Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Carçı
Carçı (agah edən)
Carçı (Marağa)
Carçı — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 13 km şimal-qərbdədir.
Carçı (Zəncan)
Carçı — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Ətraf kəndistanında, Zəncan şəhərindən 12 km şimaldadır.Bunab mikrorayonunda yerləşir. == Əhali == 2006-cı ilin əhali siyahıyalınmasında əhalisi 39 nəfər idi.7 ailədən ibarətdir.
Carçı Film
"Carçı film" — Azərbaycanda yaradıcılıq birliyi. Bədii və sənədli filmlər istehsal edir. == Tarixi == İctimai Televiziyanın nəzdində yaradılmışdır. == Filmoqrafiya == 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Dalan (film, 2012) (tammetrajlı bədii televiziya filmi) Daşdan tikilmiş şəhər (film, 2008) Döngələr (2012) Qovğalı kəndinin gecələri (film, 2008) (qısametrajlı bədii televiziya filmi) Səhərə inan...
Carçı daşı
Carçı daşı — Ordubad rayonunun Biləv kəndindən cənubda, hündür təpənin üzərində təbiət abidəsi. Yerli əhalinin məlumatına görə, kəndlə bağlı ən mühüm xəbərlər bu daşın üzərinə çıxan carçı tərəfindən elan edildiyi üçün belə adlandırılmışdır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
Fundiseius cavei
Fundiseius cavei (lat. Fundiseius cavei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Savcı bəy
Şahzadə Savcı Bəy (1362, Bursa – 1385, Bursa) — 3. Osmanlı padşahı I Muradın Füldanə Xatundan doğulan ən kiçik şahzadəsidir. == Həyatı == Osmanlı ənənələrinə uyğun olaraq Bursada hakim təyin edilmişdir. Savcı bəyin dəlisov təbiəti və ətrafının təsirinə məruz qalması atasının gözündən qaçmadı və I Murad böyük oğlu Şahzadə Bəyazidə qardaşları haqqında məlumat toplamağı tapşırdı. Şahzadə Bəyazid verdiyi məlumatda ortancıl qardaşı Şahzadə Yaqubun çox səssiz və sakit olduğunu, kiçik qardaşı Şahzadə Savcı bəyin isə çox çılğın və dəlisov olduğunu qeyd edirdi. == Savcı bəy üsyanı == I Murad 1373-cü ildə Bizans imperatoru VII İohann Paleoloqla birlikdə Candaroğulları bəyliyi üzərinə səfərə çıxdı. İmperatorun böyük oğlu Andronikos kiçik qardaşı Manuellə taxt mübarizəsinə başlamış, atasının Konstantinopolda olmamasından istifadə edərək özünü imperator elan etmişdir. Bu vaxt Ədirnədə taxt vəkili olan Savcı bəy də eyni anda üsyana başladı. Hələ 14 yaşında olan Savcı bəy öz adına xütbə oxudaraq özünü sultan elan etdi. I Murad xəbəri alan kimi böyük bir qoşunla geri döndü və oğlunun Bizans qoşunlarıyla birləşmiş qüvvələrini darmadağın etdi.
Ergül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Koray Avcı
Koray Avcı (d. 1 yanvar 1984, Ankara) yazar, bəstəkar, musiqiçi və mahnı şərhçisi. == Həyatı == Ankarada doğulub böyüyən Koray Avcı, əslən Ərzincan vilayətinin Tercan rayonundandır. Uşaqlığından bəri rəsm və musiqiyə qarşı marağı var. Musiqi səfərinə Ankaradakı bəzi performans məkanlarında zaman zaman mahnı söyləyərək başlamışdır. Avcı ailəsi övladlarının ali təhsilli bir insan olmasını istəyir və onu elm sahəsində təhsil almasında məcbur edirlər. 2008-ci ildə "Muğla Universiteti Fənn-Ədəbiyyat Fakültəsi Fizika bölümü"nü qazanıb.2010-cu ildə Muğla universitet həyatına davam edərkən Acun Ilıcalının təqdim etdiyi "Yetenek Sizsiniz Türkiye" proqramına yoldaşı Osman Arslan ilə qatılıb "beatbox və Volkan Konak təqlidi" çıxışı nümayiş etdirmiş və 2-ci tura qədər yüksəlmişdir. Muğlada istədiyi və sevdiyi mühiti tapması da, həyatının axarını dəyişdirəcək olan şeyi yaşayır. Hər şey küçədə gitara çalan bir dostunun yanına oturub mahnı söyləməsi ilə dəyişir. O gündən sonra küçələrdə mahnı söyləyərlər.
Nabi Avçı
Nabi Avçı (8 oktyabr 1953, Demirköy[d], Biləcik ili) — professor, Türkiyənin milli təhsil naziri. == Həyatı == Nabi Avçı 1953-cü ildə Biləcikdə anadan olub. Ortadoğu Texniki Universiteti məzunu olan Avçı Anadolu Universitetində müəllim olub. Çox sayda kitabı olan Avçı parlamentin təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri olub.
Ərgül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Carçı (agah edən)
Carçı - keçmişdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, şəhər və böyük kəndlərin müxtəlif məhəllələrində yüksək səslə car çəkərək əhalini mühüm hadisələrdən agah edən, zəruri məsələləri nəzərə çatdıran şəxs. == Haqqında == Səfəvilər dövründə carçı mülki və hərbi vəzifə olmuşdur. Carçılar carçıbaşının rəhbərliyi altında fəaliyyət göstərirdilər. Divanda çalışan carçılar "divan carçıları", hərbi xidmətdə topçubaşının tabeliyində olanlar isə "topxana carçıları" adlanırdı. Divan carçılarına vəzir başçılıq edirdi. Nadir şahın dövründə (1736-1747) orduda xüsusi carçılar dəstəsi var idi. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild.
Robert Barker (çapçı)
Robert Barker (1570 və ya 1568, Datçet[d], Berkşir[d] – 10 yanvar 1645) — İngiltərə kralı I Ceymsin çapçısı, İngiltərə kraliçası I Elizabetin çapçısı olmuş Kristofer Barkerin oğlu. Əksər mənbəyə görə, Barker «Kral Ceymsin Bibliyası» kitabının çapçısı idi. Bu kitab ingilis dilində çap edilmiş ən təsirli və əhəmiyyətli kitablardan biri idi. O və onun şəriki Martin Lukas «Zalim Bibliya» kitabını nəşr etdirmişdir. == Həbsi == Barker 1635-ci ildə həbs edilmişdir. Olduqca sərfəli bir biznesdə işləmək yerinə, o, yaxşı bir biznesmen deyildi. Ehtimal olunur ki, bu təcrübəsizlik və ümidsizlik onun qanunla problem yaşamasına gətirib çıxarmışdır. Əlavə olaraq, «Zalım Bibliya» və həmin kitabın səbəb olduğu cərimə də buna təsir göstərmişdir. Növbəti on il müddətində tez-tez həbs edilən və həbsdən çıxarılan Barker 1645-ci ildə vəfat etmişdir. == İstinadlar == == Ədəbiyyat == Plomer, Henry R. A Short History of English Printing 1476–1898.
Çavlı ət-Toğrul
Çavlı ət-Toğrul (?-1146) — Azərbaycan atabəyi. == Həyatı == Atabəy Qara Sunqur hicri 535-ci ildə (1140/41) həyatını nöqtələdi. Ölümündən bir neçə gün əvvəl Sultan II Toğrulun məmlüklərindən Çavlı ət-Toğrulu öz yerinə Aran və Azərbaycanın hakimi təyin etmişdirQara Sunqurun ölümünü xəbər alan Məsud, əmir Çavlıya fəxri libaslar və ünvanlar göndərərək onunla münasibətini yaxşılaşdırmaq istədi. Sultan, Çavlını Azərbaycan və Aranın hakimi təyin etdi. Çavlı, sultanın təklifini qəbul edib, Gəncədə qiyam qaldırmış Qutluqu ortadan qaldırıb bu ölkədəki üsyançı qüvvələri darmadağın etdi. O, Tovuz ətrafında üsyançıların ordusunu məğlub etdi. Çavlı 1146-cı ilə qədər Aran və Azərbaycanın Səlcuqlu əmiri olaraq mövqeyini qorudu.Bu vaxt Sultan Məsud əleyhində Rey hakimi Abbas ilə Fars və Xuzistan hakimi Boz Apa başçılığında yeni bir qiyam ortaya çıxdı. Onlar Çavlıya bir məktub yazıb onunla dostluq qurmaq istədilər, ancaq Çavlı sultanın tərəfində yer aldı. Sultan Məsud ilə vəziri Xass Bəy ibn Bələncərinin ona qarşı sui-qəsd planı ortaya çıxınca Çavlı da qiyam edən əmirlərin tərəfinə keçdi. Sultanın hacibi Fəxrəddin Toğan Yürək də onlara qoşulduƏmir Çavlı əmrindəki ordu ilə Boz Apanın gəlməsini gözlərkən Həmədan yaxınlarında cümadələvvəl 541-ci ildə (oktyabr-noyabr 1146) vərəm xəstəliyindən öldü.
Məlik bəy Avcı
Məlik bəy Avcı (?-?)—XVII əsr Azərbaycan şairi. == Həyatı == Məlik bəy Avcının dövrü, şəxsiyyəti, yaradıcılığı haqqında məlumat toplamaq məqsədilə külli miqdarda mənbələrə müraciət edən Əhməd Cəfəroğlu nəhayət Darülüssəltənə katibi Mövlanə İbrahim Qəzvininin Berlin kitabxanasında saxlanılan «Sühufi – İbrahim» təzkirəsində şairlə bağlı ikicə sətirdən öyrənir ki, o, Süleyman Səfəvinin dövründə yaşamış, onun sarayında katiblik etmiş və türkcə şeirlər yazmışdır. Ə.Cəfəroğlu «Gəncinə» adlandırdığı təzkirədə Şah Süleyman Səfəvinin taxta çıxması münasibətilə Məlik bəyin qəzəlinə rast gəlir və bu fakta əsasən onun XVII əsrin ortalarında yaşadığını müəyyənləşdirir. Şairin təvəllüd və vəfat tarixlərini isə müəyyənləşdirmək mümkün olmur. Mənbələr üzərində işləyərkən Məlik bəy adlı ikinci şairin də mövcud olduğunu öyrənən alim yazır ki, «Sühufi-İbrahim» təzkirəsi üzərinə Məlik bəy Avcını bəzi qənaətlərdə XVII əsr İran Azərbaycanı şairi olaraq qəbul etməklə bərabər, 1020 hicridən türkcə və farsca yazan digər ikinci bir Məlik bəydən bəhs edilməsi, şübhəsiz, şairin dövrünün təyinini müşkülata çevirməkdədir. Məxəzlərimizin ikisi də, maatəəssüf «Avcı» təxəllüsünü tamamilə məskut keçmişlərdir. Bundan dolayı da, bu iki Məlik bəyin hansının Avcı olduğu məlum deyildir» Bu qaranlıq məsələyə aydınlıq gətirəcək təfsilatlı məlumatlar əldə edilincəyə qədər Ə.Cəfəroğlu hələlik Məlik bəy adlı iki: birisi XVI, digəri isə XVII əsr azəri şairinin mövcud olduğu fikrində qərarlaşır. Ə.Cəfəroğlunun nəşr etdirdiyi «Divani-Məlik bəy Avcı» 377 beytdən ibarətdir. Əslində burada «divan» sözü şərti xarakter daşıyır. Alimin özünün də qeyd etdiyi kimi,İran təzkirəçiləri bəzən klassiklərin şerlərini janrlar üzrə təsnif edərək hər bir janrın nümunələrindən ibarət külliyyatı divan adlandırmışlar (məsələn, divaniqəzəliyyat, divani-məsnəviyyat, divani-qəsoid və s.).
Saru Batu Savcı bəy
Saru Batu Savcı bəy, Şəhid Saru Batu Savcı Bəy, Savcı Bəy və ya Sarubatu Savcı Qazi (1249, Anadolu Səlcuqlu Dövləti, Qayı boyu, Söğüt - 1287, Anadolu Səlcuqlu Dövləti, Domaniç) - Ərtoğrul Qazi və Həlimə Xatunun iknci oğlu. Gündüz Bəy və Osman Bəyin qardaşı. Kutlu Mələk Xatunun həyat yoldaşı, Bayhoca və Süleyman Bəyin atasıdır. Domaniç savaşında Kalanoz tərəfindən şəhid edilmişdir.
Avaci
Avaci (yap. 淡路島) — Yaponiyaya məxsus olan ada. Avaci adası Daxili Yapon dənizində, Osaka körfəzinin şərqi və Kii boğazının cənubunda yerləşir. Onun sahəsi 592,17 km² təşkil edir. Avaci adası şimaldan Honşu adası ilə Asaki-Kayke, Şikoku adası ilə isə cənubdan Naturo körpüsü ilə birləşir. Adada dəmir yol nəqliyyatı mövcud deyildir. Yeganə nəqliyyat vasitəsi avtomobildir. == Tarixi == VII əsrdən XIX yüz illiyinə qədər ada ayrıca Avaci vilayəti tərkibinə daxil idi. Avaci sözü tərcümədə Ava vilayətinə gedən yol mənasını verir. == İnzibati bölgü == İzibati cəhətdən ada Hyoqo prefekturasına daxildir.
Aviçi
Avicii və ya Tim Bergling (8 sentyabr 1989[…], Stokholm – 20 aprel 2018[…], Maskat) — Stokholm, İsveçdən olan məşhur DJ və mahnı prodüseri idi. Avicii 2010-cu ildə «My Feelings for You», «Seek Bromance», «Blessed» və «Levels» adlı single'lara görə məşhurlaşdı. Forbes jurnalına əsasən Avicii ən yüksən qonorar alan DJ-dən biri idi, onun illik gəliri 7 mln. dollar idi. == Bioqrafiya == Tim Bergling 1989-cu ildə Stokholm şəhərində anadan olmuşdu. Öz karyerasını Lazy Jones adlı videooyun üçün musiqi remixinin etməsi ilə başlamışdı, sonralar o öz «Lazy Lace» adlı trekini yazmışdı. Onun musiqisinə əsasən Basshunter, Lyuk Leydbek, Stiv Anjello, Tocadisco, Daft Punk, Erik Pridz və Aksvell kimi ifaçılar təsir göstərmişdilər. Pit Tonqun Fast Trax adlı proqramında qələbə qazandıqdan sonra Tim bir çox şirkətlərdən təklif aldı və 2008-ci ildə «Manman» adlı trek buraxdı. Həmin ilin may ayında o At Night Management və Vicious Grooves qrup-şirkətləri ilə kontrakt bağladı. 2011-ci ildə britaniyalı müğənni Leona Lyuis «Collide» adlı mahnını təqdim etdi; bu mahnının instrumental komponenti kimi Avicii'nin «Penguin» trekindən istifadə edilmişdi.
Açaçı
Açaçı — İranın Şərqi Azərbaycan ostanının Miyana şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,777 nəfər və 1,020 ailədən ibarət idi.Açaçı xalqı Azərbaycanlı dır və Azərbaycan Türkcəsində Danışırlar. Azərbaycanın iki böyük çayı bu şəhərdə qovuşur, biri Qızılüzən, digəri isə Miyanaçaydır. Şəhərin Güney hissəsində Qaflantı dağ silsiləsi və onun tunelləri, eləcə də Qız Qalası və Qız Körpüsü hər bir tamaşaçının beyinin məşğul edən gözəl təbiət yaradıb. Bu şəhər Batı Qaflantının (Qaflankuh-e Gharbi) mərkəzidir. Tehran-Təbriz-Avropa tranzit yolu bu şəhərin mərkəzindən keçir.Yol boyu çoxsaylı supermarketlərin olması bu şəhəri Azərbaycanın quru meyvələri, süd məhsulları və suvenirlər bazarına çevirib. Açaçı sakinlərinin məşğuliyyəti əsasən kənd təsərrüfatıdır. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsində, Miyanə şəhərindən 8 km cənub-şərqdə, Miyanə-Tehran avtomobil yolunun 2 kilometrliyindədir..
Bauçi
Bauçi — Nigeriyanın Bauçi ştatının paytaxtı.
Bavlı
Baulı və ya Bavlı (tatar. Баулы; rus. Бавлы) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Cacıq
Cacıq- azərbaycan, yunan və türk mətbəxinə aid olub qatıq, xiyar, sarımsaq, duz və sudan hazırlanır. Tzatziki (ingilis /tætˈsiːki/, /tsætˈsiːki/, or /tɑːtˈsiːki/; Yunan: τζατζίκι, tzatzíki [dzaˈdzici]; Türk: cacık [d͡ʒɑˈd͡ʒɯk]; Bolqar: дзадзики, dzadziki) yemək ətdən və xüsusi soula hazırlanır. Tzatziki əsasən duz və qatıq (adətən qoyun və keçi südündən qatıq), həmçinin xiyar, sarımsaq, zeytun yağı, bəzən isə şərab və ya limon şirəsi əlavə edilərək yeyilir. Adətən soyuq halda serviz edilir. == Etimologiyası == Yunan dilində "tzatziki" türk sözündə götürələrək "cacık" deməkdir. Bu sözün kökü Qərbi Asiya dilindən gəlib. Ərəb dilində zhazh (ژاژ) adlanır. Evliya Çelebi 17-ci əsrdə yazdığı "Səyahətnamə" əsərində bu yeməyi "cacıx" adlandırır. Əhməd Vefik Paşa 1876-cı ildə türk lüğətinə bu sözü "cacık" kimi daxil etmişdir. O zaman bu yemək qatıq və salat ilə yeyilir.
Cambi
Cambi İndoneziya əyalətidir. Mərkəzi Sumatranın şərq sahilində yerləşir və qərbdə Barisan dağlarına qədər uzanır. Paytaxtı və ən böyük şəhəri Cambidir. Vilayətin 50,058 km² ərazisi və 2010-cu il siyahıyaalmasına görə 3.092.226 nəfər əhalisi var. 2014-cü ilin yanvar ayına qədər bu rəqəm 3,412,459-a çatdı.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cavab
Cavab — verilən suala və ya hər hansı hadisəyə qarşı göstərilən reaksiya. Cavab həmçinin qarşıya qoyulan sual və ya məsələ ilə bağlı müvafiq olaraq verilən məlumat da ola bilər. Cavab qısa və ya dolğun ola bilər. Hesab edilir ki, cavab verilən suala adekvat olmalıdır. == Suallara cavablar == Verilən suallara cavab "hə" və ya "yox" formasında ola bilər. Bəzi hallarda susmaq da cavab forması sayılır.
Cavad
Cavad — Azərbaycanlı kişi adı. Cavad xan — Gəncə xanlığının sonuncu hökmdarı.
Çakvi
Çakvi (gürc. ჩაქვი) — Gürcüstanın Acarıstan ərazisində şəhər tipli qəsəbə. Çakvi Gürcüstanın cənub-qərbində, Qara dəniz sahilində yerləşir. Qəsəbə Kobuleti rayonunda yerləşir. Qəsəbədə Natanebi-Batumi dəmir yol stansiyası yerləşir. Müasir dövrdə Çakvi populyar turizm və istirahət zonasıdır. == Əhalisi == Çakvi son 20 ildə yetərincə azlmışdır. 2002-ci ilin məlumatına görə qəsəbədə 8100 nəfər yaşayırdı. 2014-cü ilin siyahıya alınmasına görə qəsəbədə 6720 nəfər yaşayır. Milli tərkib baxımdan əhalinin 95,6 %-ni gürcülər təşkil edir.
Çalbi
Çalbi (ing. Chalbi) — gilli şoranlıqlardan ibarət olan səhra. Səhra Keniyanln şimalında, Turkana gölünün şərqində qərarlaşır. Qabbra dilində səhranın mənası «Çılpaq və duzlu» mənasını verir. Bu ərazi Keniyanın ən quru və isti regionudur. Səhra qədim gölün yerində əmələ gəlmişdir. Səhrada insanlar ilğım müşahidə edilir.
Çallı
Çallı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Çallı Zərdab rayonunun eyniadlı i.ə.v.-də kənd. Kür-Araz ovalığındadır. Yaşayış məntəqəsi əvvəllər boz küdri sahədə salınmış, sonralar isə indiki yerə köçmüşdür. Yerli əhalinin məlumatına görə, kənd əvvəllər Çal piri (dağ döşündə olan pir), indi isə Çalı piri adlanan müqəddəs yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Çox güman ki, bu oykonim Azərbaycan toponimiyasında "bozqırlaşmış, landşaftı pozulmuş yer" mənasında işlənən çallıq sözünün sonundakı samitin düşməsi ilə yaranmışdır. Dəvəçi rayonunda da Çallıq adlanan yer mövcuddur.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. == Ümumi məlumat == Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.