NEKROLOQ
NEKTAR
OBASTAN VİKİ
Nekropol
Nekropol (Nekropolis), arxeoloji sahələrdə kütləvi qəbirlərin yerləşdiyi əraziyə verilən addır. Yunanca nekros-polis "ölü(lər) şəhəri" deməkdir. Antik dövrdəki şəhərlərdə qəbir yerlərinin günümüz şəhərlərindən fərqi, günümüzdə daha çox yaşayış yerlərindən uzaqda və şəhərin xaricində olub, o dövrlərdə şəhərlə iç içə olmasıdır. Bu termin, tarixin müxtəlif yerlərində və dövrlərində yayılan şəhərlərdəki qəbir yerlərinin əksinə, ümumilikdə bir şəhərdən uzaqda ayrı bir qəbir ərazisini ifadə edir. Bu termin əsasən antik məkanlar üçün istifadə olunsa da, XIX əsrin əvvəllərində canlanmış və planlaşdırılmış şəhər qəbir yerlərinə (məsələn, Qlazqo Nekropolu kimi) tətbiq edilmişdir. Qədim Misirdəki Giza Nekropolu dünyanın ən qədim və yəqin ki, ən məşhur nekropollarından biridir, çünki Böyük Giza Piramidası Qədim Dünyanın Yeddi Möcüzəsi siyahısına daxil edilmişdir. Fironların dəfni üçün ayrılmış piramidalarla yanaşı, Misir nekropollarında erkən sülalə dövrünə aid tipik kral məzarı olan mastabalar da var idi. Etrusklər "ölülər şəhəri" anlayışını hərfi mənada qəbul edirlər. Cerveteridəki Banditaccia nekropolunda tipik məzar bir və ya bir neçə qayadan oyulmuş katakombaları əhatə edən kurqandan ibarətdir. Bu məzarlar bir neçə otaqlı idi və müasir evlər kimi nəfis şəkildə bəzədilmişdir.
Kreml divarı yaxınlığındakı nekropol
Kreml divarı nekropolu — vəfat edənlərin külü üçün kolumbarium kimi xidmət edən Kremlin divarının yaxınlığındakı Moskva Qırmızı meydanında xatirə qəbiristanlığı. Sovet dövlətinin dövlət, partiya xadimlərinin və hərbi rəhbərlərinin 1917-ci il Oktyabr İnqilabının iştirakçılarının dəfn yeri . 1920-1930-cu illərdə burada xarici ölkələrin kommunist inqilabçıları: məsələn yazıçı və jurnalist Con Rid, Yaponiya Kommunist Partiyasının qurucusu Sen Katayama, inqilabçı Klara Setkin, alman siyasətçisi Frits Hekkert və başqaları da dəfn edilmişdir. 1974-cü ildən bəri nekropol dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur . Qırmızı Meydanın şimal hissəsinə baxan Nikolskaya və Spasskaya qüllələri arasındakı divara yaxın ərazilər dəfn üçün istifadə olunur və yandırılanların külləri üçün kolumbariem kimi istifadə edilir. Xalq arasında ona "Kommunarların Divarı" ləqəbi verilmişdir. Qranit lövhələrin arxasındakı boşluqlarda inqilabçıların, ilk komissarların, Kominternin üzvlərinin, hərbi komandirlərin, astronavtların və görkəmli elm adamlarının külü olan 114 küp var. İlk qranit lövhə 1925-ci il aprelin 5-də qoyulmuşdur: inqilabın qocalarından olan Ali İqtisadi Şura sədrinin müavini Miron Vladimirovun nəşinin külü divarın içinə hörülmüşdür. Bu lövhədəki yazı: "Fəhlə sinfinin azad edilməsi uğrunda mübarizə aparan, sosialist quruculuğunun fədakeşi Miron Konstantinoviç Vladimirov (yoldaş Leva)". Çar dövründə Kremlin divarı boyunca yalnız Spasski və Nikolskii darvazaları arasında on beş kiçik qəbiristanlıq var idi - bu zaman adi insanlar divarın yanında dəfn olunurdular.
Azad nekropolu
Azad nekropolu — Ordubad rayonundakı Azadkəndin şərqində, yüksək təpənin ətəyində arxeoloji abidə. Qəbiristanlıqda orta əsrlərə aid bir neçə sənduqə və başdaşı tipli qəbirüstü xatirə abidəsi qalmışdır. Burada vaxtilə qırmızımtıl rəngli Darıdağ daşından hazırlanmış 3 ədəd daş qoç fiquru da olmuşdur. Sənduqələr düzbucaqlı prizma formasında boz və çəhrayı rəngli daşdan hazırlanmışdır. Bəzi sənduqələrin üzərində müxtəlif təsvirlər həkk edilmişdir. Sənduqələrin üzərindəki kitabələr ərəb dilində, abidənin səthində və yan tərəfində yazılmışdır. Kitabələrin çoxu aşınmaya məruz qalmışdır. Qəbiristanlıqda Dərviş bəy əl- Azadinin 1584-cü ildə vəfat etmiş qızı Zərifənin, yenə onun 1588-89-cu illərdə vəfat etmiş oğlu Əli Sultanın, Xacə bəy əl Azadinin 1588-89-cu ildə vəfat etmiş oğlu Dərviş bəyin xatirəsinə hazırlanmış sənduqə tipli qəbirüstü abidələr üzərindəki məzar kitabələri, kitabələrdə qeyd olunan əl-Azadi nisbəsi (Azadlı, mərhumun əslən Azad şəhərindən olmasını göstərən kəlmə) sübut edir ki, adı orta əsr qaynaqlarında xatırlanan Azad şəhəri bu ərazidə yerləşmişdir. Nekropolda ən geci 14-cü əsrdən dəfn mərasimləri keçirilməyə başlanmışdır.
Ağbucaq nekropolu
Ağbucaq nekropolu — Şərur rayonunun Axura kəndində konusvari təpənin üzərində arxeoloji abidə. Qəbirlər daş qutu tiplidir. Onlar müxtəlif istiqamətə yönəlmişdir. Qəbirlər yanlarda yastı sal daşlarla qurulmuşdur. Onların üzəri eyni tipli daşlarla qapadılmışdır. Nekropol kənd təsərrüfatı işləri görülərkən tamamilə dağıdılmışdır. Qəbir avadanlığından yalnız bir neçə çəhrayı rəngli keramika parçası qalmışdır. Onlar son antik dövr üçün xarakterikdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, nekropolda həmçinin küp qəbirlərdə dəfnetmə adəti də olmuşdur. Tədqiqat zamanı nekropolun şərq tərəfində buradakı iri küplərdən birinin ağzının parçası tapılmışdır.
Ağbulaq nekropolu
Ağbulaq nekropolu, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən antik dövrə aid arxeoloji abidədir. Qəbirlər iri küplərdən ibarətdir və bu nekropol təsərrüfat işləri aparılarkən aşkar olunmuşdur. Ərazi traktorla kürəndiyindən qəbir dağılmış, iri küp qırıqları ətrafa səpələnmişdir. Dağılmış sahədə iri qaya parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı iki qəbir tədqiq olunmuşdur. Birinci küp ağzı günbatana olmaqla şm.- q istiqamətində idi. Ətrafı dördkünc formada bir cərgə daşla hörülmüşdür. Küpün ağzına təkqulplu qara rəngli iri qab qoyulmuşdur. Küpün içərisi torpaqla dolmuş, skelet qalıqları cürüyərək preslənmişdir. Küp təmizlənərkən əqiq və şüşə muncuqlar, gil qab qırıqları, muncuq, tunc sancaq, üzük və zınqrov, 1 ədəd mis pul və başqa maddi mədəniyyət nümunələri əldə edilmişdir.
Ağsal nekropolu
Ağsal nekropolu — Culfa rayonu ərazisində, Əlincə çayın sağ sahilində, Milax kəndindən şimal-şərqdə Tunc dövrünə aid arxeoloji abidə. Arxeoloqlar Ə.K. Ələkbərovun və O. H. Həbibullayevin məlumatlarına görə, burada vaxtilə böyük nekropol olmuş və oradan boyalı qablar tapılmışdır. Əlincəçayın vadisi şumlanıb əkin sahəsi kimi istifadə edildiyindən nekropolun yerüstü əlamətləri tamamilə itmişdir. Torpaq işləri görülərkən qəbir abidələri dağıdılmış, buradan gil qablar aşkar edilmişdir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 16.
Aşağı Daşarx nekropolu
Aşağı Daşarx nekropolu — Şərur rayonunda eyniadlı kənddən şimal-qərbdə, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən İlk Tunc dövrünə aid arxeoloji abidə. Abidə şərqdən Ələddin çayının qolu ilə, digər tərəfdən isə yaşayış sahələri və evlərlə əhatələnmişdir. Abidənin cənub-qərb hissəsində açılmış yarğanda 7-8 metr qalınlığında mədəni təbəqə izlənir. Şimal-şərq hissəsində olan kəsikdə isə 3,5-4 metr qalınlığında İlk tunc dövrünə aid mədəni təbəqə vardır. Nekropolun ərazisində təsərrüfat işləri görülərkən bir neçə torpaq qəbir dağıdılmışdır. Abidə ilk dəfə arxeoloq S.H.Aşurov tərəfindən 2001-ci ildə tədqiq edilmişdir. 2011-ci ildə isə yaşayış yeri yenidən arxeoloqlar Vəli Baxşəliyev və A.Q.Seyidov tərəfindən araşdırılmışdır. Qazıntılar zamanı dörd tikinti qatı aşkar edilmişdir. Birinci tikinti qatı abidənin üzərindən 0,8-1,30 metr dərinlikdə yerləşir. İri çay daşlarından iki cərgə hörülmüş divar oval planlıdır.
Badamlı nekropolu
Badamlı nekropolu — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Badamlı kəndi ərazisində və kənd ətrafında yerləşən, orta əsrlərə aid arxeoloji və tarixi abidə. Badamlı nekropolunun sahəsi 0,25 hektardır. Nekropol müsəlman qəbiritanlığından ibarətdir. Nekropolun baş və sinə daşları dağıdılmışdır, birinin üzərində mərhumun ölüm tarixi yazılmışdır. XV və ya XVI əsrlərə aid olması ehtimal edilir. Novruzlu Ə.İ, Baxışəliyev V.B., Şahbuz bölgəsinin arxeoloji abidələri. Bakı, 1992.
Billava nekropolu
Billаvа nеkrоpоlu — Billаvа kəndinin хаrаbаlıqlаrındаn şərqdə, hündür təpənin üzərində yеrləşir. Nekropolda qəbirlərin hаmısı qiblə istiqаmətindədir. Bаşdаşılаrı yоnulmаmış, yаstı dаşlаrdаn qоyulmuşdur. Bəzi qəbirlərin ətrаfı dördkünc fоrmаdа çаy dаşlаrı ilə əhаtə еdilmiş, bəzilərinin isə üzəri tаmаmilə dаşlа qаpаdılmışdır. Nеkrоpоlun ərаzisindən Orta əsrlərin inkişаf еtmiş dövrünə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Billаvа nеkrоpоlu yаşаyış yеri ilə həmdövr оlub IX-XX əsrlərə аiddir. Nekropolda aparılan tədqiqatlar IX-XX ərslərdə Azərbaycanda nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Biləv nekropolu
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbiristanlığı XIV–XVIII əsrlərə aiddir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Boyəhməd nekropolları
Bayəhməd nekropolları — Culfa rayonunun Boyəhməd kəndində arxeoloji abidə. Culfa rayonunun Boyəhməd kəndinin cənub qərbində Dərə çayın hər iki sahilində arxeoloji abidə. Hər tərəfdən hündür dağlarla əhatə olunmuşdur. Sahəsi 5000 kv.m-dir. Tikinti işləri görülərkən aşkar edilmişdir (1989). Dağılmış qəbir abidələrindən arxeoloji materialların bir qismi toplanmışdır. 1991-ci ildə arxeoloji ekspedisiya Boyəhməd nekropolunda iki dağılmış və iki salamat qəbir abidəsini öyrənmiş, tapıntıların bir qismini də yeri əhalidən toplayıb Culfa rayon tarix-diyarşünaslıq muzeyinə təhvil vermişdir. Daş qutu qəbirlərdən xeyli bəzək əşyası, tunc xəncərlər, yabalar, zəncir, nizə ucluğu və s. Materiallar aşkar olunmuşdur. Kəşfiyyat işləri nəticəsində qəbirlərin heç bir yerüstü əlamətə malik olmadığı qeyd edilmişdir.
Bulqan nekropolu
Bulqan nekropolu — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisisində eyniadlı kəndin yaхınlığında nekropol. Burada aparılan qazıntılar zamanı sənduqə tipli bir neçə qəbirüstü abidəyə təsadüf edilmişdir. Qəbirlərin əksəriyyəti batmış və yerində dördkünc çalalar saхlanmışdır. Əksər qəbirlərin başdaşları düşmüşdür. Onların bəzisində yuxarısı tağvari formada tamamlanan başdaşıları olmuşdur. Nekropoldan müasir dövrədək Bulqan əhalisi tərəfindən istifadə edilmişdir. Onu XII-XIX əsrlərə aid etmək olar.
Böyükdüz nekropolu
I Böyükdüz nekropolu —
Camaldin nekropolları
Camaldin nekropolu I- Culfa rayonunda eyniadlı kəndin cənubunda, düzənlik ərazidə antik dövrə aid arxeoloji abidə. 1989-cu ildə tikinti işləri görülərkən aşkar olunmuşdur. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində dağıdılmış küp qəbirlərdən üç gil və bir şüşə qab əldə olunmuşdur. Küp qəbirlərin yuxarı hissəsi və oradakı skeletlər tamamilə dağıdılmışdır. Ağzı iri sal daşlarla bağlanmış küp qəbirlər cənub və cənub-qərb istiqamətinə yönəldilmiş şəkildə idi. Axtarışlar zamanı Camaldin nekropolundan daş qutu tipli qəbir aşkar edilmişdir. Qəbirdə kəlləsi cənub-qərbə olmaqla sağ böyrü üstdə bükülü vəziyyətdə skelet olmuşdur. Skeletin əl barmaqlarından birində tunc üzük, boyun tərəfindən isə xeyli şəvə və serdolik muncuqlar tapılmış, kəllə sümüyünün üst tərəfində bir-birinin üzərinə qoyulmuş iri balıqqulaqları aşkar olunmuşdur. Camaldin nekropolu II - Culfa rayonunda eyni adlı kəndin şimal şərqində, uzunsov təpənin üzərində orta əsrlərə aid arxeoloji abidə. Qəbirlər qərb-şərq istiqamətində olub düzbucaqlı formadadır.
Camaldın nekropolları
Camaldin nekropolu I- Culfa rayonunda eyniadlı kəndin cənubunda, düzənlik ərazidə antik dövrə aid arxeoloji abidə. 1989-cu ildə tikinti işləri görülərkən aşkar olunmuşdur. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində dağıdılmış küp qəbirlərdən üç gil və bir şüşə qab əldə olunmuşdur. Küp qəbirlərin yuxarı hissəsi və oradakı skeletlər tamamilə dağıdılmışdır. Ağzı iri sal daşlarla bağlanmış küp qəbirlər cənub və cənub-qərb istiqamətinə yönəldilmiş şəkildə idi. Axtarışlar zamanı Camaldin nekropolundan daş qutu tipli qəbir aşkar edilmişdir. Qəbirdə kəlləsi cənub-qərbə olmaqla sağ böyrü üstdə bükülü vəziyyətdə skelet olmuşdur. Skeletin əl barmaqlarından birində tunc üzük, boyun tərəfindən isə xeyli şəvə və serdolik muncuqlar tapılmış, kəllə sümüyünün üst tərəfində bir-birinin üzərinə qoyulmuş iri balıqqulaqları aşkar olunmuşdur. Camaldin nekropolu II - Culfa rayonunda eyni adlı kəndin şimal şərqində, uzunsov təpənin üzərində orta əsrlərə aid arxeoloji abidə. Qəbirlər qərb-şərq istiqamətində olub düzbucaqlı formadadır.
Culfa nekropolu
Culfa nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə. Culfa nekropolu dəmir yolu çəkilərkən, 1939–1940-cı illərdə dağıdılmışdır. Bu nekropolun materialları, hazırda Gürcüstan Dövlət Tarix Muzeyində saxlanılır. V. H. Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII–IX əsrlərə aid edilir. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Cuğa nekropolu
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır. Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.
Cuğa nekropolunun məhv edilməsi iddiası
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır. Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.
Cərəcur nekropolu
Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə. Torpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV-XVIII əsrlərə aid edilir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Daşkəsən nekropolu
Daşkəsən nekropolu — Azərbaycan ərazisində arxeoloji abidə Daşkəsən nekropolunun daş qutu tipli qəbirləri bir sıra xüsusiyyətləri ilə fərqlənir. Burada uzadılmış vəziyyətdə dəfn adətindən tutmuş, kəllənin altına kasa qoyulmasına, kollektiv dəfn, kəlləsiz dəfn etməyə qədər müxtəlif dəfnlərə, həmçinin küllə doldurulmuş qablara-urnalara da rast gəlinmişdir. Dəfn edilmiş skeletlərin bəzisi qeyri-adi böyüklükdə (uzunluğu 2,13 m) və uzunbaşlı olmuşdur. Qəbirlərdən boz rəngli, konnelyur naxışlı və sadə qablar aşkar olunmuşdur. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Dirəkdaş nekropolu
Dirəkdаş nеkrоpоlu, Хоrnu çаyınа dоğru ахаn dаğ çаylаrındаn birinin sаhilində, hündür təpənin üzərindədir. Nеkrоpоldаkı qəbirlər dаş qutu tiplidir. Оnlаr bir sırа iri sаl dаşlаrlа qurulmuşdur. Qəbirlər tоrpаğın аşınmаsı nəticəsində üzə çıхdığındаn tаmаmilə dаğıdılmışdır. Qəbirlər müхtəlif istiqаmətlərə yönəldilmişdir. Qəbirlərdən çəhrаyı və bоz rəngli gil qаblаrın pаrçаlаrı аşkаr оlunmuşdur. Аşkаr оlunmuş аrхеоlоji mаtеriаllаrа əsаsən, nеkrоpоlu 1-2 əsrlərə аid еtmək оlаr. Nekropolda aparılan tədqiqatlar Naxçıvan ərazisində 1-2 əsrlər nekropol mədəniyyətinin öyrənilməsi baxımında əhəmiyyətlidir.
Dizə nekropolu
Dizə nekropolu — Şərur rayonunda eyniadlı kəndin qərbində ilk tunc dövrünə aid arxeoloji abidə. Nekropol Dizə kəndindən qərbdə, Ovçular təpəsi yaşayış yerinin şimalında yerləşir. Abidə erkən tunc dövrünə aiddir. Yerüstü əlaməti olmadığından nekropolun sahəsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Abidə Ovçular təpəsinin Arpaçaya enən yamacında yerləşir. Nekropol qərb tərəfdən Arpaçayla məhdudlaşır. Abidə 1969-cu ildə təsərrüfat işləri görülərkən təsadüfən aşkar olunmuşdur. Burada dağıdılmış iki qəbirin materialları R.B.Göyüşov və V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Birinci qəbirin kamerasının bir hissəsi salamat qalmışdı. Onun divarları çay daşlarından palçıqla hörülmüşdür.
Dəlmə nekropolu
Dəlmə nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə. Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir. Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir. Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir.
Dəmirli nekropolu
Dəmirli nekropolu,Culfa rayonunun Ləkətağ kəndindən şimalda,Dəmirliçayla Bərxudarçayın qovşağında uzunsov təpənin üzərində arxeoloji abidə. Nekropolun ətrafı yaşayış yeri olmuşdur.Qəbirlər daş qutu tiplidir.Onlar yanlarda iri sal daşlarla qurularaq irihəcmli,yastı sal daşlarla qapadılmışdır.Qəbirlər müxtəlif istiqamətə yönəldilmişdir.Bəzi qəbirlər qazılaraq dağıdılmış,bəzilərinin üst daşları aşınma nəticəsində düşmüşdür.Nekropolun ərazisindən çəhrayı və boz rəngli keramika parçaları toplanmışdır.Toplanmış arxeoloji materiallara əsasən nekropolu 1-7-ci əsrlərə aid etmək olar.
Dəmirçi nekropolu
Dəmirçi nekropolu — Şərur rayonunun Dəmirçi kəndinin şimalında, Sarıdaş yaxınlığındakı yüksəkliklərdən birində yerləşən arxeoloji abidə. Naxçıvan-Sədərək şossesi nekropolu Dəmirçi kəndindən ayırır. Nekropol 1967-ci ildə aşkar edilmişdir. İlkin araşdırmalar zamanı abidənin təxminən 6 ha-lıq sahəni əhatə etdiyi müəyyənləşdirilmişdir. Buradan şərq qərb, şimal-cənub istiqamətində salınmış daş qutu tipli qəbirlər aşkar edilmişdir. 1998, 2001-ci illərdə nekropoldan müxtəlif ölçülü sal daşlar, boz rəngli keramika nümunələri aşkar edilmişdir . Müxtəlif vaxtlarda bu ərazidə tikinti daşları çıxarılarkən tapılan maddi-mədəniyyət nümunələri kənd sakinləri T.Novruzov və H. Ələkbərov tərəfindən toplanaraq mühafizə edilmişdir. Həmin materiallar 5 tunc iynə, 2 sırğa, 1 bilərzik, 47 ədəd muncuq və keramika məmulatı ilə təmsil olunur. Abidədən toplanan yerüstü materialların bir qismi sonralar AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafi ya və Arxeologiya İnstitutunun muzeyinə təhvil verilmişdir. Buradan yığılan keramika məmulatı əsasən boz-qara rəngdə olan küpə, kasa, çölmək, xeyrə qədəh və onların fraqmentlərindən ibarətdir.
Dəmirçilər nekropolu
Dəmirçilər nеkrоpоlu — Şərur rаyоnunun Dəmirçi kəndindən şimаldа, dаğ silsiləsinin düzənliyə yеnən yаmаcındа yеrləşir. Nеkrоpоl tаmаmilə dаğıdıldığındаn qəbir tiplərini müəyyən еtmək mümkün оlmаmışdır. Tədqiqаtçılаrın məlumаtınа görə, Dəmirçi nеkrоpоlundаkı qəbirlər dаş qutu tipli оlmuşdur. Dаğıdılmış qəbir аbidələrindən çəhrаyı və bоz rəngdə bişirilmiş gil qаblаr аşkаr оlunmuşdur. Kаsа tipli qаblаrın аğzının kənаrındа dеşikli qulаqcıqşəkilli çıхıntılаrı vаrdır. Gil qаblаrın üzəri dаlğаlı хətlər və sünbülşəkilli bаsmа оrnаmеntlə nахışlаnmışdır. Bu tip kеrаmikа məmulаtı Еrkən Dəmir dövrü üçün хаrаktеrikdir. 2007-ci ildə aparılan araşdırmalar zamanı nekropolda kurqan tipli abidələr də aşkar edilmişdir. Nеkrоpоlu е.ə. II-I minilliklərə аid еtmək оlаr.
Dəmyələr nekropolu
Dəmyələr nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Tivi-Ağdərə torpaq yolunun alt tərəfində, yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Nekropol yaxınlıqdakı yaşayış yerindən dərin dərə ilə ayrılmışdır. Nekropol dağın yamacında yerləşdiyindən təbii aşınma nəticəsində qəbirlərin torpaq örtüyü və yan daşları dağılmışdır. Buradakı qəbirlər daş qutu tiplidir. Onların bəzilərinin üst daşları saxlanmasa da, ətrafa dağılmış iri sal daşlar qəbirlərin bu tip daşlarla örtüldüyünü göstərir. Aparılmış tədqiqatlar zamanı nekropolda dörd qəbir abidəsi öyrənilmiş, bu abidələrdən insan skeletinə aid qalıqlar və zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Dəfnlər kollektivdir. Aşkar olunan arxeoloji materiallar keramika məmulatı və bəzək əşyalarından ibarətdir. Aşkar edilmiş maddi-mədəniyyət nümunələri Tunc dövründən Dəmir dövrünə keçidi izləməyə imkan verir. Bu baxımdan bimetallik fibula və dəmir məftildən hazırlan mış, əqiq muncuqlar keçirilmiş boyunbağı, aqat muncuqlar keçirilmiş, üzəri gəzli tunc üzüklər xüsusilə diqqəti cəlb edir.

Digər lüğətlərdə