdə iştirak etmişdi. O, əslən Arazbardan olub, Qaracadağ sufilərindən idi. Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və qabiliyyətinə görə süfrəçibaşı məqamına yüksəlmiş, əsgəri təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə də olmuşdu.
Xələf bəy Süfrəçi 1622-ci ildə I Şah Abbasın Qəndəhar səfərinə qatılmışdı.
Məhəmməd Məsumun məlumatına əsasən, türklər ciddi müqavimət göstərdiyinə görə mühasirə uzanmış və Səfəvi ordusu İrəvan altında dörd ay dayandıqdan sonra I Şah Səfi ramazan ayının 25-də (5 mart 1636) qalaya hücum əmrini vermişdi. Orduya yeni komandan təyin edilmiş Xələf bəy üç gün davam edən ağır döyüşdən sonra şəhərə əsas ordunun yolunu aça bilmişdi.
1636-cı ildə İrəvanın fəthindən sonra Xələf bəy süfrəçibaşı Hillə qalasına yol çəkmək üçün göndərildi. Burada yol çəkilişində bir çox evlər plana düşüb sökülmüş və əhaliyə məxsus xeyli xurma ağacı kəsilmiş, nəticədə ev və bağ sahiblərinə külli miqdarda ziyan dəymişdi.