ÇAPAY

qədim “Cab” (məşhur, tanınmış, şöhrətli; müdrik) və “Ay” sözlərindən yaranmışdır (Çapayev soy adının əsasında bu ad durur).
ÇAPAR
ÇAVUŞ
OBASTAN VİKİ
Çapay Sultanov
Sultanov Çapay Əli oğlu — geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının üzvü == Həyatı == Sultanov Çapay Əli oğlu 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1960-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş və kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçmişdir. 1964-cü ildə Sultanov Ç.Ə. "Azərbaycanın qazkondensatneft, qazkondensat və qaz yataqlarının tükənməyə işlənməsində geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə Sultanov Ç.Ə. bir qrup alimlərlə birlikdə "Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi və Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələşdirilməsi" işinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 1986-cı ildə Sultanov Ç.Ə. "Neft yataqlarının ehtiyatlarının hesablanması, layihələşdirilməsində və işlənməsinin analizində geoloji-mədən deformasiyaların istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 4 Aprel 2018-ci ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Ç.Ə.Sultanovun elmi tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neftverməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə ilə statistik üsulların tətbiqidir. Çapay Sultanov Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib. 0, 150 elmi işin, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifidir.
Vasili Çapayev
Vasili Çapayev (rus. Василий Иванович Чапаев; 28 yanvar (9 fevral) 1887, Budayka[d], Kazan quberniyası, Rusiya imperiyası – 5 sentyabr 1919) — XX əsrin əvvələrindəki vətəndaş müharibəsi qəhrəmanlarından biri, Qızıl Ordunun komandiri. == Həyatı == 32 yaşında sirli ölüm İndi isə qəhrəmanımız, damarlarında türk qanı olan Vasili İvanoviç Çapayevdən bəhs edəcək. Kimdir Çapayev? Vasili İvanoviç Çapayev 1887-ci il fevralın 9-da Kazan quberniyasının (indiki Çuvaşıstan Respublikası) Budayka kəndində anadan olub. Onun milliyyəti isə yarı çuvaş, yarı erzyalı olub. Erzyalılar Mordoviyada etnik qrupdur. Onun atası İvan Stepanoviç mordovalı, anası isə Yekaterina Semyonovna isə çuvaş olub. Çoxuşaqlı ailənin 6-cı uşağı Vasili rus akademik elminə əsasən, "rus kökənlidir". 32 yaşında, 1919-cu il sentyabrın 5-də hərbi liderliklə fəaliyyət göstərən Vasili İvanoviç Çapayev Qazaxıstanda boğulma səbəbi ilə vəfat edib.
Çapayev (Qazaxıstan)
Çapayev (qaz. Чапаев, چاپاەۆ , Çapayev ; Rusça: Чапаев) — Qazaxıstanın şimal-qərbində şəhər. Qərbi Qazaxıstan vilayətinin Akjaik rayonunun mərkəzidir. Şəhərin 8,476 (2009-cu ilin məlumatına əsasən) sakini var. Şəhər Oraldan 130 km cənubunda, Ural çayının sağ sahilində yerləşir. Şəhər Rusiya Vətəndaş Müharibəsinin (1919) qırmızı ordu qəhrəmanı Vasili Çapayevin ölüm yeri olub. 1927-ci ildə onun xatirəsinə muzey yaradılmışdır. Əvvəlki qəsəbə Lbişensk adlanırdı və 1899-cu ildə şəhərdə 3400 nəfər (onlardan 2100-ü kazaklar), 2 kilsə, 2 məktəb, poçt və teleqraf məntəqələri var idi. 1939-cu ildə Çapayevo, 1992-ci ildə Çapayev adlandırıldı. Yerli sakinlər əsasən əkinçilik, balıqçılıq, maldarlıq, ovçuluq və biyan kökü yığmaqla məşğul olurlar.
Çapayev və boşluq (roman)
Çapayev və boşluq — yazıçı Viktor Pelevinin 1996-cı ildə yazdığı roman == Süjeti == 1996-cı ildə yazılmış "Çapayev və Pustota" romanı haqqında müəllifin özü deyir: "Bu əsər dünyada hadisələrin tamamilə boşluqda baş verdiyi ilk ədəbiyyat nümunəsidir". Əslində isə hadisələr 1919-cu ildə Çapayevin diviziyasında baş verir. Əsərin prataqonisti Pyotr Pustota bu diviziyada komissar olaraq xidmət edir və eyni zamanda bu günkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək "Kavabata", "Şvaşneqr" və "Sadəcə Mariya" ilə görüşür. Tənqidçilərin fikrinə görə, "Çapayev və Pustota" rus ədəbiyyatında ilk den-buddist romandır. Roman 2001-ci ildə ingiliscə tərcümədə - "The Clay Machine-Gun" ("Глиняный пулемет") Dublin ədəbiyyat mükafatının finalına çıxmışdır Mənim iradəmlə qürub edən günəşə doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən haradayam? – Çingiz xan Prinsip etibariylə roman iki hissədən ibarətdir: 1919-cu illərdə cərəyan edən hadisələr və 1990-cı illərin əvvəllərində psixiatrik klinikada cərayan edən hadisələr. Roman Vasili Çapayev və Pyotr Pustota kimi iki şəxsiyyətdən bəhs edir. Digər ikinci planda olan obrazlar, bilavasitə Rusiyanın gələcəkdə baş verəcək qərblə alximik nigahını simvolizə edən aspektlərdir. Romanda demiurq kimi motiv də yer alıb. Roman ilk cümlələrindən hiss olunur ki, Pyotr Pustota aydınlanmaq istəyən birisidir.
Çapayevka
Xanağa (əvvəlki adı: Çapayevka) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi vahidi tərkibindəki Çapayevka kəndi Xanağa kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Araz çayının sol sahilində, Ordubad-Vənənd avtomobil yolunun kənarında yerləşir. == Əhalisi == Əhalisi 720 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini bağçılıq, əkinçilik və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə klub, kənd kitabxanası mövcuddur. == Təhsil == Kənddə orta məktəb fəaliyyət göstərir. == Din == Kənddə pir var. == Səhiyyə == Kənddə tibb məntəqəsi var.
матро́ска обмя́ться подотчётность ужа́риваться флагообра́зно эсэ́совцы игро́к обучи́ться отбунтова́ть перифери́я подвижно́й попирова́ть разбры́згиваться спола́скиваться фю contraception hyperborean ice gull permed telewriter throat-latch vanity fair донести передовой самоотверженность