Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
CTO
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.
.bi
.bi — Burundinın internet kodu.
Li Un-Bi
Li Un-Bi (d. 23 noyabr 1990) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Li Un-Bi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Çao Çao
Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[…] – 220[…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı". Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir. Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı.
Bi-Zet
Bi-Zet — iysiz, dadsız, ağ kristallik maddə. Psixokimyəvi zəhərli maddə. == Toksiki xassələri == Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər. Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-60 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs səmtləşməni itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir, neqativizm inkişaf edir və zəhərlənmiş şəxs ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır.
Çi-Li
Çi-Li — 2005-ci ildə Rusiyada yaranan musiqi qrupu. Elə o zaman qrupun debüt single olan «Преступление» buraxılmışdı. Bundan sonra qrup bir çox yerdə çıxış etmişdi, məsələn 2006-cı ildə Leninqrad adlı klubda. Çi-Li adını qrupun solisti İrina Zabiyaka qoymuşdu. Onun sözlərinə görə, bu adı o uşaqlıqda almışdı. O zaman onun anası Çili üsyanında itmiş atası haqda danışmışdı. DVD «Хроники преступлений» (2007) Kliplər Новый год в постели Омут Лето Маки Мы не ангелы Сердце А может быть Любовь это яд Сказки (feat. Qoşa Kutsenko) Орэ-орэ Обещаю Можно всё Кошка Ромашковое поле Облака Я хочу побить посуду (feat. Qoşa Kutsenko) Ира, Ира (feat. Братья Грим) Океан Я буду помнить (feat.
Bi Şen
Bi Şen (990 – 1052, Böyük Çin) — Çin ixtiraçısı, mütəhərrik literlərlə kitab çapının banisi. İxtirası 1041–48-ci illərə təsadüf edir. Yanmış (bişmiş) gildən hazırlanan çap elementləri (heroqliflər) soyuduqda bərkiyən özlü qatranlı qarışığın köməyilə dəmir yığı formalarına yapışdırılırdı. Mətnin kağızda çap edilməsi üçün literlərin üzərinə tuş çəkilirdi. Bi Şenin ixtirası haqqında ilk dəfə Şen Qo (1031–95) məlumat vermişdir.
CEO
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri: CEO) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Çao
Çao — ilk dəfə Yuan sülaləsində Xubilay xan dövründə dövriyyəyə buraxılmış valyuta vahidi, əskinas. İlk dəfə 1260-cı ildə tədavülə buraxılmışdır və Toqhon Temür dövrünəcən dövriyyədə olmuşdur. Marko Polo xatirələrində bu əskinasdan bəhs etmişdir. Çao, 1294-cü ildə Keyxatu xan dövründə Elxanilər dövlətində də dövriyyətə buraxıldı. İlk Çao əskinası 12 sentyabr 1294-cü ildə, Təbrizdə dövriyyəyə buraxılmışdı. Əskinasların çap olunduğu yerlər çaoxana adlanırdı. Yeni valyutanın dövriyyəyə buraxılmasının səbəbi Keyxatunun dövlət xəzinəsini yerli-yersiz xərcləməsi idi. Vəzir Sədrəddin Zəncaninin təşəbbüsü ilə çaonu qəbul etməyən hamıya ölüm cəzası verilməsi barədə qanun qəbul edildi. Qanunda qızıl və gümüş sikkələrin kəsilməsi də qadağan olunurdu.Lakin bu, bahalaşma və bazarların boşalmasına gətirib çıxardı. Hökumət məcbur olub ərzaq üçün qızılın istifadəsinə yenidən icazə verdi.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Co Nq
Co Nq (15 noyabr 1963) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Co Nq Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Co Nq Kanadanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Co Nq Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Yo Hyo-Bi
Yo Hyo-Bi (15 iyul 1991, Seul) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yo Hyo-Bi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
.ai
.ai — Anqilyanın internet kodu.
.ci
.ci — Kot-d'İvuarın internet kodu.
.ni
.ni — Nikaraquanın internet kodu.
Avropa İttifaqı (Aİ) və ya Avropa Birliyi — 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. == Əsas təsis sənədləri == 1951-ci il — Avropanın Polad və Kömür Cəmiyyətinin yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın Atom Enerjisi İttifaqının yaradılması haqqında müqavilə. 1957-ci il — Avropanın İqtisadi İttifaqının yaradılması haqqında Roma müqaviləsi 1965-ci il — Avropa İqtisadi İttifaqının, Avropa Atom Enerjisi İttifaqının, Avropa Polad və Kömür Cəmiyyətinin vahid şəkildə birləşməsi üçün Brüssel müqaviləsi 1986-cı il — Vahid daxili bazarın yaradılması və siyasi əməkdaşlıq haqqında vahid Avropa aktı 1990-cı il — Şengen müqaviləsi [mənbə göstərin] 1992-ci il — Maastrixt sazişi 1997-ci il — Amsterdam müqaviləsi == Tarix == Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa İttifaqı üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur.
Di
Şanyü Di (v. 63) — Cənub Hun İmperiyasının imperatorudur. Şimal Hunları ilə müharibələr aparmışdı.
Music to Be Murdered By
Music to Be Murdered By, Amerikalı repçi Eminem-in 11-ci studiya albomudur. Əvvəlki albomu Kamikaze ilə oxşar şəkildə əvvəlcədən tanıtımı edilmədən surpriz bir şəkildə 17 Yanvar 2020-de Aftermath Entertainment, Interscope Records və Shady Records tərəfindən yayınlandı. Albom Eminem və Dr. Dre prodüserliyi nəticəsində işıq üzü gördü.
Ato, Kaz və Nik
Ato, Kaz və Nik və ya Sferiklər – 2002-ci ildə Yaponiya və Cənubi Koreyada baş tutmuş futbol üzrə dünya çempionatının rəsmi talismanları. == Tarix == Ato, Kaz və Nik kompüter animasiyası ilə yaradılmış ilk talismanlar idi və onların dünya çempionatına futuristik hava qatmaları gözlənilirdi. Əvvəlki dünya çempionatlarının sevimli talismanlarından fərqli olaraq onlar daha "qorxunc" görkəmə malik idilər. Hətta FİFA balaca uşaqların onlardan qorxa biləcəyini etiraf etmişdir. Talismanlar 1999-cu ilin dekabrında tanıdılsalar da, adları 2001-ci ilin aprelində Seulda açıqlanmışdır. Adlar üçün Yaponiya və Cənubi Koreyadakı internet istifadəçiləri, eləcə də, McDonald's müştəriləri arasında sorğu keçirilmiş və sorğuda 980 mindən çox səs qeydə alınmışdır. == Təsvir == Ato, Kaz və Nik, müvafiq olaraq, narıncı, bənövşəyi və göy rəngdə olan personajlardır. Onlar Sferiklər adlı xəyali ailənin tikanbaşlı üzvləridir. Göyün yuxarı qatında yerləşən Atmozona adlı yerdə yaşayırlar və atmobol adlı futbol növünü oynayırlar. Ato məşqçidir, Kaz və Nik isə onun oyunçularıdır.
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. == Həyatı == Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. == Bəzi çəkildiyi seriallar == Sus və Çal!
Ço Un-Hi
Ço Un-Hi (d. 20 may 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ço Un-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Hu Çao
Hu Çao dövləti — 330-351-ci illər arası Çində mövcud olmuş Hun dövlətidir.
Kanako İto
E.ə. 10
== Hadisələr == Akvink salınıb.
E.ə. 11
== Hadisələr ==
E.ə. 12
== Hadisələr ==
E.ə. 13
== Hadisələr ==
E.ə. 14
== Hadisələr == Tiberi ( e. ə.
E.ə. 15
== Hadisələr ==
E.ə. 16
== Hadisələr == Tririn əsası qoyulub.
E.ə. 17
== Hadisələr ==
E.ə. 18
== Hadisələr == Bekçe krallığının yaranması.
E.ə. 19
== Hadisələr == Kral Yuri e.ə. 19-cu ildən eramızın 18-ci ilinə qədər hökmdarlıq etmişdir.
E.ə. 20
== Hadisələr == Atropatena Parfiyalıların əlinə keçib.
E.ə. 21
== Hadisələr ==
E.ə. 22
== Hadisələr ==
E.ə. 23
== Hadisələr ==
E.ə. 24
== Hadisələr ==
E.ə. 25
== Hadisələr == == Doğumlar == Filon İsgəndəıriyyəli Filon (lat. Philos Alexandros) ya Yəhudi Filon e.ə. 25-e.50 ci illərində İsgəndəriyyə şəhərində doğulub yaşamış "ellinizmin" görkəmli nümayəndəsi, dini mütəfəkkir, ilahiyyatçi.
E.ə. 26
== Hadisələr ==
E.ə. 27
== Hadisələr == 13 yanvar — Oktavian senatda özünə fövqal səlahiyyətlər verir. 16 yanvar — Oktaviana Avqust titulunun verilməsi. Oktavianın və Aqrippanın konsulluğu. Peritorian qvardiyasının (500 nəfərlik 9 koqort) yaranması. Şimal-qərbi İspaniya tayfalarının, Asturiya və Kantrabrinin Avqustun tabeçiliyinə keçməsi.
E.ə. 30
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Siciliyalı Diodor 30 noyabr — Kleopatra – Misir şahzadəsi.
E.ə. 31
== Hadisələr ==
E.ə. 32
== Hadisələr ==
E.ə. 36
== Hadisələr == Roma sərkərdəsi Antoninin Şərqə yürüşü. O, Parfiyanın təzyiqi ilə geri çəkildi və Misirə getdi. Bu yürüşdən sonra İberiya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər. Fraaspa döyüşü (Roma - Atropatena) Atropatena qələbəsi ilə başa çatdı.
EM-14
EM-14 — Azərbaycan istehsalı ilk NATO kalibrlı avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb. == Texniki xüsusiyyətləri == NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində pikatinni relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır. == İstehsalı == Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq. Müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov deyib: “Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur.
Ermənistanda COVID-19 pandemiyası
Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. == Hadisələrin ardıcıllığı == === Mart === 1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi. Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstan və İranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir. 18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı. Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub. Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib. Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi.