Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arika(Çili)
Arika- Cənubi Amerikanın geniş iç bölgəsi üçün önəmli bir limandır. Şəhər, Boliviya üçün sərbəst liman xidməti verir və o, ölkənin ticarətinin önəmli bir bölümünü idarə edir. Həmçinin, Oruroda başlayan Boliviya neft boru xəttinin son stansiyasıdır . Şəhərin strateji mövqeyi Pan-Amerikan avtomobil yolunun yanında olması, həm Perudakı Taknaya, həm də Boliviyadakı La Pasa dəmiryolu ilə bağlanması və beynəlxalq hava limanının xidmətə verilməsi ilə gücləndirilmişdir . Arika, demək olar ki, heç yağış almayan, son dərəcə quru bir iqlimə sahipdir. Buna baxmayaraq, yaxınlardakı soyuq sulardan gələn sıx dəniz küləkləri mülayim bir çöl iqlimi yaradır. Mülayim havası Arikanı Çilidə "əbədi baharın şəhəri" olaraq tanıdır. Çimərlikləri Boliviyanın kübar təbəqəsinin çox gəldiyi yerdir. Şəhər İspaniya müstəmləkəçiliyi dövründə önəmli bir liman idi. Çili 1880-ci ildə Sakıt okean döyüşü zamanı şəhəri Perudan aldı və 1929-cu ildə Peru tərəfindən Çili ərazisi olaraq tanındı.
Arika (Çili)
Arika- Cənubi Amerikanın geniş iç bölgəsi üçün önəmli bir limandır. Şəhər, Boliviya üçün sərbəst liman xidməti verir və o, ölkənin ticarətinin önəmli bir bölümünü idarə edir. Həmçinin, Oruroda başlayan Boliviya neft boru xəttinin son stansiyasıdır . Şəhərin strateji mövqeyi Pan-Amerikan avtomobil yolunun yanında olması, həm Perudakı Taknaya, həm də Boliviyadakı La Pasa dəmiryolu ilə bağlanması və beynəlxalq hava limanının xidmətə verilməsi ilə gücləndirilmişdir . Arika, demək olar ki, heç yağış almayan, son dərəcə quru bir iqlimə sahipdir. Buna baxmayaraq, yaxınlardakı soyuq sulardan gələn sıx dəniz küləkləri mülayim bir çöl iqlimi yaradır. Mülayim havası Arikanı Çilidə "əbədi baharın şəhəri" olaraq tanıdır. Çimərlikləri Boliviyanın kübar təbəqəsinin çox gəldiyi yerdir. Şəhər İspaniya müstəmləkəçiliyi dövründə önəmli bir liman idi. Çili 1880-ci ildə Sakıt okean döyüşü zamanı şəhəri Perudan aldı və 1929-cu ildə Peru tərəfindən Çili ərazisi olaraq tanındı.
Adjika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi. Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi.
Ariola
Ariola (Ariola Records və ya Ariola-Eurodisc) — 1958-ci ildə yaradılan Almaniya səsyazma leyblı. 1980-cı llərdə kompüter proqramları və oyunların yaradılması üçün studiyada "Ariolasoft" adlı filial yaradılmışdı. 1980-cı illərin sonların "Bertelsmann Music Group" kompaniyası, daha sonra "Sony Music Entertainment" kompaniyası tərəfindən alınmışdı. Bu studiya ilə Vaya Con Dios, Modern Talking kimi qruplar və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Erika
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
Cənubi Afrika
Cənubi Afrika — Afrika qitəsinin cənub hissəsini əhatə edən region. BMT təsnifatlandırılmasına görə regionun tərkibinə aşağıdakı ölkələr daxildir: Botsvana Lesoto Namibiya Esvatini CAR Bu 5 ölkə eləcə də Cənub Afrika Gömrük İttifaqına daxildirlər. Coğrafi cəhətdən Cənubi Afrika regionuna eləcə də aşağıdakı ölkələr daxıldir.
FİBA Afrika
FİBA Afrika FİBA üzvləri olan 54 Afrika basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
Jozef Karika
Jozef Karika Slovakiyalı yazıçı və publisistdir. O, ən çox satılan kitablardan olan Mafiyanın kölgəsində(V tieni mafie) əsərinin müəllifidir. Karika Ədəbiyyat Fondu Mükafatı ilə təltif olunmuşdur.
Marija Gimbutas
Marija Gimbutas (litvaca: Marija Gimbutienė; 23 yanvar 1921, Vilnüs[…] – 2 fevral 1994, Los-Anceles, Kaliforniya) — Litva-Amerika arxeoloqu və antropoloqu idi. Neolit ​​və Tunc dövründə mövcud olan "Qədim Avropa" mədəniyyətlərini öyrənmiş; Hind-Avropa dil ailəsinin vətənini təsvir edən kurqan hipotezini irəli sürmüşdür. Vilnüs Universitetinin məzunudur.
Marika Qombitova
Marika Qombitova (12 sentyabr 1956, Tarani nad Ondava[d]) — Slovakiya müğənnisi.
Mərkəzi Afrika
Mərkəzi Afrika — ekvatorial və subekvatorial zolaqda Afrikanın qərb hissəsi boyu uzanan coğrafi sahə. Konqonun geniş çökəklikləri, qərbdə Atlantik okeanı və Qvineya körfəzi, şimalda Azandeni yaylası, cənubda Lunda platosu və Anqolanın yaylaları boyu uzanır. Regionun şərq hissəsi Şərqi Afrika rift sisteminin Qərbi rift qolu ilə məhdudlaşmışdır. Subregionun ümumi ərazisi 6613 min km²-dir. Mərkəzi Afrikaya aşağıdakı ölkələr daxildir: Qabon Kamerun (paytaxt Yaunde) Konqo Demokratik Respublikası (paytaxt Kinşasa) Konqo Respublikası (paytaxt Brazzavil) San-Tome və Prinsipi (paytaxtı San-Tome_(şəhər)) Mərkəzi Afrika Respublikası (paytaxt Bangi) Çad (paytaxt Ncamena) Ekvatorial Qvineya (paytaxt Malabo) Həmçinin, bəzi hallarda Böyük Britaniyanın xarici ərazisi (Müqəddəs Yelena adası) və Anqolada daxil edilir. Mərkəzi Afrika ölkələri ekvatorun hər iki tərəfində yerləşir. Məşhur "mis qurşağı" (KDR-nin şimal şərqi) bu regionda yerləşir. Region manqan, uran, dəmir, neft, meşə, hidroresurslarla zəngindir. KDR istisna olmaqla, bütün ölkələr geri qalmış iqtisadiyyata malikdirlər. İxracat əhəmiyyətli bitkilər qəhvə və kakaodur.
Qara Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Şimali Afrika
Şimali Afrika (ərəb. شمال أفريقيا‎, ( kabil dili — Tafriqt ugafa) — 10 milyon kvadrat kilometr ərazini əhatə edən, Afrika qitəsinin şimal hissəsində yerləşən sahə. Çox hissəsini Saxara səhrası tutur. Ərazidə aşağıdakı ölkələr yerləşir: Misir Liviya Əlcəzair Tunis Mərakeş Mavritaniya Qərbi Saxara Sudan Bunların əksəriyyətinin ərazisi 1 milyon км²-dən çoxdur. Sudan və Əlcəzairin isə əraziləri 2 milyon км²-dən çoxdur. Kanar adaları, Eritreya, Həbəşistan və Madeyra da bəzən bu bölgəyə aid edilir.
Şərqi Afrika
Şərqi Afrika — Afrikanın Nil çayından şərqə olan ərazisi (Misir ora daxil edilmir). Bölgəyə aid edilir: Burundi Cibuti Keniya Qəmər adaları Madaqaskar Mavriki Mozambik Malavi Reyunyon Ruanda Seyşel adaları Somali Sudan Tanzaniya Uqanda Eritreya Efiopiya Cənubi Sudan Şərqi Afrika Ali Komissiyası Şərqi Afrika Valyuta Şurası Şərqi Afrika.
Afrika qızılquşu
Afrika qızılquşu (lat. Falco cuvierii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Afrikada Saxaranın cənubunda yaşayır. Ölçülərinə və rəng çalarlarına görə qarağöz qızılquşa bənzəyir.