Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acıtəhər quşüzümü
Acıtəhər quşüzümü (lat. Solanum dulcamara) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Arxeoloji abidələr
Arxeoloji abidələr (yun. archaios — qədim) — insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. Arxeoloji abidələrə, əsasən, əmək alətləri, silahlar, məişət əşyaları, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir.
Bəyəhməd abidələr kompleksi
Bəyəhməd abidələr kompleksi — Naxçıvan MR-in Culfa rayonunun Bəyəhməd kəndi ərazisində yerləşən arxeoloji abidələr. == I Bəyəhməd == I Bəyəhməd Culfa rayonunun Bəyəhməd kəndindən şimal – qərbdə Dərəçayın sol sahilində, ilk dəmir dövrünə aid yaşayış yeridir. Abidə dağ silsiləsinin çaya enən yamacındadır. Sahəsi 1500 m² – dir. 1991 – ci ildə qeydə alınmışdır. Abidənin yerləşdiyi ərazidən uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən yerüstü materiallar və ilkin mədəni təbəqə dağılmışdır. Yerin səthində gil qab qırıqlarına, çəhrayı və boz rəngli tuf daşından hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Bəzi qab qırıqlarının üzərinə qara boya çəkilərək yüngülcə cilalanmışdır. Abidədən əldə edilmiş tapıntılar Culfa Tarix-Diyarşünaslıq muzeyində sərgilənir. Abidənin e.ə.
Kükü abidələr kompleksi
Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. == I Kükü == I Kükü abidəsi Şahbuz rayonunun Kükü kəndinin girəcəyində, Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Abidə iki hündür təpəni və onların ətəyini əhatə edir. I Kükü abidəsinin sahəsi 74 hektardan artıqdır. Abidədə aparılan kəşfiyyat işləri nəticəsində mədəni təbəqənin böyük bir hissəsinin dağıdıldığı aşkar edilmişdir. Yaşayış yerinin bəzi hissələrində uçub – tökülmüş daş yığınlarına təsadüf edilir. Binalar dağın relyefinə uyğun olaraq ensiz səkilərdə yerləşdirilmişdir. Divar qalıqları bəzi yerlərdə 50 m məsafədən izlənilir. Yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasa və badya qırıqları tapılmışdır. Ərazidə qədim qəbirlərin olması güman edilir.
Maxta abidələr kompleksi
Maxta — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində yerləşən arxeoloji abidə.Maxta abidələr kompleksinə 3 tarixi-arxeoloji abidə daxildir: I Kültəpə yaşayış yeri (və ya I Maxta Kültəpəsi) — Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid qədim yaşayış yeri. II Kültəpə yaşayış yeri (və ya II Maxta Kültəpəsi) — Şərur rayonunun Maxta kəndinin şərqində İlk Tunc dövrünə (e.ə. IV minilliyin II yarısı – e.ə. III minilliyə) aid qədim yaşayış yeri. Maxta nekropolu — Şərur rayonunun Maxta kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən antik dövrə aid nekropol.
Nəhəcir abidələr kompleksi
Nəhəcir – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi. == Nəhəcir qalası == Nəhəcir qalası Nəhəcir dağının coğrafi – strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. II minilliyə — I minilliyin əvvəllərinə aid qaladır. Qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng – dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan isə e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə səddləri tikilmişdir. Divarların eni 2 – 2,5 m – dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər. == I Nəhəcir == I Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin şimal – şərqində Tunc dövrünə aid yaşayış yeridir.
Urud abidələr kompleksi
Urud abidələr kompleksi — Zəngəzur mahalının Qarakilsə (01.03.1940–cı ildən Sisian) rayonunun Urud (03.07.1968–ci ildən Vorotan) kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi - memarlıq abidələri kompleksi. Kompleksə Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir. == Ümumi məlumat == Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.Urud qalasının adı mənbələrdə 450 – ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104 – cü ildə Səlcuqlular, 1386 – cı ildə Əmir Teymur, 1407 – ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.03. 07. 1968 – ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Bununla belə Urud kəndində 1988 – ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar.
Valent rabitələr nəzəriyyəsi
Valent rabitələr nəzəriyyəsi (VRN) - kompleks birləşmələrin öyrənilməsinə tətbiq edilən ilk kvant mexaniki nəzəriyyədir. == İzahı == Valent rabitələr nəzəriyyəsinin əsası əsrimizin 30-cu illərində Amerika kimya alimi L.Polinq tərəfindən qoyulmuşdur. VRN bütün digər kvant mexaniki nəzəriyyələr kimi dəqiq olmayıb, məsələni müəyyən yaxınlaşmalarla həll edir. Bu nəzəriyyə kimyəvi rabitəni adi hallarda olduğu kimi iki elektronlu rabitə kimi qəbul edir və bunu kompleks birləşmələrə də aid edir. == Kompleks birləşmələrdə rabitə == Kompkleks birləşmələrdə kimyəvi rabitə bir qayda olaraq, kompleksəmələgətiricinin müxtəlif yarımsəviyyələrinin (s-, p- və d-yarımsəviyyələrin) iştirakı ilə əmələ gəlir. Buna əsasən bir kompleks birləşmədə hətta eyni növ liqandlar olduğu halda belə kimyəvi rabitələr eyni təbiətə malik olmamalıdır. Məsələn, sferik simmetriyaya malik olan s- elektronun əmələ gətirdiyi rabitə, elektron buludunun sıxlığı tamamilə başqa cür paylanan p-elektronun əmələ gətirdiyi rabitə ilə eyni olmamalıdır. Lakin təcrübədə əldə edilən nəticələr bunun əksini göstərir. Müəyyən edilmişdir ki, liqandlar eyni olduğu halda onların kompleksəmələgətirici ilə əmələ gətirdiyi bütün rabitələr eyni təbiətə malik olur. Yəni rabitələr möhkəmlik dərəcəsinə, valentlik bucağı və uzunluğuna görə bir-birindən fərqlənmir.
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. == Məzmun == Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
Böyükdüz arxeoloji abidələr kompleksi
Böyükdüz arxeoloji abidələr kompleksi — Kəngərli rayonunda Son Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidələr kompleksi. Böyükdüz arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: I Böyükdüz yaşayış yeri — eyniadlı kəndin cənubunda, Araz çayının sol sahilində yerləşən orta əsrlərə aid yaşayış yeri. II Böyükdüz yaşayış yeri — Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. I Böyükdüz nekropolu — eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə. II Böyükdüz nekropolu — I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə.
Sarıbulaq arxeoloji abidələr kompleksi
Sarıbulaq arxeoloji abidələr kompleksi — Şərur rayonunda arxeoloji abidələr kompleksi.Sarıbulaq abidələr kompleksinə 5 tarixi-arxeoloji abidə daxildir: Sarıbulaq yaşayış yeri — orta əsrlərə aid qədim yaşayış yeri. I Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. II Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. Sarıbulaq oba yeri — orta əsrlərə aid arxeoloji abidə. Sarıbulaq yurd yeri — eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə.
Yurdçu arxeoloji abidələr kompleksi
Yurdçu arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Yurdçu kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi.Yurdçu arxeoloji abidələr kompleksinə 5 arxeoloji abidə daxildir: Yurdçu yaşayış yeri — Yurdçu kəndindən cənub-qərbdə İlk Dəmir dövrünə aid arxeoloji abidə. Yurdçu dəfinəsi — Yurdçu kəndi ərazisindən tapılmış müxtəlif dövrlərə aid gümüş və miss sikkə dəfinəsi. Yurdçu kurqanları — Yurdçu kəndinin qərbində son antik dövrə aid olan arxeoloji abidə. Yurdçu nekropolu — Yurdçu kəndi yaxınlığında Tunc və İlk Dəmir dövrlərinə aid arxeoloji abidə. Yurdçu sərdabəsi — Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə.
Şahtaxtı arxeoloji abidələr kompleksi
Şahtaxtı arxeoloji abidələr kompleksi – Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Tanınmış arxeoloq Qəhrəman Ağayev 1979–1987-ci illərdə Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparmış, bu abidənin daha qədim dövrlərə aid olması qənaətinə gəlmişdir. 2007-ci ildən sonra başlayan arxeoloji qazıntılarla onun bu fikri təsdiqləndi.Şahtaxtı arxeoloji abidələr kompleksinə 4 arxeoloji abidə daxildir: Govurqala — Şahtaxtı kəndindən şimal-qərbdə Tunc-İlk Dəmir dövrlərinə aid qala. Şahtaxtı yaşayış yeri — Şahtaxtı kəndi yaxınlığında yerləşən orta əsrlərə aid qədim yaşayış yeri. I Şahtaxtı nekropolu — Govurqaladan şimal-şərqdə yerləşən, Orta, Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol. II Şahtaxtı nekropolu — Govurqaladan cənub-qərbində yerləşən yerləşən Son Tunc-İlk Dəmir dövrlərinə aid nekropol.
Azərbaycanda restavrasiya edilmiş tarixi abidələr
Azərbaycanda Rusiya, sovet və müstəqillik dövründə bir çox tarixi abidələr restavrasiya edilmişdir.
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr
Şəki Xan qəbiristanlığındakı epiqrafik abidələr hal-hazırda orada mövcud olan, yaxud vaxtilə orada mövcud olmuş yazılı başdaşılardan, yazılı başdaşı qəlpələrindən və bir yazılı qəbirüstü abidədən ibarətdir. == Ümumi məlumat == Şəki Xan məscidinın şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtilə 15-20-yə qədər yazılı başdaşı olmuşdur. Hal-hazırda orada cəmi 10 yazılı başdaşı və bir yazılı qəbirüstü abidə var. Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində, bir neçə başdaşı haqqında isə 1984-cü və 2001-ci ildə çap olunmuş kitablarında məlumat vermişdir. Bir başdaşı hissəsi üzərindəki kitabəni 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir. 2018-ci ilin sonlarında isə AMEA Şəki Regional Elmi Mərkəzi qəbristanlıqdakı epiqrafik abidələrin kompleks tədqiqinə başlayıb. Qəbiristanlıqda Şəki xanlarından cəmi birinin — Fətəli xanın, qəbrinin üzərində başdaşı var. Onun 1831-ci ildə Həştərxanda dünyasını dəyişmiş qardaşı Məhəmmədhəsən xanın da bu qəbiristanlıqda torpağa tapşırılması, atası Məhəmmədhüseyn xanın isə Xan məscidinin mehrabı içində dəfn edilməsi məlum olsa da başdaşıları aşkar edilməmişdir. Heç bir şübhə yoxdur ki, gəncəli Cavad xanın arvadının da qəbri buradadır; mənbədə göstərilir ki, Cavad xan ruslarla döyüşdə öldürüldükdən sonra onun arvadı Nuxaya qayıtmış (Məhəmmədhəsən xanın bacısı idi) və 1830-cu ildə burada dünyasını dəyişmişdir. 2022-ci ildə aparılmış "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun apardığı elmi tədqiqat işlərinin nəticəsində məlum olmuşdur ki, Şəki Tarix-Diyarşünaslıq muzeyinin topladığı və fondunda saxlanılan və dövlət mühafizəsinə götürülmüş dekorativ-tətbiqi sənət nümunəsi olan baş daşlarından bəziləri Şəki Xan qəbirstanlığında vaxtı ilə mövcud olmuş qəbrüstü abidələrdir.