Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sezariya Evora
Sezariya Evora (port. Cesária Évora; 27 avqust 1941[…], Mindelu[d], Kabo-Verde – 17 dekabr 2011[…], Mindelu[d], Kabo-Verde) — Kabo-Verdeli məşhur müğənni. Fadu, morna və modinya üslublarında oxuduğu mahnılarla məşhurdur. Səhnədə və həyatda daim ayaqyalın gəzdiyi üçün pərəstişkarları tərəfindən "Ayaqyalın diva" və morna üslubunun ən mahir ifaçılarından biri olduğu üçün "Mornanın kraliçası" ləqəblərinə layiq görülmüşdür.
Yulius Evola
Baron Yulius Evola (tam adı: Culio Çezare Andrea Evola, it. Giulio Cesare Andrea Evola; 19 may 1898[…], Roma, İtaliya krallığı – 11 iyun 1974[…], Roma) — İtalyan ezoterik filosofcu, yazıçı, şair, rəssam, kulturoloq və siyasi xadim. İnteqral tradisyonalizmin nümayəndələrindən biri, ezoterizm və okkultizm üzrə bir sıra əsərlərin müəllifidir. Bir sıra tədqiqatçılar onu neofaşizm ideoloqu kimi olaraq görürlər. Evolanın yazıları Avropada və dünyanın digər yerlərində sağçı ideologiyanın bir çox nümayəndələrinə təsir göstərmişdir. == Həyatı == === Erkən illəri === Evola Romada anadan olmuşdur, valideynləri Siciliyalı aristokratlar idi. Deyilənə görə ailəsi ispan və alman mənşəli olmuşdur. Roma Sapientsa Universitetinin Mühəndislik fakültəsini bitirmiş, lakin diplomdan imtina etmişdir, bunun da səbəbini belə vurğulamışdır: "Özümü heç bir şəkildə burjua akademiyasında və doktor ya da mühəndis kimi titullarla əlaqələndirmək istəməmişəm". Evola yeniyetməlik illərində rəssamlıq və ədəbiyyatla məşğul idi. Bu dövrdə o yazıçılardan Oskar Vayld və Qabriele Dannunsio, fəlsəfədən isə Fridrix Nitsşe, Otto Veyninqer, Karlo Mikelştedter və Maks Ştirnerdən təsirlənmişdir.Birinci Dünya Müharibəsində Evola Aziago yaylasında artilleriya zabiti kimi xidmət etmişdir.
İvona Levandovska
İvona Levandovska (19 fevral 1985) — Polşalı marafonçu. İvona Levandovska Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İvona Levandovska birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni qət edə bilmədi.
Qabor Vona
Qabor Vona (əvvəlki soyadı ilə Gábor Zázrivecz, 20 avqust 1978, Gyöngyöş, Xeveş[d]) — macar tarixçi, müəllim və siyasi partiya olan Jobbikə 2006-cı ildən 2018-ci ilə qədər rəhbərlik etmiş siyasətçi.O, 2010, 2014 və 2018-ci illərdəki seçkilərdə partiyanın baş nazir vəzifəsi üçün namizədi olmuşdur. 2010-cu ildən 2018-ci ilə qədər Macarıstan parlamentinin üzvü olmuş, macar parlamentindəki Jobbik partiyasına mənsub olan deputatlardan ibarət qrupa 2016-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi altında olan zaman Jobbik, yarı hərbi təşkilat olan Magyar Gardanı qurmuşdu. Macarıstandakı 2006-cı il etirazları zamanı göstərdikləri mövqeyə görə xalq arasında xeyli populyarlıq qazanan Jobbik partiyası, Qabor Vonanın rəhbərliyi altında 2010-cu ildə tarixinin ən yüksək göstəricisini (17 faiz) qazanaraq macar parlamentinə girə bildi. Jobbik partiyasının Viktor Orbanın Fidesz (Macar Vətəndaş Birliyi) partiyasına qarşı ən güclü partiya olduğu zaman Qabor Vona Jobbik partiyasının mövqeyini radikal millətçilikdən xalqın mühafizəkar hissəsinin partiyasına dəyişməyə cəhd etdi. Bundan sonra 2018-ci ildəki parlament seçkilərindəki uğursuzluqdan sonra Qabor Vona partiya rəhbərliyindən və qazandığı deputat mandatından imtina etdi. == Həyatı == Qabor Vona 1978-ci ilin 20 avqustunda Dyöndyöş şəhərində anadan olmuşdur. Eötvöş Lorand Universitetində tarix və psixologiya üzrə təhsil almışdır. Vonanın əsl soyadı Vona olsa da, onun soyadı universitet illərinə qədər rəsmi formada Zázrivecz olaraq gedirdi. Çünki Qabor Vonanın babası (onun da adı Qabor olmuşdur) İkinci Dünya müharibəsində iştirak edərkən Torda döyüşündə vəfat etmişdir.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Ayona
Ayona (ing. Iona; şot.kelt I Chaluim Chille, qulaq as) — Böyük Britaniyanın tərkindəki Şotlandiyanın qərbində, Daxili Hebrid arxipelaqında ada. Arqayl-end-Büt dairəsi ərazisində yerləşir. Bərə vasitəsilə bağlanan Mall adasından təxminən 1 mil (1.6 km) uzaqda yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasına görə, adanın 177 nəfərlik bir əhalisi var. Adanın ölçüsü – 5,6 km × 1,6 km. == Etimologiya == Toponim gel dilindən tərcümədə "Müqəddəs Kolumbanın adası" deməkdir. Ada əsasən Müqəddəs Kolumbanın tikdirdiyi abbatlığa görə tanınır. == Tarix == 563-cü ildə İrlandiya keşişi olan Müqəddəs Kolumba daha on iki din adamı ilə birlikdə adada bir monastır qurur. Bu, Şotlandiya və Şimali İngiltərədə yaşayan büdpərəstləri xristianlaşdırmaqda ilk addım idi.
Bevon
Bevon (fr. Bevons, oks. Bevonç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfərin (15-64 yaş arasında) 83 nəfəri iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.8%, 1999-cu ildə - 67.4%). Fəal olan 83 nəfərdən 76 nəfər (43 kişi və 33 qadın) işləyir, 7 nəfər işsizdir (4 kişi və 3 qadın).
Devon
Devon qədim adı Devonşir (Devnant Britaniyaca, Dyfnaint Vallca, Devnans Kornvallca, Devnant Bretonca) — İngiltərə qraflığı, şimalda Bristol kanalından cənubda olan İngilis kanalına çatır.Cənubqərb İngiltərənin bir hissəsidir və Cornvall ilə qərbdən, Somerset ilə şimalşərqdən və Dorset ilə şərqdən həmsərhəddir. Qraflığın mərkəzi Eqzeter şəhəridir.
Ebola
Ebola virusu — keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virus. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir . Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb. == Tarixi == Ebola faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib.
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. == Mifologiyada == Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Epoxa
Epoxa (yun. έποχή — «dayanacaq») — təbiətdə, cəmiyyətdə, elmdə, incəsənətdə və s. sahələrdə mühüm fərqləndirici xüsusiyyətləri ilə səciyyələnən müəyyən dövr; inkişafda keyfiyyətcə yeni dövr. Tarixdə bu dövr dən az bir vaxtdır; məsələn, İntibah dövrü. Epoxial (lat. epoche – «duracaq») – dövr təşkil edən, çox mühüm, çox əhəmiyyətli, çox böyük. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Etoşa
Etoşa (ing. Etosha pan) — Namibiyanın şimalında, quruyan göl. Nama dilindən tərcümədə «Böyük boş məkan» anlamını verir. Şoranlığın uzunluğu 130 km, eni 50 km, sahəsi 4800 km² təşkil edir. Etoşa 1065 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Şoranlıq Kalaxari səhrasının şimal-qərbindəki axarsız çökəklikdədir. Yağışlar mövsümündə onun bir hissəsi su ilə dolur. Əvvəllər isə Kuene çayı gölü su ilə doldururdu. Tədricən iqlim quraqlaşmış və çayın axarı Atlantik okeana istiqamətlənmişdir. Avropalılar Etoşa ilə 1851=-ci ildə tanış olurlar.
Evian
Evian — Cenevrə gölünün cənub sahilindəki Évian-les-Bains yaxınlığında müxtəlif mənbələrdən gələn bir qablaşdırılmış mədən suyu markasıdır. Evian, Fransız Danone şirkətinə aiddir. Qablaşdırılmış suya əlavə olaraq, Danone Evian adını bir sıra üzvi dəriyə qulluq məhsulları və Fransadakı lüks kurort üçün istifadə edir.
Evtina
Evtina (q.yun. euthyne) — Klassik Yunanıstan qanunvericiliyinə görə vəzifədə olma müddəti başa çatdıqdan sonra vəzifəli şəxs tərəfindən təqdim edilən hesabat.Evtina iki mərhələdən ibarət olub dövlət büdcəsindən ayrılmış vəsaitlərin sərf edildiyi fəaliyyətlərin on nəfərdən ibarət loqistai (mühasiblər) tərəfindən yoxlanılması ilə başlayırdı. Bu mərhələ loqos adlanırdı. İkinci mərhələ isə evtinai adlanırdı və bu mərhələdə bule tərəfindən təyin edilmiş on nəfərdən ibarət evtinoinin məmurlardan hər hansı birinin davranışına etiraz etmək imkanı var idi. Bu vəzifəli şəxslər isə ittihamları rədd edə və ya məhkəmələrə verə bilərdilər. Əgər yoxlama qeyri-qənaətbəxş hesab olardısa, iş andlılar məhkəməsinə verilirdi və vəzifəli şəxs sui-istifadədə, israfçılıqda və ya rüşvətxorluqda ittiham edilirdi. Vurulmuş zərərin on misli miqdarında cəriməyə qədər cəza tətbiq edilə bilərdi.
Kvota
Kvota (lat. quota — “kvoata” latınca “yuot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə paylanmasını nəzərdə tutur. Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmə idxala icarə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim tətbiq edilir. Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır. Qlobal kvotalar hər hansı malın müəyyən müddət ərzində və malgöndərən ölkələr arasında bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir.
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
İkona
İkona-(yunanca ekon-təsvir, görkəm, sürət)-Dində sitayiş edilən ilahilərin, müqəddəslərin və digər fövqəltəbbi vücudların bədii təsviri(nadir hallarda qabarıq təsviri).
Əyvora
Əyvora (fars. ایوراع‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 275 nəfər yaşayır (79 ailə).
Alburnus avola
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Alona Koşevatskiy
Alona Koşevatskiy (d. 8 oktyabr 1997) — İsraili təmsil edən bədii gimnast. Alona Koşevatskiy 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Koşevatskiy həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Alona Koşevatskiy 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Artur Evans
Sir Artur Con Evans (8 iyul 1851[…] – 11 iyul 1941[…]) ― ingilis arxeoloq. Krit adasında Minoy sivilizasiyasına məxsus olan Knos sarayını taparaq məşhur olmuşdur.
Avena abyssinica
Avena abyssinica (lat. Avena abyssinica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Avena affinis
Avena sterilis (lat. Avena sterilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena affinis P.J.Bergius ex Steud. [Invalid] Avena byzantina var. solida (Hausskn.) Maire & Weiller Avena fatua var. sterilis (L.) Fiori & Paol. Avena × ludoviciana Durieu Avena ludoviciana var. psilathera (Thell.) Parodi Avena macrocarpa Moench [Illegitimate] Avena nutans St.-Lag. [Illegitimate] Avena sativa subsp. sterilis (L.) De Wet Avena sativa var.
Avena agadiriana
Avena barbata (lat. Avena barbata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agadiriana B.R.Baum & G.Fedak Avena alba var. barbata (Link) Maire & Weiller Avena alba var. hirtula (Lag.) Emb. & Maire Avena alba var. wiestii (Steud.) Maire & Weiller Avena almeriensis Gand. Avena atheranthera C.Presl Avena atlantica B.R.Baum & G.Fedak Avena barbata subsp. atheranthera (J.Presl) Roche Afonso Avena barbata subsp. barbata barbata Avena barbata var.
Avena shatilowiana
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.