Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabah açılacaq, yoxsa yox? (film, 2003)
Sabah açılacaq yoxsa yox? (orijinal adı «Kal Ho Naa Ho»),hind dilində : कल हो ना हो,urdu dilində :کل ہو نہ ہو) adı belədir. Hind kinosudur 2003-cü ildə ABŞ-nin böyük şəhərlərindən biri olan Nyu-Yorkda çəkilmişdir. == Məzmun == Neyna Katrina Kapur(Priti Zinta) qəmgin,qaraqabaq qızdır amma onun belə olmağına səbəbdə var. Onun atasına ehtiyacı olan vaxtlarda atası özünü öldürmüşdü. Atası öz həyat yoldaşı Ceneferi (Caya Baççan) uşaqlarını tək böyütmək məcburiyyətində qoymuşdu. Ceneferin bir restoranı var idi,demek olarki o restoran heç işləmirdi. Bundan başqa Neynanın nənəsidə Ceneferi ərinin ölümündə günahlandırır. Neyna hər gün evdə ancaq dava-dalaş görürdü,onun yeganə sevinci MBA kursları idi, hansıki o burda ən yaxın dostu Ruhitlə (Saif Ali Xan) tanış olacaq. Elə bu aralarda onların qonşuluğuna Aman Mathur ( Şahruk Xan ) köçür və hər şey dəyişir.
Cəsur ürək gəlini alacaq (film, 1995)
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.