ni

conj ni ... ni ... nə ... nə də ...

nez
niais
OBASTAN VİKİ
.ni
.ni — Nikaraquanın internet kodu.
Jenq Ni
Yen Ni (6 iyul 1976) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Yen Ni Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Ni Hua
Ni Hua (çin. 倪華, 31 may 1983, Şanxay) — Çin şahmatçısı, qrosmeyster (2003). 2008-ci ilin aprelində Ni Hua və Bu Xiangzhi Wang Yue-dan sonra 2700 sərhəddini keçən növbəti şahmatçılar oldu. 2000-ci ildə İstanbulda Olimpiyada ilk çıxışını 9 oyundan 5.5 xal ilə bitirdi. 2004-cü il FİDE Dünya Çempionatında ilk turda Evgeny Vladimirov üzərində qələbə qazanır, lakin növbəti turda həmyerlisi Ye Jiangchuan-a məğlub olur. 2008-ci ilin may və iyun aylarında keçirilən Çin Çempionatında 11 oyundan 7.5 xal ilə çempion adını qazanır. 2009-cu ilin yanvarında ənənəvi Reggio Emilia şahmat turnirinin ilk Çinli qalibi kimi tarixə düşür. 2010-cu ilin aprel ayında Asiya Çempionatının qalibi olur. 2015-ci ildə 11 oyundan 10.5 xal ilə Avstraliya Açıq Çempionatında birinci yeri tutur. Ni Hua.
Yen Ni
Yen Ni (6 iyul 1976) — Çini təmsil edən bədii gimnast. Yen Ni Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
NHK ni Youkoso!
Welcome to the N.H.K. (N・H・Kにようこそ!, N.H.K. ni Yo:koso, NHK-yə xoş gəlmisiniz!) — ranobe və onun anime və manqa adaptasiyaları. Orijinal məzmunun müəllifi Tatsuhiko Takimoto, qrafika — Yoşitoşi Abe.. Hikikomori - cəmiyyətdən özünü təcrid etmiş, olduqca qapalı həyat tərzi sürən insanları Yaponiyada belə adlandırırlar. 22 yaşlı Sato Tatsuhiro da hikikomoridir. O da, hər bir hikikomori kimi işləmir, oxumur və evdən demək olar ki, çölə sırf alış-veriş etmək üçün çıxır. Dostu və sevdiyi qız isə yoxdur. Günlərin bir günü Satonun mənzilinin qapısını 2 missioner döyür... Tatsuhiro Sato (佐藤 達広) — baş qəhrəman. Orijinal novellaya görə, bir gün ətrafdakıların ona güldüyünü zənn etməyə başladı.
Shōsetsuka ni Narō
Shōsetsuka ni Narō (小説家になろう, azərb. Gəlin romançı olaq‎) — Yusuke Umezaki tərəfindən yaradılmış istifadəçi məzmunlu veb-roman saytı. 2 aprel 2004-cü ildə açılmışdır. İstifadəçilər öz romanlarını bu sayta pulsuz yükləyə və digər romanları pulsuz oxuya bilərlər. Saytın 590.000-dən çox romanı və 1,3 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Hər ay sayt 1 milyardan çox səhifə baxışı alır. Bu sayta yüklənmiş 100-dən çox roman seriyası müxtəlif nəşriyyatlar tərəfindən nəşr olunmuşdur. Bu veb-romanlar arasında ən məşhurları 2011-ci ildə Enterbrain tərəfindən nəşr olunana qədər 2010–2011-ci ildə bu saytda yayımlanmış "Log Horizon", Dengeki Bunko tərəfindən nəşr olunana qədər 2008–2011-ci illərdə bu saytda yayımlanmış "The Irregular at Magic High School" və Media Factory tərəfindən nəşr olunana qədər bu saytda yayımlanmış "Re:Zero -Starting Life in Another World-"-dur. Futabasha nəşriyyatı 20 iyul 2014-cü ildə Monster Bunko ranobe imprintini qurmuşdur. Bu imprint ancaq bu saytda yayımlanmış romanları nəşr edir.
U Ko Ni
Ko Ni (birm. ကိုနီ, tələffüzü [kò nì]; U Ko Ni kimi də tanınır; 11 fevral 1953 – 29 yanvar 2017) — Myanma dövlət xadimi və Dəfnə Hüquq Firmasının təsisçisi və hüquqşunası. Ni həmçinin Müstəqil Hüquqşünaslar Assosiasiyası, Beynəlxalq Vəkillər Kollegiyasının, Myanma Yazıçılar birliyinin üzvü olmuşdur. Hökumət üzərində konstitusiya hüququ almadan Aunq Su Kyinin de-fakto rəhbərliyi altında Milli Demokratiya Liqasına (NLD) müşavir təyin olunmuşdir. U Ko Ni insan hüquqlarının qorunması və demokratik seçkilərdən bəhs edən altı kitabın müəllifidir. Ko Ni həmçinin dinlərarası hərəkatlarda da fəallığı ilə yadda qalmışdır. O, Myanmada konstitusiyaya dəyişikliklərin təbliğində fəal iştirak etmişdir. U Ko Ni 29 yanvar 2017-ci ildə İnformasiya Nazirliyi İttifaqının və Pe Myintin rəhbərlik etdiyi qrupla birlikdə sinor lider gəmi proqramını ziyarət etdikdən sonra İndoneziyaya yollanarkən Yanqon Hava Limanında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdir.
Mü­in Ni­ya­zi
Döş nişanları
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Dünya nizamı (kitab)
Dünya nizamı — Henri Kissincer tərəfindən yazılmış kitab. == Haqqında == 1973-cü il Nobel Sülh Mükafatı laureatı, ABŞ-də Milli Təhlükəsizlik müşaviri və Dövlət Departamenti və bir çox prezidentlərin xarici siyasət məsələləri üzrə müşaviri vəzifələrində çalışmış Henri Kissincer həm təcrübələrini, həm də dünyadakı keçmiş və gələcəyə dair təhlillərini çatdırır. Kissincerə görə, Dünya israrla nizam-intizam axtarsa da, demək olar ki, dörd əsr əvvəl Almaniyanın Vestfaliya bölgəsində keçirilən sülh konfransında bir çox digər sivilizasiyaların iştirak etmədən və hətta bilmədən düşünülmüş əsərdən bəri əsl dünya nizamı heç vaxt mövcud olmayıb. Tarixin çox hissəsi boyu sivilizasiyalar öz nizam anlayışlarını müəyyən etmişlər. Hamısı özlərini dünyanın mərkəzi hesab edirdilər və öz prinsiplərinə universal etibarlılıq aid edirdilər. Bu gün beynəlxalq problemlər qlobal miqyasda yaşanır və ölkələr demək olar ki, dünyanın müxtəlif yerlərində baş verən siyasi hadisələrə dərhal cəlb olunurlar. Buna baxmayaraq, bir çox məsələlərdə əsas oyunçular arasında konsensus yoxdur. Və nəticədə gərginlik artır. Kissincerin dərin tarixi araşdırmalarına və şəxsi təcrübələrinə əsaslanan Dünya Nizamı oxucuları dünya tarixindəki əsas hadisələrə səyahətə çıxarır. Soyuq müharibənin sonunda Reyqannın Sovet prezidenti Qorbaçovla keçirdiyi gərgin danışıqların təfərrüatlarından tutmuş ABŞ-Çin münasibətlərinin gələcəyinə qədər.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) == Apollon və Dəfnə == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Dəymədağıldı (Nir)
Dəymədağıldı (fars. دگمه داغيلدي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2023-cı il siyahıya alınmaya görə 50 nəfər yaşayır (8 ailə).
Eliz Nil
Eliz Demetriya Nil (ing. Elise Demetria Neal; 14 mart 1966, Memfis, Tennessi) — ABŞ aktrisası.
Ell & Nikki
Ell & Nikki — 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən duet. Müsabiqədə ifa etdikləri Running Scared mahnısı finalda 221 xalla birinci olmuşdur.
Elnur Niftəliyev
Elnur Niftəliyev (18 iyul 1983, Bakı) — fəlsəfə doktoru, "Tərəqqi" medalı mükafatçısı. == Həyatı == Elnur Niftəliyev 18 iyul 1983-cü ildə Bakı şəhərində anadan olub, azərbaycanlıdır. Filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var. == Təhsili == 2004-cü ildə Elm Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib. 2006–2009-cu illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspirantı olub. == Fəaliyyəti == Türkiyə Radio Televiziya Qurumu (TRT) tərəfindən 2016-cı ildə Antalyada təşkil edilən 4-cü Beynəlxalq Media Təhsil Proqramının iştirakçısı olub. 2000-cil ildən etibarən müxtəlif mətbu orqanlarda və televiziya kanallarında jurnalist kimi fəaliyyət göstərib. 2004–2006-cı illərdə "Azad Azərbaycan" Teleradio şirkətində "Son Xəbər" proqramında müxbir vəzifəsində çalışıb. 2006-cı ildən ""Lider" TV və "Radio Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətində müxbir, aparıcı, prodüser vəzifələrində çalışıb.
Eqnate Ninoşvili
Eqnate Fomiç Ninoşvili (əsl soyadı İnqorovka; gürc. ; 17 fevral 1859, Kela[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 12 may 1894, Çançeti[d], Kutaisi quberniyası, Rusiya imperiyası) — Gürcüstan yazıçısı. == Həyatı == Eqnate Fomiç Ninoşvili 17 fevral 1859-cı ildə Rusiya imperiyasının Kutaisi quberniyasında yerləşən Kela kəndində anadan olmuşdur. "Mesame basi" qrupunun yaradıcılarındandır. "Qokia Uişvili" (1890), "Simona" (1892), "Kristine" (1893), "Mirzə Mose" (1894) və s. povestlərində kəndlilərin ağır həyatı, zadəganların məişət pozğunluğu, çar məmurlarının tamahkarlığı təsvir olunur. "Quriyada üsyan" (1888-1889, nəşri 1902) tarixi romanı 1841-ci il kəndli üsyanlarından bəhs edir.
Eragrostis nigra
Eragrostis nigra (lat. Eragrostis nigra) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eragrostis deqenensis B.S.Sun & S.Wang Eragrostis nigra var.
Erigeron nitidus
Erigeron nitidus (lat. Erigeron nitidus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron nivalis
Erigeron nivalis (lat. Erigeron nivalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ermənistan SSR-nin himni
Ermənistan Sovet Sosialist Respublikası himni — 1944–1991-ci illərdə Ermənistan SSR-nın himni. Sözləri Armenak Sarkisyanın, musiqisi Aram Xaçaturyanındır. == Sözləri == ERMƏNİ DİLİNDƏ Սովետական ազատ աշխարհ Հայաստան, Բազում դարեր դաժան ճամփա դու անցար, Քաջ որդիք քո մաքառեցին քեզ համար, Որ դառնաս դու մայր հայրենիք հայության: Կրկներգ: Փառք քեզ, միշտ փառք, Սովետական Հայաստան, Աշխատասեր, ճարտարագործ-շինարար, Ժողովրդոց սուրբ դաշինքով անսասան՝ Դու ծաղկում ես և կերտում լույս ապագադ: Լենինն անմահ մեզ հուրն անշեջ պարգևեց, Մեր դեմ շողաց երջանկաբեր այգաբաց, Հոկտեմբերը կործանումից մեզ փրկեց եվ տվեց մեզ նոր, պայծառ կյանք փառապանծ: Կրկներգ Մեծ Ռուսիան մեզ եղբայրության ձեռք մեկնեց, Մենք կերտեցինք ամրակուռ նոր պետություն, Լենինյան մեր կուսակցությունն իմաստուն Հաղթորեն մեզ դեպ կոմունիզմ է տանում: Կրկներգ AZƏRBAYCAN DİLİNDƏ TRANSLİTERASİYA Sovet azad dünya Ermənistanı, Çox qəddar əsrlərdən keçdin, İgid oğulların sənin üçün döyüşdü, Ermənilərin vətəni olmaq. Xor: Sənə şöhrət, həmişə şöhrət, Sovet Ermənistanı, Zəhmətkeş, memar-inşaatçı, Xalqın müqəddəs ittifaqı ilə sarsılmaz: Sən çiçəklənirsən, parlaq gələcək yaradırsan. Lenin bizə sönməz atəş verdi, Xoşbəxt bir bağ bizə qarşı parladı, Oktyabr bizi məhv olmaqdan xilas etdi və bizə yeni, şərəfli həyat bəxş etdi. Xor: Böyük Rusiya bizə qardaşlıq əli uzatdı, Biz güclü yeni dövlət qurduq, Lenin partiyamız müdrikdir O, zəfərlə bizi kommunizmə aparır.
Euphorbia nigrispinioides
Euseius nicholsi
Euseius nicholsi (lat. Euseius nicholsi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Euseius nigeriaensis
Euseius nigeriaensis (lat. Euseius nigeriaensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Exo (nimfa)
Exo (yun. Ἠχώ "əks səda") yunan mifologiyasında personaj, dağ nimfası - oreada. Rəvayətə görə Exo Zevsin nimfa ilə sevişməsini duymaması üçün Heranı daşındırdığı üçün ilahə onu nəhlətləyərək öz səsini almışdır. Buna gürə də danışmağı bilməyən Exo ancaq çağırışlara sonuncu sözü təkrarlayaraq hay verərmiş. Digər bir rəvayətə görə Nərgizə vurulan Exo ünsiyyət tapa bilməməsi üzündən məhəbbət qəmindən ölür, ondan tək səda və daşa dönmüş sümükləri qalmış olur. == Exo və Nərgiz == Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo Nərgiz ov edərkən görmüş və ona aşiq olmuşdur. Danışa bilmədiyindən eşqini ona aşa bilməmişdir.
F-117 Nighthawk
Lokhid F-117 "Nayt hauk" (ingil. Lockheed F-117 Night Hawk) — Lockheed Martin şirkətinin istehsalı, rəqibin Havadan Müdafiə (HM) sistemindən gizli keçmək və hərbi infrastrukturun strateji vacib yerüstü obyektlərinə(raket bazaları, aerodromlar, idarəetmə və rabitə mərkəzləri və s.) hucum etmək üçün nəzərdə tutulan, amerikan səsdən-asta təkyerli taktiki azgörünən zərbə təyyarəsi. İlk uçuşunu 18 iyun 1981-ci ildə edib. 64 ədəd istehsal edilib, sonuncu seriyalı nüsxəsi ABŞ Hərbi Hava Qüvvələrinə(HHQ) 1990-cı ildə təhvil verilib. Bir sıra hərbi münaqişələrdə F-117 yetərincə uğurlu tətbiq olunmuşdur. 2008-ci ilin ortasında bu tip təyyarələr silahlanmadan tamamilə çıxarılmışdır.
Filira (nimfa)
Filira (yun.
Futbol üzrə Niue çempionatının qaliblərinin siyahısı
Fərhad (Nişapur)
Fərhad (farsca:فرهاد) — kənd Nişapur şəhristanı funksiyaları edir. == Coğrafi mövqeyi == Fərhad rayonu Rivand, 10 kilometr cənub şəhərində yerləşir Nişapur mərkəzi şəhəri, bir kənd. 1954 il əhalinin siyahıya alınmasına əsasən, kənd 132 sakinləri evakuasiya olunublar idi, lakin indi.
Fətəli xan Əmir-nizam
Fətəli xan Hidayətulla xan oğlu Əmir-nizam (?-?)— Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin əmiri olmuşdur. Mirzə Fətəli xan bir müddət Fətəli şah Qacarın sarayında eşikağası vəzifəsində çalışmışdı. Mirzə Fətəli xan bəylərbəyi bir müddət Cənubi Azərbaycan hakimi Əhməd xan Müqəddəmin müavini vəzifəsində çalışmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli xan barədə bu sözləri yazır: "Fətəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım." Mirzə Fətəli xan sonra İranın hərb naziri olmuşdu. == Həmçinin bax == Mirzə Məhəmmədbağır xan Əmirnizam - Fətəli xanın nəvəsidir.
Fəxrul Nisa
Fəxrul Nisa (1091, Bağdad - 1179 Bexda) — Kürd əslli hədis alimi, atasının adı Ahmət bin əl-Fərəc bin Ömər əl- Dinavəri'dir. Əbi Xəttab əl-Batırvani, Əbi Abdullah əl-Hüseyn bin Əhməd əl-Neabi və Talha bin Məhəmməd əl-Zeynəbi kimi bir çox alimdən dərs aldı.
Galanthus nivalis
Qar xədicəgülü (lat. Galanthus nivalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü.
Galeodes nigrichelis
Galeodes nigrichelis — Bövlər dəstəsinə, Galeodidae fəsiləsinə aid növ. 1934-cü ildə qeydə alınmışdır. == Endemik == Azərbaycanın endemik canlısı.
Kono Subarashii Sekai ni Shukufuku wo!
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.
Kono Subarashii Sekai ni Shukufuku o! Kurenai Densetsu
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.
Qəlbimi «Vunded-Ni»də dəfn edin (film, 2007)
Qəlbimi "Vunded-Ni"də dəfn edin — Di Braunun eyni adlı əsərindən götürülmüş televiziya filmidir. Filmin rejissoru İv Simono, sseraristi Daniil Qiatdır. Filmin əsaslandığı kitab 19-cu əsrin sonlarında Qərbi Amerikada Amerikanın yerli əhalisinin (hindilərin) tarixidir. Film avropalıların Amerikanın qərbinə kolonizasiyası tarixindən və hinduların öz haqları uğrunda mübarizəsindən bəhs edir. Vunded-Ni körfəzində baş verən döyüş siu hinduları ilə ABŞ ordusu arasında baş verən sonuncu və ən böyük silahlı münaqişələrdən biri idi.
Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru
Beautiful Bones: Sakurako's Investigation (azərb. Gözəl sümüklər: Sakurakonun tədqiqatı‎), A Corpse is Buried Under Sakurako's Feet və ya Yaponiyada tanınan adı ilə Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru (櫻子さんの足下には死体が埋まっている, azərb. Cəsəd Sakurakonun ayaqları altında basdırılıb‎) – Tetsuonun rəssamlığı ilə Şiori Ota tərəfindən yazılan ranobe seriyası. Kadokawa Shoten 2013-cü ildən bəri 9 cildini buraxmışdır və bir milyon nüsxəsini nəşr etmişdir. Troyca tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 2015-ci ildə yayımlanmışdır. 23 aprel 2017-ci ildə Fuji TV-də ranobe əsasında çəkilən dorama yayımlanmağa başlamışdır. Sakurako Kuco 20 yaşlarının ortalarında olan gözəl, dahi qadındır. Lakin onun bütün həyatı bir şeylə bağlıdır: sümüklər. Belə ki, Sakurako osteoloqdur. Sümüklər və skeletlərlə vaxt keçirməyi çox sevir.
Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir. Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru.
Danshi Koukousei de Urekko Light Novel Sakka wo Shiteiru keredo, Toshishita no Classmate de Seiyuu no Onnanoko ni Kubi wo Shimerareteiru. (男子高校生で売れっ子ライトノベル作家をしているけれど、年下のクラスメイトで声優の女の子に首を絞められている。, azərb. Mən liseydə oxuyan oğlanam və uğurlu ranobe müəllifiyəm, lakin seyyu və məndən yaşca kiçik olan bir qız sinif yoldaşım məni boğmağa çalışır.‎) — Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyası. ASCII Media Works nəşriyyatı tərəfindən 3 cildi buraxılmışdır. == Media == === Ranobe === Əsər Kohaku Kuroboşinin rəssamlığı ilə Keyiçi Siqsava tərəfindən yazılan ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 10 yanvar 2014-cü ildə ASCII Media Works nəşriyyatı tərəfindən buraxılmışdır. 10 iyun 2014-cü ilə kimi 3 cildi çapdan çıxmışdır.