Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çapati
Çapati- buğda unundan bişirilmiş lavaşdır. Hindistan, Nepal, Əfqanıstan və başqa Asiya ölkələrində məşhur çörəkdir. == Hazırlanması == Çapati isti tavada bişirilir sonra isə isti odda bişirilməyə davam edilir. İsti açıq odda küre şeklini alana kimi bişirilmeye davam olunur. Çapatini müxtelif yemeklerle yeyilir. Şimali Hindistanda çapati müxtəlif yəməklə yeyilməsi daha geniş yayılıb. Onlardan ən məşhuru kartof püresi ile qızardılmış soğandır. == Tarixi == Çapati sözünün mənası (Hind ve urdu dilinde चपत/چَپَت‎, çapati) şillə deməkdir. Ain İbn Əkbər ilk dəfə bu sözü 16-cı əsrdə istifadə etmişdir. Hal hazırda Orta Asiyada buğdadan hazırlanmış çörək növü kimi məşhurdur.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km. şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir.Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Çapand
Çapand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Apata
Apata (yun.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Capsella cavata
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Luciobarbus capito
Zərdəpər (lat. Luciobarbus capito) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Qısa təsviri == İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli, anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 56-68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8-12, aşağıda olan pulcuqların sayı isə 5-8 arasında dəyişir. == Arealı və sayı == Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, Mingəçevir və Varvara su anbarlarında təsadüf edilir.
Pratincola caprata
Qara çəkçəki (lat. Saxicola caprata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. == Həyatı == 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. == Karyerası == Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.
Sapata yarımadası
Sapata yarımadası (isp. Península de Zapata) - Kubanın cənub hissəsində, Matansas vilayəti ərazisində yerləşir. Yarımadada Sapata milli parkı yerləşir. Yarımadanın şərqində Batabano, şimalında Kazones (en), şərqində Donuzlar körfəzi, cənubda Ensenada de la Broa körfəzləri yerləşir.
Saxicola caprata
Qara çəkçəki (lat. Saxicola caprata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Çapada Diamantina
Çapada Diamantina (portuqalca: "Almaz təpələr") — Braziliyanın Bahia əyalətində San-Fransisko çayı ilə sahil arasında kvarsit zirvələri olan 1850 m hündürlükdə yayladır.
Çapala gölü
Çapala (Chapala) — Meksikada, Meksika yaylasının cənubunda göl. == Sahəsi == Sahəsi 1,100 km2 (ölkədə ən böyük). == Coğrafi xüsusiyyətləri == Təqribən 1500 m hündürlüyündədir. Orta dərinliyi təqribən 7 m, ən dərin yeri 33 m; son illər suqoruyucu meşələrin qırılması və suyunun suvarmaya götürülməsi ilə əlaqədar səviyyəsi aşağı düşməkdədir. Gölə Lerma çayı tökülür. Sakit okeana tökülən Rio-Qrande-de-Santyaqo çayı göldən axır. Sahillərində kurortlar var. Okotlan şəhəri Çapalanın sahilindədir. Qvadalaxaru şəhərinin su təchizatı Çapaladandır.
Ajax capax
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Ağ çapaq
Ağ çapaq (lat. Blicca bjoerkna) — Çəkikimilər fəsiləsinə daxil olan balıq növü. Blicca sinsinə daxil olan yeganə növ. Uzunluqları 35 sm, çəkiləri isə 1,3 kq qədər olan balıq. Adətən isə çəkiləri 100-200 q arasında dəyişir. Çapaqlar cinsinə daxil olan növlərə bənzərlikləri ilə seçilirlər. Əsasən sürü halında yaşayırlar. Gümüş gövdəsi, yan tərəfdən gənc bir çapağı xatırladır. Ağ çapaqlar çapaqlardan udma dişlərinin sayı baxımından fərqlənir. Belə ki, çapaqlardan fərqli olaraq ağ çapaqlarda yanlarda 5 əvəzinə 8 diş olur.
Narcissus capax
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Çapal çayı
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapan (Əhər)
Çapan (fars. چاپان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (57 ailə).
Çapar (Ağdərə)
Çapar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi. == Tarixi == Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Çapar (Kəlbəcər)
Çapar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi. == Tarixi == Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Çapar (Sərdəşt)
Çapar (fars. چپر‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 71 nəfər. yaşayır (18 ailə).