SUIT

suit1

n 1. kişi / qadın kostyumu; 2. komplekt; a two-piece ~ yubka və jaket; 3. hüq. iddia, tələb; məhkəmə işi; məhkəmə prosesi; criminal ~ cinayət işi; civil ~ mülki iş; to bring a ~ against smb. bir kəsə qarşı iddia qaldırmaq;

◊ to follow ~ təqlid etmək, nümunə götürmək; The others followed suit Başqaları nümunə götürdülər

suit2

v 1. tələbi ödəmək, təmin etmək, əl vermək; This suits me best Bu mənə tamamilə əl verir; 2. yaramaq, münasib / yararlı / gərəkli olmaq; to be ~ ed for / to smth. bir şeyə yaramaq; 3. yaraşmaq; This hat suits you Bu şlyapa sənə / sizə yaraşır; 4. uyğunlaşdırmaq, düzəltmək; to ~ smth. to smth. bir şeyi bir şeyə uyğunlaşdırmaq

SUICIDE
SUIT-CASE
OBASTAN VİKİ
Suit&Panda
Adi suiti
Adi suiti (lat. Phoca vitulina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir. İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir. Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dənizi və Şimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30–35, dişilər isə 20–25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər.
Adi suitilər
Ağqarın Aralıq dənizi suitisi
Baltik dəniz halqaşəkilli suiti
Baykal suitisi
Baykal suitisi (lat. Pusa sibirica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü.
Boz suiti
Uzunsifət suiti, və ya Boz suiti (lat. Halichoerus grypus) — Bioloji növ olaraq Əsl suitilər fəsiləsinə aiddir. Boz suitiləri arealı — Şimali Atlantik okean, Şimali Amerika sahillərindən Yeni İngiltərə, Labrador yarımadası və cənubi Qrenlandiya sahilləri boyunca yerləşirlər. Avropada Norveç, İslandiya və Kola yarımadası sahilləri boyunca yerləşir. Baltik dənizində boz suitinin — Halichoerus grypus macrorhynchus yarımnövü yaşayır. Boz suitilərin ümumi sayı 120–170 min baş, Baltik yarımnövünün sayı isə 7–8 min baş təşkil edir Yetkin erkəklər 2,5 metr (təsadüfü halda 3 m), dişilər isə 1,7–2 m uzunluğa malik olur. Çəkiləri isə erkəklərdə 300 kq, dişilərdə 100–150 kq olur. Sifəti uzusov olur. Rəngləri isə boz, qonur və təsadüfü halda qara olur. Yetkinlik yaşına erkəklər 6–7, dişilər isə 3–5 yaşında çatır.
Embassy Suites by Hilton
Embassy Suites by Hilton — Hilton Otellər Şəbəkəsinin suitlərdən ibarət olan dəbdəbəli ticari markası. 2015-ci il sentyabr ayının 30-da otelin 6 ölkə ərazisində 223-dən çox filialı mövcud idi. Hilton digər otel brendləri kimi, əksər Embassy Suites otelləri fərdi mülkiyyətdədir və ya françayzinqlər tərəfindən idarə edilir. == Tarixi == Embassy Suites ilk öncə daha çox Holiday İnns kimi tanınan Holiday Korporasiyası tərəfindən yaradılmışdır. İlk Embassy Suites oteli 1984-cü ildə Kanzasda Overland parkında fəaliyyətə başlamışdır. 1990-cı ildə, Embassy Suites otelinin ana şirkəti Promus Companies Incorporated olur. 1999-cu ilin dekabr ayında, Embassy Suites oteli Hilton Otellər Şəbəkəsi və Promus Otel Korporasiyası birləşəndən sonra Hilton Şirkətinə qoşulur. 2007-ci ilin iyul ayında, Blackstone qrupu Hilton Otellərini $ 26 milyard alacağını elan edir. == Mülkiyyət xüsusiyyətləri və servisi == Embassy Suites yalnız suitlərdən ibarət olan otel zənciridir. Bu otel zəncirinin bütün qonaq otaqları iki hissədən ibarət olur: qonaq otağı və yataq otağı.
Halqaşəkilli suiti
Halqaşəkilli suiti (lat. Pusa hispida) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Əsasən Şimal Buzlu okean sularında və ona yaxın dənizlərdə, Ladoqa gölü və Sayma gölü sularında yayılmışdır. == Xariçi görünüş == Halqaşəkilli suiti adı bu növə onun üzərində olan şəkillə əlaqədardır. Yetkin fərdin uzunluğu 1,1–1,5 metr təşkil edir. Çəkisi isə 70 kq, baltik yarımnövündə isə 100 kq olur. Onlar yaxşı, görmə qabiliyyətinə malik olurlar və yaxşı eşidirlər. == Yayıldığı ərazi == Bu növə dörd yarımnöv daxildir. Onların hərəsi bir ərazidə yaşasalarda, bu ərazilər əsasən subartik əraziləri əhatə edir. Ağ dəniz halqaşəkilli suitisi (P. h.
Havay monax suiti
Homewood Suites by Hilton
Homewood Suites by Hilton — Hilton Otellər Şəbəkəsi tərəfindən idarə edilən və yalnız suitlərdən ibarət olan residental üslubda Amerika otel zənciri. Bu otel zəncirinə Amerika Birləşmiş Ştatlarında, Kanadada və Meksikada 350-dən çox otel daxildir. Əksər Homewood Suites otelləri françayzinqlər tərəfindən idarə edilir. Homewood Suites oteli bazarda Staybridge Suites by IHG və Residence Inn by Marriott kimi otellər də daxil olmaqla bir çox yüksək dərəcəli otellərlə rəqabət aparır. == Tarixi == İlk Homewood Suites oteli 1989-cu ildə Nebraska Omaha şəhərində yaradılmışdır. Növbəti 10 il ərzində, bu otel zənciri Embassy Suites, Hampton Inn və Double tree otellərinin sahibi olan Promus Otel Korporasiyası tərəfindən idarə edilirdi. Hilton 1999-cu ildə $ 3.1 trilyon müqabilində Promus şirkətinə sahiblənir. Beləcə, digər 3 brendlə birlikdə Homewood Suites də Hilton Otellər Şəbəkəsinin brendinə çevrilir. 2000-ci ildə, Homewood Suites öz adını dəyişərək Homewood Suites by Hilton adlanır. Otel bu şəkildə adlandırıldıqda öz mülkiyyətçisinin adını da özündə daşıyır.
Karib monax suiti
Karib monax suitisi (lat. Monachus tropicalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin monax suiti cinsinə aid heyvan növü. Hazırda tükənmə təhlükəsi vardır. Hətta tükənmə ehtimalı vardır. Bədəninin uzunluğu 2,4 m təşkil edirdi. Rəngi bütünlüklə qəhvəyi olur. == Yayıldığı ərazi == Onlar əsasən Karib dənizi və Meksika körfəzi sularında olan adalarında rast gəlinirdi. Qərbdə Honduras, Yukatan yarımadası, şərqdə isə Yamayka, Kuba və Baham adaları sahillərində yaşayır. Hazırda isə yayılma ərazisi bilinmir. Onlara sonuncu dəfə 1952-ci ildə Karib dənizinin qərbində görülüb.
Ləkəli suiti
Ləkəli suiti (lat. Phoca largha) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Əsasən Şimali Sakit okean ərazisində yaşayırlar. Alyaska, Yaponiya və Rusiya sahil ərazilərinə xasdır. Rəngi işıqlıdır. Aşağı hissələri açıq gümüşü, yuxarı hissəsi isə tünd rəngdə olur. Üzərində kiçik, qəhvəyi və qara rəngli ləkələr olur. Erkəklər 1,7 m, dişilər isə 1,6 m uzunluğa malik olurlar. Çütləşmə zamanı onlar sudan çıxaraq sahildə yerləşim ərazilərinə yerləşirlər. Fevral-mart ayları balalar dünyaya gəlir.
Monax suitiləri
Monax suitisi
Qrenlandiya suitisi
Qrenlandiya suiti (lat. Pagophilus groenlandicus) — Arktikada yaşayan dəniz məməlisi. == Yayıldığı ərazilər == Qrenlandiya suitiləri əsasən Şimal Buzlu okean sularında rast gəlinir. Onların bir-birindən ayrı ərazilərdə yaşayan papulasiyaları vardır: Ağ dəniz, cütləşmə dövrü Barens dənizi və Kara dənizi; Labrador yarımadası, Nyufaundlend sahilərində və Müqəddəs Lavrentiya körfəzi sularında, çütləşmə dövründən sonra isə Kanada və Qrenlandiya sahillərində; Yan-Mayendən şimalda, çütləşmə dönəmi isə Şpistbergen və Şərqi Qtenlandiya sahillərində. == Xüsusiyyətləri == Onlar əsasən artik sularda yaşayır. Erkəklərinin özünə məxsus rəngi vardır, bu səbəbdən digər nnövlərdən asanlıqla fərqlənir. Onların dərisi gümüşü-boz, başları isə qara rəngdə olur. Dişilərdə isən bu rənglər nisbətən solğun olur. Üstlək üzərində ləkələrdə vardır. Uzunluqlarl 170–180 sm, çəkisi isə 120–140 kq təşkil edir.
Qulaqlı suiti
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqlı suitilər
Qulaqlı suitilər (lat. Otariidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Ross suitisi
Ross suitisi (lat. Ommatophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Saqqallı suiti
Saqqallı suiti (lat. Erignathus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Steyneqer suitisi
Steyneqer suitisi (lat. Phoca vitulina stejnegeri) — Adi suitiyə daxil olan yarımnöv. Məhdud ərazidə Şimali Sakit okeanda, Kuril adaları, Kamçatka və Komandor adaları ərazisində yayılmışdır. Yarımnövün adı Amerika zooloqu Leonard Steyneqerin şərəfinə adlandırılıb (1851–1943) 2000-ci ildə Urup adasının qərb sahillərində 133 baş müşahidə edilmişdir. 2003, 2005, 2007 və 2012 illərdə iyunun sonu iyulun əvvəllərində Urup adasında olan Kuzinot burnundan Utinıx adalarına qədərki ərazidə 20–64 baş fərd müşahidə edilmişdir.
Suiti
Suiti (lat. Phoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. İki növü var: Ləkəli suiti, Phoca largha Adi suiti, Phoca vitulina Adı suiti öz növbəsində iki yarımnövə bölünür: Avropa yarımnövü P. v. vitulina və Kuril yarımnövü (ya Steyneqer suitisi) P. v. stejnegeri. Kuril suitisi hazırda Rusiyanın Qırmızı kitabına daxildir. Suitilər balıqlarla, pinqvinlərlə qidalanan yırtıcı məməlilərdir. Tez-tez quruya çıxırlar, çoxalmaları quruda gedir. Bu canlılar geniş coğrafiyada yaşayırlar. Qütblərdə yaşayan suitilər buzda dəlik açırlar.
Ueddell suitisi
Veddel suitisi(Leptonychotes weddellii), Əsl suitilər fəsiləsinə aid növ. Bu növ öz adını Veddell dənizinə təşkil olunan ingilis ekspedisiyasının rəhbəri Ceyms Veddellin şərfinə adlandırılıb. Veddell suitisi bütün Antarktida boyunca yayılmışdır. Anların sayı dünyada 800,000 baş təşkil edir. Veddell suitisi 3,5 metr uzunluğa malik olur. Su altında 60 dəqiqə qala bilir. Şikarı dalınca 800 dərinliyə enə bilir. Bu növ suitilər payızda yeni yaranan buzları qazıyaraq özlərinə yer düzəldirlər. Bu səbədən yaşlı suitilərin dişləri qırıq olur. == Veddel suitiləri barozədələnmələrdən (təzyiqin təsiri altında yaranan zədələnmə) necə xilas olur == Antarktida bölgəsində yaşayan Veddell suitisi hava temperaturunun −56℃, suyun temperaturunun −26℃-yə qədər düşdüyü sərt qış şərtlərinə belə davam gətirir.
Veddell suitisi
Veddel suitisi(Leptonychotes weddellii), Əsl suitilər fəsiləsinə aid növ. Bu növ öz adını Veddell dənizinə təşkil olunan ingilis ekspedisiyasının rəhbəri Ceyms Veddellin şərfinə adlandırılıb. Veddell suitisi bütün Antarktida boyunca yayılmışdır. Anların sayı dünyada 800,000 baş təşkil edir. Veddell suitisi 3,5 metr uzunluğa malik olur. Su altında 60 dəqiqə qala bilir. Şikarı dalınca 800 dərinliyə enə bilir. Bu növ suitilər payızda yeni yaranan buzları qazıyaraq özlərinə yer düzəldirlər. Bu səbədən yaşlı suitilərin dişləri qırıq olur. == Veddel suitiləri barozədələnmələrdən (təzyiqin təsiri altında yaranan zədələnmə) necə xilas olur == Antarktida bölgəsində yaşayan Veddell suitisi hava temperaturunun −56℃, suyun temperaturunun −26℃-yə qədər düşdüyü sərt qış şərtlərinə belə davam gətirir.
Veritas Business Suite
Xəzər suitisi
Xəzər suitisi (lat. Pusa caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Kateqoriyası və statusu: EN – Təhlükə altındadır, təbii şəraitdə son 10 ildə 50-80 % azalıb. Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). == Yetkinlik dövrünün qısa təsviri == Bədənin uzunluğu 150 sm-ə qədərdir, orta çəkisi 75 kq, maksimal çəkisi isə 100 kq-dır. Bədəni nisbətən kökdür, boynun qısa olmasına baxmayaraq, az da olsa nəzərə çarpır, başı böyük deyil. Yastılanmış vibrisin kənarları dalğavaridir. Rəngi fərqli şəkildə dəyişir. Bədənin üst qatı tünd, qarın hissəsi isə açıq boz rəngdədir.