ASIM-ASIM

asım-asım olmaq dan. – dəyərək, yetişərək, səliqə ilə, gözəl bir surətdə asılmaq, sallanmaq.
Yaz girəndə bu bağçanın çiçəkləri bir-birinə qarışır, payız düşəndə rəngbərəng meyvələr asım-asım olurdu. S.Rəhimov.

ASILMIŞ₁
ASIRQAL
OBASTAN VİKİ
Asım Gündüz
Asım Gündüz (türk. Asım Gündüz) (d. 1880, Kütahya – ö. 14.12.1970, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Kütahya Liseyini bitirdikdən sonra Kuleli Hərbi Liseyinə qəbul oldu. 1905-ci ildə Hərbi Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Mustafa Kamal, Əli Fuad və Əli İhsan ilə eyni sinifdə oxumuşdu. 1909-1911-ci illər arasında Almaniya Hərbi Akademiyasında təhsil almış və Almaniyanın Baş Qərargahında işə başladı. == Hərbi fəaliyyəti == 27 noyabr 1911-ci ildə mayor rütbəsinə yüksəldi. Mayor rütbəsi ilə 27 noyabr 1911-ci ildə 10-cu korpusun 1-ci şöbə müdiri, 22 yanvar 1912-ci ildə qərargahın 3-cü şöbəsində, 4 iyun 1912-ci ildə müvəqqəti olaraq hərbi məktəbdə müəllim, 29 sentyabr 1912-ci ildə Balkan müharibələri əsnasında Ümumi Qərargahın Hərəkat Şöbəsinin müdirinin müavini, 22 dekabr 1913-cü ildə Hərbi Akademiyada Türk Silahlı Qüvvələrinin müəllimi olan general-mayor Veber Paşanın köməkçisi, 17 yanvar 1914-cü ildə İstehkam Qitələri və Müstahkem Mövqeyi Müfəttişliyi Qərargah başçısı, müfəttiş müavini vəzifəsinə təyin edildi.
Mustafa Asım Turqut
Mustafa Asım Turqut (1870-1937) — Osmanlı İmperiyasının son dövründə xidmət edən türk siyasətçisi. Mustafa Asım bəy 1870-ci ildə anadan olmuşdur. 1908-ci ildə II Konstitusiya monarxiyasının elanından sonra Stokholma səfir vəzifəsinə təyin edildi. 1908-ci ildən 1909-cu ilin fevral ayına kimi bu vəzifəni icra etdikdən sonra 1909-cu ildə Sofiyaya səfir təyin edildi. 1909 və 1911-ci ilin iyun ayları arasında bu vəzifədə xidmət etdi, 1911-ci ildə isə Xarici İşlər Naziri oldu. 1911-ci ilin oktyabr ayından 1912-ci ilin iyul ayına qədər bu vəzifədə təxminən bir il işləmişdir. 1914-cü ilin yanvarından 1916-cı ilin fevralına qədər Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasının Tehrandakı səfiri idi. Daha sonra isə, Vyanada səfir olan Mustafa Asım vəzifəsindən ayrıldıqdan sonra bir müddət Vyanada yaşamağa davam etdi. Respublikanın elanından sonra 1932-ci ildə Türkiyəyə geri döndü. 1937-ci ildə vəfat edən Mustafa Asım Turqut məşhur qadın üzgüçü olan Leyla Asım Turqutun atası idi.
Məkkəyizadə Mustafa Asım Əfəndi
Məkkəyizadə Mustafa Asım Əfəndi (1762, Konstantinopol – 19 noyabr 1846, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. 1762-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislam olmuş Məkkəyi Mehmed Əfəndidir. Atasından və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1785-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1797-ci ildə Qalata qazılığına, 1809-cu ildə isə İstanbul qazılığına təyin edildi. Ardından 1812-ci ildə Rumeli qazəsgəri və 27 yanvar 1818-ci ildə şeyxülislamlığa yüksəldi. Ancaq bu ilk şeyxülislamlığı əsnasında sultana yaxınlığı ilə seçilən Halət Əfəndidən çəkinməsi səbəbilə rahat fəaliyyət göstərə bilməmiş, nəticədə 3 sentyabr 1819-cu ildə vəzifədən alınmışdır. 25 sentyabr 1823-cü ildə ikinci dəfə şeyxülislam seçilsə də, yeniçəri ocağını ləğv etmək istəyən Sultan Mahmud bu vəzifədə daha sərt və güclü xarakterli bir şeyxülislam görmək istəyirdi. Nəticədə Mustafa Asım Əfəndi orduya yaxınlığı səbəb göstərilərək 26 noyabr 1825-ci ildə vəzifədən alındı. 13 il davam edən üçüncü şeyxülislamlığına 8 fevral 1833-cü ildə gətirildi.

Digər lüğətlərdə