Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağsunqur bəy
Qasıməddövlə Əbusəid Ağsunqur bəy bin Elturqan (XI əsr – 1094, Hələb) — səlcuqlu sərkərdəsi, vali. == Həyatı == Qasıməddövlə Ağsunqur bəy bin Elturqan Hələb valisi olmuşdu. 1087-ci ildə özünü sultan elan etdi. Qasıməddövlə Ağsunqur bəy bin Elturqan 1094-cü ildə Tutuş bəy tərəfindən öldürüldü. Siyamək Hüseynəlizadə yazır ki, Ağsunqur Avşar elinə mənsub Alturqan bəyin oğludur. Məlikşahın ölümü ilə Börküyarıqla Tutusun müharibəsində Ağsunqur Bərk Yarığın yanına keçir və bir savaşda öldürülür. Ağsunqurun ölümündən sonra İraq səlcuqlu sultanı Mahmud 1127-ci ildə Mosul Atabəylərinin qurucusu "Zəngi" ni Mosul valisi təyin edir və ona İmadəddin ləqəbini verir. "Zəngi" bir güclü Avşar hakimiyyəti qurur və Hələbi ələ keçirir". == Mənbə == Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. H. A. R. Gibb, "Ak Sunkur", EI² (İng.), I, 314.
Əlaəddin Ağsunqur
Əlaəddin Ağsunqur (?-1207) — Əmir Qarasunqurun oğlu, Marağa hakimi == Həyatı == Əlaəddin Ağsunqur Marağa hakimi idi. Eldənizlilərin vassalığından çıxmağa çalışırdı. 1205-ci ildə Marağa hakimi Əlaəddin Ağsonqur, Ərbil hakimi Müzəffərəddin Kökburi ilə ittifaq bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr əmir Aytormuşla hücuma keçərək Marağanı mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa və tutduğu yerləri qaytarmağa məcbur oldu; əvəzində Urmiya şəhərini aldı. Əlaəddin Ağsunqur 1207-ci ildə vəfat etdi.
Ağsunqurilər
Ağsunqurilər (türk. Aksungurlar, fars. احمدیلی‎) və ya Marağa atabəyləri (fars. اتابکان مراغه‎, translit. Atābakān-e Marāghe) — 1108–1227-ci illərdə Marağada hakimiyyətdə olmuş türk xanədanı. == Tarixi == 1108-ci ildə Rəvvadilər sülaləsindən olan Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadi Böyük Səlcuq hökmdarı Məhəmmədə düşmənləri ilə mübarizədə köməklik etdiyinə görə Marağanın hakimi təyin edildi. Onun hakimiyyət dövrü tarixə Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi də daxil olmuşdur. 1111–1112-ci illərdə Əhmədili Mosul, Diyarbəkr, Xilat və digər yerlərin hakimləri ilə birlikdə Suriya ərazisində xristianlara qarşı aparılan döyüşlərdə iştirak etmişdir, lakin 1117-ci ildə Əhmədili ismaili təriqətinin radikal qollarından biri olan nizarit agentləri tərəfindən Bağdadda öldürüldü. Onun keçmiş qulu, türk mənşəli Ağsunqur əl-Əhmədili yaranmış bu əlverişli şəraitdən istifadə edərək Marağada hakimiyyəti ələ keçirib Ağsunqurilər sülaləsinin əsasını qoydu. O, Marağadan başqa, Rəvanduz qalasını da ələ keçirdi.
Ağsunqurlar sülaləsi

TUSAŞ Anka-Aksungur
TAI Aksungur, Türkiyə Aviasiya və Kosmik Sənayesi (TAI) tərəfindən Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan pilotsuz uçuş aparatıdır. Təyyarənin gövdəsi, qanad və eniş qurğuları bu proqram üçün yeni hazırlansa da, yeni PUA xüsusən daxili sistemlər və avionika baxımından Anka ailəsi ilə ortaq xüsusiyyətlərini qoruyur. Bundan əlavə, xidmətdə olan mövcud yer idarəetmə stansiyasından istifadə edərək uça bilər. Aksungur, TUSAŞ tərəfindən istehsal edilən ən böyük təyyarədir. Uzunmüddətli nəzarət, kəşfiyyat, dəniz patrul missiyaları və ya pilotsuz döyüş uçuş aparatı kimi istifadə üçün nəzərdə tutulmuşdur. TAI silah paketlərini inteqrasiya edərək 2020-ci ildə Aksunguru seriya istehsal halına gətirməyi planlaşdırır. == Baxış == Adını yırtıcı quş növü olan ağ sungurdan götürən model orta hündürlükdə uzun ömürlü (MALE) pilotsuz uçuş aparatı (İHA) olaraq təsnif edilir. Türkiyə Silahlı Qüvvələrinin taktiki nəzarət və kəşf missiyaları üçün Türkiyə Aviasiya və Kosmik Sənayesi (TAI) tərəfindən hazırlanmış və istehsal edilmişdir. Aksungur ikiqat təkan konfiqurasiyasında hazırlanmışdır və iki turbo mühərrikə malikdir. İHA-nın inkişafı 18 ay çəkdi.
Baysunqur Mirzə
Sultan Baysunqur — 1490-cı ildən 1492-cü ilə (bəzi mənbələrə görə, 1493) qədər hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. O, Sultan Yaqubun (1478-1490) oğlu və vəliəhdi olmuş, hakimiyyəti dövründə əlində az hakimiyyət var idi, hadisələri idarə edən şəxs isə onun atabəyi və sərkərdəsi olan Sufi Xəlil bəy Mosullu olmuşdur. Sufi Xəlil bu mövqeyini 1490-1491-ci illərdə axlamış, 1491-1492-cü illərdə onun yerinə Süleyman bəy Bicanoğlu keçmişdir. Baysunqur ilk öncə qohumu Rüstəm bəy tərəfindən Təbrizdən qovulmuş, sonradan gəlinmiş razılığa əsaəsn Gəncə və Bərdə şəhərlərinin hökmdarı olmuşdur. Lakin buradan iki dəfə taxtını geri qaytarmaq üçün uğursuz cəhdlər etmiş, nəticədə 1493-cü ildə Rüstəm bəy tərəfindən öldürülmüşdür. Ondan sonra hökmdar Rüstəm bəy olmuşdur. == Həyatının erkən dönəmi == Baysunqur Sultan Yaqubun (1478-1490) ən böyük oğlu idi. Anası Şirvanşah Fərrux Yasarın (r1465–1500) qızı Gövhərsultan Xanım idi. Atasının sağlığında Baysunqura müasir İranın cənubunda yerləşən Fars əyalətinin gəlirləri təsis edilmişdi. Bu Ağqoyunlu dövlətində xüsusi ənənə halını almış bir şey idi.
Sultan Baysunqur

Mustafa Sunqur
Mustafa Sunqur — Səid Nursinin tələbəsi.
Qara Sunqur
Qara Sunqur (v. 1140, Gəncə) — Azərbaycan atabəyi. == Həyatı == Hicri 524-cü ilin zül-hiccə ayında (noyabr, 1130) Məsud qardaşı Mahmuda qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla ayrıldılar. Məsud Gəncəni nahiyyələri ilə birlikdə iqta götürüb, 150 min dinarlıq hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı. Hələ hicri 521-ci ildən Arranı öz idarəsi altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi.Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, İraq Səlcuqlu dövləti taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi. Qara Sunqurun İraq Səlcuqlu əmirləri arasında böyük ehtiramı var idi.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. == Həyatı == Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Ceyda Sunqur
Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın‎; 1986) — Türkiyə akademiki və aktivisti. == Həyatı == 1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır.2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir. Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir. Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur. Sunqur məhkəmədə bildirmişdir ki, "təqsirləndirilən şəxsin silahı olsaydı, o, Ethem Sarısülükü öldürən başqa bir polis kimi məni öldürərdi".