Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abunəçi
Abunəçi və ya abonent — televiziya və radio yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs. Rabitədə abonementdən istifadə etmək hüququ olan müəssisə, təşkilat və ya şəxs; rabitə qovşaqlarında sexin böyük qurğu və cihazları olan sahəsi. İnformatikada hesablama sisteminin xidmətindən istifadə etmək hüququ olan şəxs, təşkilat və ya müəssisələr. Aktiv, videomətn və verilənlərin teleemalı Abonenti olur. Aktiv Abonentin verilmiş anda EHM ilə əlaqəsi olur. Videomətn Abonenti videomətn xidmətinin imkanlarından həmin sistemin terminalı vasitəsilə istifadə edir. Verilənlərin teleemalı Abonenti teleemal sisteminin xidmətindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.
Abunəçi teleqrafı
Abunəçi teleqrafı — teleqraf rabitəsinin növlərindən biri. Bu, abunəçilər arasında teleqraf mesajlarının birbaşa ikitərəfli mübadiləsinə xidmət edir. Abunəçilər həm təşkilatlar, həm də fiziki şəxslər ola bilər. Abunəçi teleqrafı adi teleqrafla müqayisədə məlumatın daha tez çatdırılmasını təmin edir. Mesajlar iki naqilli xətt üzrə birbaşa cərəyanla ötürülür, abonentlərin qoşulması abonent teleqraf şəbəkəsinin kommutasiya stansiyalarında həyata keçirilir. Terminal avadanlığı teletayp) lent və ya rulon printeri, cavab verən maşın, zəng cihazından ibarətdir. Abunəçi teleqraf xidmətini təşkil etməyin başqa bir yolu mesajların telefon xətti üzərindən ton siqnalı ilə ötürülməsinə əsaslanır.
Asimmetrik rəqəmsal abunəçi xətti
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksəksürətli qoşulma xətlərinə çevirən modem texnologiyası. == İnkişaf tarixi == ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.
Əbuhəci İdrisov
Əbuhəci İdrisov (çeç. Абухажи Идрисов , rus. Абухаджи Идрисович Идрисов; 17 may 1918, Berdikel[d], Şimali Qafqaz diyarı[d] – 22 oktyabr 1983, Qroznı) — İkinci Dünya müharibəsi dövründə Qırmızı Orduda xidmət edən çeçen snayper və pulemyotçu. Müharibə zamanı ümumilikdə 349 düşmən əsgərini öldürmüşdür. 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lakin bu uğurlarına baxmayaraq etnik mənsubiyyətinə görə (çeçen olduğu üçün) Qazaxıstan SSR-yə sürgün edilmişdir. Nikita Xruşşov dövründə çeçenlərə geri dönmə hüququ verildikdən sonra, 1957-ci ildə Çeçenistandakı kəndlərinə qayıtdı. Əbuhəci İdrisov 17 may 1918-ci ildə Şimali Qafqaz Respublikasının Berdikel kəndində (indiki Komsomolskoye kəndi) kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirib "Sovetskaya Rossiya" kolxozunda çoban işləmişdir. Əbuhəci İdrisov 1939-cu ilin oktyabrında Qırmızı Ordu sıralarına çağırıldı.
Əbunəcib Sührəvərdi
Əbunnəcib Sührəvərdi (farsca: ابوالنجیب عبدالقادر سهروردی) — Azərbaycan türkü, hüquqşünas alim, sufi mütəfəkkir, mötədil sufizmin nümayəndəsi. Əbunnəcib Sührəvərdinin 1097-ci ilin yanvar, yaxud fevral ayında Zəncan yaxınlığındakı Sührəvərd qəsəbəsində anadan olmuş, Bağdada gedərək orada Nizamiyyə mədrəsəsində təhsil almışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov orta əsr mənbələrində Əbunnəcib Sührəvərdinin gənclik illərində yoxsul həyat sürməsi, Ziyaəddin və Nəcibəddin ləqəbi ilə tanındığını bildirərək qeyd edir ki, Tacəddin Sübki onun Dəclə sahilində uçuq bir evi olduğunu, özü və dostlarının oraya sığındığını yazmışdır.. Yaqut Həməvi (1179–1229) halal zəhmətlə dolanan mütəfəkkir haqqında yazır: "O, Bağdadda su daşıyar, öz qazancını yeyərdi". Çətin güzəran, zəhmətli günlər keçirən Əbunnəcib Sührəvərdi görkəmli alim, böyük sufi şeyxi kimi şöhrət qazanaraq Nizamiyyə mədrəsəsində dərs demiş, bir müddət Şərqin ilk və ən böyük universitet tipli təhsil mərkəzi olan Nizamiyyə mədrəsəsinə başçılıq etmişdir. Əbunnəcib xalq arasında böyük nüfuza malik sufi şeyxi kimi tanındığı üçün onun hüququ hakim dairələr tərəfindən toxunulmaz olmuşdu: mütəfəkkir təqib olunan şəxslərə öz sufi ribatlarında yer verməkdən belə çəkinməmişdir. Zakir Məmmədov Tacəddin Sübkinin kitabına əsasən belə bir faktı yazır: "Əbunnəcib Sührəvərdi sultandan, xəlifədən və başqalarından qorxmayıb, ona pənah gətirənləri müdafiə etmiş, onlar təhlükədən sovuşmuşlar." Mənbələrdə Əbunnəcib Sührəvərdinin Əbdürrəhim və Əbdüllətif adlı iki oğlu yad edilir. Onlardan biri sufi, digəri isə hüquqşünas alim olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında belə qənaətə gəlmişdir ki, Əbunnəcib Sührəvərdi 8 aprel 1168-ci ildə vəfat etmiş, Bağdadın cənub qərb səmtində Dəclə sahilində öz ritablarından birində dəfn olunmuşdur. Əbunnəcib Sührəvərdinin əsas əsərləri "Təsəvvüfə dair müridlərin davranış qaydaları" ("Adab əl–müridin fi–t–təsəvvüf"), "Allahın gözəl adlarının şərhi" ("Şərh əl-əsma əl–hüsna"), "Çıraqların qəribəsi" ("Qərib əl–məsabih") traktatlarıdır.
Buçeci dağları
Buçeci dağları (Rumın: Munții Bucegi [ˈmunt͡sij buˈt͡ʃed͡ʒʲ] ( dinlə); mac. Bucsecs-hegység) — Mərkəzi Rumıniyada, Braşov şəhərinin cənubunda yerləşən dağ silsiləsi. Buçeqi dağları Karpat dağlarının qolu olan Cənubi Karpat dağlarının bir hissəsidir. Şərqə doğru getdikcə dağların yamacları dikləşir və burada məşhur Prahova dərəsi yerləşir (Buşteni və Sinaya şəhərləri). Buçeci platformasında külək müxtəlif və görməli daş quruluşlarının yaranmasına səbəb olmuşdur: Sfinks və Babelə kimi. Belə bir inanc mövcuddur ki, Buçeci müqəddəs Dakiya dağı olan Koqaynondur, hansı ki, bu dağın mağarasında tanrı Zalmoksis yaşayır. == Ad == "Buçeci" adının mənşəyi mübahisələr doğurur. "Buçeac" və ya "Buqeaç" adın ilkin forması hesab olunur. Bu söz dağ adamlarının dilində ardıc ağaclarını və meşə mamırlarını ifadə etmək üçün istifadə olunur. "Buçeci" sözünün arxaik forması "Buçeçi"dir.
Əfzələddin Xunəci
Əfzələddin Xunəci — əslən Cənubi Azərbaycanın Xunəc şəhərindən olan, 1194-cü ildə doğulmuş filosof. Onun haqqında ən qiymətli ilk mənbə öz şagirdi İbn Əbi Useybiənin "Təbiblər təbəqələri barədə xəbərlərin qaynaqları" kitabıdır. Ərəb alimi Azərbaycan filosofuna rəğbətini ifadə edərək yazır: "Ə.Xunəci bilikli başçıdır, kamil düşünəndir, alim və filosofların cənabıdır". O, Qahirədə, daha sonra Misirdə uzun müddət yaşayıb, orda dövlət işlərində çalışıb. Ömrünün son vaxtlarında Misirin və onun əyalətlərinin baş qazisi vəzifəsini tutub. Bu haqda tarixçi Cəlaləddin Suyitinin "Misir və Qahirə xəbərlərinə dair" əsərində qeyd edilib. Qahirədə vəfat edib və orda şagirdləri tərəfindən dəfn edilib. Alman alimi Hammer Purqştal 1856-cı ildə Vyanada çap etdirdiyi çoxcildli "Ərəb ədəbiyyatı tarixi" kitabında Xunəciyə xeyli yer ayırıb. Alman şərqşünası Karl Brokkelmanın da onun haqqında tədqiqatları var. Nikolas Resçer "Ərəbdilli məntiq tarixinə dair tədqiqatlar" (1963), "Ərəbdilli məntiqin inkişafı" (1964) adlı kitablarında Xunəcinin də üzərində geniş dayanıb.