Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eksklüziv
Eksklüziv – məxsusi müsahibə, xüsusi intervyu. Məsələn, eksklüziv müsahibə. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv
== Haqqında == Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv günbəzləri arasında özünün morfoloji ifadəliliyinin kəskinliyi ilə fərqlənir və ətraf ərazi üzərində baxımlı görünüşü ilə heyrətamiz bir mənzərə yaradır. Coğazçayın sol sahilində (Ağstafaçayın sağ qolu), Abasbəyli kəndinin yaxınlığında yerləşən bu günbəz azmeyilli dərətəpəli yerdə basdırılmış nəhəng daş sütununu xatırladır. Günbəz gec təbaşir (santon əsri) dövründə baş vermiş güclü vulkanik püskürmə mərkəzi yerində törəmişdir və albitləşmiş riolitlərdən ibarətdir. Günbəzin nisbi hündürlüyü 250 m, mütləq hündürlüyü 850 m, bünövrəsinin diametri isə 250 m təşkil edir. Göyəuzan günbəzi özünün vulkanik aparatının morfoloji əlamətlərinə görə Vest-İndiyadakı Martinika adasında yer səthinə çıxan (Karib dənizinin Kiçik Antil adaları) məşhur Mon-Pele vulkanik obeliskini xatırladır. Guman edilir ki, vulkanik aktivlik fazasında ekstruziv günbəz daha hündür olmuş və yüksəkliyi 500 m çatırdı. Hazırda bu ekstruziv günbəz Azərbaycan Respublikasının qərb regionundakı Avey təbiət-tarixi qoruğunun ərazisində yerləşir.