Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekstra
Ekstra – [lat. extra – fövq, xarici, əlavə] 1)əla, xüsusi; 2)hər hansı bir şeyin ən yüksək dərəcəsini bildirən mürəkkəb sözlərin tərkib hissəsi; 3)ən yaxşı, ən yüksək. Ekstraordinat – [lat. extraordinarius, extra – xarici və ordo – sıra] qeyri-adi, həddən artıq fərqli. Ekstravaqant – qeyri-adi, hamı tərəfindən qəbul edilmiş norma və adətlərə uyğun olmayan. Ekstren – [lat. extra – xarici, başqa] 1)tələsik, təcili; 2)fövqəladə, əvvəllər olmayan. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Nordürland-Eystra
Nordürland Eystra (isl. Norðurland eystra - Şərqi Şimal yer) — İslandiyada region.
Nordürland Eystra
Nordürland Eystra (isl. Norðurland eystra - Şərqi Şimal yer) — İslandiyada region.
Ekstaz
Vəcd yaxud Ekstaz — Vəcd, ekstaz "ruhun dünyəvi gerçəklikdən qurtulduğu özündəngetmə və çoşqunluq halı" kimi başa düşülüb, adamın şüuru və yaddaşı yerində olmaqla özünə (dünyəvi-fiziki varlığına, duyumlarına) bağlı heç bir qavrayışın olmadığı və adamın bütünlüklə özü xaricində bir nəsnə (şey) ya da varlıqla (xəyal, ruh, ilahi qüvvə və b.) əlaqə qurduğu nadir şüur hallarından biridir. Parapsixologiyada "fərqli şüur halları"ndan biri olan ekstaz, spiritualizm (ruhçuluq, bax: tr.vikipediya, spiritualizm) mətnlərində isə "ruhla bədən münasibətinin məlum bir dərəcəyə qədər boşaldığı, xarici dünya ilə bağların kəsildiyi özəl bir hal" olaraq bilinir. Şamanlar ekstaz texnikasını ən yaxşı tətbiq edənlər arasındadırlar. Ekstaz halına daha çox müxtəlif boşalma texnikaları istifadə edən şamanlarda və mistiklərdə rastlanılır. Ekstaz halı spazmatik xəstəliklər, həddən artıq oruclar, uzun düşüncələr və bəzi fiziki məşqlər (məs, yoqa) zamanı öz-özünə meydana çıxa bilər. Ekstaz halında adamda fiziki hərəkətsizliklə yanaşı, tənəffüsün və qan dövranının yavaşlanması müşahidə olunur. Mistiklər, xüsusən Sufilər, hissiyat orqanlarının fəaliyyətinin dayandığı ekstaz əsnasında yaşadıqlarını "eqonun yox olması, çaşqınlıq, sevinc, sevgi, məhəbbət, xoşbəxtlik" kimi sözlərlə ifadə etməyə çalışıblarsa da, yaşadıqları təcrübənin sözlərlə ifadə edilə bilməyəcəyini, ancaq birbaşa yaşanaraq anlaşıla biləcəyini bildirmişdilər. Ekstaz halındakı adamlar bəzi vaxtlar rüyet (yalnız zehni olaraq görünən) adlandırılan halusunasiyalar da gözdüklərini iddia edirlər.
Ekstrim
Ekstrim (ing. extreme — əks tərəf, yüksək səviyyəli, xüsusi) — həyat üçün təhlükə yaradan ekstraordinar hərəkət.
Eksuma
Eksuma (ing. Exuma) — Baham adalarında rayon. Rayonun tərkibində 360-dan çox ada var. == Tarixi == Eksumada əvvəlcə aravaklar və lukayanlar yaşayırdı. Onlar XV əsrdə əsarət altına alınmışdır. XVII əsrə qədər adalarda yaşayış olmamış, dəniz quldurları tərəfindən sığınacaq kimi istifadə edilmişdir. == İnzibati bölgü == Eksuma Baham adalarının 32 rayonundan biridir. Rayon mərkəzi Corc-Taundur. Rayonun sahəsi 290 km2, əhalisi - 7,314 nəfərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Эксумские острова // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Astra
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Eşera
Eşera (gürc. ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 30 m hündürlüktə, Suxumidən 13 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 121.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Esdra
Trillium (lat. Trillium) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Delostylis Raf. Esdra Salisb. Huxhamia Garden Phyllantherum Raf.
Aleksandra Ekster
Aleksandra Aleksandrovna Ekster (Александра Александровна Экстер) (6 yanvar 1882 - 17 mart 1949) - rus suprematist, kubist rəssam. == Həyatı == 6 yanvar 1882-ci ildə Rusiya imperiyasının Belostok şəhərində (indi Polşa ərazisi) varlı Belarus ailəsində anadan olub. Onun atası Aleksandr Qriqoroviç varlı Belarus iş adamı, anası isə yunan idi. Gənc Aleksandra dil, musiqi və özəl rəsm dərsləri aldı. Tezliklə valideynləri Kiyevə köçdü. O, Kiyev gimnaziyasında və Kiyev Rəssamlıq Məktəbində Aleksandr Boqomazov və Aleksandr Arxipenko ilə təhsil aldı. Onun müəllimləri arasında Mikola Pimonenko var idi. Aleksandra 1906-cı ildə Kiyev Rəssamlıq Məktəbini bitirmişdir. 1908-ci ildə Aleksandra Qriqoroviç əmisi oğlu Kiyev vəkili Nikolay Evqenieviç Ekster ilə evlənmişdir. 1908-1924-cü illərdə o fasilələrlə Kiyev, Sankt-Peterburq, Odessa, Paris, Roma və Moskvada yaşadı.
Edsger Deykstra
Edsger Deykstra (11 may 1930[…], Rotterdam, Niderland – 6 avqust 2002[…], Nuenen[d], Niderland) — hollandiyalı riyaziyyatçı alim, proqramçı və fizik. Qrafda təpələr arasında ən qısa yolun tapılması üçün tətbiq olunan "Deykstra alqoritminə görə tanınır. == Həyatı == Riyaziyyat və fizika sahəsində olan bilikləri əsasındə riyazi məntiqin bir sıra qayda və metodologiyalarını proqramlaşdırma elminə tətbiq etmişdir. 70 −80-ci illərdə ən populyar və ən çox istifadə olunan proqramlaşdırma metodologiyası olan "Strukur proqramlaşdırma" metodologiyası məhz ilk olaraq Dijsktra tərəfindən irəli sürülmüşdür. Məhz onun struktur proqramlaşdırma ideyası bu gün istifadə etdiyimiz proqram mühəndisliyi (software engineering) metodologiyalarının əsaslarının qoyulmasına imkan yaratmişdir, hansı ki, bugünkü gün proqramçılara getdikçə mürəkkəbləşən proqram təminatlarının təşkili və idarə edilməsinə imkan yaradır. Bugünkü gün də kompüter elmləri sahəsində ən aktual məsələrdən olan konkurent hesablama (concurrent computing) və konkurent proqramlaşdırma (concurrent programming) sahəsinin elmi araşdırılması 60-cı illərdə Dijkstra- nın 1965-ci ildə yazdığı ilk məqalə ilə başlanılmışdır. Həmin məqalədə Dijkstra "mutual exclusion" problemini təyin etmiş və həll etmişdir. Dijkstra, həmçinin, paylanmış hesabalama (distributed computing) prinsiplərinin əsasəni qoyan ilk tədqiqatçılardan biri olmuşdur. Paylanmış hesablamanın ən əsas anlayışları olan konkurentlilik (concurrency), "mutual exclusion" (mutex), "semaphores", "deadlock", qrafda ən qısa yolun tapılması məsələsi, "fault tolerance", "self stabilization" kimi anlayışların fundamental əsaslərını məhz Dijkstra qoymuşdur. 1994-cü ildə aparılmış sorğuya əsasən Komptür elmləri sahəsində həmin dövrə qədər yazılmış mindən çox elmi məqalə arasında 38 ən yaxşı məqalə seçilmişdir.
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cu illərdən Nyu-Yorkda fəaliyyət göstərən iri italyan-amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi ABŞ-də ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçanonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçanodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün italyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-ci illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
Nordurland Vestra
Nordurland Vestra (isl. Norðurland vestra - Şimal yerin Qərbi) — İslandiyada region.
Yuliya Pastra
Yuliya Pastra (isp. Julia Pastrana) — xarici görünüşü ilə meymuna bənzər saqqallı qadın Yuliya 1834-cü ildə Meksikada bir hindu ailəsində dünyaya gəlib. 1857-ci ildə öz meneceri Teodor Lent adlı gənclə evlənmişdir. Bu nikahdan onların bir oğlu olmuşdur. Bu əcaib qadının boyu 150 sm olub. Onun bədən quruluşu adi qadından heç nə ilə seçilməyib. Yuliya Pastra üzərində aparılan tədqiqatdan sonra məlum olmuşdur ki, onun əcaib görünüşə sahib olmasının əsas səbəbi hipertrixoz xəstəliyidir. Bu xəstəliyin nəticəsində onun üz və bədənində həddindən artıq tüklənmə gedib. Yuliya Pastrananın mumiyalanmış meyiti Avropa və Amerikada müxtəlif sərgilərə çıxarılmışdır. 2012-ci ildə Oslo Universitetində saxlanılan meyitinin mumiyalanmış qalaqlarının Meksikaya verilərək torpağa tapşırılması qərara alınmışdır.
Deykstra alqoritmi
Deykstra alqoritmi — qovşaqlar arasında ən qısa yolları tapmaq üçün alqoritm. 1956-cı ildə kompüter alimi Edsger Deykstra tərəfindən hazırlanmış və üç il sonra nəşr edilmişdir.
Esra
Esra — türk adı. Esra Öztürk — Türkiyəni təmsil edən həndbolçu. Esra Bilgiç — Türk aktrisa və modeldir. Esra Sərt — türkiyəli jurnalist, server.
Astra FK
"Astra" (rum. Asociația Fotbal Club Astra Giurgiu) — Rumıniyanın Curcu şəhərini təmsil edən futbol klubu. == Tarixi == Klub 1921-ci ildə indi təmsil etdiyi Curcu şəhərində yox, Ployeşti şəhərində yaradılıb. İlk adı "Astra-Romana" olmuş klub, müxtəlif illərdə "Rafinorul", "Danubiana", "Ployeşti" kimi adlar altında çıxış edib. 1996-cı ildən etibarən klub indiki – "Astra" adını daşıyır. 1996-cı ildən klubun sahibi "İnterAgro Group"un rəhbəri olan Yoan Nikulaedir. Onun gəlişi komandanın nəticələrində də özünü göstərmiş, komanda tarixi ərzində ilk dəfə 1998-ci ildə Rumıniyanın yüksək liqasına vəsiqə qazanmışdır. Ployeşti təmsilçisi 5 il burda çıxış etdikdən sonra yenidən aşağı liqaya düşmüşdür. Klub 2003-cü ildə şəhərin digər komandası "Petrolul"la birləşərək, "Ployeşti" adı altında çıxış etməyə başlayır. Bir ara 3-cü liqaya kimi geriləyən komanda 2009-cu ildə yüksək liqaya qayıdır.
Extra Card
== Haqqında == Azərbaycan Sənaye Bankı Azərbaycan bank sistemində ilk dəfə olaraq plastik kartlarda taksit sisteminin tətbiqini həyata keçirmişdir. Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür. ==== Extra Card çeşidləri ==== bonus xüsusiyyəti olan Extra Card Maestro həm taksit edən (hissə hissə ödəmə imkanı) həm də bonus qazandıran Extra Card Standart, Extra Card Gold, Extra Card Platinum, Extra Card Business kredit kartı. ==== Extra Card xüsusiyyətləri ==== İlk dəfə online rejimdə işləyən kartlı ödəniş sisteminin tətbiq edilməsi. Normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi. Xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi. Tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi. Filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi.
Zemo Eşera
Zemo Eşera (gürc. ზემო ეშერა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 metr hündürlükdə, Suxumidən 15 km uzaqlıqdadır. 1992-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 258.
Qunars Astra
Qunars Astra (latış. Gunārs Astra‎; 22 oktyabr 1931, Riqa – 6 aprel 1988, Leninqrad) — Latviya milli müqavimət hərəkatının üzvü, siyasi məhbus, sovet dissidenti, radio mühəndisi. Qunars Astra Larion Astra və Elza Ernestina Astra ailəsində ikinci uşaq olaraq anadan olub. Hariys və Leon qardaşları. 1947-ci ildə Riqa şəhərində 48 saylı ibtidai məktəbi bitirib. 1952-ci ildə Riqa Elektromexanika Texnikumunu radio mühəndisi ixtisası üzrə bitirmişdir. 1952–1953-cü illərdə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Latviya filialında təhsil alıb. 1958-ci ildə qiyabi olaraq Riqa Pedaqoji İnstitutunun Dillər və Ədəbiyyat fakültəsinə daxil olmuş, lakin 1958-ci ilin sentyabrında Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinə köçürülmüş və 1961-ci ilin fevralında həbs olunana qədər burada qiyabi ingilis dilini öyrənmişdir. 1961-ci ildə Qunars Astra casusluq, dövlətə xəyanət və antisovet təşviqat və təbliğatda ittiham olunurdu. O, 15 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını Mordoviya SSR-də və Perm vilayətində çəkib.
Esdra sessilis
Trillium sessile (lat. Trillium sessile) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Esdra sessilis (L.) Salisb. Phyllantherum sessile (L.) Nieuwl.
La Coka Nostra
La Coka Nostra (qısaca LCN) — 2006-cı ildə Nyu-Yorkda qurulan ABŞ hip-hop qrupu. == Haqqında == La Coka Nostra 2005-ci ilin sonlarında heç bir albom yazmaq niyyətində olmadan yaranmışdır. Danny Boy sayəsində qrupa qatılan qrup üzvlərinin hər biri ayrı-ayrılıqda tanınan və sevilən hip-hop sənətçiləridir. House Of Pain qrupundan sonra video prodüserliyi və dəb işlərinə yönələn Danny Boy Bostonda Slaine ilə tanış oldu. Onun yazdıqlarını bəyənən Danny boy bir neçə mahnı yazımı üçün onu Los-Anceles-ə gətirdi. Nəticədə House Of Pain qrupunun köhnə üzvləri, İll Bill ilə Psycho Realm və Special Teamz qruplarının da qatılması ilə yeni bir qrup meydana gəldi. 2008-ci ilin sonlarına yaxın qrup Suburban Noize Records-la kontrakt imzaladı və 14 iyul 2009-cu il tarixində ilk albomunu çıxardı. Danny Boy e-mail vasitəsilə əlaqə qurub işləməyi rədd edib hər kəsin studiyada olmasını istədiyi üçün albomun ərsəyə gəlməsi uzun çəkdi. İll Bill və Everlast-ın solo albomları üzərində işləmələri və konsert turlarının olması da albomun gecikməsində əsas rol oynadı. "A Brand You Can Trust" 15 mahnıdan ibarət olub, politika, uşaq böyütmək, narkomaniya, ölüm və terrorizm kimi gerçək mövzularla əhatə olundu.
Inga extra-nodis
Inga extra-nodis (lat. Inga extra-nodis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.