Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amandin Burjua
Amandin Burjua — 12 iyun 1979-cu ildə anadan olan Fransız müğənni. Amandin Burjua 2013 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "L'Enfer Et Moi" mahnısı ilə təmsil edib.
Amansız qatillər (film, 1994)
Amansız qatillər — rejissor Oliver Stounun 1994-cü ildə çəkdiyi film. Əsas rolları Vudi Harrelson, Culyett Lyuis, Robert Dauni-kiçik və Tommi Li Cons ifa edirlər. == Məzmun == Film uşaqlıq travmasına məruz qalmış iki psixopat sevgilinin əhvalatıdır. Onların serial qətlləri KİV tərəfindən işıqlandırıldıqca onlar bütün ölkədə məşhurlaşırlar.
Almandin
Almandin - mineral == Haqqında == Almandin piralspit seriyasından qranat. Fe2+3Al2[SiO4]3. Adətən pirop və spessartin qatışıqları olur. Rəngləri çəhrayı, qırmızı, qonurdan qarayadək. Xüsusi çəkisi 3,9-4,3, a=11,526 Å, p=1,77-1,83. Xlorit, epidot, amfibol və hematitə çevrilir. Regional metamorfizmə uğramış gil süxurları üçün səciyyəvidır, həmçinin termik metamorfizm süxurlarında və skarnlarda rast gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930–1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Andız
Andız (lat. Inula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Latın dilində "Inula" adlanır. Lüğəti mənası inaein — təmizləmək deməkdir. Köklərində 44% inulin vardır. Bəlğəmgətirici və sidikqovucu dərmanların hazırlanmasında, yaraların sağalmasının tezləşdirilməsində geniş istifadə olunur. Xalq təbabətində təmizləyici xüsusiyyətinə görə şəkər xəstəliyinin müalicəsində istifadə olunur. Azərbaycan florasında 13 növü geniş yayılmışdır. == Növləri == Inula acaulis Schott & Kotschy ex Boiss. Inula acuminata Royle ex DC. Inula angustifolia DC. Inula arbuscula Del.
Clematis armandii
Clematis armandii (lat. Clematis armandii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Pamandzi adası
Pamandzi adası (fr. Petite-Terre) — Hind okeanınında Komor adaları arxipelaqına aid olan ada. Adanın sahəsi 10.95 km²-dir. Mayotta Fransanın Dənizaşırı departamenti olan Mayottanın ikinci ən böyük ərazisindir. Dzaudzi - adanın şimaılında yerləşir. 6,66 km² əraziyə və 12 308 nəfər (2002) əhaliyə sahibdir Pamandzi - cənubda yerləşir. 4,29 km² əraziyə və 7510 nəfər (2002) əhaliyə sahibdir. İqlimi isti, rütubətli və tropikdir. Burada beynəlxalq hava limanı vardır.
Paragigagnathus amantis
Paragigagnathus amantis (lat. Paragigagnathus amantis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paragigagnathus cinsinə aid heyvan növü.
Pinus armandii
Pinus armandii (lat. Pinus armandii) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Rosa amansii
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Mişel Amandri
Mişel Amandri (fr. Michel Amandry; 1949[…], Fransa) — fransız numizmat. == Həyatı == Arxeoloq Pyer Amandrinin oğlu Mişel Amandri Strasburq və Parisdə təhsil alıb, 1979-cu ildə Sorbonna Universitetində doktorluq elmi dərəcəsi alıb. 1991-ci ildən 2013-cü ilin sentyabrına qədər o, Fransa Milli Kitabxanasının Sikkələr, medallar və qədim əşyalar Departamentinin Medallar şöbəsinin direktoru olub. O, Parisdəki Praktik Ali Elmlər Məktəbində numizmatika sahəsində pedaqoji fəaliyyətlə məşğul olur. Onun elmi-tədqiqat fəaliyyəti Roma imperiyasının numizmatikasını əhatə edir. Mişel Amandri Avstriya Elmlər Akademiyasının və Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü, eləcə də çoxsaylı milli numizmatik cəmiyyətlərin üzvüdür. 2004-cü ildə Hantinqton medalı və Kral Numizmatik Cəmiyyətinin medalı ilə təltif edilmişdir. 2003-2009-cu illərdə Beynəlxalq Numizmatika Şurasının prezidenti olub. Numizmatik Tədqiqatların ikiillik İcmalının naşiri və həmredaktoru, 2001-ci ildə nəşr olunan Dictionnaire de numismatique-nin redaktoru və həmmüəllifi olub.
Amanda O
Amanda O (isp. Amanda O) — Argentina telenovellası. Məhz internet-televiziyası üçün çəkilmiş qısametrajlı komediya serialı. Baş rollarda - Nataliya Oreyro, Amanda O rolunda və Luçiano Kastro - Dante rolunda. Rusiyanın CTC kanalında 2010-cu ildə filmin rus versiyası çəkilmişdir. Filmin baş rolunu Anastasiya Zavorotnyuk. Rus versiyası şöhrət qazanmaması ilə əlaqədar olaraq efirdən çıxarılmışdır.
Amanda Oliveyra
Amanda Oliveyra (d. 6 yanvar 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Amanda Oliveyra, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Amanda Peterson
Amanda Peterson (ing. Amanda Peterson; 8 iyul 1971, Qrili[d], Kolorado – 3 iyul 2015, Qrili[d], Kolorado) — ABŞ aktrisası. == Həyatı == 8 iyul 1971-ci ildə anadan olmuşdur. Amanda 1987-ci ildə "Məhəbbəti pulla almaq olmaz" filmində Patrik Dempsi ilə ifa etdiyi roluna görə uzun müddət dünya kinematoqrafiyasının diqqət mərkəzində qalmışdır. Onun son filmi 1994-cü ildə çəkildiyi "Futbol ulduzu" olub. 2015-ci ilin iyul ayında vəfat etmişdir. Öz evində ölü tapılan aktrisanın ölüm səbəbini məlum deyil..
Amanda Pit
Amanda Pit (ing. Amanda Peet, 11 yanvar 1972) — amerikalı kino və televiziya aktrisadır.
Amanda Poppe
Amanda Seyfreyd
Amanda Mişel Seyfrid (ing. Amanda Michelle Seyfried) — Amerika aktrisası, müğənnisi və modeli.
Amanda Seyfrid
Amanda Mişel Seyfrid (ing. Amanda Michelle Seyfried) — Amerika aktrisası, müğənnisi və modeli.
Amanda Todd
Amanda Mişel Todd (ing. Amanda Michelle Todd; 27 noyabr 1996, Port Kuitlam[d], Britaniya Kolumbiyası – 10 oktyabr 2012, Port Kuitlam[d], Britaniya Kolumbiyası) — YouTubea yerləşdirdiyi videoçarxdan sonra intihar edən, Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşamış 15 yaşlı orta məktəb şagirdi. İntihar etmədən əvvəl YouTubeda yayınladığı videoda o intihar səbəbindən, Facebookda yaşadığı istismardan, çılpaq şəkillərinin İnternetdə paylaşılmasından, özü-özünə xətər yetirməsindən və ona yaxın bir insan tərəfindən hücuma məruz qalmasından bəhs edir. Videoçarx müddətində danışmayan və yalnız əlindəki kağızlara yazdığı mətnləri göstərən Todd, necə şantaj edildiyini, ona necə fiziki və mənəvi hücumların olduğunu izləyənlərə çatdırır. 10 oktyabr axşam vaxtı Kanada polisi Amandanın Port Kuitlamdakı evindən ani ölüm xəbərini almış, istintaq başlatmış, sosial media da mövzunu araşdırmaya başlamışdır. Amanda Toddun intiharı Kanadada və bir çox digər ölkələrdə sosial media vasitəsilə insanlara qarşı edilən zorakılıq mövzusunda müzakirələrə səbəb olmuşdur. Todd Kuitlamdakı CABE orta məktəbinin 10-cu sinif şagirdi idi.
Amanda Uiss
Amanda Uiss (ing. Amanda Wyss; 24 noyabr 1960, Menhetten-Biç[d], Kaliforniya) —amerikalı film və televiziya aktrisadır. == Həyatı == Amanda Uiss 24 noyabr 1960-cı ildə Nyu-York şəhərinin Manhetten bölgəsində anadan olmuşdu. Yetkin yaşına çatdığı zaman bir sıra teatrlarda rollar ifa etməyə başlayır.. İlk seçilən rolu Qarağac küçəsində qarabasma filmində ifa etdiyi Tina rolu olur. Amanda Uiss bir sıra televiziya seriallarına çəkilmişdi. Hal-hazırda Los Ancelesdə yaşayır.
Amando Telanqko
Amando Telanqko (14 noyabr 1952) — Filippin Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən yüksək qiymət olan, "A" qiymətini vermişdir.
Amblyseiulella amanoi
Amblyseiulella amanoi (lat. Amblyseiulella amanoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiulella cinsinə aid heyvan növü.
Klaudia Mandia
Klaudia Mandia (21 oktyabr 1992, Battipaliya, İtaliya) — İtaliyalı oxatan. Klaudia Mandia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klaudia Mandia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Makkenzi Brovnu ilə üz-üzə gəldi. Həmin görüşdə Klaudia Mandia rəqibinə 4:6 hesabı ilə uduzdu.
Amanda Abbinqton
Amanda Abbinqton (London) — İngilis aktrisa.