ÇAL-ÇAĞIR

сущ. музыкадихъ галаз санал мани лугьун; музыкадин ва манийрин ван; шадвал, шадлух.
ÇAL-BOZ
ÇAL-ÇAP
OBASTAN VİKİ
Siyah-Çal
Siyah-Çal (Qara çala) Tehranda (İran) hamamlar üçün yeraltı su anbarı olmuş, daha sonra qatı cinayətkarların saxlandığı yerə çevrilmişdir. Tarixdə daha çox Babilər hərəkatı önəmli şəxslərinin saxlandığı yer kimi məşhurlaşmışdır. Bəhai dininin peyğəmbəri Bəhaullahın məhz burada vəhy aldığı bildirilir.
Çal (Zəncan)
Çal (fars. چال‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur. Xudabəndə şəhristanının Yuxarı Tarım kəndistanında, Sırdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Çal marmot
Çal marmot (lat. Marmota caligata) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Sus və Çal!
Sus və Çal (kor. 닥치고 꽃미남 밴드, ing. Shut up! Flower boy band) — Cənubi Koreyanın TVN telekanalında yayımlanan serialıdır. Bu serial azad ruhlu oğlanlardan ibarət olan orta məktəbli "Eye Candy" rok qrupunun dostluqlarını, sevgilərini və musiqiyə olan rəğbətlərini təsvir edir.
Sən çal qapımı
Sen Çal Kapımı, "MF Yapım" tərəfindən idarə olunan, birinci hissəsi 8 iyul 2020-ci ildə nəşr olunan, Ender Mıhlar və Yusuf Pirhasan, ikinci hissədən isə Altan Dönmezin rejissorluğu ilə çəkilən Türk istehsalı dram və romantik komediya serialıdır. Serialda baş rolları Hande Erçel və Kerem Bursin paylaşır. 2 sezondan ibarət olan serial 8 sentyabr 2021-ci ildə yayımlanan 52-ci bölümü ilə finala çıxaraq sona çatdı.
Çal, oyna! (xalq mahnısı)
Çal, oyna! — Azərbaycan xalq mahnısı. Ermənilər keşiş Komitasın əsəri kimi təqdim edirlər. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır. Xalq mahnılarının, məişət mahnıları qrupuna daxildir və öz növbəsində məişət mahnılarının lirik mahnılar növünə aiddir. Sözlərinin və musiqisinin yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Mahnı bəzən "Mehribanım, mehriban" kimi də adlandırılır. İlk dəfə 1965-ci ildə, Rafiq Babayev və Rəşid Behbudovun tərtibatı ilə "Qaya qrupu"nun ifasında efirdə səslənmişdir. 1969-cu ildə Rəşid Behbudovun ifası ilə məşhurlaşmışdır.. Mahnı ümumiyyətlə, Rast muğamı təməlindədir.
Aldın payını, çağır dayını
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Məni öz adınla çağır (film)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Aldın payını, çağır dayını (teatr tamaşası)
Aldın payını, çağır dayını — İlk dəfə 16 iyul 2005-ci ildə premyerası baş tutan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının iki hissəli musiqili komediyası. Xalq yazıçısı Anarın “Adamın adamı” əsəri əsasında tərtib olunmuşdur.
Məni öz adınla çağır (film, 2017)
"Məni öz adınla çağır" (ing. Call Me by Your Name) — 2017-ci ildə Andre Asimanın eyni adlı romanı əsasında Ceyms İvorinin ssenarisinə uyğun olaraq Luka Quadanino tərəfindən çəkilmiş romantik dram filmidir. Film, Quadaninonun “İstək” (ing. Desire) adlı tematik trilogiyasına daxil olan üçüncü filmdir. Trilogiyanın əvvəlki iki filmi isə “Mən sevgiyəm” (2009) və “Böyük qığılcım” (2015) adlanır. Hadisələrin 1983-cü ildə Şimali İtaliyada cərəyan etdiyi “Məni öz adınla çağır” filmində 17 yaşlı Elio (Timoti Şalame) və ABŞ-dən olan aspirant Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Filmdə həmçinin Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys rol almışlar. “Məni öz adınla çağır” filmi üzərində işlərə 2007-ci ildə, prodüserlər Piter Spirs və Hovard Rozenmanın Asimanın romanının ekranlaşdırılması hüququnu almalarından sonra başlanılmışdır. İvori film üzərində birgə işləməyə razılaşmış, həm ssenari yazmış, həm də prodüserlik etmişdir. Yer seçimində məsləhətçi kimi layihəyə qoşulmuş Quadanino isə nəticədə hm prodüser kimi layihyə töhvəsini vermiş, həm də rejissor kürsüsünə əyləşmişdir.
Məni öz adınla çağır (film musiqisi)
Call Me by Your Name: Original Motion Picture Soundtrack — 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Bir qayda olaraq, Luka Quadanino çəkdiyi filmlərin musiqisini özü seçir. Rejissor musiqi vasitəsiylə film üçün səs və ya sözdən daha "hissiyyatlı, yüngül, az müasir və zərif hekayəçi" tapmaq istəyirdi. O, "Barri Lindon" (1975), "Məsumluq dövrü" (1993) və "Möhtəşəm Embersonlar" (1942) filmlərindən ilhamlanmışdır. Quadanino, musiqinin, Oliverə yaxın olmaq üçün əsərləri uyğunlaşdıran Elio ilə əlaqəli olmasını istəyirdi. Musiqi zamanı əks etdirmək, peronajların ailəsi, təhsil səviyyəsi və "tərkibi olduqları kanonları" göstərmək üçün istifadə olunur. Zamanın nəbzini tutmaq üçün, rejissor həm də həmin il radiolarda hansı musiqilərə üstünlük verildiyini araşdırmışdır. Quadanino Sufyan Stivensin lirisizminin onunla rezonans təşkil etdiyini görür. Rejissor Stivensdən Elionun prespektivindən hadisələri nəql edəcək "Məni öz adınla çağır" adlı mahnı yazmağı xahiş edir. Stiven səs rolundan imtina etsə də, film üçün üç musiqi yazır: "Mystery of Love", "Visions of Gideon" və "Futile Devices" mahnısının fortepiano ilə ifa edilmiş yeni versiyası.
Məni öz adınla çağır filminin qazandığı mükafatların siyahısı
“Məni öz adınla çağır” – 2017-ci ildə Luka Quadaninonun rejissorluğu ilə çəkilmiş yeniyetmə dövrü drama filmi. Filmin ssenarisini Ceyms İvori Andre Asimanın 2007-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazmışdır. Hadisələrin 1983-cü ildə İtaliyada baş verdiyi filmdə, yəhudi mənşəli amerikan-italyan yeniyetmə oğlan Elio (Timoti Şalame) və yəhudi mənşəli amerikan tədqiqatçı Oliver (Armi Hammer) arasındakı romantik münasibətdən bəhs edilir. Maykl Stalberq, Amira Kazar, Ester Qarrel və Viktuar Du Boys filmdə ikinci plan rolları ifa etmişlər. Saypmbhu Mukdiprom operator, Sufyan Stivens isə bəstəkar kimi filmin istehsalında iştirak etmişlər. Filmin premyerası 22 yanvar 2017-ci ildə Sandens Film Festivalında baş tutmuşdur. 29 yanvar 2018-ci ildə geniş çıxışından əvvəl, “Sony Pictures Classics” 24 noyabr 2017-ci ildə filmə limitli çıxış vermişdir. $3.5 milyon büdcəsi olan film hər teatrdan $101,219 olmaqla, ilin ən böyük açılışı, beynəlxalq gəliri isə $40 milyon olmuşdur. “Məni öz adınla çağır” filmi rejissor, operator işi, ssenarisi, film musiqisi və aktyorların ifasında görə tənqidçilər tərəfindən alqışla qarşılanmışdır. Rəy aqqreqatoru Rotten Tomatoesda toplanmış 272 rəyin 96%-I müsbət xarakterlidir.

Digər lüğətlərdə