Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar su­larda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoq­rafik, struktur, dinamik, genetik və b.
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Vanil
Vanil- bir ədviyyə və dadvericidir.Səhləbkimilər fəsiləsinin Vanil cinsindən olan bitkidən əldə edilir.
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Ağayev — Azərbaycan jurnalisti Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Şamil Atabəy - jurnalist Şamil Muxtarov - İkinci dünya müharibəsi iştirakçısı, Şamil bəy Əsgərxanov — Rusiya çar ordusunun poruçiki, Şamil Tahirov - kimya üzrə fəlsəfə doktoru Şamil Ayrım - Türkiyə siyasətçisi.
Şanış
Şanış (az.-əbcəd شانێش‎, fars. ده‌بهار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (211 ailə).
Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi.2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi.Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı. == Üçüncü nəsil Sail == Yeni nəsil Chevrolet Sailin təqdimatı Qaunçjou beynəlxalq avtosalonunda edildi. B sinif nümayəndəsi modelin, daha öncə təkər bazası 2465 mm, uzunluğu 4249 mm və eni 1690 mm idi.
Danil Ankudinov
Danil Ankudinov (qaz. Данил Анкудинов; 31 iyul 2003, Qazaxıstan və ya Qaraqanda) — Qazaxıstan futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın hücumçusu. == Karyera == Danil Ankudinov gənc oyunçu kimi İspaniyanın Marset Futbol Akademiyasına qoşulmuşdur. O, 2021-ci ildə Rusiyanın dördüncü dərəcəli çempionatında çıxış edən "Rodina-2" ilə müqavilə imzalamışdır. Ankudinov 2021–22 mövsümünün ikinci yarısından əvvəl Moldovanın "Şerif" klubu ilə müqavilə imzalamışdır. == İstinadlar == == Xarici keçidlər == Danil Ankudinov — "FootballFacts.ru" saytında.
Danil Qalitski
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. == Həyatı == 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı.Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. == İstinadlar == == Xarici keçidlər == Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993. Котляр Н. Ф. ДВОР ГАЛИЦКИХ РОМАНОВИЧЕЙ (XIII в.) //Древняя Русь.
Danil Quliyev
Quliyev Danil Piri oğlu (17 sentyabr 1923, Əmircan, Bakı qəzası – 2001, Düsseldorf) — Bakı Ali Partiya Məktəbinin rektoru, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1970–1971), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub. O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu,adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir.Məsələn: Kiçik Asiyanın qərb sahili.
Janil Okoyeva
Janil Okoyeva (d. 15 noyabr 1993) — Qırğızıstanlı ağır atlet. Janil Okoyeva 2016-cı ildə Qırğızıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Həyatı == Janil Okoyeva 1993-cü ilin 15 noyabr günündə Qırğızıstanda anadan olub. == Karyerası == Janil Okoyeva karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Okoyeva birdən qaldırmada 72 kiloqram, təkanla qaldırmada isə 97 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 169 kiloqramlıq nəticə ilə Janil Okoyeva XXXI Yay Olimpiya Oyunlarında 10-cu yeri tutdu.
Koko Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…], Saumur – 10 yanvar 1971[…], Ritz oteli, Paris) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın Provans-Alp-Kot-d'Azür regionun və Monakoda sahil.
Laqunlu sahil
Laqunlu sahil – (rus. лагунный берег, ing. lagoon coast) sahil tipi, sahil xəttinin bütün girin­ti-çıxıntıları (körfəzlər, liman­lar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir.Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2012.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın Provans-Alp-Kot-d'Azür regionun və Monakoda sahil.
Oktay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). == Həyatı == Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Oqtay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). == Həyatı == Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Qabriel Şanel
Koko Şanel (fr. Gabrielle Bonheur Chanel; 19 avqust 1883[…] – 10 yanvar 1971[…], Ritz oteli, Paris) — Fransalı modelyer. Bu şəxs dizaynerlər arasında yeganə şəxsdir ki, Time jurnalının 20-ci əsrin 100 ən önəmli insan siyahısında yer alıb. Əsl adı Qabriyella olan dizayner məşhur Koko adını çox sevdiyi ko kori ko mahnısından götürüb. Əvvəl səhnə müğənnisi olmaq istəyən Şanel, sonra bir çoxları onu bəyənmədiyinə görə bu sənəti atıb. Ömrünün sonunadək narkotik vasitələrdən istifadə edən Şanel Kameliya adlı narkotik vasitə kimi istifadə edilən çiçəyin quruluşunu öz dizaynında istifadə edib. == Həyatı == Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır.
Qərb Sahil
İordaniyanın qərb sahili hazırda Fələstinin azad edilməsi təşkilatı ilə əlaqəli bir təşkilatın HƏMAS rəhbərliyinin nəzarəti altında olan bir inzibati dövlətdir, İsrail ərazisi Fələstin dövlətinə tabedir. Qərbi Fələstin Muxtariyyətində HƏMAS hökuməti üstünlük təşkil edir.Bir çox hallarda onun İsrail tərəfindən işğal edildiyi deyilir, lakin yəhudi dövlətinin arqumentləri bizi problemin tarixini araşdırmağa vadar edir. Ərazi 1948-1967-ci illərdə İordaniya tərəfindən işğal olunub. 1967-ci ildə baş verən Altı Günlük Müharibə bölgənin həyatında əsaslı dəyişikliklərə səbəb oldu. 6 günlük müharibədən sonra bu ərazi Yəhudeya və Samariya əyalətləri ilə birlikdə Fələstinin nəzarətinə keçib, əksər hallarda İsrail işğalçı adlandırılsa da, keçmişdə yəhudilərin bu torpaqlarda yaşadığı danılmaz bir həqiqətdir. Ərazinin inzibati mərkəzi fələstinlilərin gələcək müstəqil Fələstin dövlətinin paytaxtları kimi seçdiyi Şərqi Qüdsdür. Rayonun ərazisi təqribən 5655 km², əhalisi isə 2862485 nəfərdir. İqtisadi vəziyyəti qeyri stabil olan bölgənin Ümumi Daxili Məhsulunun həcmi 6.641 milyard ABŞ dolları (2008) təşkil edir. Dövriyyədə isə əsasən 3 ölkənin pul vahidi liderlik edir. İsrail şekeli, Misir fundu və İordan dinarı aparıcı valyutalardır.
Sabil (Tikantəpə)
Sabil (fars. ‎سبيل‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (171 ailə).
Sahil Məmişli
Sahil Ağaverdi oğlu Məmişli (21 avqust 1991; Biləsuvar rayonu, Azərbaycan SSR — 11 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sahil Məmişli 1991-ci il avqustun 21-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Sahil Məmişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahil Məmişli noyabrın 11-də Şuşanın azad edilməsi zamanı şəhid olub. O, 12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Məmişli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sahil Məmmədov
Sahil Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (şəhid) — 2016-cı ildə şəhid olmuş əsgər.
Sahil Qasımov
Sahil Qasımov (7 aprel 1961, Hacıqabul rayonu) — Benilüks Azərbaycanlıları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü == Həyatı == Sahil Məmmədyar oğlu Qasımov 1961-ci il aprelin 7-də Hacıqabul rayonunda anadan olmuşdur.1978-ci ildə orta məktəbi bitirdikdən sonra Volqoqrad şəhərindən Dovlət İnstitutunun tarix-filologiya fakultəsinə daxil olmuş və 1982-ci ildə bu fakultəni bitirmişdir. Omsk şəhərindəki Ali Polis Akademiyasının Cinayət İşləri uzrə fakultəsini bitirərək 2-ci ali təhsilini almış və Ali Huquq ixtisasına yiyələnmişdir. Marksizm Leninizm Univer sitetini Altay Vilayətinin Barnaul şəhərində qiyabi olaraq bitirmiş, Barnaul şəhərini Yeleznodorojnıy Rayon Komsomol Təşkilatının Buro uzvu və Altay Vilayəti Mərkəzi Komsomol Təşkilatının uzvu olmuşdur.90-cı illərin əvvəllərindən etibarən Hollandiyada əvvəlcə AzHol Kommersiya şirkətinin təsiscilərindən biri olmuş, sonralar isə Niderlandın Amsterdam şəhərində “Caspian International” Beynəlxalq Turizm şirkətini qeydiyyatdan kecirərək bu şirkətin prezidenti olmuşdur. 2000-ci ilin əvvəllərində Amsterdam şəhərində Azərbaycan Niderland Cəmiyyətinin təməlini qoyaraq Niderlandda ilk Azərbaycan təşkilatını qeydiyyatdan kecirmişdir.2003-cu ildən etibarən əvvəlcə "Azerbaijan - Netherlands News", sonralar isə "Azerbaijan Benelux News" qəzetinin təsiscisi və baş məsləhətcisi olmuşdur. 2006-cı ilin noyabr ayında Beniluks olkələrindəki 15 Azərbaycan təşkilatlarını bir araya gətirərək Beniluks Azərbaycanlıları Konqresini təsis etmiş və 2008-ci ilə qədər bu quruma sədrlik etmişdir. 2011-ci ildə yenidən Konqresin sədri secilmişdir. Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti, Dunya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür. 2010-cu ildən etibarən Brusseldə Avropa Parlamentində, Luksemburqda Avropa Komissiyasında və Strasburqda Avropa Şurasında Lobbist kimi akkreditə olunmuşdur. Hal-hazırda “Caspian İnternational Company” nin prezidentidir. == Təltifləri == “Qobustan” Beynəlxalq Mükafatına layiq görülmüşdür.
Sahil Rəsulov
Sahil Sərvan oğlu Rəsulov (24 iyul 1999; Səfikürd, Goranboy rayonu, Azərbaycan — 11 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Sahil Rəsulov 24 iyul 1999-cu ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur.Sahil Rəsulov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli hərbi xidmət qulluqçusu olmuşdur. Sahil Rəsulov 2020-ci ilin yayından eyni hərbi birləşmədə müddətdən artıq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Sahil Rəsulov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sahil Rəsulov Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 11 oktyabr 2020-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.