Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sebatik adası
Sebatik adası (ind. Pulau Sebatik, malay Pulau Sebatik) — Kalimantan adası yaxınlığında yerləşir. İndoneziya və Malayziya adasında sərhəd bu adadan keçir. Adanın sahəsi 452,2 km². İki ölkə arasında dövlət sərhəddiu adanın tən ortasından keçir. Aadnın Malayziya hissəsində (Sabah ştatı) 25 000 nəfər (153 km²), İndoneziya (Şimali Kalimantan vilayəti) — 80 000 nəfər yaşayır (299 km²). Ada ilə Kalimantan arasında minimal məsafə 1 km-dir.
Qorbatıy adası (Krasnoyarsk diyarı)
Qorbatıy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. İzvestnyakovıy adaları qrupuna daxildir. Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Komsomoles adasından 4,8 km, Oktyabr İnqilabı adasından 2,6 km aralıda yerləşir. Bolşoy İzvestnyakovıy adasından 1,5 km şimalda, Kruqlıy adasından 500 mcənubda yerləşir. Ada 1,6 km uzunluğa və 700 m enə malikdir. Şimal sahilləri qıldırımlıdır.