AFRİKA

1. африка; 2. африканский;
AFORİZM
AFRİKALI
OBASTAN VİKİ
FİBA Afrika
FİBA Afrika FİBA üzvləri olan 54 Afrika basketbol federasiyasının birləşdiyi konfederasiyadır.
Mərkəzi Afrika
Mərkəzi Afrika — ekvatorial və subekvatorial zolaqda Afrikanın qərb hissəsi boyu uzanan coğrafi sahə. Konqonun geniş çökəklikləri, qərbdə Atlantik okeanı və Qvineya körfəzi, şimalda Azandeni yaylası, cənubda Lunda platosu və Anqolanın yaylaları boyu uzanır. Regionun şərq hissəsi Şərqi Afrika rift sisteminin Qərbi rift qolu ilə məhdudlaşmışdır. Subregionun ümumi ərazisi 6613 min km²-dir. Mərkəzi Afrikaya aşağıdakı ölkələr daxildir: Qabon Kamerun (paytaxt Yaunde) Konqo Demokratik Respublikası (paytaxt Kinşasa) Konqo Respublikası (paytaxt Brazzavil) San-Tome və Prinsipi (paytaxtı San-Tome_(şəhər)) Mərkəzi Afrika Respublikası (paytaxt Bangi) Çad (paytaxt Ncamena) Ekvatorial Qvineya (paytaxt Malabo) Həmçinin, bəzi hallarda Böyük Britaniyanın xarici ərazisi (Müqəddəs Yelena adası) və Anqolada daxil edilir. Mərkəzi Afrika ölkələri ekvatorun hər iki tərəfində yerləşir. Məşhur "mis qurşağı" (KDR-nin şimal şərqi) bu regionda yerləşir. Region manqan, uran, dəmir, neft, meşə, hidroresurslarla zəngindir. KDR istisna olmaqla, bütün ölkələr geri qalmış iqtisadiyyata malikdirlər. İxracat əhəmiyyətli bitkilər qəhvə və kakaodur.
Qara Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Qərbi Afrika
Qərbi Afrika — Afrika qitəsinin Mərkəzi Saxaranın cənubundan Atlantik okeanı sahillərinə qədər olan hissəsi. Şərqi Afrika ilə təbii sərhəddi Kamerun dağlarıdır.
Afrika qızılquşu
Afrika qızılquşu (lat. Falco cuvierii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Afrikada Saxaranın cənubunda yaşayır. Ölçülərinə və rəng çalarlarına görə qarağöz qızılquşa bənzəyir.
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Afrika bəbiri
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. == Təsvir == Bəbirlərin ölçüsü və çəkisi yaşayış yerlərinin coğrafi ərazisindən asılıdır və çox dəyişir. Meşələrdə yaşayan fərdlər adətən daha kiçik və yüngül olur, açıq yerlərdə yaşayanlar isə əksinə, meşə həmkarlarından daha böyük olurlar. Ancaq orta hesabla kişilər qadınlardan üçdə bir böyükdür. Bəbirin bədən uzunluğu 200-250 sm-ə çatır (bundan 75-110 sm quyruğudur). Kişilərin çəkisi 60 kq-a qədər, qadınların çəkisi 40 kq-a qədərdir. Rəng dəyişir - sıra və yaşayış yerindən asılı olaraq, rəng qırmızı və qəhvəyi rəngdən sarıya qədər dəyişə bilər. == Sahə == Afrikada həm qitənin mərkəzi rayonlarının rütubətli cəngəlliklərində, həm də Mərakeşdən Kapa qədər olan dağlarda, savannalarda və yarımsəhralarda yaşayır. Bəbir böyük səhralardan və susuz quraq ərazilərdən qaçır və buna görə də Saxara və Namibiyanın ən quraq bölgələrində yoxdur.
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü == Tarix == 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. == Xüsusiyyətləri == Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. == Becərilməsi == === Dünyada === Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. === Azərbaycanda === Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Afrika eşşəyi
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Afrika fili
Afrika fili (lat. Loxodonta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi.
Afrika futbolu
Afrika fəlsəfəsi
== Növləri == === Şimali Afrika === Afrikanın ən qədim filosoflarından biri Ptahhotep idi.Onun şagirdləri uzun illər boyu siyasi fəlsəfə üzərində çalışmışlar.Misir filosoflarının fəlsəfəsi Helenestik və Xristian fəlsəfəsinə təsir göstərmişdir.Şimali Afrikada "maat" fəlsəfəsi aktual olmuşdur.Maat-ın tərcüməsi "doğru olan" və ya "ədalət","düzgünlük" olmuşdur.3-cü əsrdə Plotin antik idealist-filosof, Neoplatonizmin yaradıcılarından biri olmuşdur. O həm də Neoplatonizmin nəzəri əsaslarını yaratmışdır. Ona görə də ona "İkinci Platon" deyirdilər === Qərbi Afrika === Qərbi Afrikada müasir dövrdən əvvəl ən diqqət cəlb edən fəlsəfə Yoruba fəlsəfəsi idi.Diğər fəlsəfələrdən fərqlənən Yoruba fəlsəfəsi bir çox dinə və fəlsəfələrə zəmin hazırlamışdır.Bunlardan biridə Omoluabi idi.Yoruba fəlsəfə və mifologiyasından Itan dini yaranmışdır.Bunlardan başqa Akan,Doqon,Serer və Dahomeyada önəmli rola malik idi. Müstəmləkə dövründən əvvəl Seneqambiyada (Seneqal və Qambiya) Kocc Barma Fall 17-ci əsrdə yaşamış filosof idi.Onun atalar sözləri Seneqal və Qambiyada geniş istifadə olunur. === Afrika buynuzu === Afrika buynuzu ərazisində,xüsusilə Efiopiyada çox qədimdən fəlsəfi fikirlər geniş yayılmışdır.Bunların ən məşhuru 17-ci əsr filosofu Zera Yacob olmuşdur.Zera Yacob öz təlimlərində bütün inancların doğru olduğunu və bütün insanların bərabər olduğunu müdafiə edirdi.Onun əsərlərində din,əxlaq, və s.. kimi fəlsəfi mövzular öz əksini tapır. === Cənubi Afrika === Cənubi və Cənub-Şərqi Afrikada Bantu fəlsəfəsi Bantuların köçüilə regiondan getmiş amma digər fəlsəfələrə böyük təsir göstərmişdir.Bantu fəlsəfəsi kosmos və insanı birləşdirirdi.Bantu fəlsəfəsindən sonra isə Ubuntu regionun fəlsəfəsini şəkilləndirmiş və böyük kütləyə çatmışdır.Ubuntu humanizmi,etikanı və insanların bağlılığını öyrədən təlim idi.Şüarları "Sən sən olduğun üçün mən mənəm"-dir === Mərkəzi Afrika === Bantuların bura gəlişi ilə Bantu fəlsəfəsi ilə Nitolik və Sudan xalqlarının fəlsəfəi birləşmişdir.Zamanın və dünyanın yaradılışı,insanın təbiət ilə əlaqəsi və digər fəlsəfi mövzular Mərkəzi Afrika fəlsəfəsinin əsas mövzuları olmuşlar. === Afrika diasporu === Müasir dövrdə Afroamerikanlar və Avropada yaşayan afrikalıların ideologiyaları və fəlsəfələri ilə meydana çıxmışdır.Daha çox birlik,bərabərlik və irqçiliyə qarşı olmaq əsas məsələlər idi. === Müasir Afrika === Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Afrika diasporunın ideologiyaları və digər alimlərin Afrika mədəni-fəlsəfi araşdırmaları müasir Afrika fəlsəfəsinə təsir göstərən amillərdir. == Dört fəlsəfə == Müasir Afrika fəlsəfəsi Dörd fəlsəfə sistemi üzərində qurulmuşdur.Bunlar Etnik fəlsəfə,Müdriklik təlimləri,milliyyətçi fəlsəfə və akademik fəlsəfədir.Etnik fəlsəfə Afrika fəlsəfəsini günümüzə daşıyarkən, milliyyətçi fəlsəfə afrikalılarında fəlsəfə edə biləcəyini göstərməyi özünə məqsəd təyin etmiş və onu təməlləndirmişdir.Akademik fəlsəfə Avropa fəlsəfəsinə meyl edən afrikalı filosofları özündə cəmləyərkən, Müdriklik təlimləri qədim afrika fəlsəfəsi üzərindən fəlsəfə etməyə çağırır.
Afrika gavalısı
Afrika gavalısı (lat. Prunus africana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Afrika herrozavrları
Herrozavrlar (lat. Gerrhosauridae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Afrika ilanboyunu
Afrika ilanboyunu (lat. Anhinga rufa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin i̇lanboyunlar fəsiləsinin i̇lanboyun cinsinə aid heyvan növü.
Afrika itüzümü
Afrika itüzümü (lat. Lycium afrum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin i̇tüzümü cinsinə aid bitki növü.
Afrika kommiforası
Afrika kommiforası (lat. Commiphora africana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserakimilər fəsiləsinin kommifora cinsinə aid bitki növü.
Afrika kordiyası
Afrika kordiyası (lat. Cordia africana) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin kordiya cinsinə aid bitki növü.
Afrika kəli
Afrika kəli (lat. Syncerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Afrika kərkəsi
Afrika kərkəsi və ya Rüppel kərkəsi (lat. Gyps rueppellii) — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır. Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır. == Çoxalması == Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Afrika lamantini
Afrika lamantini (lat. Trichechus senegalensis) — nəhəng su məməlisi, olaraq Lamantinlər fəsiləsinə daxil olan növ. Bu canlılar Afrikanın qərb hövzəsində yayılmışdır. == Xarici görünüş == Lamantinlər iri su canlıları olaraq, ön ətrafları kürəklərə çevrilmiş və quyruğunu yastı formada dəyirmiləşdirilmiş "avarı" xatırladır. Arxa ətrafları isə yoxdur. Afrika lamantinləri özünün yaxın əqrabası olan Amerika lamantinlərindən dərisinin qaramtıl boz olması ilə fərqlənirlər. Onlar nadir dəriyə sahibdirlər. Üst dodağı sirenlərə daxil digər növlər kimi açıq şəkildə ikiyə bölünmüşdür. Yetkin fərdlər 500 kq çəkiyə, 3–4 m uzunluğa malik olurlar. Təbiətdə ovlanan ən iri Afrika lamantininin uzunluğu 4,5 m olmuşdur.
Afrika mabuyaları
Afrika mabuyaları (lat. Trachylepis) — Uzunayaqkimilər fəsiləsinə aid kərtənkələ cinsi. Afrika mabuyaları — uzun quyruğa malik olaraq, orta və iri ölçülərə malik olurlar. Geniş arealda yayılmışlar. Onlara Nepal, şimali Hindistan, Pakistan, şərqi Cənubi Qafqaz (Azərbaycan və Ermənistan), cənubi Türkmənistan və Özbəkistan, Ön Asiya, Yaxın Şərq, Afrika (Böyük Səhra istisnadır), Madaqaskar və onun yaxınlığında yerləşən adalarda rast gəlmək olar. == Klassifikasiya == Əvvələr isə Mabuya cinsinə daxil edilirdi. Cins özündə 74 növü birləşdirir: Trachylepis acutilabris Trachylepis affinis — Seneqal mabuyası Trachylepis albilabris — Qvineya mabuyası Trachylepis angolensis — Anqola mabuyası Trachylepis atlantica Trachylepis aurata — Qızılı mabuya Trachylepis aureopunctata Trachylepis bayonii — Zair mabuyası Trachylepis bensonii — Benson mabuyası Trachylepis betsileana — Malqaş mabuyası Trachylepis binotata Trachylepis bocagii — Tanzaniya mabuyası Trachylepis boettgeri — Bettqer mabuyası Trachylepis boulengeri — Bulanj mabuyası Trachylepis brauni Trachylepis brevicollis — Sudan mabuyası Trachylepis breviparietalis Trachylepis buettneri Trachylepis capensis — Kap mabuyası Trachylepis chimbana — Cənub Anqola mabuyası Trachylepis comorensis Trachylepis depressa Trachylepis dichroma Trachylepis dumasi Trachylepis elegans — Şüx mabuya Trachylepis ferrarai — Cənubi Somali mabuyası Trachylepis gravenhorstii Trachylepis hemmingi — Somali mabuyası Trachylepis hildae — Malavi mabuyası Trachylepis hildebrandtii — Qildenbrand mabuyası Trachylepis hoeschi Trachylepis homalocephala — Hamarbaş mabuya Trachylepis irregularis — Alp mabuyası Trachylepis ivensii Trachylepis lacertiformis Trachylepis laevis Trachylepis lavarambo Trachylepis loluiensis Trachylepis maculata — Ləkəli mabuya Trachylepis maculilabris Trachylepis madagascariensis — Madaqasqar mabuyası Trachylepis makolowodei Trachylepis margaritifera Trachylepis megalura Trachylepis mekuana Trachylepis mlanjensis Trachylepis nancycoutuae Trachylepis nganghae Trachylepis occidentalis — Qərb mabuyası Trachylepis pendeana Trachylepis perrotetii — Porrotet mabuyası Trachylepis planifrons — Efiopiya mabuyası Trachylepis polytropis Trachylepis pulcherrima Trachylepis punctatissima Trachylepis punctulata Trachylepis quinquetaeniata — Ləkəzolaqlı mabuya Trachylepis rodenburgi — Rodenburq mabuyası Trachylepis seychellensis — Seyşel mabuyası Trachylepis socotrana Trachylepis septemtaeniata — Ön Asiya mabuyası Trachylepis sparsa Trachylepis spilogaster Trachylepis striata — Zolaqlı mabuya Trachylepis sulcata Trachylepis tandrefana Trachylepis tavaratra Trachylepis tessellata Trachylepis varia Trachylepis variegata — Dəyişkən mabuya Trachylepis vato Trachylepis vezo Trachylepis vittata — Misir mabuyası Trachylepis volamenaloha Trachylepis wingati == Ədəbiyyat == Ананьева Н. Б., Орлов Н. Л., Халиков Р. Г., Даревский И. С., Рябов С. А., Барабанов А. В. Атлас пресмыкающихся Северной Евразии (таксономическое разнообразие, географическое распространение и природоохранный статус). — СПб.: Зоологический институт РАН, 2004. — С. 78. — 1000 экз.
Afrika mamontu
Afrika mamontu (lat. Mammuthus africanavus) — Bioloji növ olaraq Mamontlar cinsinə aiddir. Onlar 3 milyon il öncə yaşamışdır. Onlar Liviya, Mərakeş, Tunis və Cad kimi ölkələrin ərazisində yayılmışdır.
Afrika materiki
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Afrika musiqisi
Afrika musiqisi - Afrika qitəsində yaşayan xalqların musiqisini və sənət yaradıcılıqlarını əhatə edir. Afrika musiqisi, qitənin bölgələrinə uyğun olaraq bir necə qrupa bölünür və hər bir qrupun bədii inkişaf prosesləri digərindən fərqlidir. Şimali Afrika, Tropik Afrikası, Mərkəzi Afrika, Cənubi Afrika və Madaqaskar kimi bölgələrin musiqisi tarixən müstəqil inkişaf yolu keçmişdir. === Şimali Afrika === Şimali Afrika musiqisi 2 əsas qoldan – bərbər və ərəb qollarından ibarətdir. Bərbərlərin sinkretik mədəniyyətində əsas yeri xorla solistlərin deyişmə formalı oxumaları tutur, musiqi alətləri arasında membrano fonlar üstünlük təşkil edir. Kişilərə və qadınlara məxsus musiqi janrları və alətləri bir-birindən fərqlənir. Ərəb musiqisinin əsas növləri bütün ərəb-müsəlman dünyasının ənənələrinə yaxındır; dini musiqi janrları geniş yayılmışdır. Məğrib ölkələrində yüksək melodik zənginliyi ilə seçilən azanı misal göstərmək olar. Afrika ərəblərinin instrumental musiqisində klassik peşəkar janr olan nuba xüsusi yer tutur. Taba adlanan məqam sisteminə ümumərəbladları ilə yanaşı məğribladları və ritmik formulları da daxildir.
Dünyanın xatirəsi (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Kimberli (Cənubi Afrika Respublikası)
Kimberli (Kimberley) — Cənubi Afrikadə şəhər. Şimali Kap vilayətinin mərkəzi. Əhalisi 210,800 ibarət olan şehər. Narınc (Orange) çaylnşn qolu sayınan Vaal çayln sahillərində yerləşən şəhərdir. Şəhərin adı ölkənin almaz paytaxtı kimi tanınır.
Lagenaria vulgaris subsp. afrikana
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.
Madaqaskar 2: Afrikaya qaçış (animasiya, 2008)
Madaqaskar 2: Afrikaya qaçış (ing. Madagascar: Escape 2 Africa) — 2008-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Nyu-York zooparkının rahat həyat tərzinə öyrəşən heyvanlar — şir Aleks, zebr Marti, zürafə Melman və begemot Qloria Madaqaskar adasında yaşadıqları çətin həyatdan bezib buradan qaçmaq qərarına gəlirlər. Lakin təsadüfən onların hamısı Afrikaya gedib çıxırlar. Və burada Aleks uşaqlıqdan görmədiyi ailəsi ilə rastlaşır. Onlarla birlikdə olmaq nə qədər xoş olsa da, bir o qədər də çətin olur. Çünki bura vəhşi Afrika təbiətidir, qaydaları da buna uyğun yaranıb.
Mərkəzi Afrika Kral Muzeyi
Mərkəzi Afrika Kral Muzeyi və ya Tervuren muzeyi (nid. Koninklijk Museum voor Midden-Afrika (KMMA)) — Tervuren (Belçika) şəhərində etnoqrafiya və təbiətşünaslıq muzeyi. Muzey 1897-ci il Belçikada Ümumdünya sərgisinə tikilmişdir. Onun əsas ekspozisiyalarını o zaman Belçikanın koloniyası olan Konqodan eksponatları təqdim edirdilər. Ancaq muzeyin tədqiqatı sferası Belçika koloniyalarından da kənara çıxır, Afrikanın Şərqi), Mərkəzi və Qərb hissələrini əhatə edir.
Mərkəzi Afrika Respublikası
Mərkəzi Afrika Respublikası (fr. République Centrafricaine) yerli dillərin birində (Ködörösêse tî Bêafrîka) — Mərkəzi Afrikada dövlət. 6 ölkə — Kamerun, Çad, Sudan, Cənubi Sudan, Konqo Demokratik Respublikası, Konqo Respublikası ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur. Paytaxtı Bangi şəhəridir. Ölkə dənizə yüksəkliyi 600 metr olan bir platonun üzərindədir. Xüsusilə ölkənin şimal bölgələrinin yerləşdiyi 216.000 km²-lik bir sahədə Çad hövzəsi içərisində yerləşir. Ölkənin şimal-şərq bölgəsində yerləşən Bongo sıradağlarında ən yüksək nöqtə 1.330 m olduğu halda, Kamerun sərhədinə yaxınlığında olan Yade sıradağlarıda ölkənin 1.420 m-lik ən yüksək nöqtəsi olaraqan Ngaoui Dağı var. Ən alçaq yeri isə 335 metr ilə Ubangi çayıdır. Ölkənin ümumilikdə sahib olduğu 5.203 km sərhədin 797 km-i Kamerun, 1.197 km-i Çad, 1.577 km-i Demokratik Konqo Respublikası, 467 km-i Konqo Respublikası, 483 km-i Sudan və 682 km-i isə Cənubi Sudan ilədir.
Mərkəzi Afrika ekspedisiyası
Mərkəzi Afrika ekspedisiyası — 1898-ci ildə Seneqaldan başlayan Fransa hərbi ekspedisiyası. Ekspedisiyanın məqsədi Çad gölü hövzəsini fəth etmək və Qərbi Afrikadakı bütün Fransa ərazilərini birləşdirmək idi. Eyni zamanda, Furo-Lami ekspedisiyası bu regiona şimaldan, Gentil ekspedisiyası isə cənubdan hərəkət etmişdir. Ekspedisiya 1898-ci ilin noyabrında Dakardan başlamışdır. Ekspedisiyanın marşrutu Fransa Sudanından keçirdi. Ekspedisiya 50 Seneqal tiralyeri, 20 spahi, 30 tərcüməçi, həmçinin 400 köməkçi heyət və 800 yükdaşıyandan ibarət idi. Ekspedisiyaya doqquz avropalı zabit rəhbərlik edirdi. Onlar kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuen, artilleriya leytenantı Pol-Jül Joallan, leytenant Lüi Peto, dəniz piyadalarının leytenantı Mark Palye, həmçinin daha başqa tibb işçisi və üç komandir idi. Ekspedisiya tüfəng, pulemyot və artilleriya ilə yaxşı silahlanmışdı. Vule və Şanuen ekspedisiyadan iki il əvvəl Mosi krallıqlarının fəthində iştirak etmişdir və Afrikada döyüşmək təcrübəsinə sahib idilər.
Mərkəzi Afrika şiri
Mərkəzi Afrika şiri (lat. Panthera leo azandica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü. Konqo Demokratik Respublikasının şimal-şərqində və Uqandanın qərb hissəsində yaşayırlar. Həmcinin "Uqanda şiri" adı ilə tanınır. Amerikalı zooloq Coel Allen yarım növə Leo leo azandicus adını təklif edir və tipik nümunələrin təsvirini verir. Onun topladığı materiallar Amerika Diyarşünaslıq muzeyində saxlanılır. Bu erkək 1912-ci ildə parkın əməkdaşları tərəfindən muzey ekspanatı olmaq üçün vurulmuşdur. Muzeydə yırtrıcılara aid 588-ci eksponat olmuşdur. Allen bu yarımnövün masai şirlərinə yaxın olmasını qeyd etmişdir. Belə ki, kəllənin beyin strukturu və diş quruluşları baxımından eyni olsa da, rəng baxımından fərqlənir 1913-cü ildə Edmund Heller Uqanda şirləri üçün başqa elmi ad təklif edir: "Panthera leo nyanzae".
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB) (fr. Communauté Économique des États de l'Afrique de l'Ouest (CEDEAO); ing. The Economic Community of West African States (ECOWAS)) — Qərbi Afrika Ölkələrinin Regional Birliyi. Blokun öz kollektiv hərbi qüvvələri ECOMOG vardır. QADİB-in mərkəzi Nigeriyanın Abuca şəhərindədir. QADİB 15 dövləti əhatə edir: Benin Burkina-Faso Kabo-Verde Kot-d'İvuar Qambiya Qana Qvineya Qvineya-Bisau Liberiya Mali Niger Nigeriya Seneqal Syerra-Leone Toqo Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 28 may 1975-ci ildə 16 Qərbi Afrika ölkəsinin Laqos müqaviləsi imzaladığı zaman quruldu. Birliyin yaradılmasında məqsəd bölgə ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etməkdir. Mavritaniya 2000-ci ildə QADİB-dən ayrıldı. 2004-cü ildə Cəmiyyətin Müdafiə Nazirləri 2010-cu ilədək daimi hazırlıq qüvvəsini (1,5 min nəfər) və əsas sülhməramlı briqadanı (5 min nəfər) əhatə edəcək döyüşə hazır ECOWAS sülhməramlı kontingentinin yaradılması təkliflərini təsdiqlədilər. Əslində, onlar azad ticarət zonası yaratmaq mərhələsindədirlər.
Qərbi Afrika qırmızıayaq sufərəsi
Ssipion Afrikalı (kiçik)
Ssipion Afrikalı (lat. Publius Cornelius Scipio Aemilianus Africanus (Iunior) Numantinus; güm. təq. e.ə. 185, Qədim Roma – e.ə. 129, Roma) — Roma sərkərdəsi. E.ə. 146-cı ildə Karfageni tutub dağıtmış, III Pun müharibəsini başa çatdırmışdır.
Afrikada heykəltaraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Afrikadan
Mənim Afrika — 1985 ABŞ istehsalı olan filmdir. Əsl adı Out of Africa olan film 1987ci ilin Mart ında Türkiyədə kinolarda göstərilmişdir. Film, Isak Dinesen ləğəbiylə yazan Karen Blixen ın 1937-ci ildə nümayiş öz xatirələrinə əsaslanan' 'Out of Africa' ',' 'Shadows on the Grass' '(' 'otlaqları, onların kölgələri' ') və Letters from Africa ( Afrikadan Məktublar ) adlı üç avtobioqrafik kitabı ilə Judith Thurmanın Isak Dinesen: The Life of a Storyteller ( Isak Dinesen: Bir Öykücünün Həyatı ) və Errol Trzebinski'nin Silence Will Speak ( Səssizlik Danışacaq ) adlı bioqrafiya kitablarından uyğunlaşdırılmışdır. Ssenarisi Kurt Luedtke tərəfindən qələmə alınan filmi Sydney Pollack idarə etmişdir. Film, aralarında 7 Oskar mükafatı, 3 BAFTA və 3 Qızıl Qlobus mükafatı mükafatının də olduğu tam 22 mükafat almış, 17 mükafata də namizəd göstərilmişdir. == Xülasə == Danimarkalı əsilli olan Karen Blixen (Meril Strip), baronessa ünvanı üçün Bror Blixen (Klaus Maria Brandauer) ilə evlənərək qəhvə yetişdirilməsi etmək üzrə Afrikaya yerleşirler.İl 1913 dür və Afrika böyük ölçüdə Avropalıların müstəmləkəsi vəziyyətindədir .Ərinin özünü laqeyd etməsi və aldatması Karen'i davamlı yanlızlığa aparır. Bu vaxt macəraçı ovçu Denys Finch Hatton (Robert Redford) la tanış və ona aşiq olur . == Rollarda == == Aldığı mükafatlar == 1986-ci ildə tam 11 növ üzrə Oskar mükafatı na namizəd gösterildi.Bunlardan 7 sini aldı. Oskar Mükafatları xaricində 22 fərqli mükafatın daha sahibi oldu.17 ayrı mükafata də namizəd göstərildi Filmə verilən Oskar mükafatları bunlardır; Ən Yaxşı Film Akademiya Mükafatı: Sydney Pollack (Prodüser olaraq) Ən Yaxşı Rejissor Akademiya Mükafatı: Sydney Pollack (Rejissor olaraq) Ən Yaxşı Uyğunlaşdırma Ssenari Akademiya Mükafatı]]: Kurt Luedtke Ən Yaxşı Sinematografi Akademiya Mükafatı: David Watkin Ən Yaxşı Sənət Rejissoru: Stephen B. Grimes və Josie MacAvin Ən Yaxşı Orijinal mahnı Akademiya Mükafatı: John Barry Ən Yaxşı Səs Akademiya Mükafatı: Chris Jenkins, Gary Alexander, Larry Stensvold, Peter Handford == Filmin Musiqisi == Filmin Soundtrack albomunda bu mahnılar yer alır ; 1 "Klarnet və Orkestr üçün Konçerto(K.622)" Wolfgang Amadeus Mozart The Academy of St. Martin-in-the-Fields Orkestra yönetmeni: Neville Marriner 2 "La Majör Sonat (K.331) 'Rondo alla turca'" Wolfgang Amadeus Mozart Yorum:András Schiff 3 "Kanamça və Viyolonsel üçün Mi Bemol Senfonik Konçerto (K.364)" Wolfgang Amadeus Mozart Keman:Alan Loveday Viyolonsel:Stephen Shingles The Academy of St.
Cənubi Afrika Milli Bioloji Müxtəliflik İnstitutu
Cənubi Afrika Milli Biomüxtəliflik İnstitutu (SANBI) — biomüxtəliflik haqqında məlumatın tədqiqi, yayılması ilə məşğul olan və qanuni olaraq ölkənin biomüxtəliflik ehtiyatlarının idarə edilməsinə töhfə vermək səlahiyyətinə malik təşkilatdır. Təşkilat Cənubi Afrikanın Ətraf Mühit Departamentinin nəzdində 2004-cü il tarixli, 10 saylı Biomüxtəliflik Aktı əsasında yaradılmışdır (sonra Meşə, Balıqçılıq və Ətraf Mühit Departamenti adlandırıldı). == Tarixi == SANBI 1 sentyabr 2004-cü ildə Ətraf Mühit Departamentinin nəzdində 10 saylı Biomüxtəliflik Aktı əsasında yaradılmışdır. 1989-cu ildə, Cənubi Afrikanın florasını öyrənmək və qorumaq üçün XX əsrin əvvəllərində yaradılmış Milli Nəbatat Bağları və Botanika Tədqiqat İnstitutundan muxtar qanuni Milli Botanika İnstitutu yaradılmışdı. Milli Botanika İnstitutunun mandatı Cənubi Afrika ekosistemlərinin tam müxtəlifliyini daxil etmək üçün aktlaşdırıldı. MBİ-nun baş ofisi Keyptaundakı Kirstenboşda, bütün Cənubi Afrikada bağlar və tədqiqat mərkəzləri var idi. == Xidmətləri == Xidmətlərinə bilik, məlumat, siyasət dəstəyi və məsləhətlərin verilməsi, tədqiqat, təhsil və ictimai zövq üçün botanika bağlarının idarə edilməsi, ekosistemin bərpası və reabilitasiyası proqramları ilə məşğul olmaq və biomüxtəlifliyin idarə olunması üçün ən yaxşı təcrübə modellərini təqdim etmək daxildir. Əsas fəaliyyətlərinə konservasiya və davamlı istifadə üzrə tədqiqatlar, bağların inkişafı və bağçılıq, təhsil və biomüxtəliflik informasiya sistemlərinin təmin edilməsi, ekosistemlərin reabilitasiyası və bioregional planlaşdırma proqramlarının və siyasətlərinin inkişafı üzrə tədqiqatlar daxildir. SANBI məktəb səviyyəsində biomüxtəliflik elmində iştiraka təşviq, biomüxtəlifliyin tədrisi və öyrənilməsinin keyfiyyətini gücləndirmək üçün ekosistemlərin bərpası proqramlarında təlim vermək və davamlı məşğulluq yaratmaqla yoxsulluğun azaldılmasına töhfə verir. === Tədqiqat === Araşdırma SANBI-nin gündəliyinin əsas komponentidir və iqlim dəyişikliyi və bio-uyğunlaşma ilə bağlı tədqiqatları əhatə edir.
Cənubi Afrika Milli Kitabxanası
Cənubi Afrika Milli Kitabxanası —Cənubi Afrika hökumətinin ölkəyə aid bütün nəşr olunmuş materialların milli kitabxanasını saxlayan agentliyidir. == Tarix == 1818-ci ildə Cape Colony'nin ilk mülki qubernatoru Lord Charles Somerset, şərab ticarətinə nəzarət etmək üçün Keyptauna satış üçün gətirilən şərablara vergi tətbiq etmək üçün bir elan verdi. Xalis gəlir “bilik vasitələrini Yer kürəsinin bu ucqar guşəsindəki gənclərin əlçatanlığına çatdıracaq bir sistemin əsasını qoymalı olan” İctimai Kitabxananın formalaşdırılması üçün istifadə olunacaqdır (dünyanın guşələrinin olduğunu nəzərə alaraq)” və qədim yazıçıların ən natiqinin həyatın ilk nemətlərindən biri hesab etdiyi "Evdə Təhsil"i onların əlinə gətirin. O vaxtdan Cənubi Afrikanın kitabxana inkişafı iki yerə bölündü, baxmayaraq ki, Keyptaundakı kitabxana orijinal müəssisə. Keyptaunun "İctimai Kitabxanası" üçün ən çox ehtimal olunan model London İnstitutu idi (1805-ci ildə Athenaeum üslubunda yaradılmışdır). Kitabxananın ilk əhəmiyyətli alışı, kitablarını 1761-ci ildə Hollandiya İslahat Kilsəsinə ictimai kitabxananın təməli kimi xidmət etmək üçün vəsiyyət edən Joachim Nikolaus von Dessinin [af] kolleksiyası oldu. 1820-ci ildə qəyyumlar şurası Dessinian kolleksiyasını yeni kitabxanaya bağışlamaq qərarına gəldi. 1861-ci ildə Cənubi Afrikadan ayrılarkən Kitabxanaya orta əsrlər və İntibah dövrünün əlyazmaları və nadir kitablarından ibarət əlamətdar şəxsi kolleksiyasını təqdim edən Ser Corc Qrey illər ərzində digər diqqətəlayiq ianələr də davam etdi. 1873-cü ildə Cənubi Afrika Xalq Kitabxanası Cape Colony üçün qanuni depozit kitabxanasına çevrildi və 1916-cı ildən bütün ölkədə nəşr olunan bütün çap məhsulları aldı. Kitabxana 1954-cü ilə qədər, bu funksiya Keyptaun şəhəri tərəfindən götürülənə qədər qanuni depozit kitabxanası kimi fəaliyyət göstərmişdir.
Cənubi Afrika İttifaqı
Cənubi Afrika İttifaqı (afrik. Unie van Suid-Afrika; ing. Union of South Africa; nid. Unie van Zuid-Afrika), CAİ — 31 may 1910-cu ildən 31 may 1961-ci ilə qədər mövcud olmuş dominion krallıq. == Tarixi == Böyük Britaniya parlamenti tərəfindən 31 may 1910-cu ildə qəbul edilmiş Cənubi Afrika haqqında aktın əsasında özündə dörd britaniya müstəmləkəsini — Kap koloniyasını, Natal Respublikasını, Narıncı çay koloniyasını və Transvaalı birləşdirən Cənubi Afrika Briliyi yaradıldı. CAB Britaniya İmperiyasının dominionu oldu.
Şərqi Afrika Ali Komissiyası
Şərqi Afrika Ali Komissiyası (ŞAAK; ing. East Africa High Commission, EAHC) — 1 yanvar 1948-ci il və 9 dekabr 1961-ci il tarixləri arasında Britaniyanın idarə etdiyi Uqanda, Keniya və Tanqanika koloniyalarına ümumi xidmətlər göstərmək məqsədi üçün mövcud olan beynəlxalq təşkilat. Bu, Şərqi Afrika Qubernatorlar Konfransını əvəz etmiş və daha sonra Şərqi Afrika Ümumi Xidmətlər Təşkilatı (ŞAÜXT) ilə əvəz olunmuşdur. ŞAÜXT öz növbəsində 1967-ci ildə ilk Şərqi Afrika Cəmiyyəti ilə əvəz olunmuşdur. 1947-ci ildə Şərqi Afrika (Ali Komissiya) Ordeni Şərqi Afrika Mərkəzi Qanunvericilik Assambleyasını da yaratmışdır. Assambleya Ali Komissiyanın əsas icraçı məmurlarından, Keniya, Uqanda və Tanqanikanın qanunvericilik orqanlarını təmsil edən bir sıra irəli sürülən və qeyri-rəsmi üzvlərdən ibarət idi. Assambleyanın qəbul etdiyi qanunvericilik bilavasitə üç əraziyə şamil edilirdi.
Şərqi Afrika Federasiyası
Şərqi Afrika Federasiyası (ing. East African Federation, suah. Shirikisho la Afrika Mashariki ) — Şərqi Afrika Cəmiyyətinə üzv ölkələrin (Burundi, Keniya, Ruanda, Tanzaniya, Uqanda, Cənubi Sudan, Konqo Demokratik Respublikası) vahid suveren dövlətdə siyasi birləşməsi təklifi. ŞAF-nin rəsmi saytına görə, 2021-ci ildə federasiyanın ÜDM-i 305,3 milyard ABŞ dolları təşkil etmişdir. Adambaşına düşən ÜDM 1,500 ABŞ dolları təşkil edir..
Şərqi Afrika Valyuta Şurası
Şərqi Afrika Valyuta Şurası (ŞAVŞ; ing. East African Currency Board, EACB) — 1919-cu ildə Britaniya Şərqi Afrikasındakı Britaniya koloniyalarının valyutalarını təmin etmək və onlara nəzarət etmək üçün yaradılmış qurum. Bu, Britaniya Birinci Dünya müharibəsinin sonunda Almaniyadan Tanzaniyaya nəzarəti ələ keçirməsindən və Uqanda, Keniya və Tanzaniya ərazilərinə (Zənzibar istisna olmaqla) nəzarət etməsindən sonra yaradılmışdır. Zənzibar 1936-cı ildə valyuta zonasına qoşulmuşdur. Qərargahı London şəhərində yerləşirdi. Mövcud olduğu müddət ərzində ŞAVŞ-nin əsas funksiyası yerli Şərqi Afrika şillinqini Britaniya şillinqi ilə bərabər saxlamaq idi. Bu, yerli valyutanın sterlinq qiymətli kağızları ilə adekvat şəkildə dəstəklənməsini təmin etməklə həyata keçirilmişdir. Şərqi Afrika Valyuta Şurası 1966-cı ildə bu ölkələrin müstəqil mərkəzi bankları ilə əvəz olunmuşdur.

Digər lüğətlərdə