Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ünəş
Ünəş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ünəş kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Tunes
Tunes (lat. Thunnus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinə aid heyvan cinsi. Tunes balıq sənayesində mühüm rol oynayır. Onların çox ovlanması bir neçə tunes tövünün nəsli kəsilmək təhlükəsi yaradıb. Tunesin cinsinə aid bəzi fərdlərin uzunluğu 3,5 metrə çatır. Dünyada qeydə alınan ən böyük kütləyə malik tunesin kütləsi 635 kq olub.
UNEC
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. == Toponomikası == Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. == Əhalisi == Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
ARB Günəş
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır. == Tarixçə == Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib. "ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir.
Amin Yunes
Amin Yunes (6 avqust 1993, Düsseldorf) — İtaliya A Seriyası təmsilçilərindən olan Napoli klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Münhenqladbax === Yunes Düsseldorfda anadan olmuşdur. Yunesin atası Livan, anası isə Almaniya vətəndaşıdır. Yunes futbolçu karyerasına Unterrat klubunda start vermişdir. 2000-ci ildə Yunes Bundesliqa klublarından olan Borussiya Münhenqladbax klubunun akademiyasına qəbul olmuşdur. 2011-ci ildə o, klubun reserv komandası olan Borussiya Münhenqladbax II klubu ilə Regionalliqa Vest liqasında debüt etmişdir. Yunes əsas komanda ilə debütünü 1 aprel 2012-ci ildə Bundesliqanın 2011–12 mövsümünün sonunda Hannover 96 klubuna qarşı oyunda etmişdir. === Kayserlautern === 2014-cü ilin avqust ayında Yunes 2. Bundesliqa təmsilçilərindən olan Kayserlautern klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. === Ayaks === 16 iyul 2015-ci ildə Yunes Niderland təmsilçilərindən olan Ayaks klubu ilə 30 iyun 2018-ci il tarixinə qədər üç illik müqavilə imzalamışdır.
Dastin Tunes
Dastin Tunes (7 mart 1996) — Baham adalarını təmsil edən üzgüçü. Dastin Tunes Baham adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Dastin Tunes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.71 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Enes Kanter
Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci ildə keçirilən NBA Draftın birinci raunduna 3 nömrə ilə seçilmişdir. == Bioqrafiyası == 2006-2008-ci illərdə Fənərbaxça Ülker gənclər komandasında oynamışdır. Sonra 2008-2009-cu il mövsümündə böyüklər komandasına keçdi, lakin nadir hallarda oynaya bildi. Komandanın ən azı doqquz matçında - dördü Avroliqada, beşi isə Türkiyə çempionatında oynamışdır. Fənərbaxça və Olympiakos Kanterə peşəkar müqavilələr təklif etdilər, lakin ABŞ-dəki kolleclərdən birində oynamaq istədiyi üçün imtina etdi. === Kollej === Kanter ABŞ-yə getdi və Kaliforniyanın Simi-Velli şəhərinin Stounridj hazırlıq məktəbində oynamağa başladı. 14 aprel 2010-cu ildə Kanter Kentukki Universitetinə keçdi və NCAA-da çıxış etməyə başladı.
Enes dili
Enes dili — eneslərin dili. Samodi dillərinə aiddir. Rusiya Federasiyasının Taymır rayonunun Yenisey çayı sahillərində yaşayırlar. Enes dilində 43 nəfər danışır (2010). 2002-ci ildə onların sayı 119 idi. Bir-birindən kəskin fərqlənən iki dialekti var — somatu (tundra, xantay, turuxan) və pe-bay (meşə, baixin, кarasin, мanqazey). Qrammatikası ilə nenes dilinə və nqanasan diliə yaxındır və qohum dillər sayılır. == Enes əlifbası == Əlifbası 1980–1990-cı illərdə hazırlanıb. Rəsmi surətdə qəbul edilmənib, ancaq onunla üç kitab buraxılıb (o cümlədən məktəblilər üçün rus-enes lüğəti). "Таymır" qəzetində nadir hallarda enes dilində materiallar dərc edilir.
Enes Ünal
Enes Ünal (d. 10 may 1997; Bursa, Türkiyə) — hücumçu mövqeyində çıxış edən Türkiyəli futbolçu. 2017-ci ildən etibarən İspaniya La Liqasında mübarizə aparan "Vilyarrel" FK-da çıxış edir. Debüt oyununa 16 yaş 107 gün olan zaman, Bursasporun heyətində çıxan Enes Ünal, həmdə 2015-ci ildən etibarən Türkiyə yığmasının formasını geyinir. == Həyatı == Enes Ünal 10 may 1997-ci ildə Türkiyənin Bursa ilinin Osmanqazi ilçəsində anadan olub. Onun atası Mesut Ünal, "Bursaspor"un sabiq futbolçusudur. == Karyerası == === Bursaspor (2013-2015) === === Genk (2015-2016) === === NAK Breda (2016) === === Tvente (2016-2017) === 2016-cı il 23 iyulda "Mançester Siti" komandası Enes Ünalı, Hollandiya Erediviziyasında çıxış edən "Tvente" komandasına icarəyə verdi. O, "Tvente" komandasının heyətində birinci qollarını, 2016-cı il 21 avqustda "Qroninqen" komandasına qarşı baş tutan oyunda vurdu. "Tvente" komandasının 4:3 hesablı qələbə qazandığı oyunda Enes Ünal, 23, 26 və 39-cu dəqiqələrdə qol vurdu. Ümumi olaraq isə Enes Ünal, mövsüm ərzində "Tvente" komandasının heyətində 33 oyuna çıxdı və 19 qol vurdu.
Enes İbrahim
Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi. == Həyatı == Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır. Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı. == Fəaliyyətləri == 2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır. İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. 2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir.
Ersay Üner
Ersay Üner (d.7 oktyabr 1978 Konya,)-Türkiyəli müğənni və şair. İlk öncə Konyada mahnılar ifa edən, səhnə alan Ersay Üner, daha sonra İstanbula gəlir və Demet Akalının musiqi qrupuna daxil olur. Demet Akalının "Afedersin", "Bebek", "Herkes Hak Ettiği Gibi Yaşıyor", "Mucize", "Tatil", "Unuttum" mahnılarının sözlərinin müəllifidir."İki aşık" sinqlı ilə Türkiyə və Azərbaycan hitparadlarına daxil ola bilmişdir.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. == Həyatı == Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir. Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.
Gilerme Nunes
Gilerme Nunes kimi də tanınan Gilerme Nunes da Silva (12 iyul 1998) — Braziliya təmsilçilərindən olan "Qremio Brazil" klubunda müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusu. == Klub karyerası == Nunes Riu-Qrandi-du-Sul ştatının Novo Hamburqo bölgəsində anadan olmuşdur. Gilerme 2014-cü ildə yerli İvoti/Qlobalfut klubundan Santos klubunun akademiyasına cəlb olunmuşdur. 5 noyabr 2015-ci ildə o, klub ilə üç illik peşəkar müqavilə imzalamışdır. 3 fevral 2018-ci ildə Gilerme Nunes baş məşqçi Jair Venturanın istəyi ilə əsas komandaya dəvət almışdır. O, peşəkar karyerasında debütünü on beş gün sonra Kampeonato Paulista liqasında San-Paulu klubuna qarşı oyunda etmişdir. O, Conatan Kopeteni əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 16 sentyabr 2015-ci ildə Gilerme Nunes FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır. O, növbəti il U-20 yığmasına çağırılmış, Yay Olimpiya Oyunlarına gedəcək heyəti müəyyən etmək keçirilən məşqlərdə iştirak etmişdir.
Gizəm Günəş
Gizəm Günəş (türk. Gizem Güneş; d. 30 Noyabr 1995, İstanbul, Türkiyə) — Türkiyə aktyoru.
Günəş (Beyləqan)
Günəş — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == GünəĢ Beyləqan r-nunun Örənqala i.ə.v.-də qəsəbə. Mil düzündədir. Yaşayış məntəqəsini 1954-cü ildə Cəbrayıl r-nunun Sirik və Nüsüs kəndlərindən köçüb gəlmiş ailələr Komsomolun 50 illiyi adına üzümçülük sovxozunun Örənqala şöbəsinin malikanəsi yanında salmışdılar. 1965-ci ildə qəsəbəyə rəmzi olaraq Günəş adı verilmiĢdir.
Günəş (dəqiqləşdirmə)
Günəş — ulduz Günəş (jurnal) — Bakıda nəşr olunmuş jurnal Günəş (qəzet) — Bakıda nəşr olunmuş qəzet Günəş (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Günəş (heraldika) — heraldikada istifadə edilən fiqurlardan biri.
Günəş (heraldika)
Günəş — heraldikada istifadə edilən fiqurlardan biri. Heraldikada istifadə edilən "təbii fiqurlar"dan biri hesab edilir. Doğan və ya batan günəş təsvirlərindən istifadə edilir. Bəzən günəş insan simasında verilir. Bir qayda olaraq günəş qızılı rəngdə verilir, çüalarının sayı müxtəlif sayda olsa da 16-dan çox olmur. Günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. == Günəş təsviri olan bayraqlar == == Mənbə == James Parker, A glossary of terms used in heraldry. Accessed 13 December 2009 Jump up to: a b Dictionary of Vexillology. Accessed 13 December 2009 Jump up ^ Encyclopaedia Britannica: Edward IV and the Alchemists. Accessed 13 December 2009 Jump up ^ Banbury Faith Trail.
Günəş (qəzet)
"Günəş" qəzeti — 1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet. == Tarixi == İlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər. == Mövzusu == "Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı.
Günəş Abbasova
Günəş Əlisaf qızı Abbasova (2 sentyabr 1979[…], Baranoviçi, Brest vilayəti) — Azərbaycan əsilli Belarus müğənnisi. == Həyatı == Günəş Abbasova Belarusun Baranoviçi şəhərində anadan olub. Müxtəlif beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb: “Yantarnaya zvezda-2003” musiqi müsabiqəsinin (Yurmala, Latviya) çərçivəsində gənc ifaçıların beynəlxalq müsabiqəsinin Qran-Prisi, 2005-ci ildə “Slavyanskiy bazar v Vitebske” (Belarus) Beynəlxalq İncəsənət festivalı çərçivəsində gənc estrada ifaçılarının müsabiqəsində ikinci mükafat, “Pesnya qoda Belarusi-2005” televiziya müsabiqəsinin payız mərhələsində qələbə qazanıb.
Günəş vağları
Günəş vağları (lat. Eurypygidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Günəş vağı
Günəş vağı (lat. Eurypyga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin günəş vağları fəsiləsinə aid heyvan cinsi.
Günəş yanıqları
Günəş yanıqları — günəş şüalarının birbaşa təsiri nəticəsində baş verən yanıqlar. Sadə şəkildə desək, günəş yanıqları bədənin açıq hissələrinə günəş şüalarının uzun müddətli təsiri nəticəsində (ultrabənövşəyi şüalanma) əmələ gəlir. Günəş yanıqlarında tipik olan əlamətlərdən dərinin intensiv qızarması və ağrılı olmasıdır. Bu əlamətlər, bir qayda olaraq, insolyasiyadan (günəş şüalarının təsiri) 20–401 sonra baş verir. == Günəş yanıqlarının simptomları == Günəş yanıqlarının simptomları aşağıdakilərdir: ağrı; dərinin qızarması, qaşınması və şişməsi; üşümə; baş ağrısı; halsızlıq; hərarətin qalxması; ağır hallarda suluqların əmələ gəlməsi, ürəkbulanma, qusma hətta bayılma. == Günəş yanığının fəsadları == Fotoyaşlanma əlamətləri - qırışlar, dərinin elastikliyinin azalması, tünd ləkələrin yaranması. Həm UVA , həm də UVB şüalarının uzun müddətli təsiri nəticəsində gələcəkdə dəri xərçənginin yaranma ehtimalı ola bilər. == Həmçinin bax == Yanıq; Zədə; Dəri; Günəş.
Günəş yelkənqanadlısı
Günəş yelkənqanadlısı (lat. Hypermnestra helios) — Parnassiinae ailəsininYelkənqanadlılar fəsiləsinə aiddir.İran, Əfqanıstan, Pakistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistanda tapılır.