Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi". Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür. "Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi). Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir.
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
Şerri-Li Biqqs
== Şəxsi həyatı == Biqqs 1990-cı ildə Cənubi Afrikanın Yohannesburq şəhərində dünyaya gəldi. 12 yaşında olarkən ailəsi ilə Avstraliyaya köçdü. Meri Anqlisan qızlar məktəbinə qatıldı. Gənc yaşlarında rəqslə məşğul olmağa başladı. Lakin Vivyen Modellik qurumu modelləşdirmə agentliyi tərəfindən təqib olunaraq 16 yaşından model oldu.
Şerri Li Biqs
Avstraliyalı Şerri Li Biqs 1990-cı il 1 sentyabr Cənubi Afrikanın Yohannesburq şəhərində dünyaya gəlib. 12 yaşındaykən ailəsi ilə Avstraliyaya köç edib və St Mary-nin Anqlikan Qızlar Məktəbinə qatılıb. Gənc yaşdan etibarən rəqs və baletlə maraqlanmış, Vivien model agentliyi tərəfindən təqib olunduqdan sonra 16 yaşında modellik işinə başlamışdır. 2011-ci ildə ölkəsində 'Miss Universe Avustralya' seçilərək birincilik tacını Cesinta Kampbelin əlində alıb. Dünya sıralamasında Miss Universe gözəllik yarışmasında ilk 10 finalçı arasına seçilmişdir.
Adam Berri
Adam Berri (ing. Adam Berry) — ABŞ bəstəkarı. == Filmoqrafiya == Herkules Kim Possibl Ulduz Komandasından Bazz Layterin macəraları Madaqaskar pinqvinləri Tara Bethoven 5 == İstinadlar == == Əlavə ədəbiyyat == Nye, Sean. "From Punk to the Musical: South Park, Music, and the Cartoon Format." Music In Television: Channels of Listening, ed. James Deaville. London: Routledge, 2011. pp. 143–64. Nye, Sean. "Generation X, South Park, and TV Music Composition: An Interview with Adam Berry.” Music In Television: Channels of Listening, ed.
Allium serra
Allium serra (lat. Allium serra) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Arizona sərvi
Vətəni Amerikanın Kaliforniya, Arizona ştatları və Meksikadır. Hündürlüyü 20 m-ə çatan konusvarı və ya enli piramida formalı, yumurtavarı və dağınıq, sıxçətirli həmişəyaşıl dekorativ ağacdır. Gövdənin qabığı nazik olub, dörd-üzvlüdür, göyümtül və ya yaşılımtıl rəngdədir. Yarpaqları pulcuqvarı olub, mavi və ya gümüşü-yaşıl, ucları sivriləşmiş, arxa tərəfində boylama şırımı yerləşir. Budaqları gövdədən düzbucaq altında ayrılır. Kiçik girdə qozaları yumurtaşəkilli, uzunluqları 20–25 mm, rəngi qırmızı-qəhvəyidir, 6-8 ədəd pulcuğu vardır, qısa və yoğun ayaqcıqlar üzərində, topa halında yerləşir. Toxumları xırda, uzunsov, qırmızımtıl-qəhvəyi rəngli, qalın qanadlıdır, qozalar açıldıqdan sonra tökülür. Torpağa az tələbkar, quraqlığadavamlı, istisevəndir. Toxumla və qələmlə çoxalır. Arizona sərvinə istənilən formanı vermək olur.
Banksia serra
Dryandra serra (lat. Dryandra serra) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Berri Letts
Berri Letts (ing. Barry Letts; 26 mart 1925, Lester – 9 oktyabr 2009[…], Devon qraflığı, Cənub-Qərbi İngiltərə[d]) — Böyük Britaniya prodüseridir. "Doktor Kim" televiziya serialının 1970-1975-ci illərdə prodüseri, 1980-1981-ci illərdə isə icraedici prodüseri olmuşdur.
Berri Marşall
Berri Marşall — avstraliya alimi, 2005-ci ildə həmyerlisi Robin Uorrenlə birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Berri Qibb
Berri Alan Krompton Qibb (1 sentyabr 1946[…], Duqlas) - ingilis müğənni, mahnı müəllifi və prodüser. Qardaşları Robin Qibb və Moris Qibb ilə yaratdığı, albom satışlarına görə dünyanın ən uğurlu pop qrupu Bee Gees üzvüdür. Qrup Avstraliyada musiqi karyerasına başlayıb. Əldə etdikləri uğurdan sonra İngiltərəyə qayıdıblar. Berri mahnıların çoxunu qadın səsinə bənzər incə səslə ifa edir.
Berri adaları
Berri adaları (ing. Berry Islands) — Baham adalarında adalar silsiləsi. == Coğrafiya == Adaların ümumii sahəsi təqribən 31 km2-dir. Arxipelaq 30-dan çox ada və 100-ə qədər atoldan ibarətdir. Berri adalarının ən böyüyü Qrey-Harbor-Kidir. == Tarixi == Berri adalarında ilkin olaraq tumoroklar və libayalar yaşayır. Avropalıların Amerikaya gəlməsindən sonra onlar XVI əsrdə tamamilə məhv olmuşdur. XVII əsrə qədər adalarda yaşayış olmamışdır. Bəzən dəniz quldurları bu adalardan sığınacaq kimi istifadə edirdilər. == Əhali == Adaların ümumi əhalisi 807 nəfərdir.
Bulbophyllum serra
Bulbophyllum serra (lat. Bulbophyllum serra) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bələdiyyə sədri
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
Cerri Adams
Cerrard "Cerri" Adams (ing. Gerard "Gerry" Adams; 6 oktyabr 1948[…], Belfast) — Şimali İrlandiyanın Şinn Feyn partiyasının lideri.
Cerri Qoldsmit
Cerrald Kinq "Cerri" Qóldsmit (ing. Jerrald King "Jerry" Goldsmith; 10 fevral 1929, Los-Anceles, Kaliforniya – 21 iyul 2004[…], Beverli-Hillz, Kaliforniya) — amerikalı bəstəkar və dirijor, 250-dən çox televiziya layihəsi və film üçün musiqi müəllifidir. Məşhur Universal Studios açılış musiqisinin müəllifi. == Həyatı == Cerri Qoldsmit 10 fevral 1929-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) əslən Rumıniyadan olan yəhudi ailəsində anadan olub. Anası Tessa rəssam, atası Morris Qoldsmit inşaat mühəndisi idi. Altı yaşı olanda Cerri pianoda ifa etməyi öyrənir. O, Cənubi Kaliforniya Universitetində təhsil alır, burada məşhur bəstəkar Mikloş Rojanın kursunu keçir və bütün bunlar onu kino üçün musiqi bəstələməyə həvəsləndirir. Şerron Hennecinlə nikahından Coel Qoldsmit adlı oğlu olur. 18 dəfə "Oskar" mükafatına namizədliyi irəli sürülüb və "Omen" (1976) filmi üçün yazılan musiqiyə görə "Oskar" qazanıb. Həmçinin beş dəfə "Emmi" mükafatı qazanıb.
Cerri Sprinqer
Gerald Norman "Jerry" Springer (13 fevral 1944, Highgate dəmiryol stansiyası[d], London, Birləşmiş Krallıq – 27 aprel 2023[…], Çikaqo, İllinoys[…]) — Amerikalı yayımçı, jurnalist, aktyor, prodüser, hüquqşünas və siyasətçi idi. İkinci Dünya Müharibəsi zamanı Londonda Holokostdan qaçan qaçqınların ailəsində anadan olan Springer Nyu-Yorkun Queens şəhərində böyüyüb. O, Şimal-Qərb Universitetinin Hüquq Məktəbində oxuyub, hüquqşünas ixtisasına yiyələnib və ilk dəfə 1968-ci ildə Robert Kennedinin kampaniyası üçün işləyən siyasətdə fəal iştirak edib.
Cerri Yanq
Ceri Yang - (ing. Jerri Yang) (6 noyabr, 1968) tayvanlı-amerikalı iş adamıdır. O Yahoo internet axtarış sistemi şirkətinin qurucusu və keçmiş icraçı direktoru və müdiridir. 2008-ci ildə onun xalis gəliri 2.3 milyard Amerika dollarına çatmışdır. Forbes jurnalının sıralamasına görə, dünyanın 524-cü varlı adamı sayılır.
Ceyms Berri
Ceyms Miranda Stuart Berri (təq. 1789, Kork, İrlandiya krallığı[d] – 25 iyul 1865, London) — Cənubi Afrikada xidmət etmiş ingilis həkim və hərbi cərrah. Karyerasının sonunda baş müfəttiş vəzifəsində çalışıb. O, Britaniya ordusunun yaralı və xəstə əsgərlərinin müalicəsi ilə yanaşı, yerli əhalinin həyatının yaxşılaşdırılması ilə də məşğul olub. Nailiyyətlərindən biri Afrikada ana və uşağın sağ qaldığı ilk qeysəriyyə əməliyyatıdır. Məzarı Kensal Qrin qəbiristanlığındadır. Doktor Berri sənədli və bədii filmlərin qəhrəmanı olmuşdur. İngilis yazıçısı Patrisiya Dunkerin "Ceyms Miranda Berri" (James Miranda Barry, 1999) adlı romanı ona həsr olunub. Berri bütün yetkin həyatını kişi kimi yaşasa da, o Marqaret Enn Bulkley adı ilə doğulub və qadın olmuşdur. Edinburq Universitetinə daxil olmaq və cərrah kimi karyerasına başlamaq üçün Berri bütün sonrakı ictimai və şəxsi həyatını kişi kimi yaşamışdır.
Cim Kerri
Ceyms Yucin "Cim" Kerri (17 yanvar 1962[…]) — Kanadalı aktyor, komediya ustası. Cim üç dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir. == Həyatı == Cim Kerri Kanadadanın Nyumarket qəsəbəsində anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır. == Karyerası == İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi "Maska" filmi isə ona dünya şöhrəti gətirdi.
Con Kerri
Con Forbes Kerri (11 dekabr 1943[…], Aurora, Kolorado) — ABŞ-nin Massaçusetsdən seçilmiş senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin sədridir. Con Kerrini Azərbaycan dövləti və xalqıyla bağlayan məsələ isə onun və erməni lobbisinin dəstəyi ilə 907-ci düzəliş irəli sürülməsidir. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına əlavə edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Con Terri
Con Corc Terri (ing. John George Terry; 7 dekabr 1980, London, İngiltərə) — ingilis futbolçu, müdafiəçi və İngiltərənin "Çelsi" futbol klubunun kapitanı. 2006-2010 və 2011-2012-ci (fevral ayına qədər) illərdə İngiltərə milli futbol komandasının eks-kapitanı, dördqat İngiltərə çempionu. Teri 2005 və 2008-ci ildə Çampionlar liqasının ən yaxşı müdafiəçisi seçildi. Həm də 2005-ci ildə PFA Players İlin oyunçusu mükafatını aldı.İndi Çelsi FCdə 26 nömrəli formanı geyməkdədir. Con Teri ilk milli komandadakı qolunu başla Braziliyaya atdı. İngiltərə Milli Futbol Komandasının formasını da geyən Teri bu günə qədər oynadığı 66 matçda 7 qol vurdu. 1998dən bəri Çelsi FC ilə müqaviləli olan oyunçu, yalnız 2000-ci ilin sonundan 2 ay üçün Nottinqham Foresta kirayəlik getmişdir. Dövrün ən müvəffəqiyyətli müdafiəçilərindən biri olaraq qəbul edilən Terry, sürpriz qolları ilə tanınmaktadır.Çelsi 2005-ci ildə 50 il sonra Premier League çempion olduğunda çempionluq kubokunu kapitan olaraq qaldırmışdər. Həm də David Beckhamın İngiltərə milli komandasının kapitanlığını buraxmasının ardından kapitanlığına gətirilmişdir.
Dövlət sirri
Dövlət sirri — Dövlət orqanının məxfiliyinin , bütövlüyünün və ya mövcudluğunun qorunmasını tələb edən həssas məlumatdır. Bu cür məlumatlara giriş qanun və ya qaydalarla məhdudlaşdırılır və yalnız icazəsi və səlahiyyəti olan şəxslər tərəfindən əldə edilə bilər. Dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır; Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları—dövlət sirri təşkil edən məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu maddi obyektlər, o cümlədən fiziki sahələrdir; Dövlət sirrinin mühafizəsi sistemi—dövlət sirrini mühafizə orqanlarının, dövlət sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən tədbirlərin məcmusudur;.. === Dövlət sirri təşkil edən məlumatların siyahısı === Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunlarının strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında; Silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri, resepturaları və ya texnologiyaları haqqında; Milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında; Qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında; Azərbaycan Respublikası ərazisinin müdafiə və mühüm iqtisadi əhəmiyyətli geodeziya məntəqələrinin və coğrafi obyektlərinin koordinatları haqqında.