Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seysan
Sisan-i Qədim (fars. سيسان قديم‎‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (9 ailə).
Veymar
Veymar - Almaniyanın mədəniyyət mərkəzlərindən biri. == Tarixi == Dünya mədəniyyətinə zəngin dəyərlər bəxş edən Bax, Höte, Şiller və Herder kimi parlaq şəxsiyyətlər Veymarda yaşayıb-yaradıblar. Maraqlıdır ki, XVIII əsrin sonlarında Höte Veymara köçənə qədər bu şəhər Almaniyanın ziyalı təbəqəsi üçün səyahət məkanı olub. Höte və Şillerin məzarlarını, eləcə də onların arxivlərini Veymarda görmək olar. Bu gün saysız-hesabsız turistləri özünə cəlb edən və əhalisinin gəlir mənbəyi əsasən turizm olan klassik paytaxtın tarixində müharibənin izləri aydın görünür. İkinci dünya müharibəsi zamanı Veymarın yaxınlığında, şəhər mərkəzindən 8 kilometr aralıda Buhenvald əsir düşərgəsi olub. Veymar 1949-cu ildən 1990-cı ilə qədər Almaniya Demokratik Respublikasının tərkibində qalıb. Veymar Bauhaus (müasir incəsənət) hərəkatının da mərkəzidir. Hazırda şəhərdə incəsənət qalereyaları, muzeylər və alman milli teatrı yerləşir. Bauhaus Universiteti və Veymar musiqisinin Liszit məktəbi media, dizayn, arxitektura, yüksək mühəndislik işi və musiqi sahəsində ixtisaslaşan tələbələri özünə cəlb edir.
Albert Şveytser
Albert Şveytser (14 yanvar 1875[…] – 4 sentyabr 1965[…]) — 1952 Nobel Sülh mükafatı sahibi Alman humanitar doktor, filosof, musiqiçi, teoloq, heyvansevər və anti-nüvə aktivi. Albert Şveytser, iki doktorluğuna rəğmən tibb doktoru olmağa qərar verdi; Afrikada doktorluq etmə məqsədilə 30 yaşından sonra tibb təhsili aldı; Qabonda bir xəstəxana qurdu və yaşamını bölgə əhalisinin sağlamlığına həsr etdi. Gəlişdirdiyi "yaşama sayğı fəlsəfəsi" ilə bugünkü əhatəçi və heyvansevər hərəkətlərin qabaqcılı qəbul edilir.
Mixail Şveytser
Aktyor
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Həsən Səyyar
Həsən Səyyar — Azərbaycan şairi.
Seyşas burnu
Seyşas burnu (port. Ponta do Seixas) — Braziliyanın şimal-şərqində yerləşir. Cənubi Amerika materikinin ucqar şərq nöqtəsini təşkil edir. Burun Parabino ştatının Juan-Pesoa şəhərindən 8 km cənub-şərqdə yerləşir. Burunun yaxınlığında yerləşən Kabu-Branku burnunda mayak fəaliyyət göstərir. Əvvəllər bu burun Cənubi Amerikanın ucqar nöqtəsi sayılırdı. Hətta burada fəaliyyət göstərən mayakda bununla bağlı lövhə vardır. Ancaq burun Seyşasdan 1 milometr şimal-qərbdə yerləşir. Burun 100 metr hündürlüyü olan qaya üzrindədir. Sahillərində çimərlik vardır.
Səyyar Abdullayev
Səyyar Abdullayev (tam adı: Səyyar Həbib oğlu Abdullayev; 2 iyul 1947) — 2014-cü ilin iyul ayından AMEA Azad Həmkarlar İttifaqının sədr müavinidir. Hazırda institutda şöbə müdiridir, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar İttifaqının sədri. == Ümumi məlumat == Səyyar Həbib oğlu Abdullayev 1947-ci ildə anadan olmuşdur. 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul edilmiş, müxtəlif təyinatlı və səviyyəli avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur. 1973-1984-cü illərdə müxtəlif təyinatlı informasiya sistemləri üçün proqram təminatının hazırlanması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 1988-ci ildə sektor müdiri, 1990-cı ildə isə laboratoriya müdiri təyin edilmişdir. 1992-1993-cü illərdə Bakı şəhəri Səhiyyə İdarəsinin və Ali Məhkəmənin fəaliyyətində avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 2002-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası www.science.az portalının yaradılmasında yaxından iştirak etmişdir. “Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi”nin yaradılmasına rəhbərlik etmişdir.Hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutunda Təhsil şöbəsinin müdiri vəzifəsində işləyir.
Səyyar Arazov
Səyyar Güloğlan oğlu Arazov (21 iyul 1987; Gəncə, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səyyar Arazov 21 iyul 1987-ci ildə Gəncə şəhərində Güloğlan Arazovun ailəsində anadan olmuşdur. 1994-2003-cü illərdə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, 2003-2006-cı illərdə 3 nömrəli Peşə Liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır. Mülki fəaliyyətini "Semsan" şirkətinin armatur əritmə sexində çalışaraq göstərirdi. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Səyyar Arazov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Səyyar Arazov yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səyyar Arazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Səyyar Quliyev
Səyyar Knyaz oğlu Quliyev (13 noyabr 1986; Füzuli rayonu, Azərbaycan SSR – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Səyyar Quliyev 13 noyabr 1986-cı ildə Füzuli rayonunun Zobcuq kəndində anadan olub. 2016-cı ilin 20 sentyabr günündə Səyyar Quliyevin ölümündən sonra Zeynəb adında qız övladı dünyaya gəldi. == Hərbi xidməti == Kiçik çavuş Səyyar Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 8-i isə Səyyar Quliyev doğulduğu Füzuli rayonunun Zobcuq kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Quliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Səyyar Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Səyyar universitet
Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.. == Tarix == Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi . Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Səyyar Əliyev
Əliyev Səyyar Vəli oğlu (17 mart 1949, Azərbaycan,Ağcabədi rayonu) — Azərbaycan rəssamı, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Səyyar Əliyev 17 mart 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya gəlib. Atası Vəli də, anası Suqra da Azərbaycan dili, ədəbiyyat muəllimi olmuşlar. Əslən Şuşalıdır.Səyyar Əliyev orta məktəb təhsilini Şuşa və Ağcabədidə almışdır. İstehsalat kombinatında mühəndis vəzifəsində çalışmışdır. Şuşadakı Qarabag istirahət mərkəzində müdir işləmişdir. Hələ kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur. O, məktəb illərindən etibarən bir çox rəsm müsabiqələrinə qatılaraq uğurlar əldə edir. Rəngkarlığa böyük meyli olsa da ali təhsilini Azərbaycan Politexnik Universitetində tamamlayır. Tələbəlik illərini başa vuran Səyyar Əliyev 1973-75-ci illərdə təyinatı üzrə sahələrdə, 1976-90-cı illərdə Şuşa şəhərində ayrı-ayrı müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır.
Veymar Respublikası
Veymar Respublikası (alm. Weimarer Republik‎) və ya rəsmi olaraq Almaniya İmperiyası (alm. Deutsches Reich‎) – 1919-1933-cu illərdə Almaniyada mövcud olmuş respublika dövrü. == Veymar Konstitusiyası == 1919-cu il 31 iyulda Veymarda Almaniya respublikasının Konstitusiyası qəbul edildi və 11 noyabrda qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya respublikası eyni zamanda "Veymar Respublikası" kimi də tanınır. Veymar Konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu prezident respublikası elan edildi. Almaniya parlamenti iki palatadan ibarət idi. Yuxarı palata reyxctrat adlanır və lantaqların, yəni Almaniyada federativ dövlət quruluşu vahidi kimi qəbul edilən torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. 20 yaşına çatan Almaniya vətəndaşları seçki hüququna malik idi.
Veymar konstitutsiyası
Veymar konstitutsiyası və Alman Reyxinin konstitutsiyası (alm. Die Verfassung des Deutschen Reichs‎) - çox hallarda Veymar konstitutsiyası (alm. )Weimarer Verfassung‎) adlanır. Konstitutsiyasa Almaniyanın Veymar Respublikası erası zamanı (1919-1933) istifadə edilmişdir. Konstitutsiya ilə Almaniya demokratik parlament respublikası elan edilirdi. Qanunverici orqan proporsional nümayəndələr əsasında seçilirdi. Minimum seçki yaşı 20 olmaqla ümumi seçkidən istifadə edilirdi. Nasistlər dövründə konstitutsiya texniki olaraq qüvvədə qalmışdır.Konstitutsiyanın adı Alman imperiyası zamanı konstitutsiyannı adı ilə eyni idi. Alman dövlətinin rəsmi adı Deutsches Reich idi. Bu 1949-cu ilə qədər belə olmuşdur.
Səyyar komissiya
Səyyar komissiya — vəzifələri nə coğrafi, nə də funksional baxımdan məhdud olmayan vəzifəli şəxsin vəzifələrini icra edən şəxs və ya qrup. Rəsmi vəzifədə olan şəxsə eyni vəzifədə olan şəxsə müntəzəm olaraq veriləndən daha çox azadlıq verildiyi halda, onlar səyyar komissiyaya malik olurlar. Ənənəvi olaraq, hərbi zabit onlara müəyyən bir vəzifənin vəzifə və məsuliyyətlərini həvalə edən bir komissiyanı qarşılayır. Səyyar komissiya müəyyən hərbi bazada və ya xüsusi dəniz gəmisində xidmət etmə tələbi olmadan tabe olduğu müvafiq xidmət tərəfindən təyin edilmiş hərbi zabitlərə şamil edilir. Səyyar komissiyası olan zabitlər oxşar rütbəli digər zabitlərə nisbətən daha çox sərbəstliyə malik hesab olunduğundan, onlar tez-tez belə vəzifələrə təyin edilirlər ki, onlar rollar və məsuliyyətlər arasında fasilə tədbiri kimi keçə bilsinlər.
Speyşer düşərgəsi qətliamı
Speyşer düşərgəsi qətliamı — 12 iyun 2014-cü ildə İŞİD dəstələrinin Tikritdə yerləşən Speyşer düşərgəsi aviabazasına hücum edib 1,566 şiə iraqlı kursantı öldürməsi. Hücumun baş verdiyi vaxtda aviabazada 4,000–11,000 arası silahsız kursant var idi. İŞİD döyüşçüləri şiə olan və müsəlman olmayan kursantları bir yerə yığmış və onları öldürmüşdür. İraq hökuməti qətliama görə həm İŞİD qruplaşmasını, həm də İraqın Ərəb Sosialist Dirçəlişi Partiyasını günahlandırmışdır. == Hücum == İraq siyasətçisi olan Mişən Ər-Cübori düşərgənin bəzi baş zabitləri kursantlara 15 gün istirahət etməyi və mülki geyimlərdə ailələrinə getməyini əmr etmişdir". Bağdada getmək üçün yolda avtobus axtararkən onların yanında içərisində 10 silahlı şəxs olan iki avtobus dayanmışdır. Avtobuslardan birini Səddam Hüseynin ögey qardaşı Səbavi İbrahim Ər-Tikritinin oğlu Əyman Səbavi İbrahim sürürdü. Bir müddət sonra içərisində silahlı adam olan bir neçə avtobus da gəldi. Kursantların bəziləri oğurlanmış və Ər-Qüsur Ər-Rasiya vilayətinə aparılmışdır. Qırğından canını qurtaran bir neçə şəxs də yüksək rütbəli zabitlərin onlara düşərgəni tərk etmək əmrini verdiyini təsdiqləmişdir."Human Rights Watch" təşkilatının fövqəladə hallar üzrə direktoru Piter Bukart "Tikritdən alınmış fotolar və peyk şəkilləri daha dərin istintaqa ehtiyac duyan qorxuducu bir müharibə cinayətinin sübutudur.
Sesar (departament)
Sesar (isp. Departamento del Cesar) — Kolumbiyanın departamentlərindən biri, Karib bölgəsinin şimal hissəsində yerləşir. Sesar departamenti şimalda Quaxira, qərbdə Maqdalena və Bolivar, cənubda Santander, cənubi-şərqdə Şimali Santander və şərqdə Venesuela ilə sərhəddə yerləşir.
Sesar Azpilikueta
Sesar Azpilikueta Tanqo (28 avqust 1989[…])- İspaniyalı futbolçu. Cinah müdafiəçisi kimi çıxış edir.
Sesar Qaviria
César Augusto Gaviria Trujillo (d. 31 mart, 1947) iqtisadçı və Kolumbiyalı siyasətçi. 1990-1994-cü illərdə Kolumbiya prezidenti olmuşdur. 1994-2004-cü illərdə Amerika Dövlətləri Təşkilatı baş katibi, 2005-2009-cu illərdə Kolumbiya Liberal Partıyası sədri olmuşdur. == Həyatı == Pereyrada anadan olan Gaviria ailəsi 30 ildən artıqdır ki, Kolumbiya siyasətində və iqtisadiyyatında mühüm fiqur olub. Sezar Qaviriya 1988-1997-ci illərdə Bancolombia-nın baş direktoru olmuş Xose Narces Qaviriyanın uzaq əmisi oğludur. Xose N. Qaviriya Sezar Qaviriyanı erkən uşaqlıqda Kolumbiya Konqresinə namizəd olmağa təşviq etmişdir. O, ilk dəfə 1974-cü ildə Konqresə seçilib. O, Virgilio Barko hökumətində əvvəlcə maliyyə naziri, sonra isə daxili işlər naziri vəzifələrində çalışıb. Tələbə ikən Qaviriya AFS Mədəniyyətlərarası Proqramları ilə ABŞ-da mübadilə tələbəsi olaraq bir il keçirdi.
Nəcəfqulu xan Qaradağlı (Sərşar)
Nəcəfqulu xan (Əhər, Şərqi Azərbaycan ostanı – 1813) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1783-1786). Kazım xan Qaradağlının oğlu. == Həyatı == Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi.
Səyar-i Süfla (Bostanabad)
Səyar-i Süfla (fars. سيرسفلي‎) və ya Aşağı Səyar — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 191 nəfər yaşayır (51 ailə).
Səyar-i Vusta (Bostanabad)
Səyar-i Vusta (fars. سيروسطي‎) və ya Orta Səyar — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (45 ailə).
Səyar-i Ülya (Bostanabad)
Səyar-i Ülya (fars. سيرعليا‎) və ya Yuxarı Səyar — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 196 nəfər yaşayır (34 ailə).