is. [
ər. ]
1. Bəxt, qismət.
[Nazlı:] Heç böylə padşah sarayında yaşayan bir xanım da taleyindən şikayət edərmi? H.Cavid.
[Kiçikbəyimin] taleyə boyun əyməkdən başqa çarəsi yox idi. Çəmənzəminli.
2. Müqəddərat, gələcək, iqbal.
Biçarə ana ölümünü deyil, əziz … balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. C.Cabbarlı.
◊ Tale ulduzu – bax
bəxt ulduzu (“bəxt”də).
Tale (taleyi) üz çevirmək – uğursuzluğa uğramaq, işi bəd gətirmək, həyatında çətin və ağır dövr başlanmaq.
Yoxsa tale Salatından üz çevirmişdi? Ə.Məmmədxanlı.
Taleyi gətirmək (açılmaq) – bəxti gətirmək. [Əhməd:] Qardaş, hər nə deyirsən de, bu almada bizim bəxtimiz var.
Daha taleyimiz bu almaynan açılacaq. (Nağıl).
Taleyi gülmək (gülümsəmək, üzünə gülmək) – bəxti gətirmək, işi düz gətirmək.
Rəsmi bir yığıncaqda Tükəzban xalanın taleyi üzünə güldü və bir səslə birinci qadınlar qurultayına nümayəndə seçildi. B.Talıblı.
Demək, [Aslanın] taleyi gülməyəcəkmiş! Aslan xoşbəxt deyilmiş! S.Vəliyev.
Taleyindən (taleyə) küsmək – öz bəxtindən küsmək, təqsir özündə olmaq.
Taleyini… bağlamaq – gələcəyini, müqəddəratını birinə, ya bir şeyə, hadisəyə bağlamaq, özünü bir şeyə həsr etmək.
Taleyini kor qoymaq – təqsir özündə olmaq, öz təqsiri üzündən müvəffəqiyyətsizliyə uğramaq.
[Ayaz:] Sən öz taleyini kor qoydun, ona mən neyləyim, – deyə, cavab verdi. A.Şaiq.