Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yeni Çağ
Yeni Çağ (ing. New Age) — psixoloji mövzularla əlaqəli baxışların eklektik yanaşma ilə səciyyələndirən spesifik cərəyan; həm də dünyanın ən sürətlə yayılan dini kimi də təqdim olunur. XX əsrin sonlarında meydana çıxmışdır. "Yeni Çağ" terminini Alisia Beyli adlı bir ingilis xanım yaratmışdır. Minlərlə kilsəsi, külli miqdarda varidatı olan bu cərəyanın 150-dən çox ölkədə 10 milyona yaxın üzvü var. "Yeni Çağ" 1980-ci illərə qədər də submədəniyyət kimi mövcud olmuşdur. Onu bir din kimi isə Ron Habbard adlı amerikalı yazıçı yaratmışdır. == Mənbə == Amerikanın yeni dini - "New Age".
Yeni Çağ (Azərbaycan)
"Yeni Çağ" Analitik İnternet Qəzeti — "Yenicag.az" 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi səhifəsi olaraq 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb. == Fəaliyyəti == "Yenicag.az" İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir. Saytın rəhbəri Aqil Ələsgərovdur. İnformasiya agentliyi Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. "Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub.Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən saytın rəhbəri Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi pozuculuq fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü" və "Səssiz işğal" kitablarını çap etdirib.2016-cı ilin dekabrından "Yenicag.az"ın türk və rus dili versiyaları fəaliyyətə başlayıb. Bu gün "Yeni Çağ Azərbaycan" Media Qrupuna "Yenicag.az" (Azərbaycan), "Yenicag.ru" (rus) və "Yenicag.info" (türk) domenləri daxildir. "Yenicag.az" İA Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən xəbərləri də oxuculara çatdırır. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran "Yeniçag.az"da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.Öz fəaliyyətində tərəfsizliyi və obyektivliyi üstün tutan "Yenicag.az" mövcud siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil informasiya siyasətini həyata keçirir.
Canq Çonq
Canq Çonq (d. 3 may 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Çonq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Adaq
Adaq - türk ve altay mifologiyasında və xalq mədəniyyətində əhd və ya nəzir deməkdir. Azərbaycan dilində əhd və ya nəzir anlayışına bənzəsə də daha geniş əhatəlidir, çünki Şamanlık ənənəsindəki qansız qurban (saçı) və azad qurbanı (ıdık) anlayışları da "Adak" anlayışı içərisində iştirak edər. Hər hansı bir dilək yerinə gəldiyində qarşılığında ediləcəyi və ya veriləcəyi deyilən şey və bunun nəticəsində insanın özünü Tanrıya qarşı öhdəçilikli etdiyi vəziyyət. Osmanlıca nəzir sözünün Türkçe qarşılığıdır. Müqəddəs varlıqlardan kömək istəmək məqsədiylə qurban kəsmək, saçı vermə, şam yandırma, pul bağışlamaq kimi hərəkətlərdə iştirak etmək taahhüdü. Bu yüklenim yerinə yetirilmədiyi təqdirdə adamın başına mənfiliklər, hətta fəlakətlər gələcəyinə inanırlar. Çünki bu söz Tanrıya qarşı verilmişdir. Əhd anlayışına hər dində rast gəlinməkdədir. Anadoluda "Adamak" (Həsr etmək) sözü ilə də istifadə edilər. Türk mədəniyyətində ən məşhur olanı, əhd qurbanı və əhd sədəqəsidir.
Afaq
Afaq — qadın adı və təxəllüs. Afaq Bəşirqızı - teatr və kino aktrisası Afaq Hüseynova - Azərbaycan rəssamı Afaq Gəncəli - televiziya aparıcısı və sənətçi. Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Şıxlı - həkim, şairə, publisist, tərcüməçi Afaq Məlikova - Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Rüstəmova - fəlsəfə elmləri doktoru Afaq Sultanova - Azərbaycanlı para-cüdoçu Afaq Nəbiqızı - yazıçı.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Araq
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Ayaq
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. == Quruluşu == İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standard xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir.Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir. Əl barmaqlarında olduğu kimi ayaq barmaqlarında da falanqalar var və baş barmaq iki falanqaya, digər dörd barmağın isə hər biri üç falanqaya malikdir.
BTAQ
Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti (abr. BTQ) — 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsi. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il sonra 2015-ci il 2016, və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi.Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. == Əvvəlki xətt == Poti-Tbilisi-Bakı dəmiryolunun (Cənubi Qafqaz dəmiryolu) tikintisi 1883-cü ildə başa çatdırılıb və o vaxtdan bəri Cənubi Qafqazın əsas dəmiryolu olaraq qalırdı.1899-cu ildə Tbilisidən Marabdaya, Gümrüyə və Qarsa qədər olan qolun (Qars-Gümrü-Tbilisi dəmiryolu) tikintisi başa çatdırılıb. Ermənistan və Türkiyə arasındakı münasibətlərin pis olması səbəbindən bu dəmiryolu bağlı qalıb. 1986-cı ildə Marabdadan Axalkalakiyə qədər qərb istiqamətində 160 km uzunluğunda dəmiryolu tikintisi başa çatdırılıb.
Calaq
Calaq — bir bitkinin qələmini və ya tumurcuğunu başqa bitkiyə calamaq. Calaqdan şaxtaya, xəstəliyə və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəvermni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə istifadə edilir. Meyvəçilikdə və dekorativ bağçılıq göuuuz və qılım namaz istifadə olunur. Hal-hazırda calaq olunandan 1 il keçdikdən sonra ağac çərtilir Azərbaycanda çiling ən çox cır gilas ağaclarına vurulur lakin həvəskar təsərüfatçılar vişnə ağacınada gilas çilingi vurur çünki vişnə daha quvvətli ağacdı.Lakin gilas çilingi qalınlaşsa belə vişnə qalınlaşmır.Bunun üçün gilas çilingi vurulan yerdən vişnənin gövdəsinin aşağısına qədər çərtilir .Bir çox bitkiçilər bu işlə məşqul olur və vişnənin qabığının 3-4 yerdən çərtilməsi vacibdir çünki vişnə ağacının qabığı çox qalındırvə əgər 1 yerdən çərtilərsə bu zaman vişnə ağacı qalınlaşmır əksinə dahada zəifləyir ama 3 -4yerdən çərtilməsi vişnənin leykoplasistlərini güclənməsinə gətrib çıxarır.Bu zaman vişnə ağacındakı xromosomlar güclü olduğundan şirənin ifrazının qarşısını alır və ağac şirə verərək qurumur.Azərbaycan Respublikası Kənd təsərüfatı. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. == Toponim == Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. == Coğrafiyası == Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. == Əhali == 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Canq
Canq (urdu جھنگ) — Pakistanın Pəncab əyalətindəki Canq rayonunun inzibati-mərkəzi. Çenab çayından şərqdə yerləşir. Pakistanın ən böyük 18-ci şəhəridir. Şəhər Sultan Bahunun məzarının burada yerləşməsinə görə tanınır və Pakistanın turistik yerlərindən biridir. == Tarixi == Britaniya Racının altında bir-birindən iki mil (3,2 km) məsafədə yerləşən Canq və Mighiana şəhərləri daha sonra Canq-Maqiana olaraq bilinən ortaq bir bələdiyyəyə çevrildi.Maqiana, Çenab allüvial vadisinə baxmadan, dağlıq ərazilərin kənarında yerləşir, köhnə Canq şəhəri isə ayaqları altındakı ovalıqları tutur.
Cuğa
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir.Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. == Cuğa karvansarası == Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir. Cuğa karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmişdir.
Cyay
𐕏 (səslənməsi /dzʲ/, transkripsiyası Ʒ', ӡ') — Alban əlifbasının 32-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ջա́յ (J̌áy) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı əslində "Ʒ’ay" olmalıdır və damaqlaşmış cingiltili affrikatdır. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ş səsinin bir forması olduğunu düşünürdü. Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib. Sinay palimpsestlərində qeydə alınmamış hərflərdən biridir. Hipotetik olaraq 5000 rəqəmini təmsil etdiyi düşünülür.
Cüng
Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları. Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
JSAG
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi "erməni soyqırımının" tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Ocaq
Ocaq ya da Soba, cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən bir cihazdır.
Oraq
Oraq — kənd təsərrüfatı aləti. Taxıl, qismən də ot biçinində istifadə edilir. Kiçik polad tiyədən və ağac sapdan ibarətdir. Dişsiz olması ilə çindən fərqlənir. Tiyənin arxa tərəfi ağac sapa geydirilir. Neolit dövründə yaranmışdır İlk dəfə Ön Asiyada tapılmışdır. Oraq gövdəsi ağac, sümük və gildən olurdu, sonralar isə tunc, dəmir və poladdan da hazırlanırdı. Arxeoloji qazıntılar zamanı Azərbaycanda tapılmış qədim oraqlarla XX əsrdə istifadə olunan oraqlar arasında oxşarlıq var. Oraq "urak" adı ilə bir sıra türkdilli xalqlar arasında da yayılmışdır. Həyətyanı təsərrüfatda işlədilir.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Çapaq
Çapaq (lat. Abramis brama) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növ. == Yayılması == Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrinin çay və göllərində,eləcə də Ağ dənizdə və Peçorada yayılmışdır. Xəzərdə Şərq çapağı-Abramis brama orientalis Berg yarımnövü yaşayır.Arealı bütün iri çayların-Volqa, Ural, Terek, Kür çaylarının aşağı axarını,eləcə də Lənkəran sahillərinin kiçik çaylarını əhatə edir.Kür silsilə su anbarlarında və Kürətrafı göllərdə nisbətən çoxsaylıdır. Xəzərin Abşeron yarımadasından şimalda və cənubda da, Dəvəçi limanı və Kiçik Qızılağac körfəzində də rast gəlinir. == Morfoloji əlamətləri == Şərq çapağının bədəni hündürdür. Başı balacadır. Ağzı yarımaltdır. Cavanları gümüşü, yaşlıları daha tünd olub , qızılı rəngə çalır. Üzgəcləri boz, anal üzgəci uzundur.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 219 nəfər təşkil edir.
Çjan
Çjan şanyü (v. 85) — 63-cü ildə hakimiyyətə gəldi. Onun dövründə Hun tarixində canlanmalar başlandı. Şimal Hunlarına qarşı danışıqlara başlandı. Çjan sienbilərlə müttəfiqliyə girərək şimalla müharibələrə yenidən davam etmək istəsə də imperator hər iki hun dövlətini ələ keçirmək istədiyi üçün imkan vermədi. Çjan şanyü 85-ci ildə vəfat etdi. Onun dövründə hunların çinliləşməsi prosesi başladı.
Çyau
𐕟 (səslənməsi /tsˈ/, transkripsiyası C̣', c̣') — Alban əlifbasının 48-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ծա́ւ (Cáw) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert hərfin əsl adının "C̣’aw" ola biləcəyi ehtimalını müdafiə edir. Digər tədqiqatçılardan Sergey Muravyev bu hərfi ermənicə Ր (r) hərfi ilə bənzətmişdir. Aşot Abramyan bu hərfi /c/ səsi ilə izah etmişdir. Sinay palimpsestlərində əsasən alb. 𐕌𐕒𐕡𐕟𐕒𐕡𐕙 (muc̣'ur) 'müqəddəs' sözündə rast gəlinmişdir (udi muc'ur).
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Çəng
Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər. == Söz açımı == Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar . == Tarixçə == Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.