Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağdamar adası
Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
Ağdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Ağdamlar
Ağdamlar - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Toponimikası == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində - 1905-1906-cı illərdə ermənilərin təcavüzü nəticəsində azərbaycanlılar deportasiya olunmuş və kənd ləğv edilmişdir. Toponim rəng bildirən ağ sözü ilə -lar cəm şəkilçisi qəbul etmiş, türk dilində «ev, divar» mənasında işlənən dam sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Hadamar
Hadamar, Almaniyada Hessen əyalətində yerləşən şəhərdir. Əhalisi 31 dekabr 2010-cu ilin statistikasına görə 12,246 nəfərdir.
Baqdasar Avakyan
Baqdasar Avakyan (1883, Ataqut, Şuşa qəzası – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == Bakı şəhərinin komendantı Baqdasar Avakyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Gülsün Sağlamer
Gülsün Sağlamer (1945, Trabzon). Memar, müəllim, İTU-nun ilk qadın rektoru. İstanbul Texniki Universiteti Memarlıq Fakültəsini bitirdi. 1978-ci ildə dosent, 1988-ci ildə professor oldu. 1996–2004-cü illərdə İstanbul Texniki Universitetinin rektoru vəzifəsində işləmişdir. Bir çox layihədə iştirak etdi. Hal-hazırda "Open House International" jurnalının redaksiya heyətinin üzvüdür. 2006–2014-cü illərdə Kadir Has Universitetinin Nümayəndə Heyətinin üzvüdür.
Akdamar adası
Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
Akdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Kudur-Laqamar
Kedorlaomer (q.yəh. כדרלעמר‎ , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד‎, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır.Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.
Jak Adamar
Jak Adamar (8 dekabr 1865[…], Versal – 17 oktyabr 1963[…], Paris) — fransız riyaziyyatçısı. == Həyatı == La Valle Pussenlə yanaşı sadə ədədlər nəzəriyyəsinin paylanma qanununu əsaslandırmışdır. Diferensial tənliklər, funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, mexanika üzrə əsərlərin müəllifi.