Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kim Mi-Sim
Kim Mi-Sim (d. 6 noyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Mi-Sim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Kim Çon-Şim
Kim Çon-Şim (d. 8 fevral 1976) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Çon-Şim Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Çon-Şim Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi adın tərkibindəki sım sözü talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
Kim Bu Şik
Kim Bu Şik (kor. 김부식; 1075[…], Köncu[d] – 1151, Keson) — Qoryo dövründə yaşamış Koreya tarixşünası, sərkərdəsi və dövlət xadimi. O, "Samquk saqi" xronikinin müəllifidir. Bu Şik Şila kral sülaləsinə yaxın bir zadəgan ailəsindən idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ким Бусик. Самкук саги. Т. 1. Изд. текста, пер., вступит. ст.
Kim Yon-sik
Kim Yon-sik (25 iyul 1910 – 8 mart 1985, Seul) — keçmiş Cənubi Koreya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Siu Nim Tao
Siu Nim Tao (小念頭) - Vin Çun döyüş sənətində ilk öyrənilən "açıq əl" hərəkətlərinin kompleks formasıdır. Mənası "Kiçik ideyanın yumruğu" ifadəsini verir. Bu formada düzgün dayanmağa, dirsəyin düzgün vəziyyətinə, nəfəs vermə və nəfəs alma qaydalarının düzgünlüyünə, əl hərəkətlərinin düzgün yerinə yetirilməsinə diqqət yetirilir. Həm də bu forma ilə meditasiya etmək olar.
Sim nəzəriyyəsi
Sim nəzəriyyəsi, hissəcik fizikasında, kvant mexanikası ilə Eynşteynin ümumi nisbilik nəzəriyyəsini birləşdirən bir nəzəriyyədir. "Sim" adı, klassik yanaşmada "sıfır ölçülü nöqtələr" formasında təsvir edilən atom altı zərrəciklərin, əslində "bir ölçülü varlıqlar və tezlik tipli varlıqlar" ola biləcəyi fərziyyəsinə dayanır. Sim nəzəriyyəsi, müəyyən bir şəkildə titrəşən tezliklərin, kütlə və yük kimi xüsusiyyətlərə sahib hissəciklər kimi davrana biləcəyini deyir. 1980-ci illərdə fiziklər, sim nəzəriyyəsinin təbiətdəki başlıca dörd qüvvə (cazibə, elektromaqnetizm, güclü qarşılıqlı təsir [qüvvətli nüvə enerjisi] və zəif qarşılıqlı təsir [zəif nüvə enerjisi]) ilə maddənin bütün növlərini bir kvant mexaniki modelində (uzun müddətdir gözlənilən "birləşmiş sahə nəzəriyyəsi") birləşdirmə potensialına sahib olduğunu fərqinə vardılar. Sim nəzəriyyəsi sürətlə inkişaf edən və üzərində çox çalışılan bir sahə olmaqdan əlavə, hələ təcrübə etmək kimi müşahidəsi mümkün olmamış, riyazi bir modeldir. == Təfərrüatlar == Nəzəriyyədəki əsas fikir, həqiqətin əsas komponentlərinin rezonans tezliklərində titrəşən və plank uzunluğunda olan (10-35 mm təxmini) simlər olduğudur. Sim nəzəriyyəsi 6 yeni ölçü daha tövsiyə edir, lakin bu ölçüləri standart mənadakı məkan və zaman ölçüləri deyil, bunlara bağlı alt ölçülər. kimi anlayışlar (bildiyimiz 3 kosmos və 1 zaman ölçüsü üzərində dairəvi olaraq bükülmüş əlavə ölçülər.) Nümunə olaraq bu ölçülərdən biri 5 ölçü olan paralel kainat və ya zamanda qırılma baş verən ölçüdür. Bilindiyi kimi hər hansı bir atomdakı hər hansı bir elektron belə lay dəyişdirsə yeni bir paralel kainat meydana gələ bilər. Yenə nümunə olaraq çox incə bir tel düşünək 2 mm qalınlığında, bu tel uzaqdan baxanda bizim üçün tək ölçülü bir doğrudur, digər ölçüləri bizim üçün yox kimidir.
SİM kart
SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu. SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s). == Tarix == 1G şəbəkələrinin istifadəsi zamanı şəbəkədə abunəçinin eyniləşdirməsini mobil telefonun zavod nömrəsi (ESN (Electronic Serial Number)) üzrə həyata keçirirdilər. Beləliklə, mobil telefon kimi, həm də abunəçi vahid kodla eyniləşir. Belə yanaşma abunəçinin nömrəsinin və ona verilən telefonun konkret nüsxəsindən xidmətlər paketinin tam asılılığını doğururdu. Abunəçi mobil telefonu (sındırıldıqda və telefonun oğurluğu baş verdikdə) dəyişdikdə, müştəri xidmətinə müraciət etməyə məcbur idi ki, telefon yenidən proqramlaşdırılsın və telefonun seriya nömrəsi operatorun məlumat bazasına daxil edilsin. Görünür ki, telefondan müstəqil abunəçinin eyniləşdirməsi daha rahatdır. GSM standartında abunəçinin (SIM-kartın köməyi ilə) və avadanlığın (IMEI (International Mobile Equipment Identifier — mobil avadanlığın beynəlxalq identifikatoru) istifadə olunur) ayrı-ayrılıqda eyniləşdirməsini təklif edilmişdi.
Sım bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sım çayı
Sım çayı — Yenisey çayının sol qoludur. == Əsas göstəriciləri == Rusiya Federasiyasının Krasnoyarsk əyalətinin çayıdır. Yuxarı axarlarından Sağ Sım adlanır. Sağ Sım ilə uzunluğu-694 km, hövzəsinin sahəsi isə -31 600 km²-dir. Qərbi Sibir düzənliyinin bataqlıqlarının şərq hissəsi ilə axır. Qidalanmasında qarışıq mənbələrdə mövcuddur. Ən əsasını isə qar suları təşkil edir. İllik su sərfi -175 m³/san-dir. Oktyabrdan donan çayın suları may ayında dondan açılır.
Sim Ha-İn
Sim Ha-İn (d. 1 noyabr 1987) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Sim Ha-İn Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Sim Ha-İn Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Asim
Asim — Azərbaycan adı. Asim Mollazadə — siyasətçi, Demokratik İslahatlar Partiyasının təsisçisi və sədri, Milli Məclisin deputatı. Asim Ərdəbili — şeirdə Asim təxəllüs edən Azərbaycan şairlərindən Asim Qazıyev — Ədəbi Yazarlar Birliyinin rəhbəri. Asim Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin zabiti. Asim Quliyev (rəssam) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamı. Asim Mehdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Asim Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1998) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Asim Əliyev (əsgər, 1999) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
BİM
Birləşmiş Mağazalar ASC və ya qısaca BİM — Türkiyədə satış yapan diskaunter mağaza. Mağaza sayına görə 2-ci, illik gəlir baxımından Türkiyənin ən böyük pərakəndə marketidir.BİM şirkətinin xalis mənfəət 2013-cü ildə 3,5%, 2014-cü ildə 2.7% və 2015-ci ildə 3.3% idi. 2013 413 milyon, 2014 395.3 milyon, 2015 583.1 milyon Türk lirəsi təşkil etmişdir. == Tarixçə == 1995-ci ildə 21 mağaza ilə fəaliyyətə başlayan BİM Birləşik Mağazalar ASC-nin əsas prinsipi əsas ərzaq və istehlak məhsullarını ən yaxşı qiymətə və ən yüksək keyfiyyətlə istehlakçıya çatdırmaqdır. Diskaunt tipli Türkiyədəki ilk nümayəndəsi olan BİM, məhdud sayda məhsulla, lakin yüksək keyfiyyətlə daim xidmətdədir. 1997-ci ildə Türkiyənin ilk xüsusi marka məhsulu olan Dost Süd BİM-in məhsuludur. 2000-ci ildə 599 mağazaya, 2005-ci ildə 1,194 mağazaya çatan BİM ASC, 2016-ci ilin dekabr ayı etibarilə Türkiyə daxilində 5.580 mağazası var. Şirkət 2005-ci ilin iyul ayında BIMAS kodu ilə Borsa İstanbulda siyahıya alındı. 2016-cı ilin dekabr ayına olan məlumata görə, səhmlərin 71,02 faizi açıq şəkildə satılır.Mərakeşdəki fəaliyyətinə 11 aprel 2009-cu ildə, eyni gündə Kasablanka şəhərində 10 mağaza açaraq başladı. Hazırda şirkətin Mərakeşdə 478 mağazası var.
Gim
Գ, գ (Səslənməsi: gim, erm. գիմ) — erməni əlifbasının üçüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
HIM
HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur. Qrupun orjinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır. == Qrupun simvolu == Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir. == İlk vaxtlar == Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar.
Kim
Kim (ad)
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək).2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. == Yaranma tarixi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. == Missiyası == Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
Sia
Sia Keyt İzobelle Fürler (/ˈsiːə/ SEE-ə 18 dekabr 1975, Adelaida, Avstraliya) - avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə, Crisp dağılanda Avstraliyada OnlySee adlı debüt studiya albomunu buraxdı. Daha sonra o Londona köçdü və ingilis ikilisi Zero 7 üçün vokal oxudu. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu Colour the Small One-ı yayınlandı. Sia 2005-ci ildə Nyu-Yorka köçdü və ABŞ-yə qastrol səfərinə çıxdı. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxıldı. Hər biri Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikata layiq görüldü və əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdi. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verdi və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəltdi və "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu əməkdaşlıq nəticəsi əldə etdi.
Sic
Sic — Latın sözüdür, "belə", "belə halda", "yalnız belə" mənasını daşıyır.
Sima
Sima - yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Siu
Siu — Şimali Amerikada yaşayan hindu tayfası. Siular ilk vaxtlar, Superior gölünün ətraflarında yaşayırdılar. Avropadan gələn mühacirlərə qarşı bir əsrə yaxın aparılan mübarizələr nəticəsində məğlub olmuş və Minnesota ərazilərinə sürgün edilmişdilər. Siular digər tayfalardan döyüşkənliyi ilə fərqlənmişdir. 1876-cı ildə Siular Amerika Birləşmiş Ştatlarına qarşı qiyama qalxmışdılar. Qəbilənin ən məşhur nümayəndələrindən olan şef Oturan Buğanın öldürülməsindən sonra Siuların müqaviməti qırılmışdır. ABŞ hərbi birlikləri tərəfindən Siu qəbiləsinə qarşı 1890-cı ildə təşkil olunmuş Yaralı diz qətliamı Şimali Amerikada yaşanmış ən dəhşətli qətliamlardan hesab olunur.
Sium
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir.Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur. Həmin poemaya Təbriz miniatür məktəbinə məxsus 27 miniatür (126b, 127b, 129а, 130а, 131а, 131b, 132b, 133b, 134b, 135а, 136b 137b, 138b, 139b, 140b, 142, 144а, 145а, 148а, 155b, 158b, 161b 165а, 167b, 169а, 170b, 171b) çəkilmişdir.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi “Xəmsə”sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” və “Yeddi gözəl” poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir.Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır.Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır.Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir. Əlyazmasının sonunda bir qəsidə də verilmişdir (699a−570b). Əlyazması müasir üzlənməyə malikdir.Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XV əsrin I yarısına aid edilir.