Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adler
== Şəxslər ==
Adobe
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Dover
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Advrek qalası
Advrek qalası (ing. Ardvreck Caslte) — Şotland qalası olub, Haylend əyalətində, Sazerlend şəhəri yaxınlığında Lok Assint gölünün şimal sahilində yerləşir. 1737-ci ildə baş verən yanğından sonra qala günümüzdə də xarabalıq halında yerləşir. Qala il boyu, gün ərzində həmişə ziyarətçi qəbul edir. == Tarixi == Adverk qalası 1590-cı illərdə Maklend klanı tərəfindən tikilmişdir. 1646-cı ildə o uğursuz şəkildə Maklend klanının qədim düşməni Makkenzi klanı tərəfindən mühasirəyə alınmışdır. 1650-ci ildə İngiltərə vətəndaş müharibəsi zamanı royalist Markiz Montroz Neyl Maklaud tərəfindən həbs edilərək Adverk qalasında yerləşən tağlı zirzəmilərdən birində dustaq saxlanmşdır. Daha sonra o, Edinburq qalasına köçürülmüş və burada 21 may 1650-ci ildə edam edilmişdir. Vətəndaş müharibəsi zamanı II Karlın düşmənlərinə qoşulduğu üçün monarxiyanın bərpasından sonra Neyl Maklaud böyük zərər gördü. 1672-ci il iyul ayında Maklaud qiyamçı olduğu üçün həbs edilmiş, bu da öz növbəsində Makkenzi klanının (ing.
Dorper qoyunu
Dorper qoyunu — Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cins. == Tarixi == Dorper qoyunu Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cinsdir. Adınıda bu iki irqin adının ilk hecasından götürmüşdür. 1950-ci ildə rəsmi olaraq irq adını almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir. == Görünüşü == Bu qoyunların baş və boyun hissəsi qara, bədəni ağ və bütöv ağ rəngli iki növü vardır. İrqi quyruqsuz qoyun irqlərinə aiddir. Dorper qoyununun quzusu 12 aylıq olduqda 70–80 kiloqrama qədər çəkisi olur. Dişi qoyunun diri ağırlığı 100 kq, qoçların isə 120–130 kq çəkisi olur.
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. == Haqqında == Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Teodor Adorno
Teodor Lüdviq Vizenqrund Adorno (rus. Theodor Ludwig Wiesengrund Adorno; alman: [ˈteːodoːɐ̯ ʔaˈdɔɐ̯no] ( dinlə);; 11 sentyabr 1903[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası[…] – 6 avqust 1969[…], Fisp[d]) — Almaniya filosofu, sosioloqu, musiqişünası. O, Frankfurt məktəbinin nümayəndəsi olmuşdur. Adorno mədəniyyəti və cəmiyyəti ("Maarifçiliyin dialektikası", 1948, Maks Horkheymer ilə birlikdə), həmçinin "mənfi dialektika" ideyasını tənqid etmişdir. 1940-cı illərdə Adorno və onun əməkdaşları ABŞ-də faşizm üçün sosial-psixoloji ilkin şərt kimi "avtoritar şəxsiyyət" haqqında araşdırma aparmışdılar. "İşıqsız iztirab"ın protokol təsbiti kimi "yeni musiqi" konsepsiyasında o, yeni Vyana məktəbinin bəstəkarlarının yaradıcılığına diqqət yetirir. == Əsərləri == Kierkegaard: Construction of the Aesthetic (1933) Dialectic of Enlightenment (Maks Horkheymer ilə, 1944) Composing for the Films (1947) Philosophy of New Music (1949) The Authoritarian Personality (1950) Minima Moralia: Reflections from Damaged Life (1951) In Search of Wagner (1952) Prisms (1955) Against Epistemology: A Metacritique; Studies in Husserl and the Phenomenological Antinomies (1956) Dissonanzen. Musik in der verwalteten Welt (1956) Notes to Literature I (1958) Sound Figures (1959) Mahler: A Musical Physiognomy (1960) Notes to Literature II (1961) Introduction to the Sociology of Music (1962) Hegel: Three Studies (1963) Critical Models: Interventions and Catchwords (1963) Quasi una Fantasia (1963) The Jargon of Authenticity (1964) Night Music: Essays on Music 1928–1962 (1964) Negative Dialectics (1966) Alban Berg: Master of the Smallest Link (1968) Critical Models: Interventions and Catchwords (1969) Aesthetic Theory (1970) The Culture Industry (Routledge, 1991) Beethoven: The Philosophy of Music; Fragments and Texts (1993) The Psychological Technique of Martin Luther Thomas' Radio Addresses (2000) Kant's 'Critique of Pure Reason' (2002) Current of Music (2006) === Musiqi əsərləri === Für Sebastian Wedler (1919) 6 Studies for string quartet (1920) Piano piece (1921) String quartet (1921) 3 stories by Theodor Däubler for female chorus (1923–1945) 2 Pieces for string quartet, Op. 2 (1925/26) 7 short works for orchestra, Op.4 (1929) 3 Short Pieces for piano (1934) 2 songs for voice & orc == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Adorno, Theodor. Aesthetic Theory.
Adler mikrorayonu
Adler, Rusiyanın Krasnodar diyarının, Soçi aqlomerasiya regionu daxilində yerləşən bir şəhər tipli rayon və mərkəzi qəsəbədir. Rayonun sahəsi 1.352 kvadrat kilometr, əhalisi 69.100 nəfərdir (2002). Adler qəsəbəsi Qara dəniz sahilində, Mzımta çayının ağzında yerləşir. 1830-cu ildə region ruslar tərəfindən ələ keçirilir və burada St. Duxovski adlı bir rus hərbi qalası inşa edilir. 1864-cü ildə Ruslar tərəfindən Çərkəzin işğalı ilə bu yerdə yaşayan çərkəzlər (Vibih, Ciget və s.) etnik təmizləmə yolu ilə torpaqlarından qovulur və Osmanlı torpaqlarına göndərilir. Daha sonra Adler adlandırılmış qəsəbə yaxınlığında hava limanı yerləşir.
Adler rayonu
Adler rayonu — Rusiyanın Krasnodar diyarında yerləşən Soçi şəhərinin dörd şəhərdaxili rayonundan biri. Soçi şəhərinin ən cənub bölgəsi, ərazisinə və əhalisinə görə ikincidir. 2014-cü ildə 2014-cü il Qış Olimpiya Oyunlarının bütün yarışları Adler rayonunda keçirilmişdir. Rayonun inzibati mərkəzi Adler şəhəridir. == Coğrafiyası == Rayon Soçinin mərkəzindən 20 km cənub-şərqdə, Abxaziya ilə həmsərhəd olduğu Kudepsta və Psou çayları arasında yerləşir. Qərbdən Xostinski rayonu ilə həmsərhəddir. Dəniz səviyyəsindən 1838 m yüksəklikdə yerləşən Kardyvaç dağ gölündən başlanan Mzımta çayı demək olar ki, rayonun bütün ərazisi boyu axır. Mzımtanın bir çox qolları var: Azmıç, Cıxra, Pslux, Laura, Beşenka, Kepşa. Abxaziya ilə sərhəddə regionun və bütün Böyük Soçinin ən yüksək nöqtəsi — Aqepsta dağı (3256 m) yerləşir. Krasnaya Polyana kəndinin cənubunda Aibqa silsiləsi yerləşir.
Adobe Dreamweaver
Dreamweaver ([drimvi'ver]) — Adobe şirkəti tərəfindən istehsal edilən HTML-WYSIWYG redaktoru. Proqram, 8-ci versiyasına qədər (2005-ci il) Macromedia şirkəti tərəfindən istehsal olunurdu. Növbəti versiyalar, Dreamweaver CS3-dən (2007-ci ildən) başlayaraq, Adobe şirkəti tərəfindən istehsal olunur. Zəngin alətlər dəsti, hər cür əlavələrin quraşdırılması, rahat interfeys və başqa xüsusiyyətlərinə görə Dreamweaver dünyanın ən məşhur HTML-redaktorlarından biridir. == Versiyalar == Proqramın məşhurluğu 2002-ci ildə Macromedia şirkəti tərəfindən buraxılmış MX versiyasından başlayaraq artdı. Əvvəlki 1 — 4 versiyaları 5 şirkət tərəfindən istehsal olunun. Proqramın 7-ci versiyası Dreamweaver MX 2004 adlandırıldı. 2005-ci ildə Macromedia Dreamweaver 8 istehsal olundu. 20 aprel 2007-ci ildə artıq Adobe şirkəti Dreamweaver CS3 adlı daha yeni versiyanı istehsal etdi. Dreamweaver CC versiyası cari ilin sonuncu versiyasıdır.
Adobe Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
Adobe Photoshop
Adobe Photoshop — Adobe Systems Incorporated tərəfindən inkişaf etdirilən və yayımlanan çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, rastr təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Photoshop, rastr təsvirlərin kommersiya alətləri vasitəsilə redaktəsi sahəsində lider olmaqla Adobe firmasının ən məşhur məhsuludur . Adobe Photoshop dizayn və qrafik proqramlar arasında liderlik edən çoxistiqamətli peşəkar proqramdır. Photoshop məhdudiyyətsiz imkan, yüzlərlə alət, minlərlə funksiya, milyonlarla effektlər deməkdir. Photoshop proqramının köməyilə müxtəlif açıqcalar, kollajlar, kitab, jurnal və s. üçün cild, veb-səhifələr üçün şablonlar, şəkillər üzərində retuş əməliyyatlarını yerinə yetirmək olar. 'Adobe Photoshop', piksel əsaslı görünüş, şəkil və fotoşəkil təşkil bir tək forma olan, Adobe Systems 'in ədədi Foto emal proqram idir. Vektorial əməliyyatlarda və yazı işləmə mövzusunda da bəzi qabiliyyətləri olmaqla birlikdə, bazar lideri olmasını təmin edən xüsusiyyəti bit şəkil işləmə funksiyasını də daşıyan Photoshop; şübhəsiz kompüter dünyasının ən qüvvətli yazılımlarındandır. Photoshop CS2 buraxılışına etibarən, "Smart Object" (Ağıllı Obyekt) adında inkişaf etdirilmiş, vektorial məlumatların keyfiyyəti pozulmadan Photoshop mühitinə köçürülməsini təmin edən bir sistem ilə istifadəçilərə böyük bir asanlıq təmin edilmişdir.
Adobe Systems
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Adrar-İforas
Adrar-İforas (fr. Adrar des Ifoghas; ərəb. أدرار إيفوغاس‎) — Əlcəzair və Mali Respublikasında, Böyük Səhra cənubundakı səhra yaylası. 890 metrə qədər yüksəkliyi var. 2013-cü ildə bölgə Fransanın Malidə vətəndaş müharibəsinə müdaxiləsindən qaçan islamçı döyüşçülərin sığınacağına çevrilmişdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Karpoff, R.; Chavaillon, N.; Alimen, H., "Nouveaux gisements paléolithiques dans l'Adrar des Iforas (Sahara)", Bulletin de la Société préhistorique de France (French), 60 (5–6), 1963: 352–363. == Xarici keçidlər == Vikianbarda Adrar-İforas ilə əlaqəli mediafayllar var.
Adrar vilayəti
Adrar vilayəti — == Ərazisi == Adrar vilayətinin ərazisi 439 700 Km2-dır. Adrar vilayətinə 11 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Adrar vilayətinin əhalisi 399 174 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Adres-kalendar
Adres-kalendar (rus. Адрес-календарь; mənası – ünvan-təqdim) — Rusiya imperiyasında rəsmi illik nəşr (1765–1916), bütün dövlət qurumlarının (mərkəzi və yerli) vəzifəli şəxslərinin siyahısı. Hazırda ünvan təqvimləri qiymətli elmi məlumat mənbəyidir, xüsusən də tarixi, genealoji, statistik sahədə. Rusiya Dövlət Kitabxanasının yaddaqalan kitabların axtarışı layihəsi çərçivəsində Rusiya imperiyasının rayon və quberniyalarında nəşr olunan məlum və itirilmiş adres-kalendarın siyahısı tərtib edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Адресные книги // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Albrext Dürer
Albrext Dürer (almanca Albrecht Dürer; 21 may 1471[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…] – 6 aprel 1528[…], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[…]) — alman rəssamı və qrafiki, Qərbi Avropa İntibahının ən böyük ustalarından biri. Ksiloqrafiyanı əsl incəsənət səviyyəsinə qaldıran Dürer bu sənətin ustası hesab edilir. Şimali Avropa rəssamlarının arasında ilk incəsənət nəzəriyyəçisi olmuşdur. O, rəssamların hərtərəfli inkişafının zəruriliyini təbliğ edərək, alman dilində təsviri və dekorativ-tətbiqi sənəti üzrə praktiki dərsliklər yazmışdır. Müqayisəli antropometriyanın banisidir. Sadalanmışlardan başqa, hərbi mühəndislik incəsənətində də gözə çarpan iz qoymuşdur. Avropa rəssamları arasında avtobioqrafiyanı ilk o yazmışdır. == Həyatı == === Ailəsi. İlk illəri. Təhsili (1471–1490) === Gələcəyin rəssamı 21 may 1471-ci ildə Nürnberqdə, zərgər ailəsində anadan olmuşdur.
Alfred Adler
Alfred Adler (7 fevral 1870[…] – 28 may 1937[…], Aberdin) — neofreydizmin nümayəndələrindən biri, tanınmış avstriyalı həkim və psixoterapevt, fərdi psixologiyanın yaradıcısı. Adler əvvəllər Ziqmund Freydin tələbəsi və əməkdaşı olmuş, lakin sonralar fikir ayrılıqları üzündən 1911-ci ildə ondan ayrılmışdır və psixoanalitik nəzəriyyənin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparmışdır. Onun əsas anlayışlarını fərdin faktiki vəziyyəti və istəkləri arasındakı ziddiyyətlər təşkil edir. == Bioqrafiyası == Alfred Adler 1870-ci il fevralın 7-də Vyanada şəhər ətrafında yerləşən Rudolfşeymdə anadan olmuşdur. Yəhudi ailəsində dunyaya gələn Alfred 6 uşaqdan ikincisi olmuşdur. Adler uşaqlıqda tez-tez xəstələnərdi. Ona görə də o tərəddüdsüz həkim peşəsini seçir. 1895-ci ildə tibb fakültəsini bitirmişdir , 1897-ci ildən isə elə həmin universitetdə oftolmoloq kimi fəaliyyət göstərmişdir. Daha sonra o psixatriya və nevrologiya sahəsi üzrə ixtisaslaşmışdır. 1902-ci ildə Adler yeni psixologiya istiqamətinin yaradıcısı Ziqmund Freydin ətrafındabirləşərək dərnək yaradan 4 nəfərdən biri olur.1910-cu ildə Freydin təşəbbüsü ilə Vyanadakı psixoanalitik cəmiyyətin rəhbəri olur.
Der Adler
Der Adler (mənaca "Qartal") qəzeti Üçüncü Reyxin təbiğat xarakterli nəşrlərindən biri idi və Şerl Verlaq tərəfindən ay ərzində 2 dəfə nəşr edilirdi. 1939-cu ilin avqust ayından etibarən lüftvaffe ali komandanlığının dəstəyi ilə Şerl Verlaq tərəfindən yaradılmışdır. 1939-cu ildən 1944-cü ilədək qəzetin ümumilikdə 146 nömrəsi çap edilmişdir. == İstinadlar == Sidney L. Mayer, Masama Tokoi (1978): Der Adler. Eine Auswahl aus der Illustrierten der Luftwaffe 1939–1944. Stuttgart, Germany: Motorbuch-Verlag. ISBN 3-87943-577-4.
Forer effekti
Barnum effekti və ya Forer effekti — teoremi yaradan alimin adıyla bağlı "Forer effekti", bu təsiri iş modeli olaraq istifadə edən XIX əsrlərdə məşhurluq qazanmış amerikalı şoumen Fineas Teylor Barnumun şərəfinə "Barnum effekti" adlandırılan sosial-psixoloji fenomendir. İnsanların bir sıra ümumi xüsusiyyətlərin yalnız onlara məxsus olduqlarına inanma halıdır. Barnum deyirdi: “Hər 1 dəqiqədə dünyada 1 axmaq dünyaya gəlir və onların hər birinə təklif edə biləcəyim şeylər var”. Barnum effektinin mahiyyəti bundan ibarətdir: insanlar onların şəxsiyyəti, gələcəyi barəsində yazılmış məlumatların fərdi olaraq məhz onlar üçün yaradıldığını güman edir. Lakin bu məlumatlar özlüyündə ümumidir və çox uğurlu şəkildə digər insanlara da aid edilə bilər. Nümunələri ilə gündəlik həyatda tez-tez rastlaşdığımız effekt 1948-ci ildə Forer adlı alimin universitetdə öz tələbələri ilə apardığı bir sınaq nəticəsində psixologiyaya qazandırılmışdır. Belə ki, professor tələbələrinə onların sınaq nəticələri əsasında psixoloji analiz etdiyini dedi və sonda hər bir tələbədən ortaya çıxan 9 nəticənin nə dərəcədə onları ifadə etdiyini 0-5 arası bir rəqəmlə qiymətləndirmələrini istədi. "Əvvəldə soyuq biri kimi görünsəniz də, qarşınızdakı insanı tanıdıqca istiqanlı və söhbətcil olursunuz", "əsl dost adlandıra biləcəyiniz və hər şeyi bölüşə biləcəyiniz yalnız 2-3 nəfər var", "öz yararınıza çevirə bildiyiniz halda çox güclü və vacib bir potensiala sahibsiniz" kimi analizlərin olduğu kağızlar əslində hər bir tələbədə eyni idi. Ancaq onlar bunu bilmirdilər və hər bir analizi xüsusilə onlara aidmiş kimi dəyərləndirdilər. Bir auditoriya dolusu tələbələrdən çıxan yekun nəticə 5 üzərindən 4.26 kimi ağlasığmaz bir rəqəm idi.
Fridrix Adler
Fridrix Adler (alm. Friedrich Adler‎; 9 iyul 1879[…], Vyana – 2 yanvar 1960[…], Sürix) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən və avstromarksizmin nəzəriyyəçilərindən biri. == Həyatı == Fridrix Adler 9 iyul 1879-cu il tarixində Avstriya-Macarıstanın Vyana şəhərində, Viktor Adlerin ailəsində anadan olmuşdur. O, 1907–1911-ci illərdə Sürix İnstitutu nəzəri fizika kafedrasının privat-dosenti olarkən sosial-demokrat hərəkatına qoşulmuş, 1911–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasının katibi olmuşdur. Fəlsəfə sahəsində Marksın tərəfdarı idi. Vladimir Lenin "Marksizm və empiriokritisizm" əsərində Fridrix Adlerin baxışlarını tənqid etmişdir. Adler 1914–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasındakı "Marksist sol" sentrist qruplaşmaya daxil idi. O, proletariatı Birinci Dünya müharibəsində bitərəf mövqe tutmağa çağırır, öz ölkəsində kütləvi inqilabi mübarizənin zəruri olmadığını qeyd edirdi. Adler 1916-cı ilin oktyabrında hökumət başçısı Ştürqgi öldürdüyünə görə ölümə məhkum olunmuşdu (sonradan bu cəza uzunmüddətli həbslə əvəz edilmişdi). O, 1918-ci ilin noyabrında amnistiyaya əsasən azad olunaraq yenidən partiyada qızğın fəaliyyətə başlamış və açıqca reformist yol tutmuşdur.
Qvido Adler
Qvido Adler (alm. Guido Adler‎; 1 noyabr 1855[…], İvançise[d] – 15 fevral 1941[…], Vyana) — Avstriya musiqi tarixçisi. Müasir Avropa musiqişünaslığının banilərindən biri. İşlərinə musiqi tarixinin metodologiyası, musiqi üslubları nəzəriyyəsi, estetika üzrə materiallar aiddir. O, "musiqişünaslıq" (Musikwissenschaft) terminini təqdim etmiş və müasir dövrdə ilk dəfə olaraq bu konsepsiyanı əsaslandırmışdır. == Əsərləri == Avstriya və dünya musiqi tarixinə dair əsərlərin müəllifi olmuş Qvido Adler tarixi və sistemli musiqişünaslığı ilk dəfə fərqləndirənlərdən biri olmuşdur. O, Qustav Malerin ilk bioqrafı olmuşdur. Əsas əsərlər arasında var: «Eine Studie zur Geschichte der Harmonie» (1881); «Die Wiederholung und Nachahmung in der Mehrstimmigkeit» (1886); «Ein Satz eines unbekannten Beethovemschen Klavierkoncerts» (1888); «Der Stil in der Musik» (1911); «Gustav Maler» (1916); «Methode der Musikgeschichte» (1919). == İstinadlar == == Əlavə ədəbiyyat == Адлер, Гвидо // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Robert Adler
Robert Adler (4 dekabr 1913, Vyana – 15 fevral 2007, Boyse) — Amerikalı ixtiraçı idi və çoxsaylı patentlərə malikdir. == Həyatı == Robert Adler 1913-cü ildə Vyanada anadan olmuşdur. Robert Adler 1937-ci ildə Vyana Universitetindən fizika fakültəsində təhsil almışdır. 1939-cu ildə ölkəni tərk etmişdi.O, əvvəlcə Belçikaya, daha sonra İngiltərədə yaşamış və buradan da Amerika Birləşmiş Ştatlarına köçmüşdür. == Fəaliyyəti == Robert Adler Birləşmiş Ştatlara köçdükdən sonra 1941-ci ildə araşdırma şöbəsində Zenith Electronics-də işə başlamışdır. Yaşadığı müddətdə Adler 58 ABŞ patentinə layiq görülmüşdür. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler televizor üçün ilk pultu yaratmışdır.[1] Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Viktor Adler
Viktor Adler (24 iyun 1852[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 11 noyabr 1918[…], Vyana) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən biri. O, birinci partiya proqramının layihəsinin müəllifi olmuş, mədəni və milli muxtariyyət proqramının hazırlanmasında iştirak etmişdir. Adler 1918-ci ilin noyabr ayında qısa müddətə Avstriya hökumətində xarici işlər naziri olmuşdur.
İren Adler
İren Adler (ing. Irene Adler) — Artur Konan Doylun “Bohemiyada qalmaqal” hekayəsinin personajı. İren Adler “Şəxsiyyətin müəyyən edilməsi”, “Mavi korbunkul”, “Beş portağal tumu” və “Onun vida işi” hekayələrində də xatırlansa da, bu xatırlamalar “Bohemiyada qalmaqal” hekayəsindəki şantaj işi ilə bağlıdır. == Həyatı == “Bohemiyada qalmaqal” hekayəsinə görə, İren Adler 1858-ci illərdə Nyu-Cersidə anadan olmuşdur. O məşhur opera müğənnisi (kontralto) kimi əvvəlcə Milandakı “La Skala” teatrında, sonralar isə primadonna kimi Varşava İmperiya teatrında çıxış etmişdi. Məhz Varşavada o gələcək Bohemiya kralı Cassel-Felstein hersoqu şahzadə Vilhelm Gottsreich Sigizmund fon Ormsteinlə tanış olaraq onun məşuqəsinə çevrilir. Daha sonra Adler Londona köçür və əlində olan məktublar və şəkillərlə kralı şantaj etməyə başlayır. 20 mart 1888-ci ildə kral gizlicə Londona gəlir və Şerlok Holmsa görüşdə bildirir ki, o evlənməyə hazırlaşır, lakin Adlerdə olan məktublar və şəkillər üzə çıxsa, nikah baş tutmaya bilər. Kral onları oğurlamaq üçün bir neçə dəfə cəhd göstərsə də, heç nə alınmamışdı. Holmsla görüşdə kral İren Adleri belə təsvir edir: “Onun sərt xarakteri var.
Ağörən
Ağörən (Dərəçiçək), Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. Ağörən (Konya) — Konya ilinin bir ilçəsi.
Dönər
Dönər (dönər kababı) Türkiyədən gələn və Azərbaycanda (əsasən mal və toyuq ətindən), habelə başqa ölkələrdə yayılmış fastfud yeməyi. Ət layları dönən şişdə olurlar (adı buradandır). Bəzi hallarda kartof, qışda isə marinadlaşdırılmış pomidor da qoyulur. 2006-cı ildə Azərbaycanda "quş qripi" ilə əlaqədar toyuq ətindən dönər qeyri-tələbatlı olub. Berlin divarında dönərçi təsvir edilmişdir. Şəhərdə bəzi Restoran və Fastfood dükanlarında fərqli qiymətlərlə satılır. 19-cu əsrdə Osmanlı İmperiyasında icad edilmişdir və ərəb şavarma, Yunan girosları, Kanada donair və Meksikan al pastor kimi yeməklərə ilham vermişdir.
Ağörən (Dərəçiçək)
Ağörən, Ağverən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Ağörən kəndi İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Axta (Razdan) rayonunda Dəllər çayının sahilində, Zəngi çayının sağ sahilində, Zəncirli dağının ətəyində, Ərzəkənd kəndindən 10 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftər»ində qeyd edilmişdir. Erməni mənbələrində Ağverən kimi qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət bu kənddə 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 243 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-ci ildə 307 nəfər, 1908-ci ildə 416 nəfər, 1914-cü ildə 762 nəfər, 1916-cı ildə 390 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərafindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 93 nəfər, 1931-ci ildə 129 nəfər azərbaycanlı yaşamışdır. 1926-cı ildə bu kənddə ermənilər yerləşdirilmişdir. 1966-cı ildə azərbaycanlılar bu kənddən zorla Azərbaycana köçürülmüş, kənd ləğv edilərək istirahət zonasına çevrilmişdir.
Ağörən (Konya)
Ağörən — Konya ilinin bir ilçəsi.
Gerhard Dörfer
Gerhard Dörfer (d. 1920, Köniqsberq (indiki Kalininqrad, Rusiya) - ö. 27 aprel 2003, Gettingen) — monqol və türk dialektləri ilə bağlı elmi araşdırmalar aparan alman türkoloqu və monqolist.
Cevdet Dögər
Doqer Sevdet (rahimahuLlah) və ya daha çox tanınan adı ilə Abdulla Kürd (20 aprel 1977, Solxan, Bingöl ili – 2 may 2011 və ya 3 may 2011, Vedeno rayonu, Çeçenistan) — Çeçenistanda döyüşən Kürd İslamçı militan. Kürd, Çeçenistandakı Ərəb Mücahidlərinin dördüncü əmiri, Səudiyyə Ərəbistanında doğulan sahə komandiri Muhannadın birinci müavini idi. 21 dekabr 2011-ci ildə Muhannadın Serzhen-Yurt kəndi yaxınlığında tutulması və sui-qəsdinin ardından, Kürd Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinə görə yeni vəzifəyə keçdi. 2011-ci il mayın 2-də Çeçenistanın Çeberloevski bölgəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.