FİSQİ-FÜCUR
FİŞƏNGQAYIRAN
OBASTAN VİKİ
Fişəng
Fişəng — estetik, mədəni və ya dini səbəblərdən istifadə edilən pirotexnik maddələr sinfi. Çində VII əsrdə kəşf edilmişdir və tədricən Çin mədəniyyətinin bir hissəsinə çevrilib. Atəşfəşanlıq Azərbaycanda da Yeni il başda olmaqla bir çox bayramın keçirilməsində istifadə olunur.
Azərbaycan fişəng və səma fənərləri
Azərbaycan fişəng və səma fənərləri — Azərbaycan mərasimlərində istifadə edilən vasitələr. Azərbaycan regionlarında fişəng və səma fənərləri üçün müxtəlif cür adlandırılmalardan istifadə edilir. == Adlandırmalar == === Taraqqa, beşaçılan, onaçılan, tumanagirən === Fişənglərlə keçirilən şənlik Azərbaycanda atəşfəşanlıq, atəşbazlıq, fişəngbazlıq adlandırılmışdır. Naxçıvanda Novruz bayramı ərəfəsində, köhnə ilin axır çərşənbəsində atəşfəşanlıq edilər, fişəng fırladılaraq göyə atılar, taraqqa partladılardı. Taraqqa sözü Şuşa ləhcəsində də işlədilir. Y. V. Çəmənzəminli "Həyatımın 20 ili" əsərində Novruz bayramını təsvir edərkən taraqqa sözünü işlədir: "Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng-taraqqa atardıq…"Köhnə ilin axır çərşənbəsində Ordubadda isə ustaların kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırdılar. Ordubadın Dəstə kəndində atılan bir fişəng növü isə tumanagirən adlanır. === Üskü, lopa, şar === Novruz bayramında üskü-lopa atılması ilə xəstəliyin, hər cür pisliyin qarşısının alındığına inanılırdı. İlk üç çərşənbədə tonqalda yandırılan lopa üç dəfə ev-eşin dövrəsində dolandırılar və bu sözlər deyilərdi: Ovsun üçün istifadə edilən bu sözlərdə şər qüvvələrin qorxub-qaçması, bir daha evə yaxınlaşmaması ifadə olunub.Naxçıvan bölgəsində lopa ilə birlikdə şar adından da istifadə edilir, ilaxır çərşənbədə uşaqlar tərəfindən hazırlanan "şarlar" yandırılıb fırladılaraq göyə atılırdı. Bakı kəndlərində həm tonqala, həm də göyə atılan lopalara üskü deyilir, Novruz qabağı çərşənbələr üskü çərşənbəsi adlandırılırdı.
Benqal fişəngi
Benqal fişəngləri bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı. Əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədi ilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər. azırkı müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, "benqal fişəngləri"ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlif cür "benqal fişəngləri" istehsal olunmaqdadır.
Əsəd ağa Fişəngçi
Əsəd ağa Eyvaz oğlu Fişəngçi(1846-?)—İran Məşrutə hərəkatının fəal üzvü, Səttar xanın silahdaşı. == Həyatı == Əsəd ağa Eyvaz oğlu 1846-cı ildə Təbriz şəhərinin Çərəndab məhəlləsində anadan olmuşdu. Məhəllə mollasının yanında ibtidai təhsil almışdı. Təbriz bazarında silah mağazası vardı. Silah-sursat satdığından Fişəngçi ləqəbi ilə tanınırdı. Əsəd ağa Fişəngçi "İctimai-Amiyyun" təşkilatının üzvü idi. Məşrutə hərəkatına qatılmışdı. Əsəd ağa Fişəngçi Məhəmməd naib Əhrabi ilə bərabər mücahid dəstəsinin başçısı idi. O, Maku hadisələrində və Qaraməlik vuruşunda seçilmişdi. 1908-ci ildə Təbrizdə əksinqilabçılara ciddi zərbə endirilmişdi.

Digər lüğətlərdə

выстужа́ться заму́жство клопомо́р наилегча́йший непредубеждённость сатурацио́нный фата́льно эвфони́я изгиба́ние комендо́рский пед... телемарафо́н толокно́ манеж шифр anteposition approbative avouch coerce cost-effective factory farm stirless traitress unmixed воспроизвестись