akrobatlıq
akselerator
OBASTAN VİKİ
Akropol
Akropol (qədim yunancadan aκρόπολις - yuxarı şəhər) — Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngin açıq muzeydir. Qədim Afina dövlətinin həm dövlət, həm də dini mərkəzi sayılırdı. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına və qorunub saxlanmasına ciddi fikir verirdilər. Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə sənətkar və qul cəlb edilmişdir. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə inşa olunmuşdur. Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də vardır ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatmışdır. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir. Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi yerləşir. Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçmişdilər.
Afina Akropolu
Afina Akropolu Afina Akropolu — Afina şəhərindəki akropoldur, maili zirvəsi (uzunluğu təxminən 300 m və eni 170 m) olan 156 metrlik qayalıq təpədir. Bu, padşahın olduğu əsas yer idi. İçərisində yunan tanrılarına dualar edilən və qurbanlar kəsilən çoxlu məbədlər də var idi. Günümüzdə Akropol memarlıq sənətinin görkəmli abidəsidir. Təpənin hələ eramızdan əvvəl IV minillikdə məskunlaşdığına dair sübutlar olsa da, Parfenon, Propilei, Erexteyon və Nike Apteros məbədi də daxil olmaqla, burada ən mühüm tikililər eramızdan əvvəl 5-ci əsrdə Periklin təşəbbüsü ilə inşa edilmişdir. 1687-ci ildə Türkiyə-Venesiya müharibəsində (1684-1699) Venesiya mühasirəsi zamanı Parfenonda saxlanılan barıtın top gülləsinə tuş gələrək partlaması nəticəsində Parfenon və digər tikililərə ciddi ziyan dəymişdir. == Tarixi == Afinanın kənarında ucalan, 300 m-in 130 m-ə olan qayalı bir zirvədə ilk istehkamlar klassik dövrün başlamasından çox əvvəl meydana çıxmışdır. Artıq arxaik dövrdə burada əzəmətli məbədlər, heykəllər, müxtəlif dini obyektlər yerləşirdi. Əfsanəyə görə Afinanın ilk kralı və Akropolun qurucusu olan Kekropsun şərəfinə Akropol həm də "Kekropiya" (Cecropia) və ya "Kekrops" (Kekrops) adlanır. Mikena dövründə (e.ə.
Georgi Akropolit
Georgi Akropolit (yun. Γεῶργιος Ἀκροπολίτης, lat. Georgios Akropolites; 1217, Konstantinopol – avqust 1282, Konstantinopol) — Bizans tarixşünası. XIII əsrin ən önəmli Bizans tarixçilərindən biri olan Akropolitin əsərləri Nikeya imperiyasının tarixi üçün istifadə edilən əsas mənbələrdəndir. == Həyatı == Georgi Akropolit 1217-ci ildə, Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində, bir zadəgan ailəsində anadan olmuşdur. O, 16 yaşında ikən təhsilini davam etdirmək üçün atası tərəfindən imperator III Duka İoann Vatasın sarayına göndərilmişdir. Nikeyada o, şagirdlərinə hesab, müstəvi və sferik cisimlərin həndəsəsi, optika, astronomiya, məntiq, sillogistika və tibb fənlərini öyrədən məşhur filosof Nikifor Blemmidin müəllimliyi altında təhsil almışdır. Akropolit təxminən 1239-cu ildə III Duka İoann Vatasın saray həkimi olmuş, bir neçə il sonra dostu və Nikeya taxtının varisi II Feodor Laskarisin müəllimi təyin edilmişdir. Feodor 1254-cü ildə taxta çıxmış və Akropoliti özünə məsləhətçi təyin etmişdir. O, 1257-ci ildə baş komandan təyin edilmiş, daha sonra diplomatik arenaya daxil olmuşdur.

Digər lüğətlərdə