Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arqi yovşanı
Arqi yovşanı (lat. Artemisia argyi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
ARKİ
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının ictimai birliyi. == Ümumi məlumat == 21 iyun 2012-ci ildə təsis edilib. Sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədovadır.Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdir. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Eldar Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. İttifaq tərəfindən Milli Kino Mükafatı təsis olunub. Mükafat hər il 2 avqust - Kino Günündə Azərbaycan kinosuna verdiyi töhfələrə görə fərqlənən kinematoqrafçıya təqdim olunacaq. == Fəaliyyəti == 2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib. İdarə heyətinin iclaslarında bir sıra vacib sənədlər hazırlanıb və qəbul olunub. İclas prosesində ittifaqa üzvlərin qəbulu haqqında, kinematoqrafçıların sosial-yardım fondu haqqında əsasnamələr qəbul olunub.
Armi
Armi (fr. Armix) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Biryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01019. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 20 nəfər təşkil edirdi. == Coğrafiyası == Armi, Yura dağlarında, Amberye-an-Byuje şəhərindən 21 km cənub-şərqdə, dəniz səviyyəsindən 720 m yüksəklikdə yerləşir. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Armi ilə əlaqəli mediafayllar var. "Armi" (fransız).
Avgi
Avgi — qədim yunan mifologiyasında bir neçə min baş mal-qarası olan Elida çarı. Avginin tövləsini ("Avgi tövlələri") yalnız Herakl təmizləyə bilmişdi. Avgi Herakla tövlələrin təmizlənməsi müqabilində öz mal-qara sürüsünün onda birini ona pay verəcəyini vəd edir. Herakl, qazıdığı kanal vasitəsilə Alfey və Peney çaylarının sularını Avgi tövlələrindən axıtmaqla onları bir gündə təmizləyir. Avgi tövlələri ifadəsi məcazi mənada həddən artıq bərbadlığı və səliqəsizliyi bildirir.
Ağrı
Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab.
Ergi
Ergi — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisində yerləşən Mərzili kəndinə aid olan yaşayış məntəqəsi.
Marqi
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Sarğı
Sarğı (gəmi)
Ari
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.
Arı
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arıOnlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazıe: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Alqı-satqı
Alqı-satqı müqaviləsi — satıcının məhsulu alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin məhsulu qəbul etməyi və onun müqabilində müəyyən pul məbləğini ödəməyi öhdəyə götürməsi. Müqavilədə satışın predmeti və həcmi, müddəti və yeri, malın keyfiyyətinin müəyyən edilməsi metodları, gələcəkdə satışın qiyməti və dəyəri, daşıma şərtləri, malın təhvil verilməsi və qəbul edilməsi qaydası, ödənişin şərtləri, zəmanətlər və sanksiyalar, arbitraj haqqında şərtlər, müqavilə bağlayan tərəflərin hüquqi ünvanları və imzaları göstərilir.Məzmunu ömürlük dəyişməyən alqı-satqı müqaviləsi yaşına və ya səhhətinin vəziyyətinə görə əmək qabiliyyəti olmayan şəxs ona mülkiyyət hüququnda məxsus olan daşınmaz əmlakı alıcıya verməsi, alıcının isə satıcının ömrünün sonuna qədər alış qiymətinin ödənilməsi kimi ona mənzil, qida verməyi, ona qulluq etməyi və kömək göstərməyi öhdəyə götürməsidir. Satıcının ömürlük saxlanması şərti ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə alıcı hətta daşınmaz əmlak təsadüfən məhv olduqda belə müqavilə üzrə öhdəliklərinə riayət etməyə borcludur. Satıcı sağ ikən alıcı tərəfindən həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsi yolverilməzdir.
Arqın (Xudabəndə)
Arqın (fars. ارقين‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (209 ailə).
Artemisia argyi
Arqi yovşanı (lat. Artemisia argyi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Arıq (Məlikan)
Arıq (fars. اروق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,566 nəfər yaşayır (902 ailə).
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Asqı (avtomobil)
Asqı — nəqliyyat maşınlarında hərəkətetdirici orqanları (təkər, vərdənə, xizək) maşının gövdəsi ilə birləşdirən mexanizm və detallar sistemi. Asqı həmçi nin yolun kələ-kötürlüyündən maşına ötürülən dinamiki yükləri azaldır, maşının dartıcı keyfiyyətini yaxşılaşdırır, rəqs və titrəyişləri söndürür, hərəkət prosesində kuzanın vəziyyətini nizamlayır və eyni zamanda maşının dinamikliyini artırır. Tarixçə: Asqı,(Pnevma) ilk dəfə Mersedes Benz tərəfindən 1998 ci ildə icad edilmiş və S-Class modelində istifadə edilmişdir == Əsas xarakteriskası == Asqılar sərt, yarım sərt və yumşaq olur. S ə r t asqılarda dayaq (hərəkətverici) elementlərinin oxları maşının gövdəsinə birbaşa, aralıq hərəkətli elementlər olmadan bərkidilir. Belə asqılar hərəkət sürəti 3–4 km/saat dan çox olmayan tırtıllı qaldırıcı kranlarda, ekskavatorlarda, torfyığan kombaynlarda və s. tətbiq edilir. Y a r ı m s ə r t asqılar əksər traktorlarda istifadə olunur. Onların dayaq elementləri xüsusi çərçivədə (zəncirli arabacıq) quraşdırılır və adətən, maşının gövdəsinə arxa tərəfdən oynaqla, qabaq tərəfdən, yaxud hər iki tərəfdən isə elastik elementlə (məs., ressorla)birləşdirilir. Y u m ş a q (elastik elementləri olan) asqılar avtomobil və digər sürətli maşınlarda, bir sıra traktorlarda tətbiq edilir və böyük potensial enerji ehtiyatına malik olur.Avtomobil asqıları elastiklik xarakteristikasına görə sabit, dəyişən və artan sərtlikli, qüvvə və momentlərin ötürülmə üsuluna görə ressorlu, ştanqlı və lingli (bir və iki), istiqamətləndirici quruluşun tipinə görə asılı (əlahiddə, balansirli) və sərbəst (asılı olmayan), elastik elementin tipinə görə metal (ressor, spiral yay, torsion və kombinəedilmiş) və qeyri-metal (pnevmatik, hidropnevmatik, rezin və kombinəedilmiş), rəqssöndürücü quruluşun (amortizatorun) tipinə görə lingli (mexaniki, hidravliki) və teleskop şəkilli (bir və iki borulu) və s. olur.
Avropa irqi
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. == Xarakterik cizgiləri == Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid ) ifadə edirdi.
Avstraliya irqi
Avstraloid irqi — böyük Melanesiya-Avstraliya irqinin tərkibində kiçik irq; bəzən ayrıca böyük irq kimi də qeyd edilir. == Haqqında == Avstraloid geniş irqi təsnifatdır. Konsepsiyası irqi təsnifatın bir tipoloji üsulu ilə yaranmışdır. Cənub-Şərqi Asiyanın,Avstraliyanın və Okeaniyanın tünddərili aborigen əhalisinin mənsub olduğu irq. Avstraloid irqinin klassik tipi, əsasən, avstraliyalılarla (aborigenlərlər) təmsil olunur: ayrı-ayrı xüsusiyyətlərinə Cənubi və Cənub-Şərqi Asiya və Qərbi Okeaniyanın bəzi populyasiyalarında da təsadüf edilir. Avstraloid irqi üçün dərinin tünd rəngli (lakin Afrika zəncilərinə nisbətən bir qədər açıq rəngli), gözün qüzehli qişasının tünd-qəhvəyi, saçın dalğalı, yaxud qıvrım, tünd-bənövşəyi, yaxud qara olması (bəzi populyasiyalarda uşaqların və gənc qadınların saçının nisbətən açıq rəngli olmasına baxmayaraq) səciyyəvidir. Zəncilərdən fərqli olaraq Avstraliya irqinin nümayəndələrinin bədənlərində və üzlərində 3-cü tük örtüyü inkişaf etmişdir, burunları enli, üst dodaqları hündür və qalın, kəllə qutusu orta böyüklükdə, sifətləri ortaenlidir, proqnatizm müşahidə edilir; dişləri çox iri, ətrafları uzundur.
Ağrı (Ordubad)
Ağrı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 15 km şimal-şərqdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənəndçayın (Arazın sol qolu) sol sahilindədir. Əhalisi 304 nəfər (2000); əsasən meyvəçilik, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur. Kulubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ağrı Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Arazboyu düzənlikdədir. Türk dillərində ağrı/ağru - "Hündürlüyüdur, yüksək" deməkdir. Adını Türkiyənin Şərqində, Van gölündən Şimalda, Ermənistan yaylasının orta hissəsində yerləşən Ağrıdağ silsiləsindən almışdır.. == Əhalisi == Əhalisi 313 nəfərdir.
Ağrı (dəqiqləşdirmə)
Ağrı — tibb. Ağrı (şəhər) — Türkiyənin Ağrı ilinin inzibati mərkəzi. Ağrı ili — Türkiyənin illərindən biri. Ağrı (Ordubad) — Azərbaycanın Naxçıvan MR-nın Ordubad rayonunun kəndi. Ağrı dağı — Türkiyədə dağ. Ağrı (film, 1989) — film.
Ağrı dağı
Ağrı dağı — Qərb dillərində: Ararat, kürd. Çiyayê Agirî, erm. Մասիս (Masis) — Türkiyənin ən yüksək dağı. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir. Dağın 65% -i İğdır vilayətindədir, qalan 35% -i isə Ağrıdadır.Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır. Böyük Ağrı dağının yamaclarında Sərdarbulaq yaylası və 3896 m yüksəkliyə malik Kiçik Ağrı dağı yerləşir.
Ağrı ili
Ağrı ili — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən il. Adını Ağrı dağından alan Ağrı 1834-cü ildə qəsəbə, 1869-cu ildə ilçə, 1927-ci ildə il statusu almışdır. == Ərazi == İl 11 376 km² ərazini əhatə edir. == Əhali == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 215 min nəfər əhalisinin 130 min nəfəri ana dilini kürdcə, 85 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.31 dekabr 2014–cü il tarixinə olan məlumata əsasən əhalisinin sayı 549.435 nəfərdir. == Coğrafiya == Ağrı ili dağlıq ərazidə yerləşir. Ən böyük dağı Ağrı dağıdır. İqlimi soyuqdur. Yayda havalar sərin, qışda isə soyuq olur.