Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adveksiya
Adveksiya (lat. advectio – gətirmə ) – meteorologiyada – havanin üfüqi istiqamətdə hərəkət edərək istini, soyuğu və rütubəti bir yerdən başqa yerə aparması.
Addiksiya
Addiksiya — hər hansı bir fəaliyyət növü ilə məşğul olmaq istəyi. Məsələn, alkaqolizm, narkomaniya, siqaret çəkmək, günün çox hissəsini İnternetdə keçirmək də addiksiyaya aiddir. Alkoqolizm daha çox bir problem kimi fiziki deyil, daha çox psixoloji xarakter daşıyır.
Adduksiya
Adduksiya (lat. adducere - içəri çəkmək, bükmək, qatlamaq) — tibbdə aşağı ətraflar və yuxarı ətrafların bədənə nisbətdə hərəkət istiqamətini - bükücü hərəkəti, qatlamanı göstərən termin.
Anneksiya
Anneksiya (lat. anneks-birləşdirmə)— Bir dövlətə məxsus məskunlaşmamış ərazinin digər dövlətə qeyri-qanuni yolla (zorla, qəsb etməklə) birləşdirməsidir. Anneksiya beynəlxalq hüquqda kobud qanun pozuntusudur. Anneksiya nəticəsində ərazilərin zəbt olunmasının qeyri-qanuniliyi Nürnberq hərbi tribunalının hökmündə, həmçinin beynəlxalq müqavilə və aktlarda, o, cümlədən dövlətin daxili işinə qarışmaq, onun suverenliyinə və müstəqilliyinə sədd cəkməyin yol verilməzliyi haqqında BMT-nin 1965-ci il bəyanaməsində, ATƏT-in yekun aktında öz əksini tapmışdır.
Aleksiya
Disleksiya — beyin qabığının zədələnməsi nəticəsində oxumaq (qiraət) qabiliyyətinin itməsidir. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər..