Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suat Suna
Suat Suna — Türk pop musiqiçisi və bəstəkarı Məktəblə bərabər eyni zamanda davam etdirdiyi İstanbul Universiteti Konservatoriyası "Skripka" fakültəsində, 1992-ci ildə məzun olan sənətkar Saint Benoit Fransız Liseyini 1994-cü ildə bitirmişdir. Daha sonra Maltəpə Universitetində bakalavr pilləsinə qalxmışdır. Azərbaycanda, 2002-ci ildə çıxardığı "Su Damlası" albomundakı, sözləri məşhur türk pop musiqçisi Kayahana, musiqisi isə özünə aid olan "O Lelli" mahnısı ilə məşhurlaşmışdır. Uzun illər insanların dilindən düşməyən bu mahnı, Suat Sunanın bir il boyunca 100-ə yaxın konsert verməyinə səbəb olur. 2000-ci illərin, həm Türkiyədə həm də Azərbaycanda ən çox dinlənilən mahnısı kimi ön sıralarda yer alır.
Şunt
Şunt — elektrik cərəyanının (və ya maqnit axınının) dövrənin hər hansı bir hissəsindən keçməsinə imkan verən cihazdır. Adətən aşağı müqavimətli rezistor, induktivlik çarxı və ya keçiricidən ibarətdir.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
Sust
Sust: Sust — Niderlandda şəhər Sust — Pakistanda şəhər Sust — Əfqanıstanda qışlaq Sust yaşayış yeri — Naxçıvan MR-da yaşayış yeri Sust — Naxçıvan MR-da kənd.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. == Coğrafiyası == Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. == Təsviri == Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Sünət
Sünnət — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin bir qisminin və ya hamısının kəsilib atılması. Qadın sünnətiYaşayış məntəqələriSünnət-i Ülya (Xoy) — Xoyda kənd. Sünnət-i Süfla (Xoy) — Xoyda kənd.
Sun
Sun — Azərbaycanda salfet, tualet kağızları, kağız dəsmal, qutu dəsmal, nəm dəsmal, cib dəsmal, horeca istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == "SUN" gigiyenik kağız markası 20 ildən artıq müddətdir ki, daxili bazarda lider məhsullardan birinə çevrilib. Bu marka tarixə ilk yerli gigiyenik kağız brendi kimi düşmüşdür. "SUN" markasının özəlliklərindən ən əsası onun hər bir ailə üzvü tərəfindən istifadə edilməsidir. Məhsulların müxtəlif ölçülərdə olması ev və iş yerləri üçün sərfəli salfetləri, kağız, qutu, cib dəsmalları illərdir ki, hər kəsin sağlamlığını qoruyur. == Məhsullar == Salfet SUN salfetləri hər növ çeşiddə, naxışlı, bəyaz olaraq, balaca və böyük qablaşdırmada təklif olunur. Bu salfetlər hər gün, hər evdə, hər cür zövqü oxşayan, hər süfrəyə bəzək verən məhsullardır. Tualet Kağızları SUN tualet kağızları şəxsi gigiyena anlayışında ilk yerdə durur. Yumşaq və ətirli tualet kağızları hər bir ailə üzvünün sağlamlığı üçün vacib rol oynayır. Kağız rütubətdən qoruyaraq, sonsuz iltihabların, çox xəstəliyin qarşısını almaqla, gələcəkdə yarana biləcək ciddi fəsadları delikat, yumşaq və xoş şəkildə əngəlləyir.
99 sent
«99 sent. Diptix» — Andreas Qurski tərəfindən 1999-cu ildə yaradılan iki fotoşəkil. Bəzən onları «99 sent. 1999» da adlandırırlar. Fotoşəkildə 99 sent formatlı mağazalardan birinin interyeri təsvir olunub. Şəklin ölçüsü — 2,07×3,37 metrdir. == Qiyməti == Fotoşəkillər dünyanın ən bahalı fotoşəkilləri siyahısındadır. 7 fevral 2007-ci ildə "Sotbis" hərracında onlar 3,346 mln dollara ukraynalı iş adamı Viktor Pinçuka satılıb.
Anna Şudt
Anna Şudt (23 mart 1974, Konstanz, Baden-Vürtemberq) — alman aktrisa. == Filmoqrafiyası == 2004: Tatort: Abgezockt 2005: Tatort: Schürfwunden 2005: Gespenster 2006: Das gefrorene Meer 2006: Auf ewig und einen Tag 2006–2007: Der Kriminalist 2007: Tatort – Investigativ 2007: Einsatz in Hamburg – Die letzte Prüfung 2008: Ein starkes Team – Hungrige Seelen 2008: Mama arbeitet wieder 2008–2011: Alles was recht ist 2009: Der Alte – Männer in Schwarz 2009: Keine Angst 2010: Das Glück kommt unverhofft 2010: Die Toten vom Schwarzwald 2010: Der Mann, der über Autos sprang 2010: Nachtschicht – Das tote Mädchen 2010: Tatort: Familienbande 2010: Verhältnisse 2011: Mörderisches Wespennest 2011: Hopfensommer 2011: Bella Block – Ein Stich ins Herz 2012: Tatort: Alter Ego 2012: Tatort: Mein Revier 2012: Bamberger Reiter.
Antioks Süni
Antioks Süni və ya Andovk Süni (erm. Անդովկ Սյունի, Անտիոք Սյունի) – Sünik sülaləsindən olan antik dövr Ermənistan dövlət xadimi. == Bioqrafiya == Antioks Süni Sünikin qədim və yerli sülalələrindən olan irsi hakim sülaləsi Sünik sülaləsinin nümayəndəsi olmuşdur. Atası Sünik sülaləsinin patriarxı olan Antioks Mamikonyanlar sülaləsindən qızla evlənmiş, öz qızı Pərəncəmi isə Böyük Ermənistan hökmdarı II Arşaka ərə vermişdi. 338 – ci ildən Artavazd Mamikonyanın taxta gəlməsinə kimi Antioks Süni Arşavir Kamsarakanla birlikdə Böyük Ermənistanın sparapeti olmuşdur. Erməni çarı Tiranın əsirlikdən qayıtmasından (350) sonra Antioks Arşavir Kamsarakanla birlikdə ölkənin müdafiəsinə rəhbərlik etmiş, işğalçı fars qüvvələrinə qarşı mübarizə aparmışdı. İmperaot və Antioks Süninin rəhbərlik etdiyi Roma ordusu Bosx döyüşündə II Şapuru məğlub etmiş və Ermənistanın müstəqilliyinin, II Arşakın hakimiyyətinin tanınmasına nail olmuşdu. Tezliklə II Arşak Antioksun qızı ilə evlənmiş, Antioks özü isə Sünik sülaləsinin patriarxı təyin edilmişdi. Moisey Xorenlinin verdiyi məlumata görə Tiqranakert şəhərinin idarəçisi olan Antioks farsların şəhərə dəfələrlə hücum etmələrinə baxmayaraq, hər dəfə şəhəri uğurla müdafiə edə bilmişdir.
Aşot Süni
Aşot Süni – 892 – 909 – cu illərdə hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == Sünik sülaləsindən olan Aşot Süni Vasak İşxanikin qardaşı və varisi olmuşdur. Aşot 891-ci ildə Ermənistan hökmdarı I Smbatın tacqoymasında iştirak etmişdir. 895 – 906 – cı illərdə o, II Qriqor Supan və şahzadə Cagikin köməkliyi ilə Tatev monastırını inşa etdirmişdir. Onun dörd oğlu olmuşdur – Smbat, Saak, Vasak və Babgen. Təxminən 909 – cu ildə taxtda onu oğlu Smbat Süni əvəz etmişdir. Daha sonra isə nəvəsi I Smbat Süni (Saakın oğlu) hakimiyyətə gəlmişdir. Aşot Süni Tatev monastırında dəfn edilmişdir.. Erməni tarixçisi Hovanes Drasxanakertçi onun haqqında yazır: “...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.”Aşot Süni 909 - cu ildə vəfat etmişdir. Moisey Kalankatlı bu haqda yazır: "Sonra erməni katolikosu Qeorq və Sünik knyazı Aşot öldülər və onlar üçün ağıçə qadınlar bu sözləri deyirdilər: “Qoy insanlar nə qədər dünyada var, belə il heç vaxt yer üzünə gəlməsin!” Bütün bunlar erməni təqviminin üç yüz qırx altıncı ilində olub.
Badabe Surt
Badabe Surt bulaqları İranın Mazandaran ostanında Sari şəhristanının Orost kəndindədir.2009-cu ildə İranın ikinci milli təbiət abidəsi kimi qeydə alınmışdır.
Funt-sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Funt sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Karl Kunt
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Leoni Sent
Leoni Sent (alm. Leonie Saint ‎; 23 aprel 1986, Herne, Şimali Reyn-Vestfaliya) — Almaniya aktrisası, televiziya aparıcısı və keçmiş pornoaktrisası.
Sant-Elmo
Sant-Elmo qalası ( it. Castel Sant'Elmo) — Neapolda keçmiş müqəddər Martin monastrı yaxınlığındakı hündür Vomero təpəsində yerləşən orta əsrlərə aid qala. Qalanın adı X əsrə aid qədim (günümüzə gəlib çatmamış) Sant-Erazmo kilsəsinədən gəlir, kilsənin adının mənşəyi isə Antioxiyalı müqəddəs Erazmın adına gedib çıxır. Onun adı dövrlər keçdikcə italyan dilinə uyğunlaşmış və "Elmo" formasına almışdır. Qalanın inşasına 1329-cu ildə Anjuy kralı Robertin dövründə başlanılmış və onun ölüm ilində - 1343-cü ildə tamamlandırılmışdır. Kralın ispan qubernatoru Pedro Alvares de Toledo qalanı 1537-1546-cı illərdə bərpa etmişdi. Qala altı valı olan ulduzabənzər formada tikilib. 1647-ci ildə İspaniyada üsyan zamanı İspaniyanın vitse kralı Arkos hersoqu Rodriqo Ponse de Leon Mazanyellonun himayədarlığı ilə bu qalada gizlənmişdi ki, üsyançıların repressiyalarından qaça bilsin. 1717-ci ildə çareviç Aleksey Petroviç qalaya atasının təqiblərindən gizlənmək üçün üz tutmuşdu. Sant-Elmo həmçinin 1799-cu ildə Neapolitan respublikasının simvolu idi.
Sant Albans
Sant Albans (ing. St Albans) — İngiltərədə şəhər.
Sent-Annemon
Sent-Annemon (fr. Saint-Ennemond) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03229. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 655 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 430 nəfər (15-64 yaş) arasında 317 nəfər iqtisadi fəal, 113 hərəkətsiz (fəaliyyət göstərici 73,7%, 1999-cu ildə 71.3%) olmuşdur. Fəal 317 nəfərdən 297 nəfəri (162 kişi və 135 qadın), 20 nəfəri işsizdir (8 kişi və 12 qadın). Aktiv olmayan 113 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 31 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sent-Appolinar
Sent-Appolinar (fr. Saint-Appolinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38360. Kommunanın 2012-ci il üçün əhalisi 397 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 329 ilə 643 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 37 km qərbdə yerləşir.
Sent-Are
Sent-Are (fr. Saint-Arey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38361. Kommunanın 1999-cu il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 487 ilə 1 483 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 35 km cənubda yerləşir.
Sent-Blandin
Sent-Blandin (fr. Sainte-Blandine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38369. Kommunanın 1999-cu il üçün əhalisi 764 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 493 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Sent-Corces
Sent Corces (ing. St. George's) — Qrenadanın paytaxtı, onun siyasi və mədəni mərkəzi. == Coğrafi şəraiti == Sent Corces kiçik Antil adalarına aid olan Qrenada adasının qərb sahilində yerləşir. Dəniz səviyyəsindən 118 metr hündürlükdədəir. == Əhalisi, dil və din == Şəhər əhalisi şəhərətrafı ilə birlikdə 40 min nəfərdir. Etnik cəhətcə 50 % zəncilərdir, 40 % mulatlar, qalanı hindlilər və avropalılardır. Dövlət dili ingilis dilidir. Иir qisim əhali patau danışır. Dominant din — xristianlıqdır (katolisizm və protestantlıq).
Sent-Efemi
Sent-Efemi (fr. Sainte-Euphémie) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01353. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 24 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1482 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 1003 əmək qabiliyyətli insan arasında (15-64 yaş arasında) 753 nəfər iqtisadi cəhətdən fəal, 250 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75,1%, 1999-cu ildə 70.8%). Aktiv 753 sakindən 720 nəfər (374 kişi və 346 qadın), 33 nəfəri işsizdir (14 kişi və 19 qadın).
Sent-Endryus
Sent-Endryus (ing. St Andrews, tərcümədə: "Müqəddəs Andrey ", şot.kelt Cill Rìmhinn, ş.german Saunt Aundraes) — Şotlandiyanın Fayf vilayətində yerləşən şəhər.