Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qazamat
Qazamat — artilleriya atəşindən müdafiə olunmaq məqsədi ilə inşa edilmiş olan qaladır. Haubitsa atışlarından və düşmən aviasiyasının atdığı bombalardan qorunmaq məqsədilə yerin altında qazılmış xəndəkdir. Qazamat sözünün İtalyan dilindəki casamatta sözündən gəldiyi düşünülsə də, mənşəyi dəqiq bilinmir.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Qaraman bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraman bəyliyi
Qaramanoğulları bəyliyi (türk. Karamanoğulları Beyliği) — Qaramanoğulları oğuzların Əfşar boyuna mənsubdurlar. Qaramanoğulları Anadoluda ən güclü ailə və soy qəbul edilirdi. Bu səbəbdən Osmanlı bəyliyi onlardan ilk başlarda uzaq durmuş, yaxşı böyüyüb gücləndikdən sonra Anadoludaki son bəylik olaraq Qaramanoğullarını özlərinə tabe ediblər. Bu güclü ailənin irəlidə problem çıxarmasını əngəlləmək üçün Osmanlı dövləti Qaramanoğlu ailəsindən olanları yeni fəth edilən Balkan torpaqlarına, oradan da Dunay sahilindəki Bolqar ölkəsinə və Kiprə sürgün etmişlər.
Qaraman əyaləti
Qaraman əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar «Ocaq» kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. == Ziyarətgah == Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Sami Sabit Qaraman
Sami Sabit Qaraman (türk. Sami Sabit Karaman) (d. 1877 Dəməşq, – ö. 04.09.1957, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1895-cı ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1957-ci ildə vəfat etdi.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960-2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdi. "Santos" komandasının baş məşqçisi ikən 1962 və 1963-cü illərdə kuboku qazanan Luis Peres (ləqəbi — Lula) turnir tarixində həm iki dəfə çempion olan, həm də ardıcıl iki dəfə çempion olan ilk baş məşqçi olmuşdu. Elenio Errera "İnter Milan" komandasının baş məşqçisi ikən 1964 və 1965-ci illərdə komandasına çempionluq qazandırdı. Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan" komandası ilə kuboku qazandı.
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı
Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı (türk. Türkiye Süper Kupası kazanan teknik direktörler listesi) — Super Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı. 2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır. İki baş məşqçi iki il ardıcıl çempion olmuşdur. Bu baş məşqçilər 1976-1977-ci illərdə "Trabzonspor" komandası ilə çempion olan Əhməd Suat Özyazıçı və 1996-1997-ci illərdə "Qalatasaray" komandası ilə kuboku əldə edən Fateh Terimdir.
UEFA Superkubokunu qazanan baş məşqçilərin siyahısı
UEFA Superkuboku — 1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır. Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. 2000-ci ildən 2010-cu ilədək turnirdə UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Kubokunun qalibi qarşılaşıb. 2010-cu ildə UEFA Kubokunun adı UEFA Avropa Liqası olaraq dəyişdirildi. Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla, iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib. UEFA Superkubokunu qazanmış ilk məşqçi 1972-ci ildə Amsterdamın "Ayaks" komandasına qələbə qazandırmış rumıniyalı Ştefan Kovaç olmuşdur. Ancaq bu görüş UEFA tərəfindən rəsmən tanınmayıb.
UEFA İntertoto Kubokunu qazanan məşqçilərin siyahısı
UEFA İntertoto Kuboku turniri Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa Futbol Assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi. Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı.. 1995-ci ildə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular. İlk qalib məşqçilər isə fransız Jaki Duqperoks və yuqoslaviyadan Slavolub Muslin oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada isə fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı. 2006-cı ildə yarışın formatında dəyişiklik edilərək 5 tur oynanılan turnir 3 tura endirildi və üçüncü turu keçən klublara UEFA Kubokunun ikinci təsnifat mərhələsində oynama şansı verildi. İntertoto Kuboku turniri klublara UEFA Kuboku turnirində iştirak etmək üçün ən uzun yolu təqdim edirdi. 2006-cı ildə turniri Qlen Royderin başçılığı altında "Nyukasl Yunayted" klubu qazandı.
Azərbaycanın Olimpiya Oyunlarında medal qazanan idmançılarının siyahısı
== Siyahı ==
UEFA Kuboku və Avropa Liqasını qazanan məşqçilərin siyahısı
Avropa futbol assosiasiyası tərəfindən yaradılmış bu turnir 1972-ci ildən 2009-cu ilədək UEFA Kuboku olaraq adlanmışdır. 2009–2010 mövsümündən başlayaraq isə turnirin adında dəyişiklik edilmiş və yarış UEFA Avropa Liqası olaraq adlanmağa başlamışdır. İngilis məşqçi Bil Nikolson turniri qazanan ilk baş məşqçi olmuşdur. Turnir yarandığı ildən ilk 25 il ərzində final qarşılaşması hər klubun ev stadionunda oynanılmaqla, iki matçdan ibarət idi. Amma 1998-ci ildə ilk dəfə olaraq, "İnter Milan" və "Latsio" komandaları arasında oynanılan final matçı neytral stadionda - Parisdə yerləşən Park de Prens stadionunda keçirildi. Yalnız 5 məşqçi turniri 1 dəfədən artıq qazanıb. İspan məşqçi Unay Emeri ard-arda üç dəfə 2014, 2015 və 2016-cı illərdə "Sevilya" klubu ilə Avropa Liqasının qalibi olmuşdur və 2021-ci ildə dördüncü dəfə "Vilyarreal" klubu ilə bu uğuru təkrarladı. İtalyan məşqçi Covanni Trapattoni turniri 1977-ci ildə Yuventusla, 1991-ci ildə İnter Milanla və 1993-cü ildə yenidən Yuventusla turniri ümumilikdə 3 dəfə qazanmağa müvəffəq olmuşdur. Luis Malovni Real Madridin baş məşqçisi kimi ardıcıl olaraq, 2 dəfə - 1985-ci və 1986-cı illərədə turniri qazanmışdır. Həmçinin Sevilyanın baş məşqçisi Xuande Ramosda 2006-cı və 2007-ci illərdə turniri qazanmışdır.
Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilər
Çərşənbə günü saat 18.00-da Məzəm-Su 15 maçında Məzəm komandası 9-6 hesabı ilə qələbə çalmışdır. Maçın adamı Muradov Rəhman olmuşdur.Hikmət Osmanov isə göstərdiyi düüüüd oyuna görə ən zəif marafon yarışçısı seçilib. Bu siyahıya UEFA Çempionlar Kuboku və Çempionlar Liqasını məşqçi olaraq qazanan şəxslər daxildir. İspaniyalı məşqçi Xose Vilyalonqa Lorente 1955-56 sezonunda "Real Madrid"lə UEFA Çempionlar Kubokunu qazanaraq bu uğuru əldə edən ilk məşqçi olmuşdur. 1970-80-cı illərdə ingilis klubları və məşqçiləri arasında rəqabət getməsinə baxmayaraq, ən çox italyan məşqçilər bu uğura nail olmuşlar. 1992-93 sezonunda bir sıra dəyişikliklərdən sonra turnirin adı UEFA Çempionlar Liqası adlandırılmışdır. Bu yenilikdən sonra ilk final olan 1993 finalında belçikalı Raymon Qotals Olimpik Marsel klubunu çempion edərək kubokun yeni formatında çempionluq yaşayan ilk məşqçi olmuşdur. 1976-77, 1977-78 və 1980-81 sezonlarında Liverpul ilə 3 dəfə çempion olan Bob Peysli kuboku ən çox qazanan məşqçidir. Bundan əlavə 16 məşqçidə kuboku 2 dəfə qazananlar sırasındadır. Miçel Munoz, Covanni Trapattoni, Yohan Krayf, Karlo Ançelotti, Frank Raykard və Xosep Qvardiola həm futbolçu, həm də məşqçi olaraq çempionluq yaşayan şəxlərdir.
Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilərin sıyahısı
Çərşənbə günü saat 18.00-da Məzəm-Su 15 maçında Məzəm komandası 9-6 hesabı ilə qələbə çalmışdır. Maçın adamı Muradov Rəhman olmuşdur.Hikmət Osmanov isə göstərdiyi düüüüd oyuna görə ən zəif marafon yarışçısı seçilib. Bu siyahıya UEFA Çempionlar Kuboku və Çempionlar Liqasını məşqçi olaraq qazanan şəxslər daxildir. İspaniyalı məşqçi Xose Vilyalonqa Lorente 1955-56 sezonunda "Real Madrid"lə UEFA Çempionlar Kubokunu qazanaraq bu uğuru əldə edən ilk məşqçi olmuşdur. 1970-80-cı illərdə ingilis klubları və məşqçiləri arasında rəqabət getməsinə baxmayaraq, ən çox italyan məşqçilər bu uğura nail olmuşlar. 1992-93 sezonunda bir sıra dəyişikliklərdən sonra turnirin adı UEFA Çempionlar Liqası adlandırılmışdır. Bu yenilikdən sonra ilk final olan 1993 finalında belçikalı Raymon Qotals Olimpik Marsel klubunu çempion edərək kubokun yeni formatında çempionluq yaşayan ilk məşqçi olmuşdur. 1976-77, 1977-78 və 1980-81 sezonlarında Liverpul ilə 3 dəfə çempion olan Bob Peysli kuboku ən çox qazanan məşqçidir. Bundan əlavə 16 məşqçidə kuboku 2 dəfə qazananlar sırasındadır. Miçel Munoz, Covanni Trapattoni, Yohan Krayf, Karlo Ançelotti, Frank Raykard və Xosep Qvardiola həm futbolçu, həm də məşqçi olaraq çempionluq yaşayan şəxlərdir.