Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hepatik ensefalopatiya
Hepatik ensefalopatiya — kəskin və xronik qaraciyər xəstəliklərinin beyin funksiyalarında törətdiyi geriyədönən və ləngimə xarakterli neyro-psixoloji (şüur, intellektual və hərəkətə nəzarət) dəyişiklərdir. İlk növbədə beyin qabığına məxsus şüur (xarici təsirə cavab və ayıqlıq), intellektual (yaddaş, qavrama, danışma, diqqət, xarakter və s.) və hərəkətə nəzarət funksiyaları pozulur. Proses irəlilədikcə qabığaltı mərkəzlərin fəaliyyəti, hətta tənəffüs mərkəzi də dayana bilir.