Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Olarlamaq
Olarlamaq – öncədən qoyulmuş qadağanı götürmək. Bu termin, adətən, sistemdə və ya proqramda hər hansı imkanın “oyadılmasını” və ya bərpasını nəzərdə tutur. Məsələn, şəbəkə administratoru şəbəkədə olan və texniki xidmətin göstərilməsi səbəbindən bağladılmış printerdə çapa izin verə bilər.
Alazlama
Alazlama - türk və altay xalq mədəniyyətində od müalicəsi. Yalazlama (digər bəzi Türk dillərində Alaslama və ya Yalaslama) olaraq da bilinər. Xəstəlikləri odla müalicə etmək deməkdir. Albastı (Al/Hal kökü yəni "Atəş" mənası da nəzərə alınmaqla) və Alaz Xan ilə əlaqəli olduğu açıqdır. Bəlkə də Alaz Xanın köməyi istənilir. Mərasim başlarkən Alaz! deyə bağırılması bunun açıq bir göstəricisidir. Qırmızı bir bez parçası yandırılıb xəstənin ətrafında dolanacaqlar. Odun təmizləyici və yaxşılaşdırıcı bir varlıq olduğu inancının bir nəticəsidir bu vəziyyət. Alazlama əməliyyatı axşam qaranlığında yanan ilk işıqla birlikdə işə başlayır.