Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağgöz dalğıc
Ağgöz qaraördək
Ağgöz qaraördək (lat. Aythya nyroca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü. Nadirdir. (VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (EN) düşə bilər. Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir.
Ağgöl
Qoruqlar Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun Çobankərə kəndində qoruq. Kəndlər Ağgöl (Arxangel) — Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ağgöl (Ağstafa) — Ağstafa rayonunda kənd. Bələdiyyələr Ağgöl bələdiyyəsi — Azərbaycan Respublikasının Ağstafa rayonunda bələdiyyə. Göllər Ağ göl — Azərbaycan ərazisində göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonundakı göl. Ağgöl — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunla göl. Ağgöl — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonununda göl. Ağgöl Dövlət Təbiət Qoruğu - qoruq Ağgöl (Mahaçqala) — Ağgöl — Ağcabədi rayonu ərazisində, Mil düzündə Şor göl.
Acgöz alqoritm
Acgöz alqoritm (ing.greedy algorithm, ru.жадный алгоритм) — hər bir mərhələdə lokal optimal qərarlar (həllər) qəbul edən və son həllin də optimal olacağı gümanına əsaslanan alqoritm. Hər hansı dövlərin pul sistemi dəyəri a1 = 1 < a2 < … < an olan qəpiklərdən ibarətdir. S məbləğini mümkün qədər az sayda qəpiklə vermək tələb olunur. Bu məsələnin həllinin acgöz alqoritmi belə olacaq. Dəyəri an olan qəpiklərdən maksimal mümkün olan sayda götürülür: xn = S/an. Eyni qayda ilə kiçik nominallı neçə qəpik lazım olduğu müəyyən olunur və proses belə davam etdirilir. Bu məsələ üçün acgöz alqoritm həmişə optimal həlli vermir. Məsələn, 1, 5 və 7 qəpik vasitəsilə 24 məbləğini acgöz alqoritm belə xırdalayar: 7 qəp. – 3 ədəd, 1 qəp. – 3 ədəd.
Ağgöl (Arxangel)
Ağgöl (başq. Аҡкүл, rus. Аккулево) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Orlovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 18 km, kənd sovetliyindən (Orlovka): 1 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 28 km. Kənd ərazisindən Zilim çayı axır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (47%), ruslar (41%) üstünlük təşkil edir.
Ağgöl (Ağstafa)
Ağgöl (keçmiş adı: Xutor) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Ağgöl kənd inzibati ərazi dairəsində kənd.
Ağgöl (Mahaçqala)
Ağgöl (Ак-Гёль; qum. Ak-köӀ )— Rusiyada, Dağıstan Respublikasında göl. Göl Mahaçqala şəhərində, Xəzər dənizi sahilində yerləşir. Göl həm də Böyük Turalin adı ilə də tanınır. Ağgöldən bir az aralı Kişik Turalin gölü var.Göl haqqında ilk məlumatlar XVIII əsrə aiddir. Göl şəhərin cənub-şərqində, "Reduktornı qəsəbəsində", Xəzər dənizi sahilindən 1 km aralıda yerləşir. Ağgöl laqun mənşəli olub dairəvi-kvadrat formasındadır. Maksimal dərinliyi 4 metrdir. Xəzər dənizindən ayrılan qum tirəsinin yuyulması nəticəsində formalaşmış. 1899-cü ildə Həştərxandan olan balıqçılıq üzrə mütəxəssis Vorobyev Ağgöldə balıq yetişdirməyi planlaşdırmış və ərazini 100 illik kirayəyə götürmüş.
Ağgöl bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağgöl Milli Parkı
Ağgöl Milli Parkı — Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış milli park. Yaradıldığı il – 2003, Sahəsi – 17,924 hektar Kür-Araz Ovalığının Mil Düzənliyi, Kür çayının sağ sahili boyu ərazidə yerləşən gölə Ağ göl adı çox güman ki, yüksək şoranlığa malik olan dayaz su-bataqlıq ərazisinin yay mövsümündə quruması, duz qatının üzə çıxması və uzaqdan ağararaq ağ səth effekti yaratması nəticəsində verilmişdir. Həqiqətən qızmar yay aylarında ərazinin müəyyən hissəsi uzaqdan ağ örpəyi xatırladır. Ərazinin qocaman sakinlərinin sözlərinə görə əvvəllər yerli sakinlər yay vaxtı buradan xörək duz hasil edirlərmiş. Ağcabədi və Beyləqan inzibati rayonları ərazisində yerləşən Ağgöl Milli Parkını mütəxəssislər haqlı olaraq "ornitoloji oazis" hesab edir. Bu ərazi bir sıra nadir və nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının həm qışlama, həm də yuvalama yerləridir. Təbiət Qoruğunun yaradılmasında əsas məqsəd Ağgöl və onun ətraf ərazilərində məskunlaşan yerli və köçəri su-bataqlıq quşlarının, xüsusilə, məməli heyvanların və onların yaşayış yerlərinin (biotoplarını) davamlı inkişafını təmin etməkdən ibarətdir. Ümumilikdə 500 mindən çox quşun qışladığı bu ərazidə 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınmışdır. İlk öncə 1964-cü ildə 9173 ha sahədə yaradılmış yasaqlıq quşların və onların yaşayış yerlərinin təhlükəsizliyinin təmin etmədiyindən 1978-ci ildə yasaqlığın 4400 ha sahəyə malik olan göl akvatoriyası qoruq elan edilmiş, 1987-ci ildə qoruq sahəsi daha 782 ha artırılmışdır.
İslamşəhr-i Ağgöl
İslamşəhr-i Ağgöl — İranın Həmədan ostanının Məlayir şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı ilin məlumatına görə şəhərdə 4,031 nəfər yaşayır (1,185 ailə). Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Ağgöl Dövlət Təbiət Qoruğu
Ağgöl Dövlət Təbiət Qoruğu -1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 saylı sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər artırılmış və Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik-çöl və yarımsəhra landşaftlarından ibarət olmuşdur. Qoruğun ümumi sahəsinin 2,1 ha-nı (40,6 %) təmiz su sahəsi, 2,26 min ha-nı (43,6 %) qamış cəngəllikləri, 20 ha-nı (0, 38 %) adalar təşkil edir. Buranın yayı quraq keçən yarımsəhra və quq çöllərin mülayim – isti iqlim tipi hakimdir. Burada günəş radiaiyasının illik miqdarı 131, radiasiya balansı isə 45 kkal/kv.sm –dir. Havanın orta illik temperaturu 14 dərəcəyə çatır. Yağıntının illik miqdarı 330 mm-dən artıq deyildir. Buradakı iqlim şəraiti ərazidəki quşların və məməli heyvanların xeyli miqdarda məskunlaşması üçün optimal şərait yaratmşdır. Ümumi sahənin çoxunu Ağgöl təşkil edir. Ağgöl öz sahəsinə görə respublikanın ən böyük göllərindən biridir.
Ağqaz
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Adi ağqaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. C. c. caerulescens C. c.
Ağqaz cinsi
Abgəz
Abgəz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Abgəz — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. Toponim fars dilində "su" mənasında işlənən ab sözü ilə Azərbaycan dilində "aşırım", "dağ qılıcında nazik yer", "gəzdək, dağ çökəyi, dağın təpəsindəki çökək" mənasında işlənən gəz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Alagöz
Yaşayış məntəqələri Ermənistanda Alagöz rayonu — Ermənistanda rayon. Alagöz (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Alagöz (İrəvan quberniyası) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində mahal. İranda Alagöz (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Alagöz (Urmiya) — İranın Qərbi Azərbaycan ostanında kənd. Alagöz (Sayınqala) — Digər Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda qala. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Alagöz dağı — Ermənistan adlanan ərazidə dağ.
Ağbiz
Ağbiz — Azərbaycan Respublikasının Zəngilan rayonunun İsgəndərbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənd Ağbiz dağının yamacındadır. Kənd əvvəllər Sofulu tayfasına məxsus olan eyniadlı qışlaq yerində salınmışdır. Ərazi öz adını Ağbiz dağının adından almışdır. VII əsrə aid mənbələrdə Albaniya ərazisində Aqbid adlı yaşayış məskəni yad olunur. 1933-cü ildə Zəngilan rayonu ərazisində iki Ağbis kənd adı qeydə alınmışdır.
Ağduz
Ağdüz və ya Ağduz;
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Ağnaz
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Ağız
Ağız — İnsan orqanlarından biri. Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.
Ağbiz dağı
Ağbiz — Zəngilan rayonu ərazisində dağ. Oronim ağ (burada dağ süxurlarının rəngini bildirir) və biz/bis/pis (dik, yüksəklik; şiş, çıxıntı; yuva, oyuq) komponentlərindən düzəlib, "ağ dağ" mənasını bildirir.
Ağdöş ayı
Ağdöş ayı, Himalay ayısı - ayılar fəsiləsindən yırtıcı məməli heyvan. Uzunluğu 1,7 metr, çəkisi 150 kiloqramadək olur. Cənub-Şərqi Asiyada, Hindiquş və Himalay dağlarında, Tibetin cənub hissəsində, Şərqi Asiyanın cənubunda, Uzaq Şərqin cənubundakı meşələrdə yaşayır. Ağaclara yaxşı dırmaşır. Yaşadığı arealın şimalında ağac koğuclarında qışlayır. Nəsli kəsilmək təhlükəsi var. Azərbaycan ərazisində Alt, Orta və Üst Pleystosen çöküntülərində Ağdöş ayının elmə məlum olmayan növünün ((Selenoarctos Karabach) qalıqları tapılmışdır.
Ağdöş kirpi
Şərqi Avropa kirpisi (lat. Erinaceus concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Adi kirpinin ən yaxın növ sayılır. Şərqi Avropa kirpisi demək olar ki, adi kirpiyə çox oxşardır. Ancaq omnları Şərqi Avropa kirpisinin başı və yan hissələri hiss ediləcək tərzdə tünd-bozdur. bel və yan hissələri iynələrlə örtülüdür. İynələrinin uzu ağdır. Orta hissəsi isə qara və boz rəngli zolaqlıdır. İynələrin uzunluğu 2,5—3,5 sm-dir. Xəzi qəhvəyidir.
Ağdöş qaratoyuq
Ağdöş qaratoyuq (lat. Turdus torquatus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Ağdüz (Qəzvin)
Ağdüz (fars. اق دوز‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 35 nəfər yaşayır (9 ailə).
Ağdüz (Çaldıran)
Ağdüz (fars. اق دوز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (57 ailə). Maku şəhristanının Siyahçeşmə bölgəsinin Çaldıran kəndistanında, Siyahçeşmə qəsəbəsindən 18 km şimal-qərbdədir.
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anqob
Anqob (fr. enqobe) – dekorativ keramika örtüyü. Saxsı məmulatların rəngini, yaxud səthinin kələ-kötürlüyünü örtmək və bədii tərtibatını zənginləşdirmək üçün istifadə edilir. Ağ və rəngli növləri var. Anqobla qabın həm daxili, həm də xarici səthini örtmək olur. Antik dövrdə dekorativ sənətdə geniş yayılmışdı. Anqob fasadların üzlənməsi üçün məmulatlar və rəngli kərpic istehsalında tətbiq olunur. Adətən səthə çilənir, sonra isə məmulat kürədə bişirilir (yandırılır). Anqobun üzərinə şəffaf mina qatı, müxtəlif naxışlar və s. çəkilə bilər.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Aqdəz
Aqdəz (ərəb. أگدز‎, bər. ⴰⴳⴷⵣ, fr. Agdz) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətinin Zaqora əyalətində şəhər. 2014-cü il əhali siyahıyalmasına görə 10.681 nəfərlik bir əhaliyə malik olan şəhər Atlas dağları üzərində, Kisən dağının ətəyində və Draa çayının sahilində yerləşir. Aqdəz bərbər dilində "istirahət yeri" deməkdir. Aqdəz Varzazat şəhərindən 65 kilometr (40 mil), Zaqora şəhərindən isə 92 kilometr (57 mil) uzaqlıqda yerləşir. Aqdəz Mərakeş və Timbuktu şəhərlərini birləşdirən tarixi bir karvan yolunun üzərində yerləşir. Aqdəzin ən əhəmiyyətli coğrafi xüsusiyyəti Draa vadisinin ortasında və şəhərin şərqində yerləşən Kisən dağıdır. Aqdəz tarixən yerləşdiyi regionun önəmli bir iqtisadiyyat mərkəzi olmuşdur.
Aqrız
Əgerce və ya Aqrız (tatar. Әгерҗе; rus. Агрыз) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Arqon
Arqon (Ar) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 18-ci element. O, nəcib qazdır, 1894-cü ildə havadan ingilis fiziki Con Vilyam Rele (1842-1919) və şotland kimyaçısı Vilyam Ramzay tərəfindən ayrılmışdır. O, heç bir maddə ilə reaksiyaya girmir və buna görə də bu adı almışdır, yunanca argos - “fəaliyyətsiz”. Bu adı kimyaçı X.C.Madan təklif etmişdir. O, 1894-cü ilin avqustun 13-də Oksfordda Britaniya elmə dəstək assosiasiyasının iclasına sədrlik edirdi və həmin iclasda Reley və Ramzay yeni qazın kəşfi haqqında məlumat verirdi. 1904-cü ildə Vilyam Ramzay arqon və digər təsirsiz qazları kəşf etdiyi üçün kimya üzrə Nobel mükafatına layiq görülüb, fizik Con Vilyam Strett (lord Reley) həmin ildə mahiyyətcə eyni kəşfə görə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elektrikli işıqlandırma lampalarında və fluoressensiya balonlarda istifadə edilir. Elektrik arxlarıyla edilən kəsici və qaynaq əməliyyatlarında, həmçinin, silikon və germanium kristallarının istehsalında qoruyucu soyqaz olaraq istifadə edilir. Titan və bənzəri reaktiv elementlərin əldə edilməsində rol oynayır. Radiasiya səviyyələrini ölçən Geiger sayğaclarında da istifadə edilir.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. Zəngilan Dərəkənd-Parçenis mahalı Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Saqqız
Saqqız — udulmadan çeynəmək üçün nəzərdə tutulmuş yumşaq, yapışqan maddə. Müasir saqqız dadlandırıcılar, yumşaldıcılar/plastikləşdiricilər, aromatizatorlar, rəngləndiricilər və adətən sərt olan poliol örtüyündən ibarətdir. Onun elastik-plastik, yapışqan, çeynəmə xüsusiyyətlərinə kömək edən polimer, plastifikator və qatran komponentlərinin fiziki-kimyəvi xüsusiyyətlərinə görə onun teksturası kauçuku xatırladır. Saqqız çeynəmə ənənəsi görünür ki, təkamül prosesi ilə zaman-zaman inkişaf etmişdir, çünki bu vərdişin izləri bir çox müxtəlif erkən sivilizasiyalarda müşahidə olunur. Saqqız müxtəlif formalarda Neolit dövründən bəri mövcuddur. Finlandiyanın Kierikki şəhərində ağcaqayın qabığının qatranından hazırlanmış, üzərində diş izləri olan 5 min illik saqqız tapılmışdır. Saqqızın hazırlandığı qatran belə hesab edilirdi ki, antiseptik xüsusiyyətlərə və digər müalicəvi faydalara malikdir. O, kimyəvi cəhətdən neft qatranına bənzəyir və bu baxımdan digər erkən saqqızlardan fərqlidir. Mayyalılar və asteklər saqqızın müsbət xüsusiyyətlərindən ilk dəfə istifadə etmişdilər. Onlar saqqız kimi bir maddə hazırlamaq üçün və gündəlik istifadədə əşyaları bir-birinə yapışdırmaq üçün əsas kimi təbii ağac saqqızından istifadə etdilər.