Səyyarə Məmmədli
Səyyarə Oruc qızı Məmmədli (25 yanvar 1961, Kəsəmən, Basarkeçər rayonu) — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Azərbaycan Milli Kitabxanasında şöbə müdiri (2003-indiyədək).
Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub.
1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir.
1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir.
2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır.
2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur.
Ailəlidir, 3 övladı var.
Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur.