Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhrada Məhəbbət
Səhrada məhəbbət (isp. Amantes Del Desierto) — Kolumbiyanın Telemundo telekanalında yayımlanan teleserial. == Məzmun == Teleserialda baş verən hadisələr 20-ci əsrin 50-60-cı illərinə təsadüf edir. Andres Bustamante; maddi problemlər səbəbindən lisenziya ala bilməyən gənc həkim. Lazımi məbləği toplamaq üçün o, qonşuluqda yaşayan insanlara tibbi yardım göstərir. Onun ofisi anası Elena ilə yaşadığı evində yerləşir. Elena Bustamante oğlunu böyütmək üçün çox şeylərdən keçmiş və böyük əmək sərf etmiş anadır. Onlar davamlı pul çatışmazlığından evlərinin kirayə pulunu ödəyə bilmirlər və onların evi hər an Rafael Neqretanın əlinə keçə bilər. Rafael Neqreta ürəksiz, amansız bir insandır. O, evin kirayə pulunu ödəməyə imkanı çatmayan Andres və anasının borcuna daima faiz əlavə edir və onlardan pulu ödəmələrini tələb edir, əks halda o, onların evlərini ələ keçirəcəkdi.
İsa Səhrada
İsa səhrada (ing. "Christ in the Desert" yaxud "Christ in the Wilderness", rus. "Христос в пустыне") rus rəssam İvan Kramskoy tərəfindən 1872-ci ildə çəkilmişdir və hazırda rəsm Tretyakov qalereyasında sərgilənir. Rəsmin ölçüləri 180×210 sm-dir. == Əsərin təsviri == Əsərin süjeti Əhdi-cədiddə təsvir olunmuş vəftiz olunduqdan sonra İsanın səhrada qırx günlük oruc tutması və bu oruc zamanı şeytan tərəfindən sınağa çəkilməsi hadisəsindən bəhs edir. Rəssamın sözlərinə görə o hər bir insanın həyatında qaçınılmaz olan dramatik situasiyanın əxlaqi seçim anını əks etdirmək istəmişdir. == Əsər haqqında == Rəsmdə boz qayalıqlar səhrasında hansısa bir daşın üzərində əyləşmiş İsa təsvir edilmişdir. Kramskoy dan yerinin sökülüb səhərin yeni açıldığını göstərmək üçün soyuq rənglərdən istifadə etmişdir. Üfüq xətti kifayət qədər aşağıda yerləşib və rəsm əsərini ikiyə bölür. Aşağı hissədə soyuq səhra, yuxarı hissədə isə işığın, ümidin, gələcək dəyişikliyin simvolu olan səhər günəşin çıxmasından öncəki səma ilə birgə təsvir edilib.
Cerard Batler
Cerard Batler (ing. Gerard James Butler, 13 noyabr, 1969, Qlazqo, Şotlandiya) — şotlandiyalı aktyor. == Həyatı və səhnəyə gəlişi == Cerard Ceyms Batler 13 noyabr, 1969-cu ildə Şotlandiyanın Qlazqo şəhəri yaxınlığındakı Peysli şəhərciyində dünyaya gəlib. Cerard ailədəki üç uşaqdan ən kiçiyi idi. 12 yaşından Qlazqoda Şotland Gənclik Teatrının tamaşalarında iştirak edir. Ancaq o, aktyor karyerasını davam etdirmir və Qlazqo Hüquq Universitetini yüksək qiymətlərlə bitirib vəkil köməkçisi işləyir. Bir neçə ildən sonra Batler hüquqşünas karyerasını yarımçıq qoyub Londona köçür və teatr aktyoru kimi fəaliyyətə başlayır. Çoxdan pərəstiş etdiyi məşhur "İynə üstündə" tamaşasında baş rollardan birinə dəvət alır. == Çəkildiyi filmlər == Kinodebütü 1997-ci ildə, "Missis Braun" filmində baş tutur. Həmin il Bond filmləri silsiləsindən olan "Sabah heç zaman ölməyəcək" filmində epizodik rola çəkilir.
Cerard Damiano
Cerard Damiano (4 avqust 1928, Bronks, Nyu-York – 25 oktyabr 2008[…], Fort-Mayers[d], Florida) — amerikalı porno film rejissoru olmuşdur. == Həyatı == O, italyan əsilli katolik ailəsində anadan olub. Atasını hələ 6 yaşında olarkən itirmiş, 17 yaşında ABŞ Hərbi Dəniz Qüvvələrinə yazılmış, burada 4 il hərbi xidmət keçmiş və burada aldığı təqaüdlə rentgen mütəxəssisi olmuşdur. Bir müddət peşəsi ilə məşğul olub Nyu-Yorkda bərbər işlədikdən sonra o, az büdcəli qorxu filmləri çəkən dostu vasitəsilə kino dünyasına daxil olur. 1972-ci ildə o, müasir porno film sənayesinin qabaqcıllarından və klassiklərindən biri hesab edilən Deep Throat filmini çəkmişdir. O, 1990-cı illərə qədər yenə də çoxsaylı porno filmlər çəkmiş və bunların arasında janrın klassiklərindən sayılan "The Devil in Miss Jones" (1973) və sadomazoxist janrlı "The Story of Joanna" (1975) filmləri də yer almışdır. İlk filmi 2005-ci ildə "Inside Deep Throat" adlı sənədli filmə çevrilmişdir. Bir çox filmlərinin qeyri-pornoqrafik hissələrində "Albert Gork", "Al Gork", "Jerry Gerard" və ya "D. Furred" kimi məşhurlar ilə kiçik rollar da ifadə etmişdir. O, 25 oktyabr 2008-ci ildə Floridada vəfat etmişdir.
Cerard Debre
Jerar Debre (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Jerar Debre Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Cerard Kloson
Cerard Kloson (ing. Sir Gerard Leslie Makins Clauson; 1891[…], London – 1974[…], Birləşmiş Krallıq) — Böyük Britaniya dövlət xadimi, diplomat, şərqşünas, Türk dilləri üzrə mütəxəssis. == Həyatı == Cerard Kloson 28 aprel 1891-ci ildə Londonda doğulmuşdur. Bir minbaşının oğludur. İton kollecindən sonra ali təhsilini Oksford Universitetinə bağlı Corpus Christi Collegedə almışdır. 1914-cü ildə buradan məzun olmuş və çox keçmədən əsgər olaraq qatıldığı I Dünya Savaşı boyunca Çanaqqala, Misir və İraqda orduda xidmət etmişdir. Savaşdan sonra 1919-cu ildə daxil olduğu Müstəmləkələr Nazirliyində 1951-ci ildə təqaüdə çıxıncaya qədər önəmli mövqelərə yüksəlmişdir. Əməkli olduqdan sonra isə özünü bütünlüklə elmi araşdırmalara vermək imkanı əldə edərək ən önəmli çalışmalarını bu dövrədə ortaya qoymuşdur. Cerard Kloson 1 may 1974-cü ildə Londonda vəfat etmişdir. == Əsərləri == G.Clauson, An Etymological Dictionary of Pre-13th-century Turkish 1972 G.Clauson 'Turkish and Mongolian Studies' 1962.
Cerard Koyper
Cerard Piter Koyper (ing. Gerard Peter Kuiper; nid. Gerrit Pieter Kuiper;; 7 dekabr 1905–23 dekabr 1973) — niderlandlı və (1933-cü ildən) amerikalı astronom. Koyper qurşağın eponimi kimi bilinir. Bəziləri tərəfindən "müasir planetologiyanın atası" kimi tanınır.
Cerard Svoup
Cerard Svoup (ing. Gerard Swope; 1 dekabr 1872, Sent-Luis, Missuri – 20 noyabr 1957, Nyu-York, Nyu-York ştatı) – yəhudiəsilli ABŞ elektrik mühəndisi və elektrotexnika biznesmeni. Herbert Bayard Svoupun qardaşıdır. == Karyerası == Cerard Svoup Missuri ştatının Sent-Luis şəhərində doğulmuşdur. Atası saat qabı istehsalçısı idi. Svoup uşaq yaşlarından etibarən elektrik sahəsinə böyük maraq göstərmişdir. 1895-ci ildə Massaçusets Texnologiya İnstitutundan məzun olmuş və tezliklə Western Electric şirkətinin ümumi satış meneceri vəzifəsinə yüksəlmişdir. O, şirkətin ABŞ, Çin və Yaponiyada əlavə filiallarının açılmasında rol oynamışdır. 1913-cü ildə şirkətin vitse-prezidenti və direktoru seçilmişdir.Birinci dünya müharibəsi zamanı ABŞ ordusunun heyətinə daxil edilmiş və təltif olunmuşdur. O, Fransa və Yaponiyanın da medallarını əldə etmişdir.
Memar Cerard
Meyster və ya Memar Cerard (doğum 1210/1215, ehtimal olunan doğum yeri Rayl, Almaniya - ölüm 24/25 aprel 1271, Köln, Almaniya) — Köln kafedralının birinci memarı. O həmçinin adının latınca versiyası Cerard von Ril kimi də tanınır. Ril Amyens Kilsəsi üçün model hazırlamışdı. == Biblioqrafiya == Paul Klemen (ed.): Der Dom zu Köln (= Die Kunstdenkmäler der Rheinprovinz. Band 6, Teil III). Reprint der 2., vermehrten Auflage, Düsseldorf, 1938. Düsseldorf Schwann 1980, ISBN 3-590-32101-6 İohan Jakob Merlo: Geschichte der Kölner Dombaumeister (= Nr. 75 der Jahrbücher des Vereins von Alterthumsfreunden im Rheinlande), 1883 İohan Jakob Merlo: Nachrichten von dem Leben und den Werken kölnischer Künstler, S.133 Köln 1850 Henrix Pröhle: Meister Gerhard von Rile, des Kölner Domes Baumeister, in: Rheinlands schönste Sagen und Geschichten. Berlin 1886, S. 213-216 (E-Text) Sulpiz Boisserée: Meister Gerhard, muthmaßlicher Baumeister des Doms v. Köln.
Cerard de Nerval
Jerar de Nerval (fr. Gérard de Nerval; 22 may 1808[…], Paris – 26 yanvar 1855[…], Paris) — Romantizm hərəkatının ən güclü nümayəndələrindən biri. Fransız yazar, şair və səyyah. == Həyatı == Paris şəhərində dünyaya gələn Nervalın anası o, iki yaşında olarkən Sileziyada vəfat etmişdir. Atası Napoleon Bonapartın ordusunda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Jerar de Nerval əmisi Atuan Buşerin himayəsində Valois bölgəsinin ucqar hissələrindən olan Mortefontuanda qalır. Atasının 1814-cü ildə müharibədən qayıtmasından sonra yenidən Parisə göndərilir. Uşaqlıq illərinin keçiridiyi Valoisə bir neçə dəfə geri dönən Nerval, Valoisin gündəlik həyatından, təbilətindən bəhs edən əsərlər yazır. Tərcüməcilik sənətinə olan maraq nəticəsində İohann Volfqanq Götenin Faust əsərini 1828-ci ildə tərcümə edir. Uğurlu tərcümə nəticəsində, ədəbi mühütdə qısa zamanda tanınan Nerval Henrix Heynenin şeirlərini 1840-cı ildə fransız dilinə tərcümə edir.
Səhrada məhəbbət (teleserial, 2001)
Səhrada məhəbbət (isp. Amantes Del Desierto) — Kolumbiyanın Telemundo telekanalında yayımlanan teleserial. == Məzmun == Teleserialda baş verən hadisələr 20-ci əsrin 50-60-cı illərinə təsadüf edir. Andres Bustamante; maddi problemlər səbəbindən lisenziya ala bilməyən gənc həkim. Lazımi məbləği toplamaq üçün o, qonşuluqda yaşayan insanlara tibbi yardım göstərir. Onun ofisi anası Elena ilə yaşadığı evində yerləşir. Elena Bustamante oğlunu böyütmək üçün çox şeylərdən keçmiş və böyük əmək sərf etmiş anadır. Onlar davamlı pul çatışmazlığından evlərinin kirayə pulunu ödəyə bilmirlər və onların evi hər an Rafael Neqretanın əlinə keçə bilər. Rafael Neqreta ürəksiz, amansız bir insandır. O, evin kirayə pulunu ödəməyə imkanı çatmayan Andres və anasının borcuna daima faiz əlavə edir və onlardan pulu ödəmələrini tələb edir, əks halda o, onların evlərini ələ keçirəcəkdi.
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. == Tarixi == Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".“Yurdda sülh, cahanda sülh” şüarı bundan sonra Türkiyədə dövlət idarəçiliyinin və istənilən dövlət fəaliyyətinin mərkəzi prinsipi kimi qəbul edildi.
Çəhar Asyab rayonu
Çəhar Asyab rayonu - Əfqanıstanın mərkəzi olan Kabil şəhərindən təxminən 11 km şimalda, Kabil vilayətinin isə şimal hissəsində yerləşən rayon. = Haqqında = 2002-ci il siyahıyaalınmasına görə təxminən 32.500 nəfər əhalisi var. Əhalinin əksəriyyətini taciklər təşkil edir. Say baxımdan növbəti üstünlük puştunlara aiddir. Rayon ərazisində az sayda Həzaralar (yaxud Xəzərilər) da var.
Qrinviç meridianından... kənarda (film, 2007)
== Məzmun == Filmin süjet xətti belədir: Qəhrəman gənc rəssamdır. O, siyasətdən uzaq olmaq istəyir. Hər bir yaradıcı insan kimi onun da öz dünyası var. Amma vəziyyət elə inkişaf edir ki, məcburiyyət qarşısında o da, dövrün hadisələrinə qarışmalı olur. Çünki, ən yaxın dostu cəbhənin bir tərəfində, sevgilisi o biri tərəfindədir... == Film haqqında == Filmin layihəsi Mədəniyyət və Turizm Nazirliyinin "Yeni əsr. Yeni gənclər. Yeni baxış" qısametrajlı film layihə müsabiqəsində 2-ci yeri tutub (02.08.2006). Çəkilişlər 2 aya yaxın davam etmişdir. == Festivallar və mükafatlar == 1) 2007-ci ildə Ukrayna Beynəlxalq Kinofestivalı "Ən yaxşı operator işinə görə" Nadir Mehdiyevə Mükafat verilmişdir.