ÇIXACAQ

is. Çıxılacaq yer, çıxış yeri, çıxış. Binanın çıxacağı.
– Bu qalanın bir girəcəyi, bir çıxacağı var idi. S.Rəhimov.
Meşənin çıxacağında təzə tülu etmiş gün yuxudan oyanmış dilbər kimi üzümə güldü. A.Divanbəyoğlu.

ÇIĞNAMAQ₁
ÇIXAN

Digər lüğətlərdə