Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cobitis satunini
Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. == Yayılması == Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır. == Morfoloji əlamətləri == Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur.
Leucalburnus satunini
Alburnoides bipunctatus — Çəkiyəbənzərlər dəstəsinə, Leucalburnus cinsinə daxil olan növ. Yüksək hündürlüyə malik düzənliklərdə sürətlə axan dağ axınlarında yayılmış endemik balıq nönüdür. Kür çayında, Türkiyənin Şərq hissəsində müşahidə edilir. Öz cinsinin yeğanə nümayəndəsidir == İstinadlar == == Xarici keçidlər == Froese, Rainer, and Daniel Pauly, eds. (2011). "Leucalburnus satunini" FishBase saytında. August 2011 version.