Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akropol
Akropol (qədim yunancadan aκρόπολις - yuxarı şəhər) — Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngin açıq muzeydir. Qədim Afina dövlətinin həm dövlət, həm də dini mərkəzi sayılırdı. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına və qorunub saxlanmasına ciddi fikir verirdilər. Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə sənətkar və qul cəlb edilmişdir. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə inşa olunmuşdur. Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də vardır ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatmışdır. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir.Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi yerləşir.Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir.Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI əsrə aid abidələrə də rast gəlmək mümkündür. == Bərpası == Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.
Afina Akropolu
Afina Akropolu Afina Akropolu — Afina şəhərindəki akropoldur, maili zirvəsi (uzunluğu təxminən 300 m və eni 170 m) olan 156 metrlik qayalıq təpədir. Bu, padşahın olduğu əsas yer idi. İçərisində yunan tanrılarına dualar edilən və qurbanlar kəsilən çoxlu məbədlər də var idi. Günümüzdə Akropol memarlıq sənətinin görkəmli abidəsidir. Təpənin hələ eramızdan əvvəl IV minillikdə məskunlaşdığına dair sübutlar olsa da, Parfenon, Propilei, Erexteyon və Nike Apteros məbədi də daxil olmaqla, burada ən mühüm tikililər eramızdan əvvəl 5-ci əsrdə Periklin təşəbbüsü ilə inşa edilmişdir. 1687-ci ildə Türkiyə-Venesiya müharibəsində (1684-1699) Venesiya mühasirəsi zamanı Parfenonda saxlanılan barıtın top gülləsinə tuş gələrək partlaması nəticəsində Parfenon və digər tikililərə ciddi ziyan dəymişdir. == Tarixi == Afinanın kənarında ucalan, 300 m-in 130 m-ə olan qayalı bir zirvədə ilk istehkamlar klassik dövrün başlamasından çox əvvəl meydana çıxmışdır. Artıq arxaik dövrdə burada əzəmətli məbədlər, heykəllər, müxtəlif dini obyektlər yerləşirdi. Əfsanəyə görə Afinanın ilk kralı və Akropolun qurucusu olan Kekropsun şərəfinə Akropol həm də "Kekropiya" (Cecropia) və ya "Kekrops" (Kekrops) adlanır. Mikena dövründə (e.ə.
Georgi Akropolit
Georgi Akropolit (yun. Γεῶργιος Ἀκροπολίτης, lat. Georgios Akropolites; 1217, Konstantinopol – avqust 1282, Konstantinopol) — Bizans tarixşünası. XIII əsrin ən önəmli Bizans tarixçilərindən biri olan Akropolitin əsərləri Nikeya imperiyasının tarixi üçün istifadə edilən əsas mənbələrdəndir. == Həyatı == Georgi Akropolit 1217-ci ildə, Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində, bir zadəgan ailəsində anadan olmuşdur. O, 16 yaşında ikən təhsilini davam etdirmək üçün atası tərəfindən imperator III Duka İoann Vatasın sarayına göndərilmişdir. Nikeyada o, şagirdlərinə hesab, müstəvi və sferik cisimlərin həndəsəsi, optika, astronomiya, məntiq, sillogistika və tibb fənlərini öyrədən məşhur filosof Nikifor Blemmidin müəllimliyi altında təhsil almışdır. Akropolit təxminən 1239-cu ildə III Duka İoann Vatasın saray həkimi olmuş, bir neçə il sonra dostu və Nikeya taxtının varisi II Feodor Laskarisin müəllimi təyin edilmişdir. Feodor 1254-cü ildə taxta çıxmış və Akropoliti özünə məsləhətçi təyin etmişdir. O, 1257-ci ildə baş komandan təyin edilmiş, daha sonra diplomatik arenaya daxil olmuşdur.
Aerozol
Aerozol (yun. aer- hava və soel - cisim) - havada asılı vəziyyətdə olan müxtəlif böyüklükdə və formada, kimyəvi tərkibi, habelə fiziki xassələrinə görə başqa-başqa olan ən kiçik hissəcik (toz, buz kristalı, duz, mikroorqanizm və s.). Aerozol duman və bulud əmələ gəlməsi üçün zəruri olan kondensasiya nüvəsi rolunu oynayır. Aerozol — qaz mühitində (adətən havada) asılı vəziyyətdə olan bərk və maye hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava, tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. Yalnız tüstü kiçik bərh hissəciklərdən və çox az dərəcədə su damcılarından və qatrandan əmələ gəlmiş asılqan, duman isə yalnız bir mayedən – sudan əmələ gəlmiş aerozoldur. Dumanda, tüstüdə və digər aerozollarda hissəciklərin diametri 1-dən 100 mikrometrə qədər olur. Hava axını, külək onları qarışdırır və yerə düşməyə imkan vermir. Aerozollar təbiətdə və insan həyatında müsbət rol oynayır. Bitkilərin çoxu çiçək tozcuqlarının aerozolu ilə tozlanır, duru yanacaqlar və bərk yanacaqların çoxu aerozol şəklində yandırılır, bitki ziyanvericilərinə qarşı kimyəvi aerozollarla mübarizə aparılır.
Karqopol
Karqopol (rus. Ка́ргополь) — Rusiya Federasiyasının Arxangelsk vilayətində yerləşən Oneqa çayının sol sahilindəki tarixi şəhər. Karqopol rayonunun inzibati mərkəzi və Karqopol şəhər qəsəbəsidir. == Tarixi == Arxeoloqların fikrincə, bu ərazidə ən qədim insan məskənləri eramızdan əvvəl dördüncü minilliyə, neolit dövrünə aiddir. Arxeoloqlar Karqopol bölgəsində 50-dən çox qədim yerləri sayırlar. Bütün dayanacaqlar göllərin yaxınlığında və ya çaylar boyu təpələrdə yerləşir. Onların əhalisi azdır, 25-30 nəfərdən çox deyildir. Əsas məşğuliyyət balıqçılıq və su quşları ovu idi. === Sovet Rusiyası === 1918-ci ilin yanvarında Kargopolda RSDLP (b) təşkilatı yarandı və Sovet hakimiyyəti quruldu. Müharibələrarası dövr bölgə üçün bir sıra ənənəvi memarlıq abidələrinin sökülməsi ilə əlamətdar oldu.
Acherontia atropos
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Dura-Avropos
Dura-Avropos (yun. Εὐρωπός, yaxud ərəbcə Qal'at es-Salihiye) - Suriyada Fərat çayı sahilində, indiki Qələ əs-Salihiyyə (Suriya) yaxınlığında, e.ə. 300-cü ildən eramızın 256-cı ilinədək mövcud olmuş qala. Çoxsaylı arxeoloji tapıntıları ilə məşhurdur. Onların içərisində ən mühümü yaxşı saxlanılmış freskalar kompleksinə malik, Konstantinəqədərki dövrə aid “yığıncaq evi”dir. == Ümumi məlumat == Selevki çarı I Nikator (təqribən e.ə. 358 - təqribən e.ə. 280) tərəfindən əsası qoyulmuş, Makedoniyanın eyniadlı məskəninin adı ilə Avropos adlandırılmışdır (Dura adı yalnız eramızın I əsrinə aid mənbədə İsidor Xarakslının “Parfiya istehkamları” siyahısında qeyd olunmuşdur). Müntəzəm planlı məskən forması Selevkilər dövrünə aid edilir. Şəhərin mərkəzində aqora, Apollon (sonralar Artemida məbədi kimi yenidən tikilmişdi), Zevs Megistos məbədləri, saraylar (hamısı e.ə.
Sphinx atropos
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos charon
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos confluens
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos conjuncta
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos diluta
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos extensa
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos flavescens
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos griseofasciata
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos imperfecta
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos intermedia
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos moira
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos myosotis
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos obscurata
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos obsoleta
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos pulverata
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos radiata
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos suffusa
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Acherontia atropos variegata
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.