Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağlayıcı
Bağlayıcı — Azərbaycan dilinin qrammatikasında köməkçi nitq hissəsidir. Cümlələr, abzaslar və sözlər arasında əlaqə yaradan köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bağlayıcılar 2 yerə tabelilik və tabesizlik bağlayıcıları olaraq iki yerə bölünür. == Tabesizlik bağlayıcıları == Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır. Mənaca növləri Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²). Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Və həm tabesiz cümləni, həm də həmcins sözləridə bir-birinə bağlayır. Məsələn: O gəldi və yemək hazırladı.(tabesiz cümlə). O qələm və dəftər aldı.(həmcins sözləri bağladı), lakin ilə isə yalnız həmcins sözləri bir-birinə bağlayır. Məsələn:O qələm ilə dəftər aldı.
Ağardıcı gillər
Ağardıcı gillər – müxtəlif maddələrin, əsasən, mayelərin boyayıcı, zərərli və çirkləndirici qarışıqlardan təmizlənməsində istifadə edilən faydalı qazıntılar. Ağardıcı gillərin tərkibində 4–10% qələvi və qələvi-torpaq metallar olan alümosilikatların hidratlarından ibarətdir. Ağardıcı gillərin təbii və ya aktivləşdirilmiş halda tətbiqi onların piqmentləri, selikləri, xıltı, qatranları və s. udmaq qabiliyyətinə əsaslanır. Ağardıcı Gillərin əsas kütləsi tərkibində kvars, çöl şpatı, biotit, piroksen və digər minerallar qarışığı olan gilli minerallardan-montmoril lonit, beydellit və saponit ibarətdir. Onların tərkibində ölçüsü 0,01 millimetrdən az olan hissəciklər üstünlük təşkil edir. Ağardıcı Gillər tərkibində çox miqdarda suyun olması və yüksək udma qabiliyyəti ilə səciyyələnir. Ağardıcı Gillərə, başlıca olaraq, Təbaşir, Paleogen və Neogen dövrləri çöküntülərində, vulkanik sahələrdə rast gəlinir. Gillərlə yanaşı, neft məhsullarını, bitki yağlarını, piyləri, sirkəni, şərabı, meyvə şirələrini təmizləmək ücün trepel və opokadan, şəkər sənayesində, əsasən, diatomit kimi ağardıcı torpaqlardan istifadə edilir. Gildən fərqli olaraq bunlar turşularla aktivləşdirildikdən sonra öz adsorbsiya xassələrini artırmır.
Ağardıcı əhəng
Ağardıcı əhəng və ya xlorlu əhəng — pambıq və kətan parçaları ağartmaq üçün işlədilən qarışıq xlorid-kalsium hipoxlorit. İlk dəfə 1799-cu ildə Çarlz Tennant tərəfindən hazırlanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Зефиров Н. С. и др. т.5 Три-Ятр // Химическая энциклопедия. М.: Большая Российская Энциклопедия. 1998. ISBN 5-85270-310-9. Менделеев Д. И. Основы химии. Москва, Ленинград, ГНТИХЛ. 1947. == Xarici keçidlər == Ağardıcı əhəng // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Qıraq bağlayıcı
Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Yağlayıcı materiallar
Yağlayıc materiallar - bərk, plastik, maye və qazşəkilli maddələr olub, avtomobil texnikası, sənaye maşınları və mexanizmləri, həmçinin məişətdə sürtünmə zamanı yaranan yeyilməni azaltmaq üçün tətbiq olunurlar. == Yağlayıcı materialların texnikada rolu == Hərəkətli mexanizmlərdə( mühərriklər, yastıqlar, reduktorlar və s.) sürtünməni və konstruksiya və digər materialların mexaniki emalında (yonma, frezləmə, pardaqlama və s.) sürtünməni azaltmaq məqsədilə yağlayıcı materiallardan müasir texnikada geniş istifadə olunur. Yağlayıcı materialların təyinatı və işləmə şəraitindən asılı olaraq onlar bərk halda (qrafit, molibden-disulfidi , kadmium-iodidi, volfram-diselini, bor nitridi,və s.), yarı bərk halda, yarı maye halda (ərinmiş metallar, solidol, konstalin), maye halında (avtomobil və digər maşın yağları), qazşəkilli (karbon qazı, azot, inert qazlar) olurlar. == Yağlayıcı materialların növləri == Sürtünən cütlərin materiallarının xassələrindən asılı olaraq yağlama üçün həm maye (məslən, minerallar, sintetik yağlar), həm də bərk maddələrdən istifadə olunur. Materialına görə yağlamalar bğlünürlr: mineral- onların tərkibi əsasən karbohidratlardan, neft emalından əldə olunan məhsullardan ibarətdir. sintetik- üzvi və qeyri-üzvi xammaların sintezindən əldə (məsələn: silikon yağlar) olunur. üzvi - bitki əsaslı olurlar (məsələn: palma yağı).Yağlayıcı maddələr əsasına görə kombinə edilə bilirlər. == Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar == Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar – hidromexaniki ötürücülər mühərrikdən ötürülən fırlanma anının və fırlanma tezliyinin mütamadi dəyişilməsini təmin edirlər. ötürmə prosesi işçi maye ilə (aşağı özlülü yağla) doldurulan boşluq əmələ gətirən təkərli pərli nasosun və turbinin hesabına həyata keçirilir. Nasosdan mayenin aldığı enerji turbinlə aparılan vala ötürülür.
DNT bağlayıcı protein
DNT ilə əlaqəli zülallar, DNT ilə əlaqəli domenlərə sahib olan və bu səbəbdən tək və ya cüt telli DNT üçün spesifik və ya ümumi yaxınlığa malik olan proteinlərdir. Seriyaya xas spesifik DNT ilə birləşdirən zülallar, baza cütlüyünü müəyyənləşdirən daha funksional qruplar açdıqları üçün, B-DNA əsas yiv ilə tipik olaraq qarşılıqlı əlaqə qururlar. Bununla birlikdə, netropsin, distamisin, Hoechst 33258, pentamidine, DAPI ve başqaları kimi kiçik yivlərin DNT-bağlayıcı bəzi bilinən bağları var. == Nümunələr == DNT ilə əlaqəli zülallara transkripsiya prosesini modulyasiya edən transkripsiya faktorları, müxtəlif polimerazlar, DNT molekullarını parçalayan nükleazlar və hüceyrə nüvəsindəki xromosom qablaşdırmada və transkripsiyada iştirak edən histonlar daxildir. DNT-ni bağlayan zülallar, nükleik turşuya bağlanmağı asanlaşdıran sink barmaq, sarmal dönmə-sarmal və lösin fermuar (digərləri arasında) kimi sahələri əhatə edə bilər. Transkripsiya aktivatoruna bənzər effektorlar kimi daha qeyri-adi nümunələr də var. == Spesifik olmayan DNT-protein qarşılıqlı təsirləri == DNT-ni bağlayan struktur zülallar, spesifik olmayan DNA-protein qarşılıqlı təsirlərinin yaxşı başa düşülən nümunələridir. Xromosomlar daxilində DNT, struktur zülallarla komplekslərdə tutulur. Bu zülallar DNT-ni kromatin adlanan kompakt bir quruluş halına gətirir.Eukariotlarda bu quruluş, histonlar adlanan kiçik bir əsas zülal kompleksinə DNT bağlanmasını ehtiva edir. Prokariotlarda bir çox növ zülal iştirak edir .
Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır. == YSM-lərin tətbiqi == Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
Kipləşdirici-yağlayıcı sürtkülər- hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. == Alınması == Plastik sürtkülərin hazırlanmasında ən əsas və vacib dispers faza kimi mineral sintetik və ya yarımsintetik yağlardan istifadə olunur. Dispers faza kimi yüksək özlülüklü yağları istifadə etdikdə yaxşı nəticələr almaq mümkündür. Metal tozu iştirak etmədən mis ftalosianid, kobalt ftalosianid, kepoflyuks aşqarlar götürüldükdə neft və qaz armaturları üçün yüksək keyfiyyətli kipləşdirici sürtkü almaq mümkündür. Bu sürtkülər üçün dispers faza kimi sintetik B-3V və ya mineral yağ qarışığı götürülməsi məsləhət görülür. Müəyyən edilmişdir ki, qaz magistrallarında paylayıcıları və kompressor stansiyalarında işlədilən qazda həll olmayan sürtkü alınması üçün baza komponenti kimi rasinal yağı götürmək və qatılaşdırıcı komponentlər olaraq rasinat kalsium, alkil-benzolsulfonat və antioksidant-ionol əlavə etmək lazımdır. Yüksək temperatur zonasında işləyən yiv sürtküləri almaq üçün baza komponenti kimi kerosindən istifadə edilmişdir yüksək temperatura davamlı sürtkü almaq üçün qatılaşdırıcı kimi alümosilikat götürülür və dispers faza kimi poliol efiri, naften karbohidrogenləri və s. istifadə olunur.
Rio-Pyedranın sahilində oturdum və ağladım
"Rio-Pyedranın sahilində oturdum və ağladım" — Paulo Koelyo tərəfindən yazılmış roman. Roman, yazıçının ən məşhur əsərlərindən biridir. Bu roman, "Veronika ölməyə qərar verir" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir. == Məzmun == Romanın kişi və qadın qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız (Pilar) yaşadığı şəhərdə instituta daxil olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz, eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız məktublarında dindən, tanrıdan tez-tez danışmağa başlayır və ən son məktubunda dini bir mühazirə oxumaq üçün Madridə gələcəyini və Piları da o mühazirəyə dəvət etdiyini yazır. Pilar yalnız keçmişdən danışmaq və keçən o qədər ildən sonra onu görmək üçün cəmi bir günlük Madridə yollanır.
Qaladibi
Qaladibi (Şahbuz) — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə. Qaladibi (Vedi) — Vedi rayonunda kənd.
Qaladibi (Şahbuz)
Qaladibi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndinin şimalında yerləşən arxeoloji abidə. == Tarixi == Qala hündür qayalığın ətəyində salınmışdır. O, şimal tərəfdən təbii qayalıqla əhatə olunur, şimal, cənub və qərb tərəfdə isə iri daşlardan hörülmüş müdafiə divarı ilə möhkəmləndirilmişdir. Qala divarının tikintisində düzbucaqlı çıxıntılardan və rizalitlərdən istifadə edilmişdir. Bu tip tikinti texnikası inkişaf etmiş Dəmir dövrü üçün xarakterikdir. Qalanın içərisində daşdan inşa olunmuş dördkünc formalı binaların qalıqları saxlanmışdır. Tədqiqat zamanı aşkar olunan arxeoloji materiallar çəhrayı rəngli keramika parçalarından ibarət olub. Erkən Antik dövr üçün xarakterikdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq çəhrayı rəngdə yaxşı bişirilmişdir.
Qalaiçi dağı
Qalaiçi dağı – Babək rayonu ərazisində dağ (hünd. 1362,0 m). Zirvəsi orta əsrlərə aid qala divarları ilə əhatə olunmuşdur.