HI-FI

n (high fidelity ~ birləşməsinin qısa forması) yüksək keyfiyyətli, əla / dəqiq cihaz

HI
HIATUS
OBASTAN VİKİ
.fi
.fi — Finlandiyanın internet kodu. == Xarici keçidlər == IANA .fi whois information FICORA.fi Ficora domains Arxivləşdirilib 2006-09-26 at the Wayback Machine .fi top-level domain registration application Miten Internet tuli Suomeen - Nic.funet.fi (en.
Hi-NRG
Hi-NRG (oxunması: Hay-Enerji) — Elektron musiqinin bir növüdür. Bu janr ritmcə diskoya nisbətən daha tez ifa edilən musiqi janrıdır. İlk dəfə bu musiqi janrının bas-xətti italyan bəstəkarı Corco Moroder tərəfindən ABŞ ifaçısı Donna Sammerin ifa etdiyi "I Feel Love" (1977) mahnısı üçün hazırlanmışdır. "Hi-NRG" janrı 1970-ci illərdən başlayaraq, 1980-ci illərin ortalarına kimi məşhur olmuşdur. == Xarici keçidlər == Deutsches Webradio (Disco Radio Action) 100% HiNRG, Disco. Zum reinhören ein heißer Tipp!
Li-Fi
Li-Fi — rəqəmli informasiyanın işıq şüalandırmasının köməyi ilə ötürülməsini mümkün edən qurğu. Bunun üçün gücü 1 volt olan adi işıq diodlu lampaya mikroçiplər quraşdırılır və işığı yandıran zaman siqnal kompüterdə quraşdırılan qurğuya ötürülür. Beləliklə, istifadəçi internet şəbəkəsində olması üçün lampanı həmişə yanılı vəziyyətdə saxlamalıdır. Bu halda parlaqlıq əhəmiyyət kəsb etmir, cihazdan isə işığı azaldılmış qənaət rejimində istifadə etmək mümkündür. Yeni texnologiya məlumatları saniyədə 150 meqabit sürəti ilə ötürməyə imkan verir. == İcad Olunması == Alman elm adamı Harald Hass və qrupu tərəfindən bu mövzuda görülən işlər nəticəsində Li-Fi, yəni işığın fiber optikdən fiber təmin edilərək məlumatların, LED lampa vasitəsi ilə çatdırılması təmin edildi. Radio dalğaları yerinə işıq siqnallarının istifadə edilməsiylə Li-Fi saniyədə 800 meqabit informasiyanın ötürüə bilir. Alman elm adamı Harald Haas çalışdığı bu layihəsində radio dalğalarını istifadə edərək, onları görülə bilir bir işıq spektra çevirir və radio dalğalarından 10000 qat daha sürətli olan bu sistem ilə məlumat transferini təmin edə bilir. 8 il boyunca Edinburg Universitetindəki iş komandası ilə çalışan Haas bu layihənin nəticəsində LED lampalar ilə artıq İşıq sürəti qədər sürətli informasiya transferi əldə etmişdir. Bu informasiya transferi üçün lampanın olduğu hər yerdən bu əməliyyatı edə bilir.Li-Fi və Wi-Fi'nin fərqi: Li-Fi ilə Wi-Fi -nin məqsədi eynidir, hər ikisi məlumatları ötürür yalnız kiçik bir fərq; burada radio siqnallarını istifadə etmək əvəzinə məlumatları simsiz ötürmək üçün LED işıqlardan istifadə edilir.
Su­fi
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. == Mənbəyi == Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir.
Wi-Fi
Wi-Fi (ing. Wireless Fidelity — "simsiz dəqiqlik") və ya Vayfay — Wi-Fi Allianceın ticarət markası. IEEE 802.11 standartları əsasında simsiz şəbəkə yaratmaq üçündür. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. "IEEE 802.11" standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, netbuk, cib kompüteri, smartfonlar, veb-kamera sahibləri "Wi-Fi" birləşmədən istifadə edə bilərlər.Kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. IEEE 802.11 standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, cib kompüteri, veb kamera sahibləri Wi-Fi birləşmədən istifadə edə bilərlər.
Şam-Fi
Ba Min-Hi
Ba Min-Hi (d. 11 iyul 1988) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ba Min-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Han Sun-Hi
Han Sun-Hi (d. 9 iyun 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Li Min-Hi
Li Min-Hi (d. 4 fevral 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Min-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Mon Pil-Hi
Mon Pil-Hi (d. 2 noyabr 1982) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Mon Pil-Hi Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Mon Pil-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Myon Bo-Hi
Myon Bo-Hi (d. 29 yanvar 1979) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Myon Bo-Hi Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Pak Çon Hi
Pak Çon Hi (kor. 박정희; 14 noyabr 1917 – 26 oktyabr 1979[…]) — Koreya Respublikasının hərbi və dövlət xadimi, 1962–1979-cu illərdə ölkə prezidenti. Onun dövründə rəqibi Şimali Koreyanın iqtisadiyyatını keçməyə imkan verən iqtisadi islahatlar ("Koreya iqtisadi möcüzəsi") həyata keçirilmişdir. 26 oktyabr 1979-cu ildə sui-qəsd cəhdində öldürülmüşdür.
Par Çun-Hi
Par Çun-Hi (d. 10 aprel 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Par Çun-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Par Çun-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Su Min-Hi
Su Min-Hi (d. 7 sentyabr 1968) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Su Min-Hi Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Vo Sun-Hi
Vo Sun-Hi (d. 1 iyul 1978) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Vo Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Vo Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Vo Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Yan So-Hi
Yan So-Hi (d. 15 mart 1978) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Yan So-Hi Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ço Un-Hi
Ço Un-Hi (d. 20 may 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ço Un-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Çun Un-Hi
Çun Un-Hi (d. 1 may 1977) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Çun Un-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Betfakar Fi Eih?!
"Betfakar Fi Eih?!" (Ərəbcə: "بتفَكّر في إيه؟") Nensinin 2008-ci il 30 İyulda çıxmış 6-cı studiya albomudur. 2008-ci ildə Ərəb dünyasında və 1 Avqustda digər ərazilərdə də tanınaraq Nensi Ajrama daha öncəki işlərinin qazandırmadığı uğuru qazandırdı. Albomun adı "Nə düşünürsən?" mənası verir. Bu albomda bir çox mahnıların hit olması Nensinin müasir ərəb musiqisi tarixindəki səltənətini davam etdirdi. Albomun aparıcı mahnısı "Betfakar Fi Eih?!" Nensinin yaradıcılığında çox böyük dəyişikliyin olduğunu göstərirdi. Albom ona dünya şöhrəti və World Music Awards mükafatı qazandırdı. Belə ki, Nensi bu mükafata sahib olan ən gənc ərəb sənətçisi idi. == İstehsal və dəyişikliklər: == 2008-ci ilin İyununda Nensinin meneceri Jiji Lamara "Aktar w Aktar" ("Sahharny Sahhar") mahnısı üçün klip çəkildiyini elan etmişdi. Deyilənə görə, daha öncə albomun aparıcı mahnısı məhz bu seçilmişdi. Belə ki, daha sonra "Betfakar Fi Eih?!" albomun adı və əsas sinqlı oldu.
Risalə fi-Kimya
Risalə fi-kimya — Əlyazmada müəllif və əsər haqqında əlavə məlumata rast gəlinmir. Həmadaninin bu əsəri Əlyazmalar İnstitutunda yeganə nüsxədədir. Əsər ümumi kimyaya həsr edilmiş bir traktatdır. Cildi tünd qəhvəyi rəngli dəridir. Kağızı mavi rəngli, fliqranlı Avropa istehsalı olan bu əlyazma qara mürəkkəblə nəstəliq xətti ilə köçürülmüşdür. Həcmi 43 vərəq, ölçüsü 18x11 sm.-dir. Əlyazmanın hər səhifəsində 24 sətir var. Əsər bablara bölünmüşdür. Babların başlıqlarının üzərindən qırmızı xətt çəkilib. Katibi-Şeyx Məhəmməd Həsəndir.
Wi-Fi 7
IEEE 802.11be, Wi-Fi 7 və ya Extremely High Throughput (EHT) – IEEE 802.11 standartının növbəti versiyası. O, 802.11ax standartına əsaslanaraq, 2.4, 5 və 6 GHz tezlik diapazonlarında stasionar və piyada sürətləri ilə daxili və açıq havada işləyən simsiz lokal şəbəkə olmağı hədəfləyir. Faktiki nəticələr xeyli aşağı olsa da, sürətlərin nəzəri olaraq maksimum 46 Gbit/s-ə çatacağı gözlənilir.802.11be-nin hazırlanması davam edir. İlkin layihə 2021-ci ilin martında təqdim edilsə də, yekun variantı 2024-cü ilin əvvəlinə gözlənilir. Buna baxmayaraq, 2022-ci ildə qaralama halında olan standartlar əsasında çoxlu sayda məhsul açıqlanmışdır. Onlar 2023-cü ilin əvvəllərində bazara çıxarılmışdı. Qlobal Wi-Fi 7 bazarı 2023-cü ildə 1 milyard ABŞ dolları həcmində qiymətləndirilir. 2030-cu ilə qədər bu rəqəmin 24,2 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. == Əsas xüsusiyyətlər == Aşağıdakılar Qaralama 3.0-da təsdiq edilmiş əsas xüsusiyyətlərdir: 4096-QAM (4K-QAM) hər bir simvolun 10 bit əvəzinə 12 bit daşımasına imkan verir ki, bu da Wi-Fi 6-nın 1024-QAM-dan 20% daha yüksək nəzəri ötürmə sürəti ilə nəticələnir Bitişik və ayrı 320/160+160 MHz və 240/160+80 MHz ötürmə genişliyi Multi-Link Operation (MLO), müxtəlif tezlik diapazonları və kanallar üzrə eyni vaxtda məlumat göndərmək və qəbul etməklə tutumu artıran xüsusiyyətdir. (2,4 GHz, 5 GHz, 6 GHz) MLO-nun istifadəsi sayəsində 1/100-ə qədər gecikmənin olması 16 ötürücü axını və MIMO (ing.
Wi-Fi 4
IEEE 802.11n-2009 və ya 802.11n — məlumat sürətini artırmaq üçün çoxlu antenalardan istifadə edən simsiz şəbəkə standartı. "Wi-Fi Alliance" həmçinin standart texnologiyanı geriyə doğru Wi-Fi 4 olaraq etiketləmişdir. Bu digər funksiyalar arasında MIMO, çərçivə aqreqasiyası və təhlükəsizlik təkmilləşdirmələri üçün dəstəyi standartlaşdırmışdır. IEEE 802.11n-2009 2,4 GHz və ya 5 GHz tezlik diapazonlarında istifadə edilə bilər. MIMO dəstəyini təqdim edən ilk Wi-Fi standartı olaraq 802.11n standartı (və ya standartın qaralama versiyası) dəstəkləyən cihazlar MIMO (Wi-Fi məhsulları) adlanır. 802.11a ilə eyni spektri qoruyaraq məlumat sürətini artırmaq üçün MIMO-OFDM istifadə ilk dəfə "Airgo Networks" tərəfindən nümayiş etdirilmişdir.Standartın məqsədi 20 MHz kanalda bir məkan axını ilə maksimum xalis məlumat sürətinin 54 Mbit/s-dən 72 Mbit/s-ə və 40 MHz kanal enində dörd məkan axınının istifadəsi ilə 600 Mbit/s-ə qədər əhəmiyyətli artımla əvvəlki iki standarta – 802.11a və 802.11g standartlarına nisbətən şəbəkə ötürmə qabiliyyətini yaxşılaşdırmaqdır.IEEE 802.11n-2009 IEEE 802.11-2007 simsiz şəbəkə standartına düzəlişdir. 802.11 simsiz şəbəkə ötürmə üsullarını tənzimləyən IEEE standartları toplusudur. Onlar bu gün yaşayış və biznes sahələrində simsiz əlaqə təmin etmək üçün 802.11a, 802.11b, 802.11g, 802.11n, 802.11ac və 802.11ax versiyalarında istifadə olunur. 802.11n-in inkişafı 2002-ci ildə başlamış, 2009-cu ildə buraxılmışdır. 802.11n protokolu indi dərc edilmiş IEEE 802.11-2012 standartının 20-ci bəndidir.
Wi-Fi 5
IEEE 802.11ac-2013 və 802.11ac — IEEE 802.11 protokollarında (Wi-Fi şəbəkə ailəsinin bir hissəsi olan) simsiz şəbəkə standartı. 5 GHz zolağında yüksək ötürücülü simsiz lokal şəbəkələri (WLAN) təmin edir. Wi-Fi Alyansı tərəfindən Wi-Fi 5 olaraq adlandırılmışdır.Saniyədə ən azı 1,1 giqabit çoxstansiyalı ötürmə qabiliyyətinə və saniyədə ən azı 500 meqabit tək keçidli ötürmə qabiliyyətinə malikdir. Bu 802.11n-in əhatə etdiyi hava-interfeysi konsepsiyalarını genişləndirməklə həyata keçirilir: daha geniş radio frekansının buraxılış zolağının eni (160 MHz-ə qədər), daha çox MIMO fəza axını (səkkizə qədər), aşağı keçidli çoxistifadəçili MIMO (dörd müştəriyə qədər) və yüksək sıxlıqlı modulyasiya (256-QAM-a qədər).Wi-Fi Alyansı AC simsiz məhsullarının tətbiqini "Dalğa 1" və "Dalğa 2" adlı iki fazaya ("dalğalara") ayırdı. 2013-cü ilin ortalarından etibarən alyans IEEE 802.11ac Draft 3.0 əsasında istehsalçılar tərəfindən göndərilən Dalğa 1 802.11ac məhsullarını sertifikatlaşdırmağa başladı (IEEE standartı həmin ilin sonuna qədər yekunlaşdırılmadı). Daha sonra Wi-Fi Alyansı 2016-cı ildə MU-MIMO (yalnız aşağı keçidli), 160 MHz kanal eni dəstəyi, daha çox 5 GHz çox kanalı və dörd fəza axını (dörd antenna ilə; Dalğa 1 və 802.11n-də üç və IEEE-nin 802.11ax spesifikasiyasında səkkizlə müqayisədə) kimi əlavə xüsusiyyətləri özündə cəmləşdirən Dalğa 2 sertifikatını təqdim etdi. Bu Dalğa 2 məhsullarının Dalğa 1 məhsullarından daha yüksək enə və tutuma malik olacağı mənasını verirdi.
Wi-Fi 6
IEEE 802.11ax, "Wi-Fi Alliance" tərəfindən rəsmi olaraq Wi-Fi 6 (2.4 GHz and 5 GHz) və ya Wi-Fi 6E (6 GHz) — simsiz yerli şəbəkələr (WLAN) üçün IEEE standartı və Wi-Fi 5-in (802.11ac) davamçısı. Həmçinin, bu, sıx mühitlərdə Wi-Fi 6 müştərilərinə ümumi təkmilləşdirmələr əsasında "High Efficiency Wi-Fi " kimi tanınır. 1 və 7.1255 GHz o cümlədən 2.4 və 5 GHz arasında lisenziyadan azad zonalarda işləmək üçün nəzərdə tutulmuşdur. Artıq ümumi istifadədə olan GHz diapazonları, eləcə də daha geniş 6 GHz diapazonu (məsələn, ABŞ-də 5.925–7.125 GHz).Bu standartın əsas məqsədi korporativ ofislər, ticarət mərkəzləri və sıx yaşayış mənzilləri kimi yüksək sıxlıq ssenarilərində hər bir sahəyə ötürmə qabiliyyətini artırmaqdır. 802.11ac ilə müqayisədə nominal məlumat sürətinin yaxşılaşması cəmi 37% olsa da, ümumi ötürmə qabiliyyəti artımı (bütün şəbəkə üzrə) 300% təşkil edir (buna görə də High Efficiency). Bu da 75% aşağı gecikmə deməkdir.IEEE 802.11ax standartı 1 sentyabr 2020-ci ildə layihə 8 sponsor səsverməsində 95% lehinə səs əldə etmiş və 1 fevral 2021-ci ildə IEEE Standartlar Şurasından yekun təsdiq almışdır. == Nisbət dəsti == Qeydlər: == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Evgeny Khorov, Anton Kiryanov, Andrey Lyakhov, Giuseppe Bianchi. 'A Tutorial on IEEE 802.11ax High Efficiency WLANs', IEEE Communications Surveys & Tutorials, vol. 21, no. 1, pp.