Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • ağqoyunlular

    ağqoyunlular

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • AĞQOYUNLULAR

    cəm. tar. XV əsrdə Cənubi Azərbaycanda və ona qonşu olan bəzi ölkələrdə hakimiyyət sürmüş oğuztürkmən qəbilələrindən biri

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • AĞQOYUNLULAR

    гз. ист. ХV лагьай асирда Кьиблепатан Азербайжанда ва адаз къунши тир бязи уьлквейра пачагьвал авур огъуз-туьркмен къебилайрикай сад

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
OBASTAN VİKİ
Ağqoyunlular
Ağqoyunlular (az.-əbcəd آغ‌قویونلولار‎) (fars. آق‌ قویونلو‎, translit. Āq Quyūnlū) (türk. Ak Koyunlu) və ya Bayandurlular — 1378–1503-ci illərdə şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmiş türk oğuz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi dövlət. Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.
Ağqoyunlular dövləti

Ağqoyunlular sülaləsi

Həşt-Behişt (Ağqoyunlular)
Həşt-Behişt — 1478-ci ildə tikintisinə başlanılmış və 1483-84-cü illərdə Sultan Yaqub dövründə tikintisi başa çatmış Ağqoyunlu memarlığına aid saray. Həşt-behişt saray kompleksində kitabxana, məscid, şəfa evi, cıdır meydanı və xiyaban inşa edilmişdi. Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımından böyük olan bağ daxilində yerləşməsidir.