Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ahəngər Məhəllə (Mazandaran)
Ahəngər Məhəllə — İranın Mazandaran ostanında kənd..
Ahəng qanunu
Ahəng qanunu — qalın və ya incə saitlərin bir-birini izləməsi. Ahəng qanunu çox sayda Aqqlütinativ dillərində müşahidə olunur. == Nümunələr == === Türk dilləri === Ahəng qanunu bütün türk dillərinin dəmir qanunu adlandırılır. Bəzən bu qanunu türk dillərinin "dəmir qanunu" adlandırırlar. Bu qanuna görə sözün ilk hecası incə saitlidirsə, sonrakı saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın sait olmalıdır. Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. Hər hansısa bir sözə şəkilçi qoşulduqda həmin sözün son hecasına uyğun olaraq qoşulur; sözün son şəkilçisi incə saitlidirsə, ona uyğun olaraq incə (köynək-dən²) saitli, son şəkilçi qalın saitlidirsə, uyğun olaraq qalın (yağmur-dan²) saitli şəkilçi əlavə edilir. Yəni sözə şəkilçi əlavə edildikdə mütləq son saitin ahəngi qorunmalıdır. (İstisna olaraq bir cür yazılan şəkilçilərimiz bəzən ahəng qanununa tabe olmaya bilər, məsələn; xalam-gil, vətən-daş, dəftər-xana). Bu xüsusiyyətinə görə ahəng qanunu həmçinin morfonoloji hadisə də adlanır.
Kəbudər Ahəng
Kəbudər Ahəng və ya Göyrəng — İranın Həmədan ostanında yerləşən şəhər, Kəbudər Ahəng şəhristanının inzibati mərkəzi. Əhalisi Azərbaycan türklərindən, əslən Qaragözlü oymağının Hacılar tayfasındandır və azərbaycan dilində danışırlar. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 19216 nəfər və ya 4940 ailədən ibarət idi.
Kəbudər Ahəng şəhristanı
Kəbudərahəng (Göyrəng) şəhristanı — İranın Həmədan ostanında şəhristanlarından. Paytaxtı Kəbudər Ahəng şəhəridir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,919 nəfər və 32,178 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Azərbaycan dilində ki adı "Kəvrəng"dir ki, su axınları deməkdir.
Henle ilgəyi
Henle ilgəyi – nefronun bir hissəsi, proksimal və distal böyrək kanalıqlarını birləşdirən ilgək. Henle ilgəyinin əsas funksiyası su və ionların reabsorbsiysı və sidik cövhərinin mübadiləsini təmin etməkdir. Henle ilgəyi iki ayaqcıqdan ibarətdir: enən ayaqcıq (lat. crus descendens) və qalxan ayaqcıq (lat. crus ascendens); bunların ən dar hissəsinə boğaz – lat. isthmus deyilir. Bu boğaz əksərən enən ayaqcığın qalxan ayaqcığa keçən yerində olur; bəzən isə enən və ya qalxan ayaqcıqda təsadüf olunur. Alman anatomu və həkimi Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. == İstinadlar == == Mənbələr == Prof.
Yakob Henle
Fridrix Qustav Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) alman anatomu və həkimi, nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. Yakob Henle yəhudi zərgər və qızıl tacirnin ailəsində dünyaya gəlmişdir. Onun işlərini müasir mikrobiologiyanın "rüşeymi" adlandırmaq olar. Yakob Henle rəhudi olsa da xristiyanlığı qəbul etmişdir. 1832 ci ildə Bonn və Heydelberqdə tibbi təhsilini bitirdikdən sonra, 1834 cü ildə Berlində Rudolfinin assistenti olmuşdur. 6 il ərzində yeni heyvan növlərinə dair üç anatomik monoqrafiya, daxil olmaqla külli miqdarda elmi məqalələr dərc etmişdir. 1837 ci ildə Berlin universitetində mikroskopik anatomiya və potologiya üzrə privat-dosent kimi işləmişdir. 1844 cü ildə Yakob Henle Heydelberqə gələrək burada fiziologiya və potologiyanı öyrənir. Öz müəllimi Müllerlə birlikdə köpək və skat balıqlarına dair zooloji oçerk dərc edir. Henle 1852 ci ildən Göttingen universitetindəki anatomiya instituna rəhbərlik etmiş, 1855 ci ildə özünün məşhur "İnsanın sistematik anatomiyası" dərsliyini dərc etdirmiş və 1885 ci ildə Göttingendə vəfat etmişdir.
Fridrix Qustav Yakob Henle