Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akşam
= Akşam = Akşam, gündəlik çap olunan Türk dilli qəzet. Murat Kelkitlioğlunun baş redaktorluğu ilə, Esmedya tərəfindən çap olunur. == Tarixi == Akşam, 1918-ci il sentyabrın 20-də Necmettin Sadak tərəfindən təsis edilmişdir. Qəzetin baş redaktoru Muammer Senihi, Enis Tahsin Til idi. İlk nömrə kiçik və tək idi. Milli mübarizəni dəstəkləyirdi.Uzun illər Necmettin Sadak (Sivas Millət vəkili, Xarici İşlər Naziri) baş redaktor olmuşdur. Falih Rıfkı Atay milli mübarizəyə qarşı çıxanları tənqid etdi. İkinci Dünya Müharibəsi zamanı Axşam qəzetinin redaktoru Necmettin sadak Nazı Almaniya ilə yaxınlığıyla tanınırdı. Almanlar Sadaka bir Mercedes hədiyyə etdi və Türkiyədəki Alman səfirliyi onun böyük qumar borclarını qarşıladı. 1965-ci ildə qədər CHP-nin tərəfini tutdu.
Ağdam
Ağdam — Azərbaycan Respublikasının Ağdam şəhər inzibati ərazi dairəsində şəhər. Ağdam rayonunun mərkəzi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
Abdal (Ağdam)
Abdal — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.Abdal Ağdam rayonunun Gülablı inzibati ərazi vahidində kənd. Dağ yamacındadır. == Tarixi == 1905–1918 ciillərdə kəndə Ermənistan silahlı qüvvələri tərəfindən basqınlar olub və xeyli sayda insan öldürüb və işgəncələrə məruz qalıb.Abdal kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuşdur. == Toponimikası == ABDAL — Yuxari Qarabagın Vərəndə nahiyəsində kənd adı. İndi Ağdam rayonunda Abdal-Gülablı. Yerli tam adı Abdal-Bulaq. Kənddə Xanımbulaq, Damcıbulaq, Bəybulaq və s. bulaqlar var. Laçın qəsəbəsinin qədim adı Abdallar, Laçın rayonu ilə Ordubad r-nu arasında Abdaldağ, Xocavənd r-nunda Bəhrəmli kəndi ərazisində Abdallar qışlağı, Ordubad və Tovuz rayonlarında Abdal dağ adları, orta əsrlərdə İrəvan əyalətində Abdal, Abdallar-Ulya, Abdaloğlu, Gürcüstanın Bolnisi rayonunda Abdallı, Şimali Qafqazın Ter əyalətində Abdaldağ toponimləri mənşəcə eynidir. Eramızın 1 minilliyinin 1 yarısında Orta Asiyada mövcud olmuş Abdal tayfa nümayəndələri müxtəlif istiqamətlərə köçmüş və onların müəyyən hissəsi Cənubi Qafqaza gəlmişdir.
Alıbəyli (Ağdam)
Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Alıbəyli Ağdam rayonunun Üçoğlan inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Keçmiş adı Tərəkəmə Alıbəylidir. Kəndi tərəkəmə elatının alıbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Sonralar toponimin birinci komponenti düşmüşdür. Etnooykonimdir. 1933-cu ildə Cəlilabad rayonunun Qaralı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Azər Rüstəmov — Xalq Artisti Qədir Rüstəmovun birinci xanımından olan oğlu.
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. == Həyatı == Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Televiziya fəaliyyəti == Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Ağalarbəyli (Ağdam)
Ağalarbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Ağdam (Tovuz)
Ağdam (tarixi adı: Ağdam Ocaqlı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı rayonun ərazisindəki eyniadlı dağdan goturulmuşdür. 1917-ci ildə bu kəndin adı Ağdam Ocaqlı şəklində qeydə alınmışdır. == Tarixi == Kənd Ermənistanla həmsərhəddir və buna görə də cəbhə xətti kəndin yaxınlığından keçir. Ermənistan ordusunun bölmələri kəndi daim atəş altında saxlayır və yanğınlar törədirlər. 2007-ci il oktyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonun Ağdam kəndi ilə sərhəddə güclü yanğınlar törədiblər. Yanğınların Azərbaycanın nəzarətində olan cəbhəyanı əraziyə keçməsi nəticəsində cəbhə xəttinin yaxınlığındakı qəbiristanlıq və Azərbaycanın tarixi abidələri siyahısında olan "Alı dədə" abidəsi kimi tanınan, yerli əhalinin ziyarətgahı olan Ağa Mir Əlinin türbəsi də yanıb.2020-ci il iyul ayının 12-də başlayan Tovuz döyüşlərinin baş verdiyi kənddir. === Tarixi abidələri === Ağdam kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Kicik Qafqaz dağlarının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Süleyman Məmmədli — Azərbaycana SSRİ dövründə ilk dəfə kikboksinqi, taekvondonu, karateni, Şərq əlbayaxa döyüş növlərini gətirən idmançı. === Şəhidləri === Məmmədov Elşad Dönməz oğlu (1996-2020) — Tovuz döyüşləri şəhidi.
Ağdam (Xocavənd)
Ağdam (əvvəlki adı: Akaku) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Akaku kəndi Ağdam kəndi adlandırılmışdır. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağdam kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə əvəz etmişdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmışdır.Tədqiqatçıların əksəriyyəti bu oykonimi "mənası aydın olmayan" adlar sırasına daxil edir. 1933-cü ildə həmin kənd Ataqut inzibati ərazi vahidinin tərkibində verilmişdır. Türk dillərində "aka" sözü "baba, böyük qardaş, ata" mənalarını ifadə edir. Eyni zamanda həm "ku", həm də "ut" komponentlərinin hər ikisi "davamçı; vəliəhd, şahzadə; arxasınca gedən" mənalarında işlənmışdir. Əgər bu sinonimliyə Ağaoğlan oykonimini də əlavə etsək, görərik ki, eyni ərazidə yerləşən Ataqut (və ya Ataut), Akaku məntəqə adları "atanın oğlu, atanın davamçısı, kicik şahzadə" mənalarına uyğun gəlir.
Ağdam (dəqiqləşdirmə)
Ağdam — Azərbaycanın Ağdam rayonunun inzibati mərkəzi. Ağdam rayonu — Azərbaycanda rayon. Ağdam (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağdam (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Yuxarı Ağdam — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İçevan) rayonunda kənd. Ağdam Qalal — Azərbaycanın Zaqatala rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunub. Ağdam (şərab) — "Ağdam" ağ portveyni, tünd şərab. Ağdam — Abşeron yarımadasında göl.
Ağdam (şəhər)
Ağdam — Azərbaycan Respublikasının Ağdam şəhər inzibati ərazi dairəsində şəhər. Ağdam rayonunun mərkəzi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
Ağdam Qalal
Ağdam Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun Gözbaraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Gözbaraq kənd inzibati-ərazi vahidi tərkibindəki Ağdam Qalal kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Ağdam abidələri
=== Ağdamın yaşayış əraziləri üzrə abidələri === Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri) Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində) Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri) Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də) Kurqan – tunc dövrü (Üzümçülük sovxozu) İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi) Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında) Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi) Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə) Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında) Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal–şərqdə) Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi) Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində) Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30–40 m. şimalında) İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi) Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi) Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə) Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında) Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində) Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində) Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi) Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində) Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə) Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə) Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi) Nekropol – orta əsrlər (Kənçərli kəndi) Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi) Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə) Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə) Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə) Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi) Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi) Nekropol – qədim dövr (Seyidli kəndi) Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi) Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi) Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində) Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində) Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi) Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə) Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən 2 km.
Ağdam bələdiyyələri
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağdam qəzası
Ağdam qəzası — Azərbaycan SSR tərkibində 1923–1929-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. == Tarixi == 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili ilə əlaqədar Şuşa qəzası ləğv olunmuş və əvəzində Ağdam qəzası təşkil edilmişdir1923-cü ilin avqust ayının 1-də Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətində Piricanın Kürdüstan qəzasının, Ağdam şəhərinin Ağdam qəzasının mərkəzi hesab edilməsi və Cəbrayıl qəzasının mərkəzinin Qaryagindən Cəbrayıla keçirilməsi haqqında Rəyasət Heyətinə tövsiyə verildi. Avqustun 6-da Azərbaycan MİK-nin Rəyasət Heyəti Ağdam mərkəz olmaqla Ağdam qəzasının, Cəbrayıl mərkəz olmaqla Cəbrayıl qəzasının və Pirican mərkəz olmaqla Kürdüstan qəzalarının inzibati-ərazi bölgüsünü təsdiq etdi.Sovet dövründə Ağdam Qəza İcraiyyə Komitəsi yarandı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min km²), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. km².), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı.
Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar.XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar.Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. == Mədəniyyəti == Kəndin on bir illik orta məktəbi var. I Baharlı kənd tam orta məktəbinin əsası 1913-cü ildə Şuşa real məktəbinin məzunu Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov tərəfindən qoyulmuşdur. Hazırda I Baharlı kənd tam orta məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır.
Ballıqaya (Ağdam)
Ballıqaya (əvvəlki adı:Kican) — Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kiçan kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Kican kəndi Ballıqaya kəndi adlandırılmışdır. Kənd Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == 1992-ci Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb.
Bayramlar (Ağdam)
Bayramlar — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Ağdam rayonu
Ağdam rayonu — Azərbaycanda rayon. 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1150 km², əhalisi 153000 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşir. Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər. Qarabağ müharibəsinin ilk şəhidlərin Ağdam rayonu verib. 22.02.1988-ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyev. Sərhəd rayonlar — Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər == İnzibati quruluşu == == Tarixi == Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 km² olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Ağdam şəhəri
Ağdam — Azərbaycan Respublikasının Ağdam şəhər inzibati ərazi dairəsində şəhər. Ağdam rayonunun mərkəzi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq.1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
Bağbanlar (Ağdam)
Bağbanlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündədir.
Bağbanlı (Ağdam)
Bağbanlar — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Bağbanlar Ağdam rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilindən bir qədər aralı, Qarabağ düzündədir.
Boyəhmədli (Ağdam)
Boyəhmədli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.. == Tarixi == Boyəhmədli Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzindən 17 km. şimalda, Qabartı çayının hər iki sahilində, Qarabağ dağ silsiləsinə aid olan Qaraman dağının şərq ətəyində və Qarabağ düzündədir. İqlimi isti, quru subtropikdir. Boyəhmədli, Qarabağın füsünkar dağətəyi kəndlərindən biridir, onun gözəlliyi bədii ədəbiyyatda da öz əksini tapıbdı. Naxçıvan MR Culfa rayonunda da Boyəhmədli adlı kənd var. 1930-cu ilə qədər Boyəhmədli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. == Mədəniyyəti == Boyəhmədli, Qızıllı Kəngərli və Salahlı Kıngərli kəndlərinin arasında ilk tunc dövrünə aid olan Boyəhmədli kurqanları(80-ə yaxın kurqan) var. Kəndin şimalında Papravənd – Boyəhmədli kurqanları, cənubunda isə ilkin orta əsrlərə aid Gavurqala yaşayış yeri və Daş qutusu nekroloqu mövcuddur.
Cinli (Ağdam)
Cinli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.Kənd 1993-cü il iyunun 11-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Daşbaşı (Ağdam)
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Ağsay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Assam Universiteti
Assam Universiteti (assam. আসাম বিশ্ববিদ্যালয়) — Hindistanın Assam ştatının Silçar şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1994-cü ildə qoyulmuşdur.
Assam dili
Assam dili (assam. অসমিয়া [asamiya]) — Hind-Avropa dillərinin hind-ari qrupuna daxil olan dil. Əsasən Hindistanın şimal-şərqi ştatı olan Assamda və ona qonşu ştatlarda yaşayan təxminən 15 milyon insanın ana dili. Assam dilində danışan azlıqlar eləcə də Banqladeşdə və Butanda yaşayırlar.
Ağsal dağı
Ağsal dağı — Şərur rayonunu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Mehridərəsi və Şahbulaqdərə çaylarının suayrıcında, Şahbulaq kəndindən 2 km şimal-şimal-şərqdə dağ (hünd. 1928,0 m). Zirvəsi Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin çökmə, yamacları Üst Tabaşirin Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadli sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarında şimal-qərb istiqamətli qırılmalar izlənilir.
Ağsal nekropolu
Ağsal nekropolu — Culfa rayonu ərazisində, Əlincə çayın sağ sahilində, Milax kəndindən şimal-şərqdə Tunc dövrünə aid arxeoloji abidə. Arxeoloqlar Ə.K. Ələkbərovun və O. H. Həbibullayevin məlumatlarına görə, burada vaxtilə böyük nekropol olmuş və oradan boyalı qablar tapılmışdır. Əlincəçayın vadisi şumlanıb əkin sahəsi kimi istifadə edildiyindən nekropolun yerüstü əlamətləri tamamilə itmişdir. Torpaq işləri görülərkən qəbir abidələri dağıdılmış, buradan gil qablar aşkar edilmişdir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 16.